wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

FL Firmalar, bazarlar və rəqabət. Mövzu 11-12.

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Təkmil rəqabət bazarı modelinin əlamətlərindən biri yanlış verilib:

a)

firmaların bazara çıxardıqları mallar fərqliləşdirilmiş olur

b)

belə sahə bazarlarında çox sayda kiçik firmalar (bazarın miqyası ilə müqayisədə) olur

c)

bütün iştirakçılar tam bazar informasiyasına malik olurlar

d)

hər cür istehsal texnologiyaları bütün firmalar üçün eyni qədər əlçatandır

e)

firmalar heç bir maneəsiz bazara daxil ola yaxud onu tərk edə bilirlər

2.

Bu bazarlardan hansını inhisarçı rəqabət bazarlarına aid etmək olar?

a)

neft bazarı

b)

taksi xidmətləri bazarı

c)

mobil rabitə xidmətləri bazarı

d)

elektrik enerjisi təminatı bazarı

e)

aeroport xidmətləri

3.

Təkmil rəqabət statik mənada:

a)

minimum səmərəliliyi ehtiva edir

b)

orta səviyyəli səmərəliliyi ehtiva edir

c)

maksimum səmərəliliyi ehtiva edir

d)

dinamik səmərəliliyi ehtiva edir

e)

yalnız istehsalın səmərəliliyini (X-səmərəliliyi) ehtiva edir

4.

Şaquli fərqliləşdirmə:

a)

fərqli zövqləri, lakin bir-birinə yaxın imkanları təmin etmək üçün əmtəənin istehlak xarakteristikalarının fərqliləşdirilməsini nəzərdə tutur

b)

müxtəlif sahə bazarlarında olan həm oxşar, həm də fərqli zövqləri təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

c)

sahə bazarında olan bütün növ tələbləri eyni zamanda və eyni məkanda ödəmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

d)

oxşar zövqləri, lakin fərqli imkanları təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur

e)

bazarın məkan fərqliləşdirilməsini (yəni firmanın yerləşmə yerinin fərqliləşdirilməsini) nəzərdə tutur

5.

Minimum fərqliləşdirmə prinsipinə (Hotelling qanununa) əsasən:

a)

firmalar eyni yerdə - bazarın bir tərəfində – yerləşməyə çalışırlar

b)

firmalar bazarın müxtəlif tərəflərində yerləşməyə çalışırlar

c)

firmalar bazarboyu səpələnməklə müxtəlif yerlərdə yerləşməyə çalışırlar

d)

firmalar məhsulun fərqliləşdirilməsi ilə bağlı öz aralarında sövdələşməyə çalışırlar

e)

firmalar eyni yerdə - bazarın ortasında – yerləşməyə çalışırlar

6.

Reklamın iqtisadi mahiyyəti:

a)

tələb əyrisini sağa doğru hərəkət etdirməsindədir

b)

tələb əyrisini sola doğru hərəkət etdirməsindədir

c)

tələb əyrisinin istiqamətinin dəyişməsindədir

d)

tələbi artırmasına rəğmən tələb əyrisini sabit saxlamasındadır

e)

tələblə təklif arasında tarazlıq yaratmasındadır

7.

Bunlardan hansı informasiya asimmetriyası ilə bağlıdır:

a)

Bertran paradoksu

b)

“prinsipal-agent” problemi

c)

miqyas effekti

d)

Nəş tarazlığı

e)

Dorfman-Steyner formulu

8.

Məcmu tələb sabitdirsə, reklam fəaliyyətinin yeganə nəticəsi:

a)

rəqiblər arasında qiymət savaşının başlaması olacaq

b)

qiymətin marjinal xərclərdən aşağı düşməsi olacaq

c)

rəqiblər arasında bazar paylarının dəyişilməsi olacaq

d)

reklam verən firmanın bazarı tərk etməsi olacaq

e)

istehsal xərclərinin nəticəsiz artması olacaq

9.

İnformasiya asimmetriyası bu səbəbdən mövcud olur:

a)

sövdələşmə tərəflərinin hamısı eyni informasiyaya malik olduqlarından

b)

sövdələşmə tərəflərindən biri həmin sövdələşmənin digər tərəfi üçün əlçatan olmayan kütləvi informasiya vasitəsinə malik olduğundan

c)

sövdələşmə tərəfləri bir-birlərini tanımadıqlarından

d)

sövdələşmə tərəflərindən biri həmin sövdələşmənin digər tərəfi üçün əlçatan olmayan informasiyaya malik olduğundan

e)

sövdələşmə tərəflərindən birinin eyni zamanda başqa bir sövdələşmənin də iştirakçısı olduğundan

10.

Bazarda firmaların sayı artdıqca və təmərküzləşmə səviyyəsi azaldıqca reklamın intensivliyini təyin edən üç effekt meydana çıxır. Həmin 3 effekt hansılardır? 1) bütün firmalarda malın qiymətiylə xərclər arasındakı fərq artır 2) bütün firmalarda malın qiymətiylə xərclər arasındakı fərq azalır; 3) hər bir firmanın payına reklamın ümumi tələbin artmasına yönəlik təsirinin daha az hissəsi çatır; 4) hər bir firmanın payına reklamın ümumi tələbin artmasına yönəlik təsirinin daha çox hissəsi çatır; 5) hər bir firmanın payına reklamın tələbin dəyişilməsinə yönəlik təsirinin daha böyük hissəsi çatır (bazarda məcmu tələb sabit olduqda);

a)

1, 3 və 5

b)

1, 4 və 5

c)

2, 4 və 5

d)

2, 3 və 4

e)

2, 3 və 5