NEW
Font size
WorksheetsVV 4
Total questions: 50
Worksheet time: 25mins
Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış [yenidən hesablanmış] məbləğini neçə il ərzində tutmaq hüququna malikdirlər?
10 il
12 il
6 il
5 il
müddət müəyyən olunmayıb
Vergi ödəyicisi ( Vergi Məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa)vergi hesabatı dövrü qurtardıqdan sonra neçə il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmaq hüququna malikdir?
10 il
6 il
müddət müəyyən olunmayıb
3 il
7 il
Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini neçə il ərzində tələb etmək hüququna malikdir?
müddət müəyyən olunmayıb
10 il
20 il
5 il
6 il
Vergi orqanı neçə gün müddətində vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə müraciətinə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir?
müddət müəyyən olunmayıb
30 gün
40 gün
45 gün
50 gün
təbii fəlakət və, təhlükə potensiallı obyektlərdə baş verən qəzalar və ya digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə yaxud vergi borcunu birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri müəyyən edilmiş müddətdən daha hansı gec müddətə möhlət verilə bilər?
vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 7 ildən çox olmayan müddətə möhlət verilməsi.
vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 3 ildən çox olmayan müddətə möhlət verilməsi.
vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 4 ildən çox olmayan müddətə möhlət verilməsi.
vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi.
vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 9 ildən çox olmayan müddətə möhlət verilməsi.
Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti üçün vergi ödəyicisinə vergi ili ərzində 6 ayadək möhlət verildikdə, həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanırmı?
0,01 faiz dərəcəsi ilə hesablanır
3 ayadək olan dövrədək hesablanmır
4 ayadək olan dövrədək hesablanmır
faizlər hesablanmır
5 ayadək olan dövrədək hesablanmır
Kimlər vergi agenti hesab olunur?
vergi ödəyicisinin kommersiya sirrini bilən şəxslər
vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxslər
vergi ödəyicisinin ailə üzvləri
özəl vergi xidməti fəaliyyəti ilə məşğul olan şəxslər
vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər
Vergitutma məqsədləri üçün bir şəxsin digər şəxsin əmlakında bilavasitə və ya dolayısı iştirak payı və ya səs hüququ neçə faizdən az olmadıqda, bu şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar?
15 faiz
18 faiz
10 faiz
20 faiz
5 faiz
Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin fəaliyyətii istənilən 12 ay ərzində Azərbaycan Respublikasındakı fəaliyyəti üst-üstə neçə gündən az olmadıqda daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?
45 gün
30 gündən
60 gündən
90 gündən
183 gündən
Azərbaycan Respublikasında dövlət vergi orqanlarını hansı orqanlar təşkil edir?
müvafiq icra hakimiyyəti orqanı və maliyyə orqanları
müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan ərazi vergi orqanları
yalnız müvafiq icra hakimiyyəti orqanları
vergi və gömrük orqanları
yalnız bələdiyyələr
Xidməti fəaliyyətlə əlaqədar vergi orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər hansı vəsait hesabına ödənilir?
vergi orqanlarının büdcədənkənar fondunun vəsaiti hesabına
həm dövlət büdcəsinin, həm də vergi orqanlarının büdcədənkənar fondunun vəsaiti hesabına
yerli [bələdiyyə] büdcəsinin vəsaiti hesabına
həmkarlar təşkilatının vəsaitləri hesabına
sonradan təqsirkar şəxsdən tutulmaqla tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunun həyata keçirilməsi vergi orqanlarının hüquqlarına aiddirmi?
yalnız vətəndaşın razılığı olduqda
yalnız yuxarı orqanların tələbi olduğu halda
aid deyil
aiddir
ancaq məhkəmənin qərarı olduğu halda
Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlərmi?
yuxarı vergi orqanı məhkəməyə müraciət edir və yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra ləğv edə bilər
yalnız qismən ləğv edə bilər
qeyri-qanuni aktı və qərarı qəbul etmiş vəzifəli şəxsi cəzalandıra bilər, lakin akt və qərarı ləğv edə bilməz
ləğv edə bilərlər
ləğv edə bilməzlər
Aşağıda göstərilənlərdən hansı vergi ödəyicisinin vəzifəsinə aiddir?
qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya [vergi] sirrinin qorunmasını tələb etmək
xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək
artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək
vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək
Vergi orqanlarının hüquqlarına aşağıda göstərilənlərdən hansılar aiddir? 1 vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 2.vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək; 3. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; 4. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə və ya məqsədli dövlət fondlarına ödənilməsini təmin etmək;5.vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək.
