wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

VV 8

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?

a)

55 faizi

b)

25 faizi

c)

60 faizi

d)

30 faizi

e)

40 faizi

2.

Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəllə ilə müəyyən edilmiş nələr tətbiq edilir?

a)

vergi ödəyicisinin ləğv edilməsi

b)

müəssisənin ləğv edilməsi

c)

yalnız maliyyə sanksiyaları

d)

maliyyə sanksiyaları və faizlər

e)

yalnız faizlər

3.

Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxsin əsas iş yerində (qeyri dövlət və qeyri nefqaz sahələrində çalışanlar istisna olmaqala) muzdlu işlə əlaqədar əldə etdiyi 2800(iki min yeddi yüz) manat gəlirindən ödəməli olduğu gəlir vergisini hesablayın?

a)

400 manat

b)

425 manat

c)

525 manat

d)

625 manat

e)

350 manat

4.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000(səkkiz min) manatadək olduqda hazırda hansı vergi dərəcəsi tətbiq edilir?:

a)

20 faiz

b)

12 faiz

c)

14 faiz

d)

18 faiz

e)

0 faiz

5.

Rezident fiziki şəxsin hansı gəlirinə 14 faiz dərəcə ilə vergi hesablanır?

a)

Divident gəlirinə

b)

Faiz gəlirinə

c)

Muzdlu işlə əlaqədar aylıq gəliri 3500 manatadək olduqda (Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər istisna olmaqla)

d)

sahibkarlıq gəlirinə

e)

Muzdlu işlə əlaqədar aylıq gəliri 2500 manatadək olduqda (Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər istisna olmaqla)

6.

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır: 1)Həlak olmuş yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları(ərləri); 2)Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının; 3)müharibə ilə əlaqədar əlilliyi olan şəxslər; 4)1990 -cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) 5) Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular;

a)

2,3,4

b)

1,3,5

c)

1,4,5

d)

2,4,5

e)

3,4,5

7.

Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxsin əsas iş yerində(əmək kitabçasının olduğu yerdə) muzdlu işlə əlaqədar əldə etdiyi 1000(min) manat gəlirindən ödəməli olduğu gəlir vergisini hesablayın?

a)

115manat

b)

114manat

c)

113manat

d)

112manat

e)

110manat

8.

Rezident vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərindən neçə faiz dərəcəsi ilə gəlir vergisi tutulur?

a)

14-25%

b)

22 %

c)

18 %

d)

20 %

e)

21 %

9.

Qeyri rezidentlər Azərbaycan mənbəyindən əldə etdikləri gəlir vergisini hara ödəyirlər?

a)

müdafiə fonduna

b)

bələdiyyə büdcələrinə

c)

büdcədənkənar fondlara

d)

ehtiyyat fonduna

e)

Dövlət büdcəsinə

10.

Rezident fiziki şəxslər illik gəlir vergisi bəyannaməsini nə vaxt təqdim edirlər?

a)

hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayaraq

b)

hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq

c)

hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq

d)

hesabat ilindən sonrakı ilin aprel ayının 1-dən gec olmayaraq

e)

hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq

11.

Neft Şirkətində əsas iş yeri olmaqla muzdlu işçi kimi çalışan Azərbaycan Respublikasinin Milli Qəhramanına cari ayda 800 manat əmək haqqı hesablanmışdır. Hesablanmış əmək haqqindan nə qədər gəlir vergisi tutulmalıdır?

a)

30 manat

b)

300 manat

c)

vergi vermir

d)

28 manat

e)

158 manat

12.

Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri hansı vergi dərəcəsi ilə vergiyə cəlb edilir?

a)

vergiyə cəlb edilmir

b)

4000 manatadək olan hissəsi vergiyə cəlb edilmir

c)

200 manatadək olan hissəsi vergiyə cəlb edilmir

d)

1000 manatadək olan hissəsi

e)

50.00%

13.

Xüsusi notariusların bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan hansı dərəcə ilə vergi tutulur?

a)

6 faiz

b)

10 faiz

c)

14 faiz

d)

30 faiz

e)

vergi tutulmur

14.

