NEW
Font size
WorksheetsRS-5
Total questions: 10
Worksheet time: 5mins
Qiymət rəqabətinin həyata keçirilmə metodları hansılardır?
1. keyfiyyətin yaxşılaşması
2. dempinq qiymətləri
3. monopol yüksək qiymətlər
4. reklama yatırılan vəsait
1,2
1,4
2,3
2,4
Əgər bazarda rəqib firmalar bərabər imkanlara malikdirsə, qiymət rəqabətinin nəticəsi necə olacaqdır?
mənfəəti