NEW
Font size
WorksheetsVV 13
Total questions: 50
Worksheet time: 25mins
Vergi Məcəlləsinə uyğun olaraq ödənilməli olan verginin məbləği haqqında bəyannaməni sadələşdirilmiş verginin ödəyiciləri vergi orqanlarına nə vaxt verir? .
hesabat dövründən sonrakı ayın 25-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
hesabat dövründəki ayın 10-dan gec olmayaraq
hesabat dövründəki ayın 5-ci günündən gec olmayaraq
hesabat dövründəki ayın 15-dək
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında sərnişin və yük daşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi hansı əmsal tətbiq etməklə hesablanır?
4(dörd)
2(iki)
5(beş)
6(altı)
3(üç)
Vergi Məcəlləsinə uyğun olaraq xidmətlərin göstərilməsindən sadələşdirilmiş vergi neçə faiz dərəcə ilə hesablanır?
5 faiz
2 faiz
12 faiz
15 faiz
10 faiz
Xüsusi mülkiyyətində 10 kvadratmet yaşayış sahəsi olan fiziki şəxslər nə qədər əmlak vergisi ödəyirlər?
Hər kvadratmetrə görə 55 manat
Müvafiq əmsal tətbiq edilməklə hər kvadratmetrə görə 30 manat
Hər kvadratmetrə görə 15 manat
Hər kvadratmetrə görə 25 manat
Vergiyə cəlb edilmir
Vergi Məcəlləsinə uyğun olaraq əmlakın qalıq dəyəri necə hesablanır?
müəssisənin balansında olan əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləğinə nisbəti.
müəssisənin balansında olan əsas vəsaitlərin ilkin dəyəri ilə həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyərinin 10 faizi.
müəssisənin balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri.
müəssisənin balansında olan əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri kimi.
müəssisənin balansında olan əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri.
Azərbaycan Respublikasının Milli Qəhramanlarının mülkiyyətində olan torpaq sahələrinə görə ödəməli olduqları vergi məbləği nə qədər azaldılır?
tam məbləğdə
40 manat
50 manat
10 manat
7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar
Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələr əmlak vergisinin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə nə vaxt təqdim edilməlidir?
hər il mayın 31-dən gec olmayaraq
hər il iyulun15-dək
hər il iyulun 1-dək
avqustun 1-dən gec olmayaraq
hər il mayın 15-dən gec olmayaraq
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan əmlakın sahəsi neçə kv.metrdən çox olduqda əmlak vergisi tutulur?
20 kv.metr
15 kv.metr
10 kv.metr
30 kv.metr
25 kv.metr
Aşağıda göstərilən kimlərin və hansı torpaq sahəsi vergiyə cəlb edilmir?
Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının mülkiyyətində olan torpaqlar;
Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
Mərkəzi Bank və onun qurumlarının mülkiyyətində olan torpaqlar;
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər;
Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin
Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin hansı dəyərinə əsasən əmlak vergisi hesablanır?
gömrük dəyərinə
orta illik qalıq dəyərinə
əmlakların alış dəyərinə
ilin əvvəlinə qaliq dəyərinə
ilin sonuna qalıq dəyərinə
Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği nə qədər azaldılır?
azaldılmır
20 manat
10 manat
30 faiz
50 manat
Xüsusi mülkiyyətində 20 kvadratmet yaşayış sahəsi olan fiziki şəxslər nə qədər əmlak vergisi ödəyirlər?
Hər kvadratmetrə görə 15 manat
Hər kvadratmetrə görə 25 manat
Müvafiq əmsal tətbiq edilməklə hər kvadratmetrə görə 20 manat
Vergiyə cəlb edilmir
Hər kvadratmetrə görə 30 faiz
Fiziki şəxslər üçün əmlak vergisi üzrə vergitutma obyekti aşağıdakılardan hansıdır?
rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə gəmilərin
qeyri-rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri və rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələri
Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
yalnız rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri
yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq yalnız rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
Bir neçə sahibi olan bina üzrə əmlak vergisi hansı qaydada hesablanır?
həmin bina üzrə əmlak vergisi hesablanmır
həmin binanın dəyərində daha çox payı olan şəxs tərəfindən hesablanır
həmin binanın altında olan torpağa görə vergi ödəyən şəxs tərəfindən hesablanır
həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq hesablanır
onlar arasında olan razılaşmaya görə
Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə əmlak vergisi kimdən tutulur?
həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən
onlar arasında olan razılaşmaya görə
onların bu nəqliyyat vasitəsində malik olduğu paya uyğun olaraq
həmin nəqliyyat vasitəsinə görə əmlak vergisi tutulmur
həmin nəqliyyat vasitəsində daha çox paya malik olan şəxsdən
Müəssisə il ərzində fəaliyyət göstərdikdə vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir?
