NEW
Font size
WorksheetsFirmanın iqtisadiyyatı
Total questions: 10
Worksheet time: 6mins
İnhisarçı firma inhisar qiymətini necə təyin edir?
İnhisarçı firma MR>MC olduğu və mənfəəti maksimum edən istehsal həcmini (Qmax) təyin etdikdən sonra təklif əyrisindən istifadə edərək həmin istehsal həcminə uyğun gələn inhisar qiymətini təyin edir;
İnhisarçı firma MR≥MC olduğu və mənfəəti maksimum edən istehsal həcmini (Qmax) təyin etdikdən sonra təklif əyrisindən istifadə edərək həmin istehsal həcminə uyğun gələn inhisar qiymətini təyin edir;
İnhisarçı firma MR=MC olduğu və mənfəəti maksimum edən istehsal həcmini (Qmax) təyin etdikdən sonra tələb əyrisindən istifadə edərək həmin istehsal həcminə uyğun gələn inhisar qiymətini təyin edir;
İnhisarçı firma MR≤MC olduğu və mənfəəti minimum edən istehsal həcmini (Qmax) təyin etdikdən sonra tələb əyrisindən istifadə edərək həmin istehsal həcminə uyğun gələn inhisar qiymətini təyin edir;
İnhisarçı firma MR<MC olduğu və xərcləri maksimum edən istehsal həcmini (Qmax) təyin etdikdən sonra tələb əyrisindən istifadə edərək həmin istehsal həcminə uyğun gələn inhisar qiymətini təyin edir.
İnhisarçı firmanın tələb və son hədd (marjinal) gəlir əyriləri nə üçün həmişə şaquli xətt (qiymət xətti) üzərindəki eyni nöqtədən başlayır?
bunlardan heç biri doğru deyil
çünki satılan ilk mal vahidinin xərci elə marjinal xərcə bərabərdir
çünki satılan ilk mal vahidinin xərci elə marjinal gəlirə bərabərdir
çünki satılan ilk mal vahidinin qiyməti elə marjinal xərclər bərabərdir
çünki satılan ilk mal vahidinin qiyməti elə marjinal gəlirə bərabərdir
Mənfəəti maksimallaşdıran buraxılış həcmində aşağıdakılardan hansı doğru olur?
P = MC
P=MR=MC
P>MR=MC
MC>MR=P
Heç biri doğru deyil
Aşağıdakı ifadələrdən hansı yalnışdır?
tələbin qiymət elastikliyi nə qədər aşağı olarsa, əlavə edilən artım bir o qədər böyük olacaq.
inhisarçı firma bazarda yeganə istehsalçı (satıcı) olduğu üçün onun üzləşdiyi tələb əyrisi aşağı meylli tələb əyrisidir.
Təbii inhisar istehsal həcmlərinin artması müqabilində məhsul vahidinə çəkilən xərclərin davamlı olaraq azalması halında meydana çıxır.
İnhisar hakimiyyətinin (gücünün) dərəcəsi firmanın üzləşdiyi tələb elastikliyi ilə tərs aslılıq vəziyyətindədir
İnhisar hakimiyyətinin (gücünün) dərəcəsi firmanın üzləşdiyi tələb elastikliyi ilə düz aslılıq vəziyyətindədir
Dominantlıq (hökmranlıq) edən firma nədir?
bu, yaxın rəqiblərin olması şərtilə bazarın 50 faizindən 100 faizə qədər hissəsini öz əlində saxlayan firmadır.
bu, yaxın rəqiblərin olmaması şərtilə bazarın 50 faizindən 100 faizə qədər hissəsini öz əlində saxlayan firmadır.
bu, yaxın rəqiblərin olması şərtilə bazarın 30 faizindən 100 faizə qədər hissəsini öz əlində saxlayan firmadır.
bazarın 30 faizinə qədər hissəsini öz əlində saxlayan firmadır.
bunlardan heç biri doğru deyil
Qiymət ayırımçılığı zamanı eyni məhsulun qiyməti aşağıdakı amillərdən asılı olaraq fərqləndirilə bilər: a) malın istehsal xərclərində baş verən dəyişikliklər; b) malın alış-satış miqdarı; c) alıcının xüsusiyyətləri; d) malın satış xərclərində baş verən dəyişikliklər; e) satışın müxtəlif şərtləri
b, c və e
a, c və d
c, d və e
a, b və c
a, c e
İnhisarçı firmanın hər məhsul vahidindən əldə etdiyi mənfəətin məbləği necə hesablanır?
M = P - MR
M = P - MC
M = (P - ATC)xQ
M = P - ATC
M = (P - MC)xQ
İstehsalçı (satıcı) firma hər bir istehlakçı yaxud alıcının aldığı hər bir məhsul üçün fərqli qiymətlər təyin edirsə bu hansı qiymət ayrımçılığıdır?
İkinci dərəcədən qiymət ayırımçılığı
Üçüncü dərəcədən qiymət ayırımçılığı
Birinci dərəcədən qiymət ayırımçılığı
Bunların heç biri doğru deyil
Dördüncü dərəcədən qiymət ayırımçılığı
İnhisarçı firmanın üzləşdiyi tələb əyrisi necə olur?
Bunlardan heç biri doğru deyil
Qiymət oxuna paralel tələb əyrisidir
Miqdar oxuna paralel tələb əyrisidir
Yuxarı meylli tələb əyrisidir
Aşağı meylli tələb əyrisidir
Təbii inhisar hansı halda meydana çıxır?
Təbii inhisar istehsal həcmlərinin artması müqabilində məhsul vahidinə çəkilən xərclərin davamlı olaraq azalması halında meydana çıxır
Təbii inhisar istehsal həcmlərinin azalması müqabilində məhsul vahidinə çəkilən xərclərin davamlı olaraq azalması halında meydana çıxır
Təbii inhisar istehsal həcmlərinin artması müqabilində məhsul vahidinə çəkilən yalnız marjinal xərclərin davamlı olaraq azalması halında meydana çıxır
Təbii inhisar istehsal həcmlərinin artması müqabilində məhsul vahidinə çəkilən dəyişən xərclərin davamlı olaraq azalması halında meydana çıxır
Təbii inhisar istehsal həcmlərinin azalması müqabilində məhsul vahidinə çəkilən dəyişən xərclərin davamlı olaraq azalması halında meydana çıxır
