NEW
Font size
WorksheetsFirmanın iqtisadiyyatı 8
Total questions: 15
Worksheet time: 8mins
Oliqapolistik firmalar ilk olaraq istehsal buraxılışını, sonra isə qiyməti təyin edir. Nəticədə hansı tarazlıq yaranacaq?
Bertran
Kurno
Ştakelberq
Ecuart
Modilyani
Firmanın reaksiya əyrisi nədir?
firmaların qarşılıqlı uyğunlaşan hərəkət və proqnozların kombinasiyası
rəqibin son hədd gəlir əyrisi
rəqibin son hədd xərc əyrisi
rəqibinin güman olunan hərəkətləri nəzərə alınmaqla, hər bir firmanın optimal seçimi
qalıq tələb əyrisi
Kurno modelinə əsasən
duopoliya şəraitində istehsalın həcmi xalis inhisarda olduğundan az, təkmil rəqabətdə olduğundan çoxdur
duopoliya şəraitində məhsulun qiyməti xalis inhisarda olduğundan çoxdur
duopoliya şəraitində məhsulun qiyməti təkmil rəqabətdə olduğundan azdır.
duopoliya şəraitində istehsalın həcmi və qiyməti təkmil rəqabətdə olduğu kimidir
duopoliya şəraitində istehsalın həcmi xalis inhisarda olduğundan çox, təkmil rəqabətdə olduğundan azdır
Çemberlinin duopoliya modelinə görə
rəqiblər açıq sövdələşməyə daxil olur
rəqiblər "gözübağlı" fəaliyyət göstərir
rəqib firmalar bir-birinin istehsal həcmini dəyişməz qəbul etmirlər
hər bir rəqib inhisar qiyməti təyin edir
hər bir rəqib inhisar mənfəətini əldə edir
Çemberlinin duopoliya modelinin I teoreminə görə hər bir firmanın tuta biləcəyi bazar payı
1/4
1/3
1/2
1/8
1/6
Ştakelberq modeli:
dinamik modeldir
statik modeldir
kooperativ modeldir
qiymət modelidir
qiyməti təyin etməyə görə liderlik modelidir
İzoprofit əyriləri
rəqibinin güman olunan hərəkətləri nəzərə alınmaqla, hər bir firmanın optimal seçim etdiyi nöqtələr çoxluğudur
hər bir duopolist firmaya eyni bir miqdarda mənfəəti təmin edə bilən istehsal həcmi kombinasiyaları çoxluğunu əks etdirən bərabər mənfəət əyriləridir
hər bir duopolist firmaya eyni bir miqdarda mənfəəti təmin edə bilən qiymət kombinasiyaları çoxluğunu əks etdirən bərabər mənfəət əyriləridir
rəqibin son hədd gəlir əyrisidir
firmaların qarşılıqlı uyğunlaşan hərəkət və proqnozların kombinasiyasıdır
Liderə çevrilmiş firmanın mənfəəti:
inhisar mənfəətinə bərabərdir
Kurno modeli üzrə rəqabət aparan firmanın əldə etdiyi mənfəətlə müqayisədə daha azdır
Bertran modeli üzrə rəqabət aparan firmanın əldə etdiyi mənfəətlə müqayisədə daha azdır
Bertran modeli üzrə rəqabət aparan firmanın əldə etdiyi mənfəətə bərabərdir
Kurno modeli üzrə rəqabət aparan firmanın əldə etdiyi mənfəətlə müqayisədə artır
Bertran modelində firmalar
qiyməti son hədd xərcləri səviyyəsində təyin edirlər
qiyməti inhisar səviyyəsində təyin edirlər
qiyməti təkmil rəqabət səviyyəsindən yüksək təyin edirlər
qiyməti son hədd xərcləri səviyyəsindən yüksək təyin edirlər
qiyməti inhisar səviyyəsindən az son hədd xərcləri səviyyəsindən yüksək təyin edirlər
İstehsal gücü üzrə məhdudiyyətin daxil edildiyi qiymət duopoliyası modeli hansıdır?
Bertran
Kurno
Ştakelberq
Ecuart
Modilyani
Ecuort modelində statik tarazlıq:
MR=MC nöqtəsindədir
Neş tarazlığıdır
tarazlıq yoxdur
n sayda tarazlıq var
MR=0 nöqtəsindədir
Son hədd xərcləri artdığı halda
reaksiya əyrisi aşağıya doğru yer dəyişir
reaksiya əyrisi yuxarıya doğru yer dəyişir
bunların heç biri doğru deyil
reaksiya əyrisi sağa doğru yer dəyişir
reaksiya əyrisi yer dəyişmir
Taxıl bazarının təhlili üçün hansı model daha uyğundur?
Bertran
Kurno
Ştakelberq
Ecuart
Modilyani
Son hədd xərcləri artdığı halda
hər iki firmanın istehsal miqdarı, həm də ümumi istehsal miqdarı azalır, qiymət isə artır
hər iki firmanın istehsal miqdarı, həm də ümumi istehsal miqdarı artır, qiymət isə azalır
hər iki firmanın istehsal miqdarı, həm də ümumi istehsal miqdarı artır, qiymət isə sabit qalır
hər iki firmanın istehsal miqdarı, həm də ümumi istehsal miqdarı azalır, qiymət isə sabit qalır
həm istehsal miqdarı, həm də qiymət sabit qalır
Aşağıdakılardan hansı Bertran modelindən doğan paradokslara aiddir?
firmaların son hədd xərclərinin bərabər və sabit olması
istehsal gücləri üzrə məhdudiyyətlər və həmcins məhsul istehsalı
həmcins məhsul istehsalı və son hədd xərclərinin bərabər olması
məhsulun fərqləndirilməsi, istehsal gücləri üzrə məhdudiyyətlər və son həd xərclərin sıfıra bərabər olması
məhsulun fərqləndirilməsi və dinamik rəqabət
