NEW
Font size
Worksheetsİqtisadi Hüquq 5
Total questions: 50
Worksheet time: 25mins
İqtisadi fəaliyyət subyektlərinin fəaliyyətinin ümümi qaydaları, prinsipləri və onların reallaşma mexanizmi aşağıdakılardan hansı ilə müəyyən edilir?
fərmanla
təlimatla
konstitusiya ilə
qanunla
sərəncamla
Vergi ödəyiciləri kimi sahibkarların hüquq və vəzifələri Vergi Məcəlləsinin hansı maddələrində öz əksini tapmışdır.
15-16-cı
17-18-ci
11-12-ci
9-10-cu
13-14-cü
AR-nın iqtisadi siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra orqanı hansıdır?
Vergilər Nazirliyi
Statistika Komitəsi
Iqtisadiyyat Nazirliyi
Mərkəzi Bank
Maliyyə Nazirliyi
AR-nın konstitusiyasının “İqtisadi İnkişaf və dövlət” adlanan maddəsində təsbit olunmuşdur?
hakimiyyətin çoxnövlülüyü
Prezidentin səlahiyyətləri
dövlət quruluşu
Nazirlər Kabineti
Icra orqanlarının strukturu
Azərbaycanda sahibkarlığın hüquqi anlayışı ilk dəfə hansı qanunda verilib?
Azərbaycan Respublikasının Mülki Məcəlləsində
“Dövlət mükiyyətinin özəlləşdirilməsi haqqında” AR Qanununda
“Mülkiyyət haqqında” AR Qanununda
“Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununda
“Kiçik və orta sahibkarlığa dövləy köməyi haqqında” AR Qanununda
Konstitusiyaya əsasən mülkiyyətdən məhrumetmə səlahiyyəti kimə məxsusdur?
Prokurora
Prezidentə
Ombudsmana
Məhkəməyə
Parlamentə
Aid olduğu iqtisadi fəaliyyət sahəsi ilə səlahiyyəti məhdudlaşan icra orqanı aşağıdakılardan hansıdır?
Naxçıvan Ali Məhkəməsi
iqtisad məhkəməsi
nazirliklər
prezident aparatı
idarələr
“Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir” müddüəası hansı normativ aktda təsbit olunmuşdur?
Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktında
Azərbaycan Respublikasının Mülki Məcəlləsində
Azərbaycan Respublikasının Vergi Məcəlləsində
Azərbaycan Respublikasının Konstitusiyasında
“Sahibkarlıq fəaliyyəti haqqında” qanunda
Sahibkarlıq hüququnun sistemində aşağıdakı institut yoxdur?
qiymətli kağızlar bazarının hüquqi tənzimlənməsi
fərdi sahibkarlar və kommersiya təşkilatları
müflisləşmə və iflasın hüquqi əsasları
sahibkarlıq hüququnun xüsusi müddəaları
haqsız rəqabətə qarşı mübarizənin hüquqi tənzimlənməsi
Sahibkarlıq hüququnun prinsipləri, bəzi istisnalarla, aşağıdakı hüquqlardan hansı ilə eynidir?
inzibati hüququn prinsipləri ilə
ümumi hüququn prinsipləri ilə
maliyyə hüququn prinsipləri ilə
xüsusi hüququn prinsipləri ilə
vergi hüququn prinsipləri ilə
Sahibkarlıq hüququnda imperativ və dispozitiv metodlarından əlavə aşağıdakı metodlardan istifadə olunur?
əlaqələndirmə, təsir etmə, qadağa
tövsiyyə, razılaşdırma, stimullaşdırma
məcburi göstəriş, qadağa, əlaqələndirmə
razılaşdırma, məcburi göstəriş, tövsiyyə
stimullaşdırma, tövsiyyə, məcburetmə
Dispozitiv metod sahibkarlarla aşağıdakılardan hansı arasında yaranan münasibətlərdə tətbiq olunur?
qeyri-hökumət təşkilatları ilə
sahibkarların öz aralarında
dövlət idarəçilik orqanları ilə
məhkəmə hakimiyyəti orqanları ilə
dövlət idarəçilik orqanları ilə
Imperativ metod sahibkarlarla aşağıdakılardan hansı arasında yaranan münasibətlərdə tətbiq olunur?
konturagentlərlə
dövlət idarəçilik orqanları ilə
xarici tərəfdaşlarla
məhkəmə hakimiyyəti orqanları ilə
qeyri-hökumət təşkilatları ilə
Hüquqi şəxsin hüquq qabiliyyətinə nə zaman xitam verilir?
dövlət qeydiyyatına alındığı an
onun ləğvinin başa çatdığı an
qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirməyə başladığı an
qanunla qadağan edilən istənilən fəaliyyət növlərini həyata keçirməyə başladığı an.
məhkəmədə iddiaçı kimi çıxış etdiyi an
Aşağıda deyilənlərdən hansı yanlışdır?