əmlakın hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb dördə bölünür
əmlakın hər rübün əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür
əmlakın hər rübün əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür, sonra isə alınan məbləğlər toplanır
əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür
əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb 24-ə bölünür
Müəssisə hesabat ili ərzində ləğv edildikdə, vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir?
ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur
ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 25-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur
ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 12-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur
ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aydan ilin sonuna qədər olan ayların sayına vurulur
həmin il müəssisə əmlakından vergi tutulmur
Aşağıdakı torpaqlardan hansılar torpaq vergisinə cəlb edilmir? 1.Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının mülkiyyətində və istifadəsində olan torpaqlar; 2.dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar ; 3. yaşayış fondlarının torpaqları; 4.Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar; 5. vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar
1,3,5
1,4,5
2,3,5
1,2,4
2,4,5
Bələdiyyə müəssisələri və fiziki şəxslər torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay müddətində harada uçota durmalıdırlar?
statistika orqanlarında
dövlət vergi orqanlarında və maliyyə orqanlarında
maliyyə orqanlarında
bələdiyyələrdə
dövlət vergi orqanlarında
Fiziki şəxslər və müəssisələr hansı sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay ərzində uçota durmalıdırlar?
torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri
torpaq sahələri barədə sərəncam vermə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra
torpaq sahələri barədə özlərinin mülkiyyət və sərəncam hüquqlarını təsdiq edən sənədləri
torpaq sahələri barədə yalnız özlərinin istifadə hüquqlarını təsdiq edən sənədləri
torpaq sahələri barədə yalnız özlərinin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri
Torpaq vergisinin ödəyiciləri kimlərdir?
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və istifadəsində torpaq sahələri olan yalnız qeyri-rezident fiziki şəxslər və müəssisələr
Azərbaycan Respublikasının ərazisində yalnız mülkiyyətində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr
yalnız rezident müəssisələr və rezident fiziki şəxslər
Azərbaycan Respublikasının hüdudlarından kənarda mülkiyyətində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr
Fiziki şəxslər üçün torpaq vergisinin vergitutma obyekti dedikdə nə başa düşülür?
ancaq fiziki şəxslərin tikililəri altında olan torpaq sahələri
ancaq həyətyanı sahələrdə olan torpaq sahələri
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada yalnız mülkiyyətə verilən torpaq sahələ
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri
yalnız sahibkarlıq məqsədi üçün istifadə edilən torpaq sahələri
Müəssisələr üçün torpaq vergisinin vergitutma obyekti dedikdə nə başa düşülür?
Azərbaycan Respublikası hüdudlarından kənarda mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri
Azərbaycan Respublikası hüdudlarından kənarda yalnız istifadəsində olan torpaq sahələri
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada yalnız mülkiyyətə verilən torpaq sahələri
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri
Azərbaycan Respublikasının ərazisində yalnız mülkiyyətində olan torpaq sahələri
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği nə qədər azaldılır?
10 manat
20 manat
30 manat
50 manat
azaldılmır
Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq hansı qaydada hesablanır?
torpağın təyinatı və coğrafi yerləşməsindən asılı olaraq hər il müxtəlif məbləğlə
torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində
fəaliyyətin nəticəsindən asılı olaraq
torpaq sahələrinə görə hər il dəyişkən tədiyyə şəklində
ilin sonunda şəxsin təsərrüfat fəaliyyətinin nəticəsi zərərli olduqda torpaq vergisi hesablanmır
Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?
1 şərti bal üçün 0,05 manat
1 şərti bal üçün 0,06 manat
1 şərti bal üçün 0,5 manat
1 şərti bal üçün 0,6 manat
1 şərti bal üçün 1 manat
Bakı şəhəri ərazisində yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin(10000 kv.m-dək), hər 100 kvadrat metrinə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?
4 manat
5 manat
6 manat
8 manat
10 manat
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə [Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə, kəndləri istisna olmaqla) yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin(10000 kv.m-dək), hər 100 kvadrat metrinə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?
4 manat
2 manat
1 manat
3 manat
6 manat
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə [Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə, kəndləri istisna olmaqla] yerləşən yaşayış fondlarının, həyətyanı sahələrinin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin(10000 kv.m-dək), hər 100 kvadrat metrinə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?
