NEW
Font size
WorksheetsVergi inzibatçılığı
Total questions: 12
Worksheet time: 6mins
Vergi sisteminin idarə edilməsi dedikdə, nə başa düşülür?
Vergi sisteminə daxil olan hər bir elementin idarə edilməsi üzrə dövlətin fəaliyyəti
Vergi sisteminə daxil olmayan hər bir elementin idarə edilməsi üzrə dövlətin
fəaliyyəti
Vergitutmanın idarə edilməsi üzrə fəaliyyət
Vergi və gömrük orqanlarının birgə fəaliyyəti
Hansı orqanlar vergi inzibatçılığının birinci səviyyəsinin subyektləridir?
yerli vergi orqanları
bələdiyyələrin vergi orqanları
Vergilər Nazirliyi
) dövlət gömrük orqanları
İnzibati məcburetmə metodlarına aşağıdakılardan hansı aid edilir?
maliyyə sanksiyalarının tətbiqi, bank hesablarına sərəncamın qoyulması, əmlakın
siyahıya alınması və s.
vergi bəyannamələrinin könüllü təqdim edilməsi
vergi orqanları tərəfindən vergilərin hesablanması
Vergi inzibatçılığı səlahiyyətli hakimiyyət və icra orqanlarının hansı istiqamətə yönəldilmiş fəaliyyətidir?
bazar iqtisadiyyatı şəraitində vergi orqanlarının fəaliyyətini kordinasiya edilməsinə
bazar iqtisadiyyatı şəraitində dövlət orqanlarının fəaliyyətini kordinasiya edilməsinə
dinamik şəkildə inkişaf edən vergi münasibətlərinin idarə edilməsinə
vergi qanunvericiliyinin qorunmasına, vergi sistemi və vergi nəzarətinin səmərəli fəaliyyət göstərməsinə
vergi ödənişlərinin optimallaşdırılması mexanizminin idarə edilməsinə
Vergi orqanları tərəfindən nəzarət hərəkətlərinin yerinə yetirilməsi üçün nələrin olması vacibdir?
müxtəlif səviyyəli vergi orqanlarının struktur və funksional vəzifələrinin (ierarxiya) yerinə yetirilməsi;
fəaliyyətinin təşkilati, metodoloji və analitik təminatı
vergi ödənişlərinin hesabatlarının (bəyannamələrinin) təqdim edilməsi, işlənməsi və yoxlanması prosedurları
vergi ödənişləri üzrə vergi ödəyicilərinin hesabatlarının (bəyannamələrinin) məzmun və formalarının hazırlanması;
müxtəlif səviyyəli vergi orqanlarının struktur və funksional vəzifələrinin (ierarxiya) müəyyən edilməsi
Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aiddir?
vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və kağız daşıyıcılarda tələb etmək
vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini vermək
hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək
vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamağa, təhlil etməyə və qiymətləndirməyə, belə halların baş
verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verməyə;
qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın qorunması qaydalarına riayət etməyə və onu təmin etmək
Aşağıdakılardan hansı vergi orqanlarının vəzifələrinə daxildir?
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunla müəyyən olunmuş hallarda və qaydada nəzarət qaydasında mal alqısını həyata keçirtmək;
məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək;
aksiz markası ilə markalanmalı olan malların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində məsul saxlamaya qoymaq;
hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq;
vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini verməyə;
Vergi orqanlarında vergi inzibatçılığı siyasətinin reallaşdıırlmasına uyğun olaraq hansı prinsipləri var?
1.müstəqillik, 2. bərabərlik, 3.uyğunluq, 4.sadəlik, 5. ədalətlilik, 6. vergi etikası
1.3.5.6
2.3.4.5
1.2.5.6
2.4.5.6
2.3.4.6
Sənədlərin və əşyaların nümunə kimi götürülməsi barədə hansı sənəd tərtib olunur?
arayış
sərəncam
protokol
bildiriş
akt
Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirdikdə onların dəyəri kim tərəfindən ödənilir?
vergi orqanı tərəfindən ödənilir
ödənilmir
nümunə kimi əşyaları götürmüş vergi orqanının əməkdaşının şəxsi vəsaiti hesabına
yerli maliyyə idarəsi tərəfindən ödənilir
vergi ödəyicisi tərəfindən ödənilir
Səyyar vergi yoxlaması keçirildikdə hansı hallarda yoxlamanı bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər? 1. vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduqda 2.vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan əşyaların mənşə ölkəsinin müəyyən edilməsi tələb olunduqda 3. təqdim olunan sənədlərin Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun tərtib olunmaması müəyyən edildikdə 4. təqdim olunan sənədlərdə vergi qanunvericiliyinin pozulması müəyyən edildikdə 5. vergi qanunvericiliyinin pozulması halları əşyalarla bağlı olduqda
1, 3, 4
2, 3, 4
1, 2, 5
3, 4, 5
1, 4, 5
Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində aşağıda göstərilən qərarlardan hansıları çıxara bilər? 1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi 2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması 3. vergi ödəyicisinin əmlakının siyahıya alınması 4. xronometraj metodu ilə müşahidə aparılması 5. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi
3,4,5
2,4,5
2,3,4,5
1,2,5
1,2,4,5
