NEW
Font size
Worksheetsİqtisadi Hüquq 6
Total questions: 51
Worksheet time: 26mins
Aqrar sahədə aparılan islahatın məqsədini, vəzifələrini, əsas istiqamətlərini və prinsiplərini müəyyən edən normativ akt hansıdır?
Kəndli-fermer təsərrüfatı haqqında”qanun
”Sovxoz və kolxozların islahatları haqqında” qanun
Azərbaycan Respublikasının Konstitusiyası
“Torpaq islahatı hqqında” qanun
“Aqrar islahatının əsasları haqqında” qanun
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini digər müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli surətdə həyata keçirir və tabedir...?
Bakı Şəhər İcra Hakimiyyətinə
Azərbaycan Respublikası Milli Məclisinə
Azərbaycan Respublikası Maliyyə Nazirliyinə
Azərbaycan Respublikası Nazirlər Kabinetinə
Azərbaycan Respublikası Ali Məhkəməsinə
«Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı» Azərbaycan Respublikası Hökumətinin ərzaq təhlükəsizliyi sahəsindəki..?
dövlət büdcəsi öhdəliyini təşkil edir
dövlət quruluşunu təmin edir
xarici öhdəliklərini müəyyən edir
öhdəlik və məqsədlərini əhatə edir
səlahiyyətlərini əhatə edir
«Sovxoz və kolxozların islahatı haqqında» qanunda aşağıdakı təşkilati-hüquqi formada təsərrüfatçılıq subyekti nəzərdə tutulmamışdır?
məhdud məsuliyyətli müəssisə formasında fəaliyyət göstərən kooperativlər
fərdi müəssisə formasında fəaliyyət göstərən kəndli (fermer) təsərrüfatları
dövlət kənd təsərrüfatı istehsalı müəssisələri
səhmdar cəmiyyətləri
transmilli korporasiyalar
Aşağıdakılardan hansı xüsusi torpaq fonduna daxil deyil?
dövriyyədən çıxarılmış və ya az qiymətli torpaqlar səviyyəsinə düşmüş kənd təsərrüfatı yerləri
təyinatı üzrə istifadə edilməyən bütün kateqoriyalardan olan torpaqlar
dövlət mülkiyyətində olan torpaqlar
üzürlü səbəb olmadan , kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar bir il ərzində, qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar iki il ərzində istifadə edilmədikdə
girov qoyulmuş və girovdan çıxarılmamış torpaqlar
Torpaq bazarının tənzimlənməsində hüquqi baza hesab edilmir?
“Torpaq islahatı haqqında” qanun
Azərbaycan Respublikasının Konstitusiyası
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
“Dövlət nəzarəti haqqında” qanun
Torpaq islahatının obyekti..?
Azərbaycan Respublikasının meşə torpaq fondudur
Azərbaycan Respublikasının kənd torpaq fondudur
Azərbaycan Respublikasının rayon torpaq fondudur
Azərbaycan Respublikasının vahid torpaq fondudur
Azərbaycan Respublikasının qəsəbə torpaq fondudur
Aqrar islahatın əsas prinsipi deyil?
islahatın aparılmasında könüllülüyün təmin edilməsi
dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması
islahatın aparılmasında sosial ədalətin təmin edilməsi
iqtisadiyyatın sahəvi strukturunda aqrar sektorun payının yüksəldilməsi
əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsulların sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi
Aqrar hüququn prinsipi deyil?
aqrar sahibkarlığın sərbəstliyi üçün hüquqi zəmanət sisteminin genişlənməsi
aqrar biznesə dövlət dəstəyinin artırılması
aqrar hüquq münasibətləri iştirakçılarının bərabərliyi
aqrosənaye kompleksinin idarəçilik sisteminin demokratikləşdirilməsi
aqrar sahibkarlığın əmək fəaliyyətinin təbii iqlim şəraiti ilə üzvi əlaqəsi
Kəndli – fermer təsərrüfatları əsasən...?
birgə təsərrüfat kimi formalaşır
ailə təsərrüfatı kimi formalaşır
kollektiv təsərrüfat kimi formalaşır
fərdi təsərrüfat kimi formalaşır
dövlət təsərrüfatı kimi formalaşır
Aqrar hüquq...?
nəqliyyat sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
turizm sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
sənaye sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
tikinti sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
kənd təsərrüfatı sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
Azərbaycanda neftin satışından əldə olunan gəlirlərın səmərəli idarə edilməsi məqsədilə hansı xüsusi qurum yaradılıb?
