NEW
Font size
WorksheetsTurizm iqtisadiyyatı. M 4-5
Total questions: 24
Worksheet time: 11mins
Turizm məhsulunun qiymәtinin azalması sәbәbi ola bilәr:
resurslara qiymәtlәrin aşağı düşmәsi
istehlakçıların gәlirlәrinin artması
istehsala vergilәrin artması
qarşılıqlı tamamlanan әmtәәyә qiymәtin enmәsi
әmtәә әvәzedicisinin әmәlә gәlmәsi
Turizm mәhsulunun qiymәti hansı әsas amillәrdən asılıdır?
Tur günlәrinin sayından, turun növündәn, turistlәrin yaş tәrkibindәn
Bazarın digәr mәhsullarının qiymәti kimi istәr beynәlxalq, istәrsә dә yerli bazarda gedәn proseslәrә uyğun formalaşması
Sosial-psixoloji vә iqtisadi amillәr
İqtisadi münaqişәlәrin vә bazar münasibәtlәrinin iştirakçıları arasında ziddiyyәtlәrin yumşaldılması, gәlir vә әmәk haqqının diferensiasiyasının qarşısının alınmasıdır
Qiymətin təyin edilməsinə təsir edən amillərdən hansı səhvdir?
xərclərin həcminin artırılması
sağ qalmaq
mənfəətin maksimallaşdırılması
tələbatın elastikliyi
Turizmdə qiymətqoymanın dörd strategiyası fərqləndirilir. Hansı səhvdir?
Personal qiymətləri strategiyası
Rəqib qiymətlər strategiyası
Bazara daxil olma strategiyası
Aşağı qiymət strategiyası
Turməhsula yüksək qiymətlərin qoyulmasını nəzərdə tutur ki, bu da ya tam yeni məhsulun mövcud olmasıyla, ya da rəqabətin olmamasıyla mümkündür. Bu açıqlama hansı növ qiymət strategiyasına aiddir?
Yüksək qiymət strategiyası
Aşağı qiymət strategiyası
Bazara daxil olma strategiyası
Rəqib qiymətlər strategiyası
Personal qiymətləri strategiyası
Bu qiymətqoyma strategiyası mümkün olan rəqiblərin aradan çıxarılması üçün tətbiq olunur.
Aşağı qiymət strategiyası
Yüksək qiymət strategiyası
Bazara daxil olma strategiyası
Rəqib qiymətlər strategiyası
Personal qiymətləri strategiyası
Bu strategiya ilk dəfə aşağı qiymət qoyub sonra artırılmasına əsaslanır:
Bazara daxil olma strategiyası
Rəqib qiymətlər strategiyası
Personal qiymətləri strategiyası
Aşağı qiymət strategiyası
Yüksək qiymət strategiyası
Turməhsulun qiyməti rəqiblərin qiyməti səviyyəsində müəyyən edilir:
Rəqib qiymətlər strategiyası
Personal qiymətləri strategiyası
Bazara daxil olma strategiyası
Aşağı qiymət strategiyası
Yüksək qiymət strategiyası
Qiymət strategiyası nədir?
müəssisənin məqsədinə uyğun qiymət dəyişmə dinamikasının seçilməsidir.
Bu bir amilin dəyişməsinin başqa amillərə təsiretmə gücünün dərəcəsidir.
Turizm firmasının reaksiya verməli olduğu amillərin sayı və hər amilin dəyişməsi səviyyəsidir.
Ətraf mühitdə baş verən dəyişikliklərin surətidir.
Turagentliklərin əldə etdikləri komisyon haqlar hansı qiymətlərlə müəyyənləşir?
brutto və netto qiymət
diskont
yüksək faizli qiymət
rasional və irrasional qiymət
sabit və dəyişkən qiymət
Komisyon əlavənin daxil olduğu qiymət hansıdır?
netto
brutto
diskont
sabit qiymət
Komisyon əlavə turoperatorun hesabında qalır, hesablaşma zamanı xarici tərəfdaşlara komisyon çıxılması ilə mıbləğ köçürülür. Bu hansı qiymətdir?
brutto
netto
diskont
Turizmdə muzdla işlәyәn şәxs vergitutma mәqsәdlәri üçün necә adlandırılır?
işçi
kontraktçı
әmәkdaş
mütәxәssis
İşçi qüvvəsindən istifadə edilməsinin göstəricilərinə hansı amillər daxildir?