0,2 manat
0,1 manat
1 manat
2 manat
0,3 manat
Müəssisələr torpaq vergisi üzrə hesablamaları hansı müddətdə vergi orqanına təqdim etməlidirlər?
iyunun 1-dən gec olmayaraq
mayın 15-dən gec olmayaraq
iyulun 15-dən gec olmayaraq
avqustun 15-dən gec olmayaraq
iyulun 1-dən gec olmayaraq
Aşağıdakı yaşayış məntəqələrində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrinin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin 100 kvadrat metrinə görə (10000 kv.m-dək) torpaq vergisinin dərəcələrindən hansılar doğrudur? 1. Bakı 0,8 manat; 2. Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,45 manat; 3. Digər şəhərlər [rayon tabeliyində olan şəhərlər istisna olmaqla], rayon mərkəzləri 0,3 manat; 4. rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə [Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla] 0,1 manat.
1, 3
3, 4
1, 2, 3
2, 4
1, 4
Aşağıdakı torpaqlardan hansılar torpaq vergisinə cəlb edilmir? 1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları; 2. Azərbaycan Respublikası Milli Bankının və onun qurumlarının mülkiyyətində və istifadəsində olan torpaqlar; 3. yaşayış fondlarının torpaqları; 4. İstehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları; 5. vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar
2, 3, 4
1, 3, 4
1, 2, 4
3, 4, 5
1, 3, 5
Aşağıdakı torpaqlardan hansılar torpaq vergisinə cəlb edilir? 1. dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar; 2. həyətyanı sahələrin torpaqları; 3. yaşayış fondlarının torpaqları; 4. tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti təyinatlı torpaqlar; 5. Xəzər dənizinin [gölünün] Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar.
1, 3, 5
1, 3, 4
2, 3, 4
3, 4, 5
1, 2, 4
Aşağıda göstərilən şəxslərdən hansılarının mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır? 1.Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;; 2. məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin; 3. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının [ərlərinin]; 4. qanunvericiliklə müəyyən edilmiş qaydada əmək veteranı adı almış şəxslərin; 5. müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin
2, 4, 5
3, 4, 5
1, 3, 5
1, 3, 4
1, 2, 4
Fiziki şəxslərə torpaq vergisi nə vaxt hesablanır və tədiyyə bildirişləri nə zaman onlara çatdırılır?
müvafiq olaraq mayın 15-dək və avqustun 15-dək
müvafiq olaraq iyulun 1-dək və avqustun 1-dən gec olmayaraq
müvafiq olaraq iyunun 1-dək və avqustun 15-dən gec olmayaraq
müvafiq olaraq avqustun 15-dək və noyabrın 15-dək
müvafiq olaraq iyulun 1-dək və avqustun 15-dən gec olmayaraq
Torpaq vergisi hansı məbləğdə və nə vaxt ödənilir?
bərabər məbləğlərdə 15 oktyabr və 15 noyabr tarixlərindən gec olmayaraq
bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq
bərabər məbləğlərdə 15 iyul və 15 noyabr tarixlərindən gec olmayaraq
bərabər məbləğlərdə 15 sentyabr və 15 oktyabr tarixlərindən gec olmayaraq
bərabər məbləğlərdə 15 avqust və 15 oktyabr tarixlərindən gec olmayaraq
Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi müəyyən edilmiş ödəmə vaxtına kim tərəfindən ödənilir?
vergi heç kim tərəfindən ödənilmir
bunu vergi orqanı müəyyən edir
həmin torpağın sahibi tərəfindən
torpağın əvvəlki sahibi tərəfindən
bir hissəsi torpağın əvvəlki sahibi, qalan hissəsi isə yeni sahibi tərəfindən
Əmlak vergisinin ödəyicisi kimlərdir?
Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan yalnız rezident fiziki şəxslər və rezident müəssisələr
Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr
Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan yalnız qeyri-rezident fiziki şəxslər və müəssisələr
Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan yalnız rezident fiziki şəxslər
Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olmayan fiziki şəxslər və müəssisələr
Müəssisələr üçün əmlak vergisi üzrə vergitutma obyekti aşağıdakılardan hansıdır?
müəssisənin balansında olan dövriyyə vəsaitlərinin orta illik dəyəri
müəssisənin balansında olan əsas vəsaitlərin orta illik dəyəri
müəssisənin balansında olan əsas vəsaitlərin bazar dəyəri
müəssisənin balansında olan avtonəqliyyat vasitələrinin orta illik dəyəri
müəssisənin balansında olan əsas və dövriyyə vəsaitlərinin orta illik dəyəri
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsi neçə kv.metr olduqda əmlak vergisi tutulmur?
