Worksheetsadiak 20-35
Total questions: 15
Worksheet time: 8mins
Müşavirəyə rəhbərlik edən şəxs aşağıdakılardan birinin icrasına məcbur deyil
iclasa vaxtında başlamaq
reqlament və protokola məsul şəxsi təyin etmək
işin aparılması qaydalarını razılaşdırmaq, gündəliyi dəqiqləşdirmək
iclasda tərəfdaşların hamısının fikirlərini nəzərə almaq
reqlament barədə məlumat vermək
Danışıqlara hazırlığın əsas elementlərindən biri yanlışdır
danışıqların predmetinin müəyyənləşdirilməsi
nümayəndə heyətinin tərkibinə mütəxəssislərin seçilməs
danışıqların planının və proqramının hazırlanması
tərəfdaşın nəzər-nöqtəsinə diqqətsizlik
problemlərin həlli üçün tərəfdaşların axtarılması
Telefonla işgüzar söhbətə hazırlıq zamanı siz aşağıdakıları bacarmalı və yerinə yetirməlisiniz. Səhv cavabı göstərin:
işə aidiyyəti olan zəruri sənədləri, həmçinin təqvim və qeyd kitabçasını hazırlamaq
sualları və onların təqdim olunmasını dəqiqliklə düşünüb müəyyənləşdirmək
telefon danışığınıkobud, sərt tonda aparmaq
danışığın planını tərtib etmək
danışığın məqsədini və onun aparılma taktikasını dəqiq müəyyənləşdirmək
Aşağıdakılardan biri işgüzar söhbətin əsas funksiyalarına aid deyil
xarici mühitdəki tərəfdaşlarla işgüzar əlaqələrin yaradılması
innovativ tədbir və proseslərin başlanılması
başlanmış tədbir və proseslərə nəzarət və onların koordinasiyası
əsaslandırma
informasiya mübadiləsi
Aşağıdakılardan biri telefon danışığı kompozisiyasının əsas ünsürlərinə aid deyil
vəziyyətin müzakirəsi
qarşılıqlı təqdimolunma
həmsöhbətin işin məğzi ilə tanış edilməsi
telefon dialoqu zamanı məişət üslubuna aid olan sözlərdən, həmçinin qeyri-formal xitablardan istifadə edilməsi
yekun sözü
Nitqinizi yarımçıq kəsən suallar olduqda nəyi etmək olmaz:
Sözünüzü kəsənlərə sonra, ayrılıqda söhbət aparmağı təklif edin
Sual verilməsini xahiş edin
Polemikaya girişməyin, sakit və obyektiv olaraq qalın
Fasilə verin, sözünüzü kəsən adamın səsini batırmağa çalışmayın
Əgər müəyyən bir əsas varsa, sizə söylənilən faktlarla razılaşın
Aşağıdakılardan biri mətbuat konfransının strukturuna və quruluşuna aid deyil:
tədbirin keçirilməsi səbəbinin izah
görüşün proqramı
giriş hissə (davamı 3-4 dəqiqə)
salamlama
özəl hissə
İşgüzar söhbət prosesində nəyi etmək olar?
həmsöhbətin şəxsi zonasına müdaxilə etmək
söhbətin tempini qəsdən sürətləndirmək
söhbət zamanı tərəfdaşın psixi vəziyyətini anlamaq
özü ilə həmsöhbət arasındakı fərqi vurğulamaq
həmsöhbətin sözünü kəsmə
İşgüzar söhbətin ümumi strukturuna aşağıdakılardan biri aid deyil
əsaslandırma
işgüzar söhbətə hazırlıq: görüşün yerinin və vaxtının müəyyənləşdirilməsi
söhbətin başlanğıcı: əlaqəyaratma
informasiya mübadiləsi
problemin irəli sürülməsi və informasiyanın ötürülməsi
İşgüzar danışıqlar neçə mərhələdən keçir?
5
6
2
4
3
Aşağıdakılardan biri işgüzar söhbətin uğurlu olmasına yardım edən faktorlardan deyil:
professional biliklər
əsas müddəaların və fikirlərin təkrarı
əyanilik
qeyri-müəyyən ritm
fikir aydınlığı
Əsaslandırma zamanı istifadə edilən arqumentlər neçə qrupa ayrılır?
6
4
3
5
2
İşgüzar ünsiyyət prosesində işgüzar söhbətin neçə əsas növü müəyyənləşdirilir?
6
5
3
4
2
Müsahibin nitqinə hansı halda müdaxilə edilə bilməz?
danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda
müsahibin nitqini qüvvətləndirmək, fikrini təsdiq və təqdir etməyə ehtiyac duyulduqda
bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə
hər hansı məsələ barədə aydın, məntiqli danışıldıqda
məlum olan əşya və hadisə barədə danışıldıqda
Aşağıdakılardan biri etiketin funksiyalarına aid deyil:
kommunikativ funksiya
tənzimləyici funksiya
simvolik funksiya
dəyişmə funksiyası
ünsiyyət funksiyası