Azərbaycan Respublikası Mərkəzi Bankı
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Azərbaycan Respublikası Dövlət Sahibkarlığa Kömək Fondu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi Fondu
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Fondu
Azərbaycanda Dövlət Neft Fondu neçənci ildə yaradılmışdır?
1997-ci ildə
1996-ci ildə
1995-ci ildə
1999-ci ildə
1998-ci ildə
Elektroenergetikada norma, qayda və standartlar əsasən hansı məsələlərlə bağlıdır?
elektrotəchizat, istilik təchizatı, müəssisələrin fəaliyyətini təşkili ilə bağlı ümumi məsələlər
elektroenergetika müəssisələrinin hüquqi statusu;
elektroenerjinin istehsalı, bölüşdürülməsi, satışı ilə bağlı məsələlər
elektroenerjinin ötürülməsi, satışı;
elektroenerji istehsalı, satışı
Azərbaycan Respublikası Dövlət Neft Fondu hansı məqsədlə yaradılmışdır?
ölkəyə daxil olan valyuta vəsaitlərinin səmərəli idarə edilməsi məqsədilə
mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması reinvestisiyası məqsədilə
mənfəət neftinin satışından daxil olan valyuta vəsaitləri hesabına dşvlət büdcəsini formalaşdırmaq məqsədilə
mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması, səmərəli idarə edilməsi məqsədilə
neftin satışından daxil olan valyuta vəsaitlərinin toplanması məqsədilə
Azərbaycan Respublikası Dövlət Neft Fondu hesabat verir?
Azərbaycan Respublikası Mərkəzi Bankına
Azərbaycan Respublikası Nazirlər Kabinetinə
Azərbaycan Respublikası Prezidentinə
Azərbaycan Respublikası Ali Məhkəməsinə
Azərbaycan Respublikası Parlamentinə
Azərbaycan Respublikası Dövlət Neft Fondu...?
sosial müdafiə fondudur
Mərkəzi Bankın strukturudur
büdcədənkənar fonddur
büdcə fondudur
dövlət büdcəsinin tərkib hissəsidir
Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərindən hansı normativ akt əsasında istifadə olunur?
qanun
Nazirlər Kabinetinin qərarı
prezident fərmanı
parlamentin qərarı
məhkəmənin qərarı
Azərbaycan Respublikası Dövlət Neft Fondu..?
beynəlxalq əməkdaşlıq fondudur
tənzimləmə fondudur
inkişaf fondudur
büdcə fondudur
stabilləşmə fondudur
1994-cü ildə xarici neft şirkətləri konsorsiumu ilə ARDNŞ arasında “Çıraq”, “Azəri”, neft yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi sazişinin tipi hansıdır?
İştirak yaxud assosiasiya sazişi
Xidmət müqavilələ sazişi
Hasilatının Pay Bölgüsü Sazişi
Uzunmüddətli idarəetmə sazişi
Konsessiya yaxud lisenziya sazişi
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərneft” Dövlət Konserni və “Azərkimya”istehsalat birliyinin bazasında aşağıdakılardan hansı yaradılmışdır?
AZƏRIQAZ
BP
ARDNŞ
ABƏŞ
AZPETROL
“Energetika haqqında” Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilib?
1994-cü ildə
2001-ci ildə
1998-ci ildə
1992-ci ildə
1997-ci ildə
Konsessionerin qəti qərar qəbul etmək hüququna nə daxildir?
servis xidmətlərini sərbəst təyin etmək;
ticarət fəaliyyətini və təkrar satış qiymətlərini sərbəst təyin etmək;
malları göndərməkdən imtina edə bilər;
satış qiymətlərini sərbəst təyin etmək
müqaviləyə xitam verə bilər;
Aşağıdakılardan hansı standartlaşdırmanın məqsədi deyil?
məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi
istehlakçiların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmaması
ölçmələrin dəqiqliyini və vəhdətini təmin etmək
təbii və texnogen qəzaların və habelə digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyi
məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsi
Kommersiya fəaliyyəti sahəsində məhsulların, işlərin və xidmətlərin keyfiyyətinin hüquqi tənzimlənməsi əsasən hansı qanunla tənzimlənir?