40 kv.metr
30 kv.metr
50 kv.metr
60 kv.metr
55 kv.metr
Fiziki şəxslər mühərriki olan su nəqliyyatı vasitəsinə görə əmlak vergisini hansı qaydada və dərəcələrlə ödəyirlər?
mühərrikin 1 kub santimetri üçün 0,2 manat
mühərrikin 1 kub santimetri üçün 0,02 manat
mühərrikin 1 kub santimetri üçün 0,5 manat
mühərrikin 1 kub santimetri üçün 0,3 manat
mühərrikin 1 kub santimetri üçün 0,1 manat
Fiziki şəxslər mühərriki olan hava nəqliyyatı vasitəsinə görə əmlak vergisini hansı qaydada və dərəcələrlə ödəyirlər?
mühərrikin 1 kub santimetri üçün 0,05 manat
mühərrikin 1 kub santimetri üçün 0,02 manat
mühərrikin 1 kub santimetri üçün 0,2 manat
mühərrikin 1 kub santimetri üçün 0,1 manat
mühərrikin 1 kub santimetri üçün 0,5 manat
Fiziki şəxslər mühərriki olmayan su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini hansı qaydada və dərəcələrlə ödəyirlər?
onların bazar qiymətinin 0,1 faizi
onların bazar qiymətinin 1 faizi
onların inventar dəyərinin 1 faiz
bu əsas vəsaitlərdən əmlak vergisi tutulmur
onların orta illik qalıq dəyərinin 0,1 faizi
Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi hansı büdcəyə ödənilir?
dövlət büdcəsinə
yerli büdcəyə [bələdiyyə büdcəsinə]
xüsusi fondlara
büdcədənkənar fondlara
yerli icra hakimiyyətinin hesabına
Müəssisənin əmlak vergisi üçün vergi dövrü hansı dövr sayılır?
rüb
təqvim ili
təqvim ayı
yarım illik
fəaliyyət dövrü
Əmlak vergisi ödəyiciləri olan hüquqi şəxslər cari vergi ödəmələrini nə vaxt ödəyirlər?
hər rübün birinci ayının 15-dən gec olmayaraq
hər rübün ikinci ayının 15-dən gec olmayaraq
hər rübün sonuncu ayının 15-dən gec olmayaraq
hər rübün ikinci ayının 20-dən gec olmayaraq
hər rübün sonundan gec olmayaraq
Fiziki şəxslər xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər?
Onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahəsinə münasibətdə - onların 50 kvadratmetrindən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə
Onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahəsinə münasibətdə - onların 30 kvadratmetrindən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə
binaların inventarlaşdırılmış dəyərinin aylıq gəlirin vergi tutulmayan məbləğinin 300 mislindən çox olan məbləğindən 0,1 faizlə
binaların inventarlaşdırılmış dəyərinin aylıq gəlirin vergi tutulmayan məbləğinin 500 mislindən çox olan məbləğindən 0,2 faizlə
Onların xüsusi mülkiyyətində olan binaların bazar dəyərinin 5000 manatdan artıq olan hissəsindən 0,1 faizlə
Müəssisələr əsas vəsaitlərə görə əmlak vergisini hansı dərəcə ilə ödəyirlər?
onların vergi tutulan dəyərindən 0,05 faiz dərəcəsi ilə
Vergi Məcəlləsinə uyğun olaraq onların orta illik qalıq dəyərindən 1 faiz dərəcəsi ilə
onların vergi tutulan dəyərindən 0,1 faiz dərəcəsi ilə
onların vergi tutulan dəyərindən 2 faiz dərəcəsi
onların vergi tutulan dəyərindən 0,2 faiz dərəcəsi ilə
Bələdiyyələr əmlak vergisinin ödənilməsi barədə tədiyyə bildirişini nə vaxt vergi ödəyicisinə verməlidirlər?
avqustun 15-dən gec olmayaraq
avqustun 1-dən gec olmayaraq
mayın 1-dən gec olmayaraq
iyunun 1-dən tez olmayaraq
iyulun 1-dən tez olmayaraq
Fiziki şəxslərin əmlak vergisi hansı hissələrlə və nə vaxt ödənilməlidir?
bərabər hissələrlə həmin il iyunun 15-dək və noyabrın 15-dək
bərabər hissələrlə həmin il avqustun 15-dək və noyabrın 15-dək
bərabər hissələrlə həmin il iyulun 15-dək və noyabrın 15-dək
istənilən məbləğdə həmin il avqustun 15-dək və noyabrın 1-dək
bərabər hissələrlə həmin il avqustun 15-dək və oktyabrın 15-dək