1,2,5
1,3,5
2,3,5
2,4,5
2,3,4
Vergi orqanlarının qərarlarından [aktlarından], habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayət yuxarı vergi orqanına [yuxarı vəzifəli şəxsə] vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən neçə ay müddətində verilir?
9 ay
7 ay
4 ay
6 ay
3 ay
Aşağıdakılardan hansılar qeyri-rezident üçün daimi nümayəndəliyi əhatə edir? 1. tikinti və təmir meydançaları, quraşdırma və ya yığma obyektləri, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyət göstərilməsini; 2. rezident şəxs tərəfindən Azərbaycan Respublikası ərazisində digər sahibkarlıq növlərinin həyata keçirildiyi istənilən hər hansı iş yerlərini; 3. müxtəlif məsləhət xidməti üzrə yerlərini; 4. filialı və agentliyi; 5. rezident fiziki şəxsin sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi bazanı [yeri].
2, 4, 5
1, 2, 3
1, 3, 4
2, 3, 4
1, 3, 5
Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; 2. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək; 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsini tələb etmək; 4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq; 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq.
1, 3, 5
2, 3, 4
1, 2, 5
1, 2, 4
3, 4, 5
Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək; 2. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etmək; 3. iri vergi ödəyicilərinin nizamnamə fondunun artmasına və azalmasına nəzarət etmək; 4. kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 5. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək.
1, 3, 5
1, 2, 3
1, 2, 4
2, 4, 5
3, 4, 5
Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. Vergi Məcəlləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət etmək və onu təmin etmək; 2. İctimai və siyasi təşkilatların kənar audit yoxlamasından keçməsini tələb etmək; 3. Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi ödəyicilərinin sosial – inkişaf fondlarına yönəldilmiş vəsaitlərin xərclənməsinə nəzarət etmək; 4. kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 5. vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini vermək.
1, 2, 3
1, 4, 5
1, 3, 4
2, 4, 5
1, 3, 5
Aşağıdakılardan hansı vergi ödəyicisinin vəzifələrinə aid deyildir?
vergi orqanlarından VÖEN almaq
qanunla müəyyən edilmiş vergiləri ödəmək
vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək
qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] uçotunu aparmaq
vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; 2. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək; 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsini tələb etmək; 4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq; 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq.
3, 4, 5
2, 3, 4
1, 2, 5
1, 3, 5
1, 2, 4
Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1.səyyar bazarlarda piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti 2.qiymətli kağızların satışı; 3. xırda topdansatış ticarət fəaliyyəti; 4. kənd təsərrüfatı mallarının bazarlarda pərakəndə satışı 5. çimərliklərdə müvəqqəti ticarət fəaliyyəti.
1, 2, 4
1, 4, 5
1, 3, 5
1, 2, 5
3, 4, 5
Aşağıdakı hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1kənd təsərrüfatı mallarının bazarlarda səyyar qaydada satışı 2. qiymətli kağızların satışı; 3. işçilərin sayı üç nəfərdən az olan apteklərdə dərman satışı fəaliyyəti; 4. orta məktəblərdə ticarət fəaliyyəti; 5. elektrik enerjisi təhcizatı obyektlərinin fəaliyyəti
1, 2, 4
1, 2, 5
1, 2, 3, 4
3, 4, 5
1, 3, 5
Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Dağ rayonlarında baytarlıq apteklərində dərman satışı; 2. Qocalar və kimsəsizlər evlərinin ərazisində ticarət fəaliyyəti; 3. Qiymətli kağızların satışı; 4. qəzet və jurnalların satışı( belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50%dən çox olduqda) 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı
1, 3, 4
1, 2, 5
1, 2, 4
1, 3, 5
3, 4, 5
Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1.lotereyaların satışı 2. səyyar bazarlarda qoşqu vasitələrindən istifadə etməklə pərakəndə satış fəaliyyəti 3. Qiymətli kağızların satışı; 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa]; 5. Müəssisə və təşkilatlarda ictimai-iaşə fəaliyyəti.
