wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Azərb.iqtis.5yeni

Total questions: 15

Worksheet time: 10mins

Name
Class
Date
1.

Struktur siyasəti nədir?

a)

iqtisadi subyektlərin həyat fəaliyyətinin hüquqi və institusional əsaslarının formalaşması

b)

uzunmüddətli sosial-texnoloji artım üçün şəraitin yaradılması

c)

istehsal amillərindən istifadə olunmasının səmərəliliyinin azaldılması

d)

sahələr arasında rəqabətin məhdudlaşdırılmasının dəstəklənməsi

2.

Hansı hadisədən sonra Azərbaycan iqtisadiyyatında struktur islahatları ehtiyacı özünü daha çox biruzə verdi?

a)

2015-ci ildə baş verən iki ardıcıl devalvasiya

b)

2016-cı il strateji yol xəritəsinin hazırlanması

c)

qeyri-neft sənayesinin payının sürətlə artması

d)

infilyasiyanın tüğyan etməsi

3.

Sənaye siyasəti dedikdə nə nəzərdə tutulur?

a)

dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə və təşkilatların əhalini işsizlikdən, istehlak qiymətlərinin artımından müdafiə edən kompleks sosial iqtisadi tədbirlər sistemidir.

b)

torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi

c)

dövlətin və korporasiyanın sənaye istehsalının artımına, onun səmərəliliyi və rəqabətqabiliyyətliliyinin təminatına yönəlmiş tədbirlər sistemidir

d)

hökümətin vergi səviyyələrini, dövlət büdcələrini, pul kütləsini və faiz dərəcələrini, habelə əmək bazarını, milli mülkiyyəti və dövlətin iqtisadiyyata müdaxiləsinin bir çox digər sahələrini təyin etmək sistemlərini əhatə edir

4.

Dünya enerji istehlakında sənaye sektoru neçə faiz paya malikdir?

a)

 65%

b)

75%

c)

40%

d)

50%

5.

İnkişaf etmiş ölkələrdə hansı sahaələr üstünlük təşkil edir?

a)

yeyinti sənayesi, göndəri sənayesi, maşınqayırma

b)

kimya, metallurgiya, gəmiqayırma, maşın və avadanlıq istehsalı

c)

yüngül sənaye və toxuculuq sənayesi

d)

mebel sənayesi, avtomobil sənayesi

6.

Aşağıdakılardan biri dünya təcrübəsində sənayenin inkişafının dörd əsas istiqamətklərindən biri hesab olunmur?

a)

maliyyə tənzimləyicisi qismində fəaliyyət

b)

istehsalçı qismində fəaliyyət

c)

kommersiya qismində fəaliyyət

d)

tənzimləyici qismində fəaliyyət

7.

Bunlardan biri  innovasiyaların təşviqi üzrə siyasətlər qrupuna aid deyil?

a)

texnologiyaların transferi,

b)

böyük müəssisələrin innovasiya yönümlülüyünün gücləndirilməsi,

c)

daxili texnoloji potensialın artırılması,

d)

yüksək və orta texnologiya üzrə yeni şirkətlərin (“start-up”lar) inkişafı

8.

XX əsrin ikinci yarısında inkişaf etməkdə olan ölkələrdə həyata keçirilmiş sənayenin inkişafı siyasəti hansı modellərə əsaslanır?

a)

Avstraliya və Avropa modeli

b)

Asiya və Cənub-Şərqi Asiya modeli

c)

Asiya və Latın Amerikası modeli

d)

Avropa və Amerikan modeli

9.

Bunlardan hansı Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunur?

a)

1872-ci ildə iltizam sisteminin ləğvi

b)

Dünyada ilk dəfə Bakıda 1848-ci ildə neftin sənaye üsulu ilə hasilatı

c)

1859-cu ildə Bakıda Dubinin qardaşlarının iri neftayırma zavodu istifadəyə verilməsi

d)

1872–1873-cü illərdə Xəzər dənizində taxta barjlarla neft nəql edilməsi

10.

Müstəqillik illərində hansı hadisədən sonra Azərbaycan Sənayesi canlanmağa başladı?

a)

1907-ci il martın 26-da Bakı-Batumi neft kəmərinin istifadəyə verilməsi

b)

Bakı-Tiblisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi

c)

1997-ci ilin noyabrnda Azəri-Çıraq-Günəşlidən neftin çıxarılmasına başlanması

d)

20 sentyabr 1994-cü ildə “ Əsrin Müqaviləsi”

11.

Bunlardan biri 2004-cü ildən etibarən Azərbaycan sənayesində baş verən dəyişikliklərə aid deyil?

a)

sənayenin regional strukturunun təkmilləşdirilməsinin əsas prioritetlərdən biri kimi müəyyən olunması

b)

respublikanın təbii qaz və elektrik enerjisi ixracatçısınnan idxalatçısına çevrilməsi

c)

sənayeləşmə templərin yüksəlməsi

d)

sənayenin infrastruktur təminatın əhəmiyyətli dərəcədə yaxşılaşdırılması

12.

Hansı il Azərbaycan Respublikasında “Sənaye İli” hesab olunur?

a)

2016-cı il

b)

2014-cü il

c)

2018-ci il

d)

2015-ci il

13.

2015-2020-ci illər üçün Dövlət Proqramında irəli sürülən məqsədlərə aid deyil?

a)

enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi

b)

əsasən material tutumlu və innovativ istehsalın genişləndirilməsi

c)

qeyri- neft sənayesinin ixrac potensialının artırılması

d)

sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi

14.

Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları hansı vergidən azad deyil?

a)

gəlir vergisi

b)

torpaq vergisi

c)

sadələşdirilmiş vergi

d)

əlavə dəyər vergisi

15.

2005- 2011ci illərdə sənaye sektorunda davamlı artımın səbəbi nə idi?

a)

neftin qiymətinin sürətli şəkildə artması

b)

kənd təsərrüfatının məşğulluqda payının artması

c)

neft hasilatında baş verən bum

d)

devalvasiyanın aradan qalxması