wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

FL Mövzu 3-4 FİRMA

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Sahibkarlıq fəaliyyətinin təşkili formaları hansılardır?

a)

fiziki şəxs – sahibkar və hüquqi şəxs

b)

fərdi firmalar; ortaqlıqlar və cəmiyyətlər

c)

dövlət müəssisəsi, ailə firması; təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri

d)

istehsal sahibkarlığı; kommersiya sahibkarlığı; innovasiya sahibkarlığı; maliyyə sahibkarlığı və fermer təsərrüfatı

e)

biznes sahibkarlığı; kommersiya sahibkarlığı; sosial sahibkarlıq və dövlət sahibkarlığı

2.

Sahibkarlıq nədir?

a)

ölkədə mövcud qanun və qaydalar çərçivəsində fəaliyyət göstərərək gəlir əldə etmək məqsədi güdən iqtisadi fəaliyyətdir

b)

cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etmək yolu ilə gəlir (mənfəət) əldə etmək məqsədi ilə həyata keçirilən iqtisadi fəaliyyətdir

c)

məqsədi cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etmək (satmaq) olan iqtisadi fəaliyyətdir

d)

mal və xidmətlərin istehsalı və satışı məqsədi ilə firmanın yaradılması və içinin davamlı olaraq təşkili fəaliyyətidir

e)

öz ehtiyacları üçün mal və xidmətlərin istehsalının və istehlakının həyata keçirilməsi ilə bağlı iqtisadi fəaliyyətdir

3.

Sahibkar statusu almaqla şəxsin cəmiyyətə bəyan etdiyi elementlərdən biri aşağıda yanlış təqdim olunub. Yanlış təqdim edilən element hansıdır?

a)

o, qanunla qadağan olunmayan iqtisadi fəaliyyətlə məşğul olaraq mənfəət (gəlir) götürmək niyyətindədir

b)

bunun risklə bağlı olduğunu anlayır və belə riskə getməyə hazırdır

c)

o, iqtisadi qanunauyğunluqları bilir və fəaliyyətini həmin qanunauyğunluqlar əsasında həyata keçirəcək

d)

öz fəaliyyətini ölkədə mövcud qanun və qaydalar çərçivəsində həyata keçirəcək və bunlara əməl edəcək

e)

bu fəaliyyətlər zamanı dövlət, cəmiyyət və tərəfdaşlar qarşısında yaranacaq öhdəlikləri uyğun şəkildə yerinə yetirəcək

4.

Təsərrüfat cəmiyyətlərində mülkiyyət və idarəetmənin ayrılması nə deməkdir?

a)

belə şirkətlərdə firmanın sahibləri ilə işinin nəticəsi bu mənfəəti yaratmaq olan işçilər eyni deyillər

b)

səhmdarlar hər zaman firmanın mənfəətinin maksimumlaşdırılmasında maraqlıdırlar

c)

menecerlər səhmdarların fəaliyyətinə nəzarəti təmin etmək mexanizmləri tətbiq etmək zərurəti ilə üzləşirlər

d)

belə şirkətlərdə mənfəətin son alıcıları (yəni firmanın sahibləri) ilə nəticəsi bu mənfəətin həcmini müəyyənləşdirəcək qərarları qəbul edən menecerlər eyni şəxslər deyillər

e)

belə şirkətlərdə mənfəətin bölünməsi və istafadəsi ilə bağlı qərarları kənar şəxslər verir

5.

Firmanın 3 təsisçisi var. Birinci təsisçinin payı 50 faiz, ikincinin payı 30 faiz, üçüncünün payı isə 20 faiz təşkil edir. Buna baxmayaraq firmanın fəaliyyəti ilə bağlı bütün qərarlar 20 faiz paya malik üçüncü təsisçi tərədindən qəbul edilir və firmanı o idarə edir. Bu firmanın hüquqi şəxs kimi statusu nədir?

a)

tam ortaqlıq

b)

məhdud məsuliyyətli cəmiyyət

c)

əlavə məsuliyyətli cəmiyyət

d)

təsərrüfat cəmiyyəti

e)

kommandit ortaqlıq

6.

