NEW
Font size
WorksheetsFərdlər,qruplar və ailələrlə sosial iş . 2-ci yoxlama
Total questions: 20
Worksheet time: 13mins
. Fərdlərlə sosial iş sosial işçi ilə müraciətçi arasında qurulmuş əlaqəyə əsaslanır. Bu mərhələdə haqqında danışdığımız peşəkar münasibətlər – “................” və “................” kimi anlayışlar üzərində qurulmalıdır.Nöqtələrin yerinə uyğun olan ifadələri əlavə edin.
görüşmək” və “empatiya qurmaq”
“etibar etmək” və “qəbul etmək”
) “telefonla əlaqə qurmaq” və “məsləhət vermək”
“problemi sosiallaşdırmaq” və “qəbul etmək”
“görüşmək” və “məsləhət vermək”.
“ Fərdin ən yaxın olan inkişaf sahəsi ilə aktiv ola bilmədiyi bir sosial mühit arasında yaranan münasibətlərin nəticəsində yaranan qarşılıqlı əlaqə deməkdir.” İfadəsi aşağıdakılardan hansının açıqlamasıdır :
Mikrosistem
Ekzosistem
Xronosistem
Mezosistem
Makrosistem
1. l - Əgər bir körpə təhdid edilirsə onun yaşaması üçün bağlılıq yaratmağa ehtiyacı var. ll - Boulbi bağlılığı 3 fazaya ayırmışdır. lll – birinci mərhələ körpənin 0 – 3 ayda olan dövrüdür. lV – ikinci mərhələdə körpədə tanıdığı şəxslərə adaptasiya gedir. V – birinci mərhələdə körpə bağlılıq davranışının inkişafıını, fərdləri ayrıd edə bilir.
Boulbinin bağlılıq nəzəriyyəsinə görə yuxarıdakı ifadələrdən hansı doğrudur ?
a) I ve II
a) V ve IV
a) I, III ve IV
a) I, III ve V
a) l, ll, lll və V
1. Psixoxosial inkişaf nəzəriyyəsində hansısa bir işdə uğur qazana bilməmək hissi hansı yaş dövrünü əhatə edir :
a) 40 – 65 yaş
a) 12 – 18 yaş
a) 6 – 12 yaş
a) 18 – 40 yaş
a) 1 – 3 yaş
Planlaşdırma mərhələsinin ilk alt addımıdır :
Əsas məqsədlərin müəyyən edilməsi
Müqavilənin hazırlanması
Müraciətçi ilə işləmək
Problemləri ehtiyac şəklində müəyyən etmək
a) Problemlərin prioritetlərinə görə sıralanması
1. “ Bu yanaşmanın əsas məqsədi fərdi şüurdankənar məhdudiyyətlərdən azad etməkdir. Bu yanaşmada ailə bütöv bir vahid kimi nəzərdən keçirilir. Və bütün ailə üzvləri seansa dəvət olunur.” İfadəsi ailə və sosial iş praktikasında istifadə edilən müalicə yanaşmalarından hansına aiddir :
Heç birisinə aid deyildir
Sistemli ailə müalicəsi yanaşması
Struktur ailə müalicəsi yanaşması
Psixoanalitik ailə müalicəsi yanaşması
Strateji ailə müalicəsi yanaşması
1. “Mən sizinlə bir müddət əlaqə saxlaya bilməsəm güman edəcəm ki, siz müalicəni davam etdirmək istəmədiniz və işiniz bağlanacaq. Əgər siz gələcəkdə müalicənizi davam etdirmək qərarına gəlsəniz, hər zaman yenidən əlaqə saxlaya bilərsiniz”.sözləri ilə sosial işçi :
İlkin qiymətləndirmə aparır
Planlaşdırma aparır
Yekun qiymətləndirmə aparır
İşə xitam verilir
Monitorinq(izləmə)prosesi baş verir
Sözsüz ünsiyyətdə sosial işçi ilə müraciətçi arasındakı münasibəti təmin edən ünsiyyət formalarından biri deyil:
Dinlədiyinizi göstərən jestlər və mimikalar etmək
Müraciətçinin hisslərini əks etdirən jestlərdən istifadə etmək
Uyğun olanda gülümsəmə
Mesajları sözlərlə kodlaşdırma və təqdim etmə
Müraciətçini başa düşməyə çalışdığınızı göstərmə
"Mən onun yerinə olsaydım özümü necə hiss edərdim?" cümləsi hansı anlayışı ifadə edir ?