Azərbaycan Respublikası (dövlət) mülki hüquq münasibətlərində bəzi istisnalarla digər hüquqi şəxslər kimi iştirak edir;
bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edə bilməzlər;
hüquqi şəxslər məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir;
hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər
hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir;
Hüquqi şəxslərin nümayəndəlikləri və filialları üçün hansı xüsusiyyətlər xarakterik deyil?
nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər
nümayəndəliklər və filiallar özləri də hüquqi şəxsdirlər
nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir
nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxsin etibarnaməsi əsasında fəaliyyət göstərirlər.
nümayəndəliklər və filiallar hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.
Aşağıda deyilənlərdən hansı yanlışdır?
fiziki şəxs qanunun tələblərinə əsasən 18 yaşına çatdıqda tam həcmdə mülki hüquqi fəaliyyət qabiliyyətinə malik olur.
fiziki şəxslər hüquqi şəxs yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan kiçik sahibkarlardır.
hüquqi şəxs öz adından əmlak və şəzsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
hüquqi şəxsin müstəqil balansı olmalıdır.
hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər,
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kimlər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz:
hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;
xarici hüquqi şəxslər;
fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;
mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri
İki və daha artıq şəxs arasında konkret hüquq münasibətlərini əmələ gətirən aşağıdakılardan hansıdır?
Nazirlər Kabinetinin sərəncamı
prezident fərmanı
parlament qanunu
mülkü hüquqi müqavilə
Bələdiyyə əsasnaməsi
Aşağıdakılardan hansı sahibkarlıq hüququnun mənbəyi hesab olunmur?
«Haqsız rəqabət haqqında» qanun
“Qaz təchizatı haqqında” qanun
«İnvestisiya fəaliyyəti haqqında» qanun
«Valyuta tənzimi haqqında» qanun
«Müflisləşmə və iflas haqqında» qanun
Sahibkarlıq haqqında qanunvericilik....?
Azərbaycan Respublikasının konstitusiyasıdır
sahibkarlıq fəaliyyətini hüquqi tənzimləyən normativ aktların məcmusudur
Azərbaycan Respublikasının Konstitusiya qanunlarıdır
Sahibkarlıq fəaliyyəti haqqında” qanundur
Azərbaycan Respublikasının Mülki Məcəlləsidir
Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan Respublikasında kim məşğul ola bilər?
hüquq qabiliyyəti olan hər bir fiziki şəxs
fəaliyyət qabiliyyəti olan hər bir hüquqi və fiziki şəxs
10 ildən çox respublikada yaşayanlar
yalnız qeyri-dövlət mülkiyyətinə əsaslanan hüquqi şəxslər
Azərbaycan Respublikasında anadan olanlar
Aşağıdakılardan hansı sahibkarlıq hüququnun prinsipi deyil?
subyektlərinin bərabərliyi
maliyyə müstəqilliyi
mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi
mülkiyyətin toxunulmazlığı
iradə sərbəstliyi
Sahibkarlıq hüququnda əsasən istifadə olunan metodlar hansılardır?
birbaşa və dolayı
imperativ və dispozitiv
hüquqi və ənənə
leqal və qeyri-leqal
iqtisad və inzibati
Sahibkarlıq hüququnun predmetini təşkil edən ictimai münasibətlər bölünür?
iqtisadi və hüquqi münasibətlərə
kommersiya və qeyri-kommersiya münasibətlərinə
biznes və sahibkarlıq münasibətlərinə
rezident və qeyri-rezident münasibətlərinə
daxili və xarici münasibətlərə
“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən sahibkarlıq.....?
qeyri-rezidentlərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı,satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
fiziki şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
dövlət orqanlarının mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı,satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı,satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
fiziki və hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
Respublikamızda sahibkarlıq fəaliyyətinin hüquqi təsbiti ilk dəfə hansı normativ-hüquqi aktda olmuşdur?
Azərbaycan Respublikasının konstitusiyasında
“Sahibkarlıq fəaliyyəti haqqında” qanunda
Azərbaycan Respublikasının Mülki Məcəlləsində
Azərbaycan Respublikası Prezidentinin fərmanında
Əsrin müqaviləsi” layihəsində
Qanun dedikdə nə nəzərdə tutulur?
