NEW
Font size
WorksheetsYosunlar
Total questions: 20
Worksheet time: 1hrs 6mins
Yosunlar mövzusunu öyrənən şagird yoldaşlarına sual hazırlamaq məqsədi ilə verilmiş şəkli çəkmişdir. Sual belədir: Şəkildə A və B yosunlarının I və II vəziyyətdəki halını nəzərə alaraq aşağıdakı nəticələrdən hansını çıxarmaq olmaz?
A yosunu aktiv,B yosunu passiv hərəkətlidir
A yosununun işığı hiss edən gözcüyü vardır
B yosununun işığa ehtiyacı yoxdur
A yosunu xlamidomonada,B yosunu xlorella ola bilər
Aşağıdakı quruluşlardan hansı yosunlar və quru bitkiləri üçün ortaq deyil?
Tallom
Spor
Rizoid
Zoospor
Cədvəldə yosunların bəzi xüsusiyyətləri öz əksini tapmışdır.Bu məlumatlara əsasən aşağıdakılardan hansı doğru ola bilər?
X-də həm zoosporlar,həm də qametlər həmişə mitoz yolla yaranır
Y -in cinsi çoxalması qametlər əmələ gətirməklə baş verir
Z-n cinsi çoxalması zamanı iki bədən hüceyrəsinin möhtəviyyatı birləşir
Z-də qeyri-cinsi çoxalma cinsi çoxalma ilə növbələşir
Xlamidomonadanın strukturu şəkildə təsvir olunmuşdur. Hansı rəqəmlə göstərilmiş strukturun funksiyası düzgün verilməmişdir?
1- məkanda yerdəyişməni təmin edir
2. hüceyrənin əsas həyat fəaliyyəti proseslərini həyata keçirir
3- hüceyrənin bölünməsinə nəzarət edir
4- işığa qarşı qıcıq yaranır
5- işığı udur
1,2,4
Yalnız 5
4 və 5
3,4.5
Ulotriksin cinsi çoxalması zamanı hansı proses baş verir?
Sapın öz qametlərinin bir-biri ilə birləşməsi
Mayalanma prosesinin hüceyrə daxilində baş verməsi
Ziqotdan diploid (2n) xromosom yığımlı sapın inkişaf etməsi
Ziqotun meyoz yolla bölünməsi
Şəkildə spirogiranın cinsi çoxalması təsvir olunmuşdur.Şəkildən əldə olunan məlumatlardan hansı nəticəyə gəlmək olar?
Spirogiranın 5 hüceyrəsində konyuqasiya baş verərsə,20 yeni sap əmələ gələr
Spirogiraın cinsi çoxalması zamanı əmələ gələn yeni sap sayı konyuqasiya edən hüceyrə sayına bərabərdir
Spirogira cinsi çoxalma zamanı qamet əmələ gətirir
Spirogira haploid (n) xromosom yığımına malikdir
Şəkildə erkək qıjının həyat tsiklini əks etdirən sxem verilmişdir.Bu sxemə əsasən hansı fikir və ya fikirlər doğrudur?
I 1 və 2 haploid hüceyrələrdir
II Y və Z diploid (2n) xromosom yığımına malikdir
III X sporofit,Z qametofit nəsildir
IV Z yetkin bitki,X protaldır
V K-da mitoz ,X-də meyoz bölünmə baş verir
I,II,IV
II,III,IV ,V
Yalnız III və V
I,II,III,IV,V
Verilənlərə əsasən X,Y və Z ola bilər:
X-yosun
Y-mamır
Z-qıjı
X-mamır
Y-qıjı
Z-şam
X-yosun
Y-qıjı
Z-şam
X-mamır
Y-qıjı
Z-şam
Əgər toxumun endospermi yalnız dişi qametin xüsusiyyətlərini daşıyırsa,bu bitki haqqında hansı fikri söyləmək olmaz?
Yumurtacıq yumurtalıq içərisində mühafizə olunmur
Ekvatordan şimala doğru getdikcə üstünlüyü artır
Mayalanmada suyun iştirakı vacibdir
İki növ generativ orqana malikdir
Otşəkilli nümayəndələri olmayan bitki qrupu haqqında verilənlərdən hansı yanlışdır?
Mayalanmada iki qamet iştirak edir
Endosperm mayalanma getmədən əmələ gəlir
Toxumda ləpə yarpaqlarının sayı müxtəlif olur
Bütün nümayəndələri həmişəyaşıldır
Şəkildə həyat tsikli təsvir olunmuş bitki aşağıdakılardan hansı ola bilər?
Erkək qıjı
Adi küknar
Palıd
Yaşıl quş mamırı
Şəkildə müxtəlif çiçəklər təsvir olunmuşdur.Hər üç çiçəyə hansı fəsilənin nümayəndələrində rast gəlmək olar?
Xaççiçəklilər
Mürəkkəbçiçəklilər
Taxıllar
Badımcançiçəklilər
K0L(5)E0D0
Verilmiş çiçək formulunu hansı fəsilənin nümayəndələrinə aid etmək olar?