əmək məhsuldarlığı, əmək haqqına xərclərin dərəcəsi
fonda ayırmalar, dövriyyə vəsaitlərinin dövriyyə qabiliyyəti
mənfəət
gəlirlilik
İşsizlik sәviyyәsi necә hesablanır?
işsizlәrin sayının iqtisadi aktiv әhalinin sayına nisbәti kimi
mәşğul әhalinin sayının әmәk qabiliyyәtli әhalinin sayına nisbәti kimi
әmәk qabiliyyәtli әhalinin sayı ilә mәşğul әhalinin sayının fәrqi kimi
mәşğul әhalinin sayının әhalinin ümumi sayına nisbәti kimi
Turizmdə əmək haqqının tənzimlənməsi necə formalaşır?
İqtisadi göstəricilərindən, yəni səmərəliliyindən, faydalılığından asılı olaraq
Ayrı-ayrı regionlarda, inzibati rayonlarda, iş qüvvəsinin məşğuliyyət problemlərini həll etmək, təbii resurslardan tam və effektli istifadə etmək, rayonların sosial inkişafını minimum rasional səviyyədə saxlamaq məqsədilə
Əməyin diferensasiyası, onun xarakteri, məzmunu ilə formalaşır
Ayrı-ayrı əhali qruplarının, sosial təbəqələrin mənafeyini təmin etmək üçün istifadə olunan meyarlar və göstəricilərdən istifadə etməklə
Turizm sferasında əmək haqqının tənzimlənməsinin metodoloji amillərinə aiddir:
Diferensasiya, onun xarakteri, məzmunu
Biznesin nəzərdə tutulmuş nəticələrinin proqnozlaşdırılması və planlaşdırılması
Əmək məhsuldarlığı
Ayrı-ayrı əhali qruplarının, sosial təbəqələrin mənafeyini təmin etmək üçün istifadə olunan meyarlar
Turizm müəssisə və təşkilatlarında əmək haqqı hansı prinsiplərə xidmət edir?
Əmək məhsuldarlığının artırılmasına, iş qüvvəsinin əmək xarakterinin məzmunun artırılmasına
Məqsəd və vəzifələrin ümumi və konkret məzmununun müəyyən edilməsi, potensial imkanların, resursların və şəraitin nəzərə alınması, nəticələrin kompleks qiymətləndirilməsi
Planlaşdırma, təşkil etmə, əsaslandırma, nəzarət, proqnozlaşdırma, sistemləşdirmə və əlaqələndirməyə şərait yaradır
Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
Turizm şirkətlərində əsasən vaxtamuzd əmək haqqı olduğu üçün onun tətbiq olunma şərtlərinə aşağıdakılar aiddir: Səhv variantı seçin.
Əmək haqqının gündəlik hasilat normasına vurulması yolu ilə müəyyən edilir.
İşçilər üçün tarif dərəcələrinin düzgün verilməsi
Mükafatlandırma amilləri və göstəricilərinin düzgün müəyyən edilməsi
İcra edilən işin məzmunu, habelə işçinin hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsi
Aşağıda göstərilən vəzifələrdən hansı turizm sektorunda işəmuzd işçiyə nümunə göstərilə bilər?
Tur-bələdçi
Satış meneceri
Maliyyə meneceri
Mühafizə işçisi
Əmək haqqı hansı növlərə bölünür?
Real və nominal
Real, gündəlik və nominal
Orta aylıq və normadan artıq işə görə
Nominal və orta aylıq
Ölkədə işsizliyin yüksək səviyyəsi, inflyasiya real əmək haqqına necə təsir edir?
Real əmək haqqı azalır.
Real əmək haqqı artır.
Real əmək haqqı dəyişmir.
Real əmək haqqı sabit qalır.
Əgər turfirmada əsas və köməkçi işçilərin say nisbəti ikincinin hesabına çoxalarsa, bu o deməkdir ki, ................... Cümləni tamamlayın.
Həmin firmada köməkçi işçilərin mexanikləşdirmə səviyyəsi artır, bunun hesabına da, köməkçi işçilərin sayı azalır.
Həmin firmada köməkçi işçilərin mexanikləşdirmə səviyyəsi azalır, bunun hesabına da, köməkçi işçilərin sayı azalır.
Həmin firmada köməkçi işçilərin mexanikləşdirmə səviyyəsi azalır, bunun hesabına da, köməkçi işçilərin sayı artır.
Həmin firmada köməkçi işçilərin mexanikləşdirmə səviyyəsi artır, bunun hesabına da, köməkçi işçilərin sayı artır.
Fn=Əf / Kf düsturunda “ Əf “ nəyi ifadə edir ?
Əsas işçilərin sayı
Tur işçiləri ilə idarə aparatı işçilərinin say nisbəti
Köməkçi işçilərin sayı
Tur idarəetmə aparatı işçilərinin sayı
