NEW
Font size
WorksheetsMaliyye ucotu01
Total questions: 20
Worksheet time: 10mins
Maliyyə hesabatında verilmiş cədvəllərdəki məlumatların açıqlamaları qarışıq verilmişdir və qərar qəbul etmək üçün investora problem yaradır. Bu halda müəssisə maliyyə hesabatının keyfiyyət göstəricilərindən hansını pozmuşdur?
Əhəmiyyətlilik
Müqayisəlilik
Ardıcllıq
Anlaşılanlıq
Əgər müəssisə heç bir əsaslı səbəb olmadan qiymətləndirmə metodlarını dəyişmişdirsə, o ilk olaraq maliyyə hesabatının hansı keyfiyyət göstəricisinin tələbini pozmuşdur?
tamlıq
anlaşılanlıq
münasiblik
Ardıcıllıq
Bu kənar istifadəçi maliyyə hesabatından istifadə edərək birbaşa olaraq müəssisənin ödəmə qabiliyyəti ilə bağlı məlumat almaq istəyir?
ictimaiyyət
Kreditor
işçi
Dövlət orqanı
Əsas uçot qaydalarının müxtəlif dövrlər üçün eyni saxlanılması aşağıdakılardan biri ilə birbaşa bağlıdır
Ardıcıllıq
Anlaşıqlılıq
Münasiblik
Əhəmiyyətlilik
"Gəlirlər yalnız əməliyyat tamamlandıqdan sonra tanınlanmalıdır" fikri aşağıdakılardan hansına əsaslanır
Ardıcıllıq
Kapitalın saxlanması konsepsiyası
Hesablama metodu
Ehtiyatlılıq
Aşağıdaklardan biri maliyyə hesabatının keyfiyyət göstəricilərindən biri deyil
Münasiblik
Fəaliyyətin fasiləsizliyi
Anlaşıqlılıq
Müqayisəlilik
5. Hansı hesabat istisna оlmаqlа, müəssisə mаliyyə hеsаbаtlаrını hеsаblаmа metoduna uyğun оlаrаq tərtib еtməlidir:
Kapitalda dəyişikliklər haqqında hesabat
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Maliyyə vəziyyəti haqqında hesabat
Əgər müəssisənin ləğv olunacağı ehtimal olunarsa, aktivlərin qiymətləndirilmə əsası kimi hansı dəyərdən istifadə daha məqsədə uyğundur:
Cari dəyərdən
Diskontlaşdırılmış dəyərdən
Ehtimal olunan satış dəyərindən
İlkin dəyərindən
Maliyyə hesabatlarının istifadəçilərinin hansı qrupu müəssisənin gələcəkdə mənfəət və pul vəsaitlərini əldə etmək imkanlarını qiymətləndirmək üçün zəruri informasiya ilə təmin olunmalıdır
İşgüzar təmas qrupu
Borcverənlər qrupu
Səhmdarlar qrupu
Analitiklər və məsləhətçilər qrupu
Hansı prinsipə riayət olunması qeyri-müəyyən şəraitdə aktiv və gəlirin mümkün dəyərlərindən ən aşağının, öhdəlik və xərcin isə ən yüksək qiymətinin istifadə edilməsini nəzərdə tutur:
Tamlıq prinsipinə
Ehtiyatlılıq prinsipinə
Mahiyyətin formadan üstünlüyü prinsipinə
Düzgün təqdimat prinsipinə
Müvafiqlik (uzlaşma) konsepsiyasına əsaslanaraq:
Aktivlər və kapital eyni vaxtda tanınmalıdırlar
Aktivlər və gəlirlər eyni vaxtda tanınmalıdırlar
Xərclər və gəlirlər eyni vaxtda tanınmalıdırlar
Xərclər və öhdəliklər eyni vaxtda tanınmalıdırlar
Müəssisə 20000 manat dəyərində xidmət satın almış, lakin yalnız xidmət dəyərinin yarısını ödəmişdir. Müəssisə nə qədər xərc tanımalıdır?
20000
2500
5000
0
Müəssisə alıcıdan 6000 manat ödəniş almışdır. Alıcıya göndərilməsi nəzərdə tutulan malın maya dəyəri isə 4000 manatdır. Müəssisə nə qədər gəlir tanımalıdır?
6000
2000
4000
0
Müəssisə alıcıya 5000 manata mal satmış, alıcı isə ödənişin yalnız 2000 manatını öəmişdir.Müəssisə nə qədər gəlir tanımalıdır
3000
5000
2000
1000
Aşağıdakı əməliyyatlardan biri müəssisədə xərc kimi tanınır
Mal satın alınmışdır
Malsatana avans ödənilmişdir
Xidmət satın alınmışdır
Gələcəkdə alınacaq xidmət üçün avans ödənilmişdir
Aşağıdakı əməliyyatlardan biri müəssisədə gəlir kimi tanınmır
Müştəriyə xidmət satılmışdır
Müştəriyə məhsul satılmışdır
Müştəridən avans ödənişi daxil olmuşdur
Müştəri üçün görülmüş iş ona təhvil verilmişdir
Aşağıdakı əməliyyatlardan biri müəssisədə gəlir kimi tanınır
Müştəri ilə xidmət müqaviləsi imzalanmışdır
Müştəriyə xidmət göstərilmişdir
Müştəri ilə malın alqı-satqı müqaviləsi bağlanmışdır
Müştəridən avans ödənişi daxil olmuşdur
Maliyyə vəziyyəti haqqında hesabata əsasən kapital bərabərdir
Öhdəlik/Aktiv
Aktiv/Öhdəlik
Ödəlik - Aktiv
Aktiv - öhdəlik
Xərci səciyyələndirən əsas cəhət:
Xüsusi kapitalda dəyişiklik haqqında hesabatda əks etdirilməsi
Xalis kapitalda azalmaya səbəb olması
xalis kapitalda artıma səbəb olması
Sahibkar tərəfindən çıxarılması
Gəliri səciyyələndirən əsas cəhət
Xalis kapitalda azalmaya səbəb olması
xalis kapitalda artıma səbəb olması
Maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilməsi
Əsas fəaliyyətlə bağlı olması