Leontyev istehsal funksiyası hansı hal üçündür?

a)

istehsal amillərinin bir-birini tamamladığı, lakin tamamilə qarşılıqlı əvəzlənmənin mümkün olmadığı hal üçün

b)

istehsal amillərinin bir-birini tamamlamadığı, lakin tamamilə qarşılıqlı əvəzlənmənin mümkün olduğu hal üçün

c)

istehsal amillərinin həm bir-birini tamamladığı, həm də tamamilə qarşılıqlı əvəzlənmənin mümkün olduğu hal üçün

d)

istehsal amillərinin həm bir-birini tamamlamamağına rəğmən qarşılıqlı əvəzlənmənin tamamilə mümkün olduğu hal üçün

e)

istehsal amillərinin həm bir-birini tamamlamadığı, həm də qarşılıqlı əvəzlənmənin mümkün olmadığı hal üçün

7.

Müxtəliflik effekti nədir?

a)

firmanın istehsal etdiyi məhsul həcminin artmasının istehsal xərclərinin səviyyəsinə təsiridir

b)

firmanın istehsal etdiyi məhsul çeşidinin artmasının istehsal xərclərinin səviyyəsinə təsiridir

c)

firmanın istehsal xərclərinin müxtəlifliyinin məhsul buraxılışı həcminə təsiridir

d)

firmanın istehsal xərclərinin strukturunun istehsal texnologiyasından asılılığıdır

e)

firmanın istehsal etdiyi məhsul çeşidinin artmasının istehsal xərclərinin müxtəlifliyinə təsiridir

8.

Transaksiya xərcləri necə meydana çıxır?

a)

istehsal prosesində hazır məhsulun yaradılmasına iqtisadi resursların (əmək, kapital və s.) sərf edilməsi ilə bağlı

b)

iqtisadi resursların bazarın tələblərinə uyğunlaşdırılması, onların əldə edilməsi və hazır məhsula çevrilməsi ilə bağlı

c)

sövdələşmələrin baş tutması və onlara əməl edilməsi (yaxud hüquqların ötürülməsi və onların qorunması) ilə bağlı

d)

firmanın əldə etdiyi resursların və istehsal etdiyi məhsulların daşınması (nəql edilməsi) ilə bağlı

e)

istehsalın həcmi ilə onu yaradan istehsal amilləri (kapital və əmək) arasında asılılığın olması ilə bağlı

9.

Firmanın üfüqi ölçüləri (sərhədləri) başlıca olaraq nə ilə müəyyən olunur?

a)

transaksiya xərcləri ilə

b)

iqtisadi xərclərin miqdarı ilə

c)

sahə bazarının sərhədləri ilə

d)

istehsal xərcləri (istehsal edilən məhsulların çeşid sayı və miqdarı) ilə

e)

ölkədə sosial-iqtisadi durumla

10.

İstehsalın miqyas effekti nəyi əks etdirir?

a)

istifadə olunan istehsal amillərindən birinin miqdarının dəyişilməsi ilə məhsul istehsalı həcminin dəyişilməsi arasındakı nisbəti (münasibəti)

b)

qısamüddətli dövrdə istehsalın dəyişən amilinin hər əlavə vahidinin tətbiqindən alınan son hədd (marjinal) məhsulun azalmasını

c)

məhsul buraxılışının artması ilə məhsul satışının artması arasında olan münasibəti

d)

məhsul buraxılışı miqdarının artması ilə firmanın gəlirlərinin dəyişilməsi arasındakı nisbəti

e)

istifadə olunan resursların miqdarının dəyişilməsi ilə məhsul buraxılışı həcminin dəyişilməsi arasındakı nisbəti (münasibəti)