Gülçiçəklilər
Mürəkkəbçiçəklilər
Paxlalılar
Zanbaqkimilər
Şagird biologiyadan toxumlu bitkilər bölməsini oxuyub bitirdikdən sonra şəkildəki sadə təxmini qrafiki qurur və yoldaşlarına sual verir: bu qarfiklə bağlı hansı nəticəyə gəlmək olmaz?
Qrafikdə I əyri enliyarpaqlı,II əyri iynəyarpaqlı meşələri ifadə edir
I əyrinin ifadə etdiyi bitkilərdə yarpaq sahəsi kiçilmiş,epidermis qalınlaşmışdır
II əyrinin ifadə etdiyi bitki qruplarında şimala doğru getdikcə bitkilərin boyu alçalır
X bölgəsində iynəyarpaqlı və enliyarpaqlı bitkilərdən ibarət qarışıq meşələrə rast gəlmək olar
Histoqramda İkiləpəlilər sinfinə aid çiçək üzvlərinin sayı göstərilmişdir.Verilən məlumatlara əsasən aşağıdakılardan hansı doğrudur?
I fəsilənin nümayəndələrində mürəkkəb və yalançı meyvələrə rast gəlmək olar
II fəsilənin nümayəndələrində meyvə toxumçadır
III fəsilənin bitkilərində toxumlar meyvənin tayları arasındakı arakəsmə üzərində yerləşir
IV fəsilə üçün xarakterik olan çiçək qrupu sarğıya malikdir
Cədvəldə X və Y bitkilərinin hərəsinə aid bir xüsusiyyət verilmişdir.Bu məlumata əsasən cədvəlin digər xanalarına uyğun məlumatlar hansı variantda düzgün verilmişdir?
X-günəbaxan,a-mürəkkəbçiçəklilər,1- K0L(5)E(5)D1
Y-qarğıdalı,b-taxıllar, 2-Ç2+(2)E3D1
X-zəncirotu,a-mürəkkəbçiçəklilər,1- K0L(5)E(5)D1
Y-buğda,b-taxıllar, 2-Ç2+(2)E3D1
X-bat-bat,a-badımcançiçəklilər,1- K(5)L(5)E(5)D1
Y-arpa,b-taxıllar, 2-Ç2+(2)E3D1
X-eşşəkqanqalı,a-paxlalılar,1- K0L(5)E(5)D1
Y-qarğıdalı,b-taxıllar, 2-Ç2+(2)E0D1
Histoqramda müxtəlif bitki şöbələri və onlarda olan orqan müxtəlifliyi təsvir olunmuşdur. Vegetativ və generativ orqanların nəzərə alındığı bu histoqrama əsasən hansı fikir yanlışdır?
Y şöbəsinin nümayəndələrində endosperm triploiddir
X şöbəsi kökün bütün müxtəlifliklərinə malikdir
Z şöbəsində gövdənin bütün formaları rast gəlinmir
K şöbəsində ötürücü borular inkişaf etməmişdir
Verilmiş məlumatlara əsasən hansı fikir doğrudur?:
Çılpaqtoxumlularda erkək və dişi qozalar iynəyarpaqlılarda olduğu kimi eyni bitki üzərində,saqovnik və ginkqolarda olduğu kimi ayrı-ayrı bitkilər üzərində yerləşir.Yetkin bitki üzərində mikro və makrosporlar əmələ gəlir,onlardan isə qametlər inkişaf edir.Tozcuqlar külək və həşərat vasitəsilə yayılır.
Həşəratlarla tozlanma üçün çiçəyin olması vacibdir
Çılpaqtoxumlularda tozlanmanın bütün növlərinə rast gəlinir
Çılpaqtoxumluların birevli və ikievli nümayəndələri vardır
Çılpaqtoxumluların yetkin bitkiləri qametofit nəsildir
Verilmiş məlumatlara əsasən hansı fikir doğrudur?:
Çılpaqtoxumlularda erkək və dişi qozalar iynəyarpaqlılarda olduğu kimi eyni bitki üzərində,saqovnik və ginkqolarda olduğu kimi ayrı-ayrı bitkilər üzərində yerləşir.Yetkin bitki üzərində mikro və makrosporlar əmələ gəlir,onlardan isə qametlər inkişaf edir.Tozcuqlar külək və həşərat vasitəsilə yayılır.
Çılpaqtoxumlularda qametlər meyoz bölünmə yolu ilə əmələ gəlir
Çılpaqtoxumluların sporofit nəsli ziqotdan inkişaf edir
Çılpaqtoxumlularda sporofit nəsil yoxdur
Çılpaqtoxumlularda yetkin bitki haploid yığıma malikdir
Şəkildə laminariya yosununun həyat dövriyyəsi verilmişdir.Buradakı məlumatlara əsasən hansı fikir doğrudur?
Laminariyada cinsi və ya qeyri-cinsi çoxalmanın baş verməsi şəraitdən asılıdır
Laminariyada cinsi çoxalma nəticəsində sporofit nəsil yaranır
Zoosporlar ikicinsli olur
Yetkin bitkidə mitoz,qametofitlərdə meyoz bölünmə baş verir
