NEW
Font size
WorksheetsFirma, bazar və rəqabət FL Mövzu 5-6
Total questions: 10
Worksheet time: 5mins
Sahə bazarının miqyası bununla müəyyən edilir?
müvafiq mal və xidmətlər üzrə tələbin miqdarı ilə
müvafiq mal və xidmətlər üzrə təklifin miqdarı ilə
müvafiq mal və xidmətlərin istehsalının miqdarı ilə
müvafiq mal və xidmətlər üzrə tarazlıq qiyməti ilə
müvafiq mal və xidmətlər üzrə tələb və təklifin tarazlıq miqdarı ilə
Bazar gücü nədir?
firmanın öz məhsulunun qiymətini son hədd xərclərə bərabər səviyyədə təyin edə bilmə qabiliyyətidir
firmanın bazara çıxardığı malların çeşid müxtəlifliyidir
firmanın öz məhsulunun qiymətini ümumi orta xərclərdən yüksək təyin edə bilmə qabiliyyətidir
firmanın öz məhsulunu mənfəətli bir şəkildə sata bilməsidir
firmanın öz məhsulunun qiymətini son hədd xərclərdən yüksək təyin edə bilmə qabiliyyətidir
Hər bir sahə bazarının ölçüsü (sərhədləri) bunlarla ifadə olunur? 1) istehsal sərhədləri; 2) əmtəə sərhədləri; 3) məkan sərhədləri; 4) istehlak sərhədləri: 5) zaman sərhədləri; 6) qiymət sərhədləri; 7) gömrük sərhədləri
2, 4 və 6
1, 6 və 7
1, 2 və 3
2, 3 və 5
3, 5 və 7
“Quruluş-davranış-nəticəlilik” paradiqması baxımından sahə bazarlarının quruluşunu müəyyən edən əsas amillərə aid olmayan hansıdır?
alıcı və satıcıların sayı və bölünməsi (yerləşməsi)
giriş və çıxış maneələri
məşğulluq səviyyəsi
məhsulun fərqliləşdirilməsi (differensasiyası)
şaquli birləşmələr və şaxələnmə (diversifikasiya)
Firmanın bazar payı ilə bazar gücü arasında hansı əlaqə var?
firmanın hər cür bazar payı adətən bazar gücünə dəlalət edir
firmanın böyük bazar payı adətən onun bazar gücünə dəlalət edir
firmanın bazar payı ilə bazar gücü arasında heç bir əlaqə yoxdur
firmanın bazar payı artdıqca onun bazar gücü azalır
firmanın bazar gücü (hakimiyyəti) onunbazar payından asılı deyil
Aşağıdakılardan hansı bazara giriş maneələrinin səbəbi ola bilər?
miqyasın müsbət effekti
miqyasın mənfi effekti
miqyasın sabit effekti
müxtəliflik effekti
istehsalın səmərəliliyi
Xalis inhisarçı firmanın əsas qərarı bununla bağlıdır:
optimal xərc səviyyəsinin seçilməsi
optimal istehsal həcminin seçilməsi
optimal qiymətin seçilməsi
həm optimal qiymətin, həm də optimal istehsal həcminin seçilməsi
son hədd xərclərin optimal səviyyəsinin müəyyən edilməsi
Qiyməti müəyyən etmək üçün inhisarçı firmanın xərclərə etdiyi qiymət əlavəsinin (artımın) səviyyəsi nədən asılıdır?
qiymətə görə tələbin çarpaz elastikliyinin səviyyəsindən
istehsal (buraxılış) həcmindən
tələbin qiymət üzrə elastikliyinin səviyyəsindən
ümumi orta xərclərin səviyyəsindən
marjinal xərclərin səviyyəsindən
İnhisarçını son hədd xərclərə bərabər qiymət təyin etməyə məcbur etdikdə tənzimləyici hansı problemlə üzləşə bilər?
firmanın zərərini subsidiyalaşdırmaq problemi ilə
firmanın vergilərini azaltmaq problemi ilə
firmanın xərclərini dəqiqləşdirmək problemi ilə
firmanın gəlirlərini hesablamaq problemi ilə
firmanın ölçülərini optimallaşdırmaq problemi ilə
Həlledici resursun istifadəsi zamanı yuxarı səviyyədə olan firmanın aşağı səviyyədə olan inteqrasiya etmiş firma ilə müstəqil firmalar arasında diskriminasiyaya yol verməsinin qarşısının alınması mexanizmi budur:
mənfəət normasının tənzimlənməsi
qiymətin son hədd xərcləri səviyyəsində müəyyən edilməsi
orta xərclər əsasında qiymətqoymaya
əlçatanlıq qiymətinin tənzimlənməsi
qiymətin son həddinin müəyyən edilməsi