“Tender haqqında” qanun
“Standartlaşdırma haqqında” qanun
“Satınalmalar haqqında” qanun
“Sahibkarlıq fəaliyyəti haqqında” qanun
“Lisenziyalaşdırma haqqında” qanun
Saxlama haqqı şərtləşdirilməyibsə:
anbar sahibinin haqq almaq hüququ yoxdur;
anbar sahibinin adi haqq almaq hüququ vardır;
saxlamanın həcmindən və müddətindən asılı olmayaraq anbar sahibi şərtı maliyyə vahidinin 10 mislindən artıq haqq tələb edə bilməəz;
yalniz əlavə xidmətlərin haqqını tələb edə bilər
əlavə xidmət göstərməyibsə, anbar sahibinin haqq almaq hüququ yoxdur;
Saxlama müqaviləsinə görə saxlayıcı əşyanı nə vaxt qaytarmalıdır?
müqavilədə göstərildiyi vaxtda;
tapşıranın xahişi ilə
tapşıranın xahişini aldiqdan 7 gün sonra;
əşyanın zədələnməsinə ciddi təhlükə olduğu halda istənilən vaxt
müddət bitdiyi vaxt;
Aşağıdakı standart forması yoxdur?
beynəlxalq standart
birlik standartı
dövlətlərarası standart
milli standart
regional (hövzə) standartı
Kommersiya münasibətlərində mülki dövriyyəsi məhdudlaşdırılmayan hansıdır?
hərbi silah-sursat istehsal etmək üçün avadanlıqlar
kütləvi istehlak məhsulları
radioaktiv maddələrin istehsalı üçün nəzərdə tutulan qurğular
xidməti və mülki silah
qiymətli kağızların çap olunması üçün avadanlıqlar
Əmtəə nişanı kimi aşağıdakı nişan qeydə alına bilməz?
Sözlər
dövlət rəmzləri
Hərflər
Əmtəələrin forması və ya onların qablaşdırılması
Təsviri elementlər
Kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsullarına aşağıdakı aid deyil?
rüşvət vermək
müvafiq orqanlarda qeydiyyata alınmaq
danışıqlara qulaq asmaq
məlumatların ötürülmə kanallarına qoşulmaq
kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaq
Kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsullarına aşağıdakı aid deyil?
kommersiya sirrinin sənədlərini oğurlamaq
müqavilə əsasında əməkdaşlıq etmək
kommersiya sirrinin surətini çıxarmaq
kommersiya sirrinin fotoşəklini çəkmək
zor tətbiq etmək və ya hədələmək
Aşağıdakılardan hansı kommersiya fəaliyyətinin tənzimlənməsində bilavasitə istifadə olunan qanun deyil?
“Antiinhisar fəaliyyəti haqqında” qanun
“Yerin təki haqqında” qanun
“Reklam haqqında” qanun
“Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” qanun
“Standartlaşdırma haqqında” qanun
Aşağıdakılardan hansı kommersiya fəaliyyətinin tənzimlənməsində bilavasitə istifadə olunan qanun deyil?
“Reklam haqqında” qanun
“Kommersiya sirri haqqında” qanun
“Qaz təchizatı haqqında” qanun
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun
“Elektron ticarət haqqında” qanun
Aşağıdakı fikirlərdən hansı yanlışdır?( Eyni şərtli fərqli cavablı 2 sual var hər ikisi düz variantdı)
məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğu Azərbaycan Respublikasının dövlət standartlarının tövsiyyə xarakterli tələblərinə aiddir
-
Aşağıdakı fikirlərdən hansı yanlışdır?( Eyni şərtli fərqli cavablı 2 sual var hər ikisi düz variantdı)
yanlış fikir yoxdur
-
Aşağıdakılardan hansı məhsulların sertifikatlaşdırılmasının izahıdır?
Məhsulların sertifikatlaşdırılması iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyyələrin məcmusudur.
Məhsulların sertifikatlaşdırılması ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyyələrin məcmusudur.
Məhsulların sertifikatlaşdırılması dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyyələrin məcmusudur.
Məhsulların sertifikatlaşdırılması yerli məhsulların beynəlxalq və milli standartların tələblərinə uyğun olaraq faktiki xarakteristikasının kompeks məcmusudur.
Məhsulların sertifikatlaşdırılması texniki-iqtisadi əməkdaşlıq edən bir qrup region (hövzə) dövlətinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyyələrin məcmusudur.
Kommersiya hüququ əsaslanır?
fasiləsizlik prinsipinə
bərabərlik prinsipinə
ədalətlilik prinsipinə
tarazlıq prinsipinə
soaial prinsipinə
Kommersiya hüququnun predmetini təşkil edir?
qiymətli kağız dövriyyəsi sahəsində yaranan münasibətlər
əmtəə dövriyyəsi sahəsində yaranan münasibətlər
mülki dövriyyə sahəsində yaranan münasibətlər
xarici əməkdaşlıq sahəsində yaranan münasibətlər
pul dövriyyəsi sahəsində yaranan münasibətlər
İnformasiya hüquq münasibətləri çərçivəsində mərkəzi icra hakimiyyəti orqanı hansıdır?
Azərbaycan Respublikasının Texnologiyalar Komitəsi
Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları İnstitutu
Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Dövlətin informasiya siyasətinin reallaşdırılmasına hansı orqan məsuldur?
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Aşağıdakılardan hansı Azərbaycan Respublikası Milli Məclisinin dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində vəzifəsidir
dövlət sirrinə aid edilən məlumatların siyahısının təsdiq edilməsi
dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması üzrə
müvafiq icra hakimiyyəti orqanı aparatının vəzifəli şəxslərinin dövlət sirrinin mühafizəsi üzrə səlahiyyətlərinin müəyyən edilməsi
dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarının həyata keçirilməsi üzrə dövlət büdcəsindən yönəldilən vəsaitə baxılması
dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarının təsdiq edilməsi
Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) ...?
özəl bölmədə tələb olunur
dövlət bölməsində tələb olunur
tələb olunmur
hər bir şəxsin istəyinə bağlıdır
tələb olunur
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən...?
hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq və əldə etmək azadlığı vardır
hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq yaymaq azadlığı vardır
hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq azadlığı vardır
hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq hazırlamaq azadlığı vardır
Aşağıdakılardan hansı iqtisadi resurs kimi informasiya forması deyil?
istehlakçilarin prioritetlərinə və bazarlardakı şəraitə təsir edən kütləvi informasiyalar
innovasiyalara şərait yaradan elmi-texniki informasiyalar
bazarın vəziyyətini xarakterizə edənkonyuktura məlumatları
tərəfdaşların və bazardakı rəqiblərin tədiyyə və kredit qabiliyyətliliyi haqqında maliyyə informasiyaları
informasiya azadlığı haqqında qanunda göstərilən informasiyalar
Informasiya azadlığının həyata keçirilməsinin prinsipi deyil?
informasiyanın əhatəliliyi və etibarlılığı
informasiyanın əldə edilməsinin qanuniliyi
informasiyanın mobilliyi
informasiyanın açıqlığı və əldə olunmasının sərbəstliyi
informasiya azadlığına dövlət təminatı
Funksional fəaliyyət baxımından AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində deyil?
Azərbaycan Dövlət Dəmir Yolu
Azərbaycan Dövlət Xəzər Dənizi Gəmiçiliyi
Ekoloji Ekspertiza İdarəsi
Avtonəqliyyatservis Departamenti
Yolnəqliyyatservis Departamenti
Nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi hansi hallarda inzibati xəta hesab olunmur?
nəqliyyat vasitəsinə sahiblik hüququ olan səxsin vəfat etməsi
nəqliyyat vasitəsi yararsiz hala düşdükdə
nəqliyyat vasitəsinin həyat ucun təhlukəli vəziyyətdə olan səxsi xəstəxanaya catdirmq məqsədi ilə idarə olunması
nəqliyyat vasiətəsinə sahiblik huququ olan səxsin nəqliyyat vasitəsində olması
nəqliyyat vasitəsinin onu idarə edəın səxsin ərinə məxsusu olması
Nəqliyyat münasibətlərində mərkəzi icra hakimiyyəti orqanı hesab edilir?
AR Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyi
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi
Bakı Metropoliteni
«AZAL» Dövlət Konserni
Nəqliyyat xidmətləri üçün xüsusi razılığı (lisenziyanı) hansı dövlət orqanı verir?
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Nəqliyyat Departamenti
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və yüksək texnologiyalar Nazirliyi
Azərbaycan Respublikasının Dəmiryolu İdarəsi
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
Aşağıdakı nəqliyyat növlərindən hansı üçün xüsusi razılıq (lisenziya) tələb olunur?
hava və dəmiryolu nəqliyyatı
hava və su nəqliyyatı
dəniz və avtomobil nəqliyyatı
aviasiya və dəmiryolu nəqliyyatı
boru kəməri və su nəqliyyatı