İcraedici hakimiyyət orqanı tərəfinfən sahibkarlıq fəaliyyətinin tənzimlənməsini nəzərdə tutan aktı
Səlahiyyətli dövlət hakimiyyəti orqanının qəbul etdiyi akt
Nazirlər Kabinetinin rəsmi qəzetdə dərc olunmuş aktı
Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsini nəzərdə tutan və məhkəmə orqanı tərəfindən qəbul edilən normativ akt
Yerli özünüidarəetmə orqanının qəbul etdiyi akt
Aşağıdakılardan hansı sahibkarlıq hüququnun predmetini təşkil edir?
Sahibkarlıq fəaliyyəti sferasında münasibətlər
Sahibkarlıq hüququ normaları vasitəsilə tənzimlənən ictimai münasibətlər
Hüquq institutlarının məcmusu
Məqsədi mənfəət əldə etmək olan münasibətlər
Sahibkarlıq sferasında qeyri-kommersiya münasibətləri
Aşağıdakılardan hansı Vergi Məcəlləsinin qeyd edilən normalarına əsasən, vergi ödəyicisinin hüquqlarına daxil deyil?
vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq;
Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etməmək
artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını tələb etmək;
vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq;
vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək;
Vergi Məcəlləsinə əsasən, dövlət vergilərinə aşağıdakılardan hansı daxil deyil:
fiziki şəxslərin gəlir vergisi;
fiziki şəxslərin mənfəət vergisi
aksizlər
sadələşdirilmiş vergi
əlavə dəyər vergisi;
Sahibkarlıq hüququ subyektlərinin mülki dövriyyədə fəaliyyət sahələri seçməkdə və iqtisadi qərarlar qəbul etməkdə, sahibkarlıq fəaliyyətinin forma və üsullarını müəyyənləşdirməkdə, hərəkət variantları seçməkdə müstəqilliyini şərtləndirən prinsip hansıdır.
sahibkarlıq hüququ subyektlərinin mülki hüquqlarının məhkəmə müdafiəsi
sahibkarlıq hüququ subyektlərinin iradə sərbəstliyi
sahibkarlıq hüququ subyektlərinin mülkiyyət toxunulmazlığı,
sahibkarlıq hüququ subyektlərinin bərabərliyi,
sahibkarlıq hüququ subyektlərinin əmlak müstəqilliyi,
Aşağıdakılardan hansı bələdiyyələrin səlahiyyətlərinə aid deyil?
yerli iqtisadi inkişaf proqramlarının qəbulu
yerli sosial sığorta sistemi yaratmaq
yerli vergi və ödənişləri müəyyən etmək
yerli sosial inkişaf proqramlarını icra etmək
yerli büdcənin icrası haqqında hesabatlar vermək
“Azad sahibkarlıq hüququ” aşağıdakı hüquq mənbələrindən hansı ilə müəyyən edilmişdir
müvafiq qanunlarla
konstitusiya ilə
Prezident fərmanı ilə
Nazirlər Kabinetinin qərarı ilə
“sahibkarlıq fəaliyyəti haqqında” qanunla
Sahibkarlıq fəaliyyəti sahəsində qeyri-kommersiya münasibətlərinə aşağıdakılardan hansı aid deyil
sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi
kommersiya müqaviləsinin şərtlərinin müəyyənləşdirilməsi
haqsız rəqabətə qarşı mübarizə
istehlakçıların hüquqlarının müdafiəsi
antiinhisar fəaliyyəti
Aşağıdakılardan hansı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan struktur deyil?
Kənd təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
Dövlət Fitosanitar Nəzarəti Xidməti
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
Dövlət Baytarlıq Xidməti
Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi
Torpaq sahəsi üzərində icarə hüququ hansı müddəti keçdikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır
müddəti on iki aydan çox olduqda
müddəti on bir aydan çox olduqda
müddəti iki aydan çox olduqda
müddəti altı aydan çox olduqda
müddəti iyirmi dörd aydan çox olduqda
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini hansı üsulla əldə edə bilərlər?
icarə hüququ əsasında
vərəsəlik əsasında
barter mübadiləsi əsasında
mülki hüquq əsasında
alqı-satqı əsasında
Aqrar sahədə dövlət siyasətinin həyata keçirlməsinə hansı dövlət orqanı məsuldur?
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Azərbaycan Respublikası Nazirlər Kabineti
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Respublikası Vergilər Nazirliyi
Aşağıdakılardan hansılar aqrar hüququn prinsipi deyil?
aqrar sahibkarlığın sərbəstliyi üçün hüquqi zəmanət sisteminin genişlənməsi
aqrar sahibkarlığın əmək fəaliyyətinin təbii iqlim şəraiti ilə üzvi əlaqəsi
aqrosənaye kompleksinin idarəçilik sisteminin demokratikləşdirilməsi
aqrar biznesə dövlət dəstəyinin artırılması
aqrar hüquq münasibətləri iştirakçılarının bərabərliyi
Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə aşağıdakı normativ akt daxil deyil?