1, 2, 4
2, 3, 4
1, 2, 5
1, 2, 3
3, 4, 5
Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. qaz, su, istisu təhcizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti; 2. lotoreya biletlərinin satışı 3. İşçilərin sayı bir nəfər olan aptekdə dərman satışı; 4. Orta məktəblərdə ticarət fəaliyyəti; 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı.
2, 3, 4
3, 4, 5
1, 2, 5
1, 2, 4
1, 3, 5
Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək; 2. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək; 3. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər bölmələrinin[obyektlərinin], habelə nəzarətkassa aparatlarının uçotunu aparmaq; 4. fiziki şəxslərin yaşayış sahələrinə daxil olmaq və əmlakın inventarizasiyasını aparmaq; 5. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək.
1, 2, 4
1, 2, 5
2, 4, 5
1, 3, 5
3, 4, 5
Vergi ödəyicilərinin vahid dövlət reyestrini hansı dövlət otqanı aparır?
nazirlər kabineti
statistika komitəsi
maliyyə nazirliyi
ədliyyə nazirliyi
dövlət vergi xidməti
Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və gərarlarını ləğv edə bilərmi?
məhkəmə vasitəsilə ləğv edə bilərlər
yalnız vergi agenti ləğv edə bilər
ləğv edə bilməzlər
qeyri-qanuni aktı tərtib etmiş və qərarı qəbul etmiş vəzifəli şəxsi cəzalandıra bilər lakin akt və qərarı ləğv edə bilməz
ləğv edə bilərlər
Aşağıdakılardan hansı vergi ödəyicisinin hüquqlarına aid deyildir?
vergi məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi ğüzəştlərindən istifadə etmək
vergi yoxlaması ilə bağlı tərtib edilən aktların və vergi orqanlarının qərarlarının surətini almaq
vergi münasibətlərində bilavasitə və ya öz numayəndəsi vasitəsi ilə iştirak etmək
gəlir və vergitutma obyektlərinin uçotunu aparmaq
artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək
Vergi ödəyicisinin əsas [vergini ödəmək] vəzifəsi hansı qanunvericilik sənədi ilə müəyyən edilmişdir?
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Aşağıdakı hansı məlumatlar Kommersiya və (və ya) vergi sirri hesab olunur 1.Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında məlumat 2.Müəssisənin nizamnamə fondu haqqında məlumat 3.Vergi ödəyicisi tərəfindən istehsal olunmuş və təqdim edilmiş malların həcmi barədə məlumatlar 4.Vergi ödəyicisinin idxal-xarici əməliyyatları barədə məlumatlar 5.vergi ödəyicisinin razılığı ilə aşkar edilən şəxsin adı
3, 4
2 4
1, 3
1, 5
4, 5
Vergi Məcəlləsinə əsasən aşağıdakılardən hansı vergi ödəyicilərinin vəzifələrinə aid deyildir
Vergi münasibətlərində öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz,bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək
Qanunla müəyyən edilmiş vergiləri ödəmək
Vergi orqanlarından VÖEN almaq
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) uçotunu aparmaq
Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası hansı qanunlarla müəyyən edilir?
“ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanuni ilə
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanuni ilə
Əmək Məcəlləsiilə
Vergi Məcəlləsi və digər qanunlarla
Mülki Məcəllə ilə
Vergitutma məqsədi ilə nəzarət-kassa aparatının müəyyən olunmuş qaydada qeydiyyatı hansı orqan tərəfindən həyata keçirilir?
gömrük orqanları
ədliyyə orqanları
servis texniki xidmət mərkəzi
maliyyə orqanları
vergi orqanları
Aşağıdakılardan hansı vergi ödəyicisinin hüquqlarına aiddir?
