WorksheetsFirma iqtisadiyyatı - FL - 6-7
Total questions: 20
Worksheet time: 14mins
Firma hansı halda xalis inhisarçı hesab olunur?
firma istehsal etdiyi əmtəənin yeganə satıcısı olduqda və onun istehsal etdiyi həmin məhsulun əvəzediciləri olmadıqda
firma istehsal etdiyi əmtəənin yeganə satıcısı olmadıqda yaxud onun istehsal etdiyi həmin məhsulun əvəzediciləri olmadıqda
firma istehsal etdiyi əmtəənin yeganə satıcısı olduqda, lakin onun istehsal etdiyi həmin məhsulun çox sayda əvəzediciləri olduqda
firmanın istehsal etdiyi əmtəənin əvəzediciləri olmadıqda
firma istehsal etdiyi əmtəənin həm də yeganə alıcısı olduqda
Aşağıdakı əlamətlərdən hansı xalis inhisar bazarına xas deyil?
belə bazarlara yeni firmaların daxil olmasına böyük maneələr olur
belə bazarda firma qiyməti marjinal xərclərdən yuxarı təyin edir
belə bazarda firma bazar qiymətini qəbul etmir, amma onunla hesablaşır
belə bazarda firma əmtəənin yeganə istehsalçısı/satıcısıdır
belə bazarlarda satılan əmtəənin əvəzediciləri olmur
Xalis inhisar bazarı üçün aşağıdakı düstürlardan hansl doğrudur?
P=MR=MC
P>MR=MC
P˂MR=MC
P=MR˂MC
P=MC˂MR
Xalis inhisarçı firmanın əsas qərarı bununla bağlıdır:
optimal qiymətin seçilməsi
optimal xərc səviyyəsinin seçilməsi
həm optimal qiymətin, həm də optimal istehsal həcminin seçilməsi
optimal istehsal həcminin seçilməsi
son hədd xərclərin optimal səviyyəsinin müəyyən edilməsi
İctimai baxımdan optimal qiymət hansı səviyyə hesab olunur?
qiymətin orta ümumi xərclərə bərabər olduğu səviyyə
qiymətin orta sabit xərclərə bərabər olduğu səviyyə
qiymətin inhisar qiymətinə uyğun gələn səviyyəsi
marjinal xərclərlə inhisar qiyməti arasında olan səviyyə
qiymətin son hədd xərclərinə bərabər olduğu səviyyə
Aşağıdakı əlamətlərdən hansı yalnız xalis inhisar bazarına aiddir?
belə bazarda firma əmtəənin yeganə istehsalçısı/satıcısıdır
belə bazarda firma qiyməti marjinal xərclərdən yuxarı təyin edir
belə bazarlarda satılan əmtəənin əvəzediciləri olmur
belə bazarlara yeni firmaların daxil olmasına maneələr olur
belə bazarlarda firma aşağı meylli tələb əyrisi ilə üzləşir
Qiyməti müəyyən etmək üçün inhisarçı firmanın xərclərə etdiyi qiymət əlavəsinin (artımın) səviyyəsi nədən asılıdır?
qiymətə görə tələbin çarpaz elastikliyinin səviyyəsindən
tələbin qiymət üzrə elastikliyinin səviyyəsindən
istehsal (buraxılış) həcmindən
ümumi orta xərclərin səviyyəsindən
marjinal xərclərin səviyyəsindən
İnhisarçını son hədd xərclərə bərabər qiymət təyin etməyə məcbur etdikdə tənzimləyici hansı problemlə üzləşə bilər?
firmanın vergilərini azaltmaq problemi ilə
firmanın xərclərini dəqiqləşdirmək problemi ilə
firmanın gəlirlərini hesablamaq problemi ilə
firmanın zərərini subsidiyalaşdırmaq problemi ilə
firmanın ölçülərini optimallaşdırmaq problemi ilə
Həlledici resursun istifadəsi ilə bağlı yaranan problemin istehlakçıların rifahı xeyrinə həlli üsullarından biri budur:
həlledici resursun sahibi olan yuxarı səviyyədəki firma aşağı səviyyədəki firmaların bazarında olan maraqlarından imtina etməyə məcbur olunur
həlledici resurs yuxarı səviyyədəki firmadan alınıb aşağı səviyyədəki firmalara verilir
həlledici resurs yuxarı səviyyədəki firmadan alınıb dövlətin idarəetməsinə verilir
həlledici resursa alternativ olan və onunla rəqabət apara bilən oxşar resurslar yaradılır
həlledici resurs ləğv edilir
Alıcının aldığı məhsulun miqdarından asılı olaraq qiymətlər fərqləndirilir, lakin bütün alıcılar eyni qiymət qrafiki ilə üzləşirlər – bu hal hansı qiymət ayrımçılığı hesab olunur?