Azərbaycan Respublikasının Hava Məcəlləsi
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Azərbaycan Respublikasının Konstitusiyası
«Aqrar islahatların əsasları haqqında» qanun
«Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının qanun
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında” əsasnaməyə əsasən aşağıdakılardan hansı nazirliyin funksiyası deyil
suvarılan torpaqların və kənd təsərrüfatının su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirmək
öz səlahiyyətləri hüdudlarında kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin hüquqi tənzimlənməsini həyata keçirmək
tabeliyində olan idarə və təşkilatların fəaliyyətinə öz səlahiyyətləri çərçivəsində köməklik göstərmək və nəzarət etmək
kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin regional tarazlığın təmin olunması tədbirlərini həyata keçirmək
dövlət bitki mühafizə və bitki karantini xidmətlərini təşkil edir və dövlət fitosanitar nəzarətini həyata keçirmək
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında” əsasnaməyə əsasən aşağıdakılardan hansı nazirliyin vəzifəsi deyil?
kənd təsərrüfatının texnika, maşın, avadanlıq, ehtiyat hissələri və digər istehsal təyinatlı mallara olan tələbatın təhlil edilməsi vəproqnozlaşdırılması
kənd təsərrüfatı sahəsində iqtisadi islahatların həyata keçirilməsinin təmin edilməsi
kənd təsərrüfatı sahəsində istehsalın təşkili və həyata keçirilməsi
ölkədə aqrar islahatının həyata keçirilməsində yerli və rayon aqrar islahatı komissiyalarına əməli köməklik göstərilməsi
kənd təsərrüfatı sahəsində dövlət siyasətinin formalaşdırılmasının və həyata keçirilməsinin təmin edilməsi
«Kəndli (fermer) təsərrüfatı haqqında» qanuna əsasən kəndli təsərrüfatı yaratmaq hüququna malikdir?
18 yaşına çatmış fəaliyyət qabiliyyətli bütün vətəndaşlar və vətəndaşlığı olmayanlar
16 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün hüquqi şəxsləri
18 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
hüquq qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
Torpaq icarəsi müqaviləsi qanunvericilikdə müəyyən edilmiş qaydada kim tərəfdən dövlət qeydiyyatına alınır?
müvafiq qanunverici orqanı tərəfindən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
icarə münasibətlərinə daxil olan icarəçi tərəfindən
icarə münasibətlərinə daxil olan icarədar tərəfindən
müvafiq məhkəmələr tərəfindən
Qanunvericilikdə torpaq bazarında əqdlərin belə bir növü yoxdur?
torpaq sahələrinin alqı-satqısı
torpaq sahələrinin rentası
torpaq sahələrinin bağışlanması
torpaq sahələrinin statusunun dəyişdirilməsi
torpaq sahələrinin nizamnamə fonduna verilməsi
Torpaq xüsusi mülkiyyətinə verilə bilər?
Azərbaycan Respublikasının fiziki şəxslərinə
Xarici ölkələrin vətəndaşlarına və hüquqi şəxslərinə
Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə
Azərbaycan Respublikasının hüquqi şəxslərinə
Aqrar bazarın dövlət tənzimlənməsi aləti deyildir?
maliyyə - kredit müəssisələrinin işinin aqrar bazarın tələbatına uyğunlaşdırılması
mühüm kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması
əmtəə istehsalçılarının xarici bazarın zərərli təsirindən qorunması və təminatlı daxili bazarın yaradılması
bank işinin təkmilləşdirilməsi
sığorta işinin təkmilləşdirilməsi
Aqrar sektorda çoxnövlü təsərrüfat formalarına aid deyil?
şərikli-payçı formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri
xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer) təsərrüfatları
dövlət kənd təsərrüfatı istehsalı müəssisələri
kənd təsərrüfatı məhsulları istehsalı asossasiyaları
şərikli-payçı formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri
Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin aşağıdakı mülkiyyət formalarına əsaslanması nəzərdə tutulmuşdur?
aqrar mülkiyyəti, sənaye mülkiyyəti, tikinti mülkiyyət
fərdi mülkiyyət, korparativ mülkiyyət, ailə mülkiyyət
ictimai mülkiyyət, kollektiv mülkiyyət, xüsusi mülkiyyət
dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət
dövlət mülkiyyəti, səhmdar mülkiyyəti, təsərrüfat mülkiyyət