Fiziki şəxsin əmlakın təqdim edilməsindən yaranan zərəri həmin ildə kompensasiya edilə bilmirsə, o, gələcəkdə neçə ilədək davam edən sonrakı dövrə keçirilir?

a)

1

b)

2

c)

3

d)

5

e)

7

15.

Daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

a)

22 faiz

b)

14 faiz

c)

20 faiz

d)

15 faiz

e)

vergi tutulmur

16.

İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur ?

a)

ümumi qaydada vergi tutulur

b)

ödəmə mənbəyində vergi tutulmur

c)

20 faiz

d)

14 faiz

e)

10 faiz

17.

Azərbaycan mənbəyindən royalti şəklində əldə edilən gəlirdən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

a)

15 faiz

b)

14 faiz

c)

20 faiz

d)

10 faiz

e)

vergi tutulmur

18.

Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində neçə faiz dərəcəsi ilə vergi tutulur?

a)

15 faiz

b)

10 faiz

c)

14 faiz

d)

12 faiz

e)

5 faiz

19.

Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan və Azərbaycan Respublikası ərazisindəki daimi nümayəndəliyə aid olmayan gəlirindən hansı qaydada vergi tutulur?

a)

gəlirdən xərclər çıxılmaqla vergi tutulur

b)

ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur

c)

ödəmə mənbəyində xərclər çıxılmaqla vergi tutulur

d)

ilin sonunda bəyannamə təqdim edilir və ümumi qaydada vergi hesablanır

e)

vergi tutulmur

20.

Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə xidməti həyata keçirən qeyri-rezidentə ödənilən, daimi nümayəndəliklə bağlı olmayan gəlirindən hansı dərəcə ilə vergi tutulur?

a)

4 faiz

b)

6 faiz

c)

5 faiz

d)

12 faiz

e)

15 faiz

21.

Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

a)

fiziki və hüquqi şəxslər

b)

rezident və qeyri-rezident fiziki şəxslər

c)

yalnız qeyri-rezident fiziki şəxslər

d)

yalnız rezident fiziki şəxslər

e)

fərdi sahibkarlar

22.

Vergitutma məqsədləri üçün qeyri-rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlir başa düşülür?

a)

digər ölkələrdə əldə etdiyi gəlir

b)

Azərbaycan Respublikası mənbələrindən əldə edilən gəlir

c)

Azərbaycan Respublikası mənbələrindən və Respublika hüdudlarından kənarda əldə edilən gəlir

d)

rezidenti olduğu ölkədə əldə etdiyi gəlir

e)

Azərbaycan Respublikasından kənarda əldə edilən gəlir

23.

Hansı gəlir muzdlu işlə əlaqədar alınan gəlirə aid deyildir?

a)

işə götürən tərəfindən ödənilən sığorta haqları

b)

faiz gəliri

c)

əmək haqqı

d)

muzdlu işdən alınan hər hansı ödəmə və ya fayda

e)

işə götürən tərəfindən verilən maddi yardım

24.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən hansı dərəcə ilə vergi tutulur?

a)

24 faiz

b)

20 faiz

c)

35 faiz

d)

40 faiz

e)

30 faiz

25.

Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxsin əsas iş yerində (qeyri dövlət və qeyri nefqaz sahələrində çalışanlar istisna olmaqala) muzdlu işlə əlaqədar əldə etdiyi 2700(iki min yeddi yüz) manat gəlirindən ödəməli olduğu gəlir vergisini hesablayın?

a)

375 manat

b)

400 manat

c)

300 manat

d)

500 manat

e)

600 manat

26.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən vergiyə cəlb edilən aylıq gəlirləri 8000(səkkiz min) manatdan çox olduqda hal-hazırda hansı vergi dərəcəsi tətbiq edilir?:

a)

20 faiz

b)

14 faiz

c)

30 faiz

d)

40 faiz

e)

35 faiz

27.

Fiziki şəxslərin (qeyri dövlət və qeyri nefqaz sahələrində çalışanlar istisna olmaqala) muzdlu işdən vergi tutulan aylıq gəlirin məbləği 2500 manatdan çox olduqda gəlir vergisi hansı dərəcə ilə tətbiq olunur?

a)

150 manat + 2500 manatdan çox olan məbləğin 15 faizi

b)

500 manat + 2500 manatdan çox olan məbləğin 30faizi

c)

350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

d)

400 manat + 2500 manatdan çox olan məbləğin 20 faizi

e)

200 manat + 2500 manatdan çox olan məbləğin 28 faizi

28.

İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda həmin borcun və ya öhdəliyin məbləği hansı gəlirə aiddir?

a)

digər gəlirə

b)

qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə

c)

sahibkarlıq fəaliyyətindən gəlirə

d)

muzdlu işlə əlaqədar alınan gəlirə

e)

həmin məbləğ vergi tutulan gəlirə aid edilmir

29.

İşəgötürən tərəfindən ödənilən sığorta haqları hansı gəlirə aiddir?

a)

qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə

b)

sahibkarlıq fəaliyyətindən gəlirə

c)

gəlirə aid deyildir

d)

muzdlu işlə əlaqədar alınan gəlirə

e)

digər gəlirə

30.

Faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi hansı gəlirə daxildir?

a)

digər gəlirə

b)

sahibkarlıq fəaliyyətindən gəlirə

c)

muzdlu işlə əlaqədar alınan gəlirə

d)

gəlirə daxil deyildir

e)

qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə

31.

Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir?

a)

dividend

b)

icarə haqqı

c)

faiz gəliri

d)

muzdlu işlə əlaqədar ödənilən əmək haqqı

e)

royalti

32.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətdən gəlir vergisi hansı qaydada tutulur?

a)

ümumi qaydada vergiyə cəlb olunur

b)

vergi tutulmur

c)

55 manatdan çox olan hissəsindən

d)

50 faizi vergiyə cəlb olunur

e)

2000 manatdan çox olan hissəsindən

33.

Fiziki şəxslərə ödənilmiş dövlət müavinətləri hansı qaydada vergiyə cəlb edilir?

a)

2000 manatdan artıq olan hissəsindən vergi tutulmur

b)

2000 manatdan artıq olan hissəsindən vergi tutulur

c)

100 manatdan artıq olan hissəsi vergiyə cəlb edilir

d)

vergiyə cəlb edilmir

e)

1000 manatdan artıq olan hissəsi vergiyə cəlb olunur

34.

İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən hansı qaydada gəlir vergisi hesablanır və hansı büdcəyə ödənilir?

a)

hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bərabər hissələrlə bələdiyyə və dövlət büdcəsinə ödənilir

b)

əsas iş yerində gəlirlərin ümumi məbləğindən tutularaq dövlət büdcəsinə ödənilir

c)

ən çox əmək haqqı aldığı yerdə hesablanır və dövlət büdcəsinə ödənilir

d)

hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bələdiyyə büdcəsinə ödənilir

e)

hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir

35.

Fiziki şəxsin təqvim ili ərzində ailə üzvlərindən aldığı hədiyyə, maddi yardım və miraslar hansı faiz dərəcəsi ilə vergiyə cəlb olunur?

a)

20 faiz

b)

12 faiz

c)

35 faiz

d)

gəlir vergisindən azaddır

e)

14 faiz

36.

Hədiyyələrin hansı məbləğindən gəlir vergisi tutulur?

a)

20000 manatdan çox olan hissəsindən

b)

tam məbləğindən

c)

2000 manatdan çox olan hissəsindən

d)

10000 manatdan çox olan hissəsindən

e)

1000 manatdan çox olan hissəsindən

37.

Miraslar vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun dəyərinin hansı məbləğindən gəlir vergisi tutulur?

a)

şərti maliyyə vahidinin 1000 mislindən çox olan hissəsindən

b)

2000 manatdan çox olan hissəsindən

c)

200 manatdan çox olan hissəsindən

d)

20000 manatdan çox olan hissəsindən

e)

vergidən azaddır

38.

xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin hansı hissəsi gəlir vergisindən azaddır?

a)

5000 manatadək olan hissəsi

b)

20000 manatadək olan hissəsi

c)

1000 manatadək olan hissəsi

d)

50000 manatadək olan hissəsi

e)

10000 manatadək olan hissəsi

39.

