NEW
Font size
WorksheetsQanunvericilik - 3
Total questions: 16
Worksheet time: 8mins
"Dövlət qulluqçuları haqqında" Azərbaycan Respublikasının qanununa əsasən aşağıdakılardan hansıları etik davranış qaydalarına əməl olunmasına dövlət orqanlarının rəhbəri tərəfindən nəzarətin həyata keçirilməsinə aiddir?
1. Tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır. 2. Öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi gözlənilməlidir. 3. Daxil olan şikayət və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verməlidir. 4. Dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görməlidir. 5. Daxil olmuş materiallarda hüquqpozmanın əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərməlidir. 6. Etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməlidir.
1,2,6
3,4,5
1,4,6
2,3,5
"Dövlət qulluqçularının etik davranışı haqqında" Azərbaycan Respublikasının qanununa əsasən məlumatlardan istifadə ilə bağlı düzgün deyil:
Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları tələb etdiyi halda istifadə edə bilər.
Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması mümkünlüyünü təmin etməlidir.
Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada yayılması mümkünlüyünü təmin etməlidir.
Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.
"Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən hansı ölkənin bayrağını, nəyə əsasən qaldırmalıdır?
yalnız öz ölkəsinin bayrağını
yalnız beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağını
öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağını
beynəlxalq dəniz adətlərinə uyğun olaraq bayraq qaldırmamalıdır
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən düzgün deyil:
Dövlət ekoloji tarazlığın saxlanılmasına təminat verir.
Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
Ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplanılmasına yalnız səlahiyyətli orqanın razılığı əsasında icazə verilir.
Heç kəs ətraf mühitə qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə yarada və ya zərər vura bilməz.
"Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a əsasən sənədin razılaşdırılması tələb olunur:
sənəd təşkilat daxili məsələlər üçün nəzərdə tutulduqda
sənədin yaradılmasında digər sənəd əsas olduqda
sənəddə dövlət sirrinə aid məlumatlar olduqda
sənədin məqsədəuyğunluğunu və ya əsaslılığını qiymətləndirmək zəruri olduqda
Göstərilən ardıcıllığa uyğun gələn cavab variantını tapın:
2-ci kateqoriya dövlət orqanı -- beşinci təsnifat inzibati vəzifə
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Aparatında şöbə müdirinin müavini
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatında baş məsləhətçi
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında şöbə müdiri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mütəxəssisi
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən vəzifəli şəxslərin qanunvericiliklə verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız şəkildə imtina etməsi, belə məlumatların verilməsini gecikdirməsi və yaxud natamam və ya təhrif olunmuş məlumatlar verməsi:
korrupsiya ilə əlaqədar hüquqpozma deyil.
korrupsiyaya şərait yaradan hüquqpozma deyil.
korrupsiyaya şərait yaradan hüquqpozmadır.
(bilavasitə) korrupsiya hüquqpozmasıdır.
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən düzgün deyil:
Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirmək hüququ vardır.
Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilən yazılı müraciətlərə baxılmasını təmin etməlidirlər.
Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir.
Müraciət edən şəxsin tələbi ilə müraciətin icraçısına dair məlumat yalnız sonuncunun razılığı ilə verilə bilər.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən altı (VI) və dördüncü (IV) təsnifat inzibati vəzifələrə təyin edilmiş şəxslərə müvafiq olaraq ilk dəfə hansı ixtisas dərəcələri verilməlidir?
VI - 3-cü dərəcə dövlət qulluqçusu, IV - 2-ci dərəcə dövlət qulluqçusu
VI - 2-ci dərəcə dövlət qulluqçusu, IV - kiçik dövlət müşaviri
VI - kiçik dövlət qulluqçusu, IV - 2-ci dərəcə dövlət qulluqçusu
VI - 3-cü dərəcə dövlət qulluqçusu, IV - 1-ci dərəcə dövlət qulluqçusu
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:
1. Baş nazirin seçilməsi 2. Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi 3. senzuranın tətbiq edilməsi 4. Azərbaycan Respublikasının adının dəyişdirlməsi 5. dövlət büdcəsi 6. Azərbaycan Respublikasının inzibati quruluşunun dəyişdirilməsi 7. əfvetmə
2,5,7
1,4,6
1,5,7
1,3,4
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda olan dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı necə müəyyənləşdirilir?
Çalışma müddəti uzadılmış işçilərin sayı məhdudlaşdırılmır.
Çalışma müddəti uzadılmış işçilərin sayı dövlət orqanının rəhbəri tərəfindən müəyyənləşdirilir.
Çalışma müddəti uzadılmış işçilərin sayı müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dövlət orqanının rəhbəri tərəfindən müəyyənləşdirilir.
Çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
12 noyabr 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyası neçə bölmə, fəsil və maddədən ibarətdir?
5 bölmə, 12 fəsil və 158 maddədən
6 bölmə, 10 fəsil və 185 maddədən
7 bölmə, 12 fəsil və 168 maddədən
8 bölmə, 11 fəsil və 128 maddədən
"Azərbaycan Respublikasının Dövlət Dili haqqında" Azərbaycan Respublikasının qanununa əsasən müvafiq icra hakimiyyəti orqanı yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir:
10 ildə bir dəfədən az olmayaraq
7 ildə bir dəfədən az olmayaraq
5 ildə bir dəfədən az olmayaraq
15 ildə bir dəfədən az olmayaraq
"Dövlət orqanlarında, dövlət mülkiyyətində və paylarının (səhnlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a əsasən sənədlərə qoyulan vizanın tərkibinə daxil deyildir:
viza verən şəxsin vəzifəsi
viza verən şəxsin imzası
vizanın verilmə tarixi
viza verən şəxsin adı və soyadı
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malik olması nəzərdə tutulmamışdır:
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikasının Milli Məclisinin deputatları
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Azərbaycan Respublikasının prokurorluğu
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə icraatının aparıldığı dillə bağlı doğru müddəaları seçin:
1. Məhkəmə icraatının aparıldığı dil Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilir. 2. Məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının təmin edilməsi məqsədi ilə bütün hallarda məhkəmə icraatı digər dillərdə aparılmalıdır. 3. Məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının hər hansı bir şəkildə məhdudlaşdırılması yolverilməzdir. 4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda hər kəsin tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ təmin edilir. 5. Məhkəmə icraatının aparıldığı dilin dəyişdirilməsi dövlət hesabına həyata keçirilir.
3,4,5
2,3,4
1,3,4
1,4,5