Minimum həvəsləndirmə
Perspektiv götürmə
Dinləmə
Özünü açıqlama
Empatiya
Ünsiyyətin fərdi-psixoloji funksiyası deyil:
Özünü inkişaf etdirmə funksiyası
Var olduğunu ifadə etmək və tanınmaq funksiyası
Cəmiyyəti müəyyən məqsədlər üçün həvəsləndirmə funksiyası
Münasibətlərin qurulması funksiyası
Paylaşma funksiyası
Dinləmə növlərindən biri deyildir :
Empatik
Mühakiməsiz və tənqidi
Aktiv
Diqqətli və şərhedici
Mühakiməedici
Sosial işçi müraciətçi ilə işə başlayarkən onların ilk görüşləri əgər telefonda olacaqsa onda bu telefon danışmasında aşağıda sadalananlardan hansını etməməlidir ?
Təklif edilən xidmətlər haqqında əsaslı məlumat verməlidir
Müraciətçi ilə ilk müsahibə vaxtı seçilməlidir
Sosial işçi müraciətçinin narahatlığını anlamağa çalışmalıdır
Sosial işçi müraciətçinin tələblərini anlamağa çalışmalıdır
Müraciətçinin sosial işçinin adını və oturduğu ofisin yerini bilməsi təmin edilməli və zəruri hallarda müştəriyə bu barədə məlumat verilməlidir
1. ................. problemlərin daha aydın görünməsinə imkan verir. Bu, balanslaşdırma və digər müdaxilələrdən daha az təhlükə yaradır. Dözülməz olanı dözülməli edir.
Nöqtələrin yerinə uyğun gələn ifadəni əlavə edin.
Duyğuları və Məzmunu əks etdirmək
Keçid
Yumor və metaforadan istifadə
Ümumiləşdirmə
Fərdiləşdirmə
“İnsanlararası münasibətlərdə mesajların düzgün qəbul edilib edilməməsinin yoxlanıldığı mərhələ........... mərhələsidir” cümləsindəki boş yerə aşağıdakı sözlərdən hansı uyğun gəlir?
Kodlaşdırma
Şərh etmə
Geribildirim-Əks əlaqə
Şifrənin açılması
Səs-küy
Müraciətçi və sosial işçinin tərtib etdiyi planın həyata keçdiyi mərhələdir :
tətbiq etmə
Planlama
İlkin dəyərləndirmə
Hazırlıq
Xitam vermə
“ Bir insanın başqasının fenomenoloji dünyasına diqqətini cəmləməsi, onun qavrayış, düşüncə və emosional dünyasına daxil olması, orada rol alması, xəyali olaraq iştirak etməsi, insanı daxilən düzgün anlamağa çalışması və insanın digər insanın vəziyyətini başa düşdüyünü ifadə etməsi kimi müəyyən edilə bilər.” ifadəsi terapevtik şərtlərdən hansına aiddir ?
Şəffaflıq və səmimiyyət
Özünü açıqlama
Konkretlik və məlumatın verilməsi
Hörmət
Empatiya
İlk üz-üzə görüşü həyata keçirməzdən əvvəl sosial işçi nə etməlidir ?
müraciətçiyə görüləcək işləri telefonda detallı şəkildə başa salmalıdır
müraciətçi ilə keçirməli olduğu görüş üçün uyğun fiziki mühiti müəyyənləşdirməlidir
mürciətçini başqa mütəxəssisə yönləndirməlidir.
ilk görüşdən əvvəl müraciətçini evində ziyarət etməlidir.
müraciətçinin psixoloji vəziyyətini qiymətləndirməlidir
Bir sosial işçi effektiv bir dinləyici olmaq üçün nəyi etməməlidir :
Emosional reaksiyalardan çəkinməli
Mənfi danışıq tərzindən qaçınmalı
Mesajların altında yatan mənalara əhəmiyyət verməməli
Müraciətçinin sözünü kəsməməli
Diqqəti yayındıran əşyalarla oynamamalı
Aşağıdakılardan hansı izləmə mərhələsinin xüsusuiyyətlərindən biri deyildir :
Müraciətçiyə xitam mərhələsində monitorinq mərhələsinin mahiyyəti barədə aydın şəkildə məlumat verilir
Monitorinq mərhələsində müdaxilədən mümkün qədər qaçınılır və müdaxilənin nəticələri izlənilir.
Müraciətçinin qarşılıqlı əlaqədə olduğu yardım təşkilatları ilə əməkdaşlıq davam etdirilir və müştərinin müsbət qazancı qorunur
Monitorinq mərhələsi 2 il ərzində aparıla bilər
Monitorinq prosesi telefonla həyata keçirilə bilər və ya elektron poçtla göndərilən standart şkaladan ibarət ola bilər.
İlkin qiymətləndirmənin addımlarından biri sayılmaz :
Verilən aspektlərdən müraciətçinin vəziyyətinin qiymətləndirilməsi
Müraciətçinin problemləri və tələbləri
Müraciətçinin müəyyənləşdirilməsi
Müraciətçinin güclü tərəflərinin müəyyənləşdirilməsi
Müraciətçinin rol performansının qiymətləndirilməsi