birinci dərəcədən qiymət ayırımçılığı
üçüncü dərəcədən qiymət ayırımçılığı
ikinci dərəcədən qiymət ayırımçılığı
dördüncü dərəcədən qiymət ayırımçılığı
bu halda qiymət ayırımçılığı yoxdur
Oliqopoliya bazarlarında firmalara inhisar səviyyədə ümumi məhsul buraxılışına və maksimum mənfəətə nail olmağa imkan verməyən nədir?
firmaların fərqli gücə malik olmaları
firmaların fərdi maraqları arasında olan ziddiyyət
firmaların ölçüləri arasında olan fərqlər
bazara giriş maneələri
firmaların bazara çıxardığı mallar arasında olan fərqlər
Bir qayda olaraq oliqopoliya bazarlarında istehsalın ümumi həcmi:
xalis inhisar səviyyəsindən çox, təkmil rəqabət səviyyəsindən az olur
xalis inhisar səviyyəsindən az olur
həm xalis inhisar səviyyəsindən, həm də təkmil rəqabət səviyyəsindən az olur
həm xalis inhisar səviyyəsindən, həm də təkmil rəqabət səviyyəsindən çox olur
təkmil rəqabət səviyyəsindən çox olur
Oliqopoliya şəraitində firmanın davranışları niyə strateji xarakter daşıyır?
onların hər biri mənfəətini maksimumlaşdırmağa çalışır
onların hər biri daha çox bazar payına malik olmak istəyir
onların hər birinin davranışının nəticələri həm də rəqiblərin davranışlarından asılı olur
onların hamısı eyni maraqlara uyğun davranırlar
onlar istehlakçıların tələblərini daha dolğun ödəməyə cəhd edirlər
Cəmi sıfır olan oyun modelində:
oyunçuların hər birinin qazanclı ola biləcəyi tarazlıq vəziyyətləri mövcuddur
oyunçulardan heç birinin qazancı olmur
oyunçuların hər birinin qazancı minimumlaşır
oyunçulardan birinin qazancı mütləq digərinin itkisidir
oyunçuların hər birinin qazancı maksimumlaşır
Həm uzunmüddətli, həm də qısamüddətli dəyişənləri olan oyun modelləri hansı formada təqdim edilir?
oyun ağaçı (müfəssəl) formasında
matris formasında
gedişlərin zaman ardıcıllığı qaydası formasında
cədvəl formasında
qrafik (diaqram) formasında
“Məhbus dilemması” məhz bunu əks etdirir:
fərdi maraqlar arasındakı münaqişəni
ümumi maraqlar arasındakı münaqişəni
oyunçuların informasiya asimmetriyasını
fərdi maraqlarla ümumi maraqlar arasındakı münaqişəni
“prinsipal-agent” problemini
Strateji davranışlar zamanı (“oyun”da) oyunçuların qərarlarını eyni anda verməsi necə anlaşılır?
bütün oyunçular qərarlarını zaman baxımından tamamilə eyni anda verirlər
oyunçulardan hər biri qərar verərkən digərinin qərar verməsini gözləyir
oyunçular əvvəlcədən qərar vermə vaxtını sövdələşirlər
oyunşular qərarını bir yerdə və eyni zamanda verirlər
oyunçuların hər biri öz qərarını verərkən digərlərinin qərarlarından xəbərsiz olur
Oyunlar nəzəriyyəsi nədir?
strateji situasiyalarda (“oyun”da) insanların necə davrandıqlarını öyrənməyə imkan verən riyazi alətdir (vasitədir)
fərdi qərarların qəbulu zamanı insanların necə davrandıqlarını öyrənməyə imkan verən riyazi alətdir (vasitədir)
kütləvi qərarların verilməsi zamanı insanların necə davrandıqlarını öyrənməyə imkan verən riyazi alətdir (vasitədir)
yalnız iqtisadi qərarların qəbulu zamanı insanların necə davrandıqlarını öyrənməyə imkan verən riyazi alətdir (vasitədir)
Nəş tarazlığı nədir?
bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olan firmaların hər birinin, digərinin optimal strategiyalarını nəzərə almadan, özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır
bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olan firmaların hər birinin, digərinin optimal strategiyalarını nəzərə alaraq, özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır
bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olmayan firmaların hər birinin özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır
müxtəlif bazarlarda olan firmaların hər birinin, digərinin optimal strategiyalarını nəzərə alaraq, özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır
Dominant strategiyaya nədir?
digər oyunçunun hərəkətlərindən asılı olmayaraq nəticəsi istənilən digər strategiyanın nəticəsindən aşağı olan strategiyadır
oyunçulardan heç biri birtərəfli qaydada strategiyasını dəyişməklə özünün faydasını artıra bilmədiyi strategiyalar cütüdür
oyunçunun, digər oyunçuların seçimindən asılı olmayaraq, hər zaman özü üçün üstün hesab etdiyi və seçdiyi bir strategiyadır
digər oyunçuların seçimindən asılı olmayaraq oyunçunun heç zaman özü üçün seçməyəcəyi bir strategiyadır