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalarda nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək
müəyyən edilmiş qaydada vergi orqanları və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada məhkəməyə şikayət etmək;
vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;
qanunla müəyyən edilmiş vergiləri, habelə hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək
qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;
Vergi ödəyicisinin vəzifəsini göstərin:
Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;
nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti həyata keçirmək;
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata keçirtmək;
qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
digər vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək;
Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması nəyə səbəb olur?
qanunla nəzərdə tutulmuş vergilərin ləğv edilməsinə
vergi güzəştlərinin ləğv edilməsinə
vergilərin azaldılmasına
qanunla nəzərdə tutulmuş məsuliyyətə
vergi dərəcələrinin artırılmasına
Vergi ödəyicisi aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılmasını elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi həyata keçirilməyə bilər? 1. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı; 2 . Qiymətli kağızların və lotoreya biletlərinin satışı;.3.mobil telefonların istənilən yerdə satışı; 4. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti;5. Dövlət orqanlarında və Nazirliklərdə gəlir əldə edilən ictimai-iaşə fəaliyyəti.
2,3,5
1,2,5
1,3,5
1,2,4
1,3,4
Vergi ödəyicilərinin hüquqlqrını göstərin; 1.vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; 2.vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq; 3.Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək; 4.artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; 5.vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək;
1,4,5
2,,3,5
1,2,5
2,3,4
1,3,5
Göstərilənlərdən hansı Azərbaycan Respublikasında qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi hesab edilir?
həmin şəxsin istənilən 10 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 50 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir
həmin şəxsin istənilən 10 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 40 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.
həmin şəxsin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 80 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.
həmin şəxsin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 70 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.
həmin şəxsin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.
Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması nəyə səbəb olur?
vergi ödəyiciləri arasında narazılığa
vergi daxilolmalarının azalmasına
sahibkarlıq fəaliyyətinin zəifləməsinə
qanunla müəyyən edilmiş məsuliyyətə
qanunsuz sahibkarlıq fəaliyyətinin artmasına
Aşağıda göstərilənlərdən hansı vergi ödəyicilərinin vəzifələrinə aid edilmir?
qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək
qanunla müəyyən edilmiş vergiləri ödəmək
vergilərə dair normativ aktları almaq
vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını təqdim etmək
Hansı şəxslər vergi agenti ola bilərlər?
yalnız fiziki şəxslər
yalnız hüquqi şəxslər
yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 18-dən yuxarı olan istənilən şəxs
həm fiziki, həm də hüquqi şəxslər
yalnız qeyri-rezident fiziki və hüquqi şəxslər
Qanunla ona həvalə olunmuş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə vergi agenti hansı qaydada məsuliyyət daşıyır?
heç bir məsuliyyət daşımır
Konstitusiya ilə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada
Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada
yalnız İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada
Hansı fəaliyyət növü qeyri-rezidentin daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılmır?
qeyri-rezidentin apardığı quraşdırma və ya yığma işləri
məsləhət xidməti
qeyri-rezidentin apardığı tikinti və təmir işləri
təbii ehtiyatların kəşfiyyatı
qeyri-rezident müəssisənin özü üçün malların alınması
Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu hansı miqdarda ödəyirlər?
iddia məbləğinin 5%-i məbləğində
iddia məbləğinin 15%-i məbləğində
iddia məbləğinin 20%-i məbləğində
iddia məbləğinin 10%-i məbləğində
dövlət rüsumunu ödəməkdən azaddırlar
Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını hansı qanunvericilik aktları təşkil edir?
yalnız Nazirlər Kabinetinin müvafiq Sərəncam və Qərarları
yalnız Vergi Məcəlləsi
ancaq Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş qanunvericilik aktları
Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
yalnız Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
Dövlət vergi orqanlarının işçilərinin icbari qaydada sığorta olunmaları hansı vəsait hesabına həyata keçirilir?
vergi orqanlarının işçiləri sığorta olunmurlar
vergi orqanı işçilərinin öz vəsaitləri hesabına
vergi orqanlarında yaradılmış xüsusi fond hesabına
həm dövlət büdcəsinin, həm də vergi orqanı işçilərinin öz vəsaitləri hesabına
dövlət büdcəsinin vəsaiti hesabına