Hədiyyə və maddi yardım vergi ödəyicisi olan fiziki şəxsin ailə üzvlərindən alındığı halda onun dəyərinin hansı məbləğindən vergi tutulur?

a)

hədiyyə və maddi yardımın 20000 manatdan artıq olan hissəsindən

b)

hədiyyə və maddi yardımın 1000 manatdan artıq olan hissəsindən

c)

hədiyyə və maddi yardımın 10000 manatdan artıq olan hissəsindən

d)

hədiyyə və maddi yardımın tam məbləğindən

e)

vergidən azaddır

40.

Aşağıdakı şəxslərdən kim vergi ödəyicisinin himayəsində olanlara aid edilmir?

a)

vergi ödəyicisinin işsizlik müavinəti almayan arvadı [əri]

b)

vergi ödəyicisinin gündüz təhsil alan 23 yaşınadək olan uşağı

c)

vergi ödəyicisinin gündüz təhsil alan 20 yaşı olan uşağı

d)

vergi ödəyicisinin qiyabi təhsil alan 20 yaşlı uşağı

e)

vergi ödəyicisinin 17 yaşlı uşağı

41.

Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi hansı gəlirləri üzrə gəlir vergisinin ödəyicisidir?

a)

digər ölkələrdə əldə etdiyi gəlirləri

b)

yalnız Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirləri üzrə

c)

bütün gəlirləri üzrə

d)

daimi nümayəndəliyi ilə əlaqədar olmayan vergiyə cəlb edilən gəlirləri üzrə

e)

daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə

42.

Qeyri-rezident vergi ödəyicisinin gəlirinə aşağıdakılardan hansılar aiddir? 1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 2. faktiki ezamiyyə xərclərinin normadan artıq hissəsi 3. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 4. vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər; 5. vergilərdən azad edilən və edilməyən digər gəlirlər.

a)

2, 3, 4

b)

2, 3, 5

c)

1, 3, 4

d)

2, 4, 5

e)

1, 2, 5

43.

İşəgötürən tərəfindən fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda hansı məbləğ muzdlu işlə əlaqədar alınan gəlirdir?

a)

bu halda muzdlu işlə əlaqədar gəlir yaranmır

b)

bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin hasili

c)

ssudanın tam məbləği

d)

bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin cəmi

e)

bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq

44.

Muzdlu işlə əlaqədar alınan gəlirlərə aşağıdakılardan hansılar aiddir? 1. işçinin xərclərinin əvəzi ödənildiyi halda ödənən vəsaitin məbləği; 2. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği; 3. əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir; 4. işəgötürən tərəfindən ödənilən sığorta haqları; 5. dividend.

a)

1, 3, 5

b)

2, 3, 4

c)

3, 4, 5

d)

1, 2, 3

e)

1, 2, 4

45.

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər hansı gəlirlərdən ibarətdir?

a)

yalnız qeyri- sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən

b)

belə bir bölgü nəzərdə tutulmayıb

c)

yalnız sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən

d)

sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən

e)

ümumi və xüsusi gəlirlərdən

46.

Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?

a)

İşəgötürən tərəfindən ödənilən sığorta haqları

b)

sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir

c)

sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir

d)

dividend gəliri

e)

faiz gəliri

47.

Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?

a)

sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir

b)

faiz gəliri

c)

dividend gəliri

d)

sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir

e)

heç biri

48.

Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir?

a)

sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir

b)

dividend gəliri

c)

sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir

d)

həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq

e)

əmlakın icarəyə verilməsindən gəlir

49.

Hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirə aiddir? 1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; 2. gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir; 3. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; 4. dividend; 5. işçinin xərclərinin əvəzi ödənildiyi halda, ödənən vəsaitin məbləği.

a)

1, 3, 5

b)

2, 3, 4

c)

1, 3, 4

d)

1, 4, 5

e)

2, 4, 5

50.

Aşağıdakı hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir? 1. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 2. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir [təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə] — əmək haqqından başqa; 3. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 4. əmlakın icarəyə verilməsindən gəlir; 5. faiz gəliri.

a)

1, 4, 5

b)

2, 3, 4

c)

1, 3, 4

d)

2, 4, 5

e)

1, 3, 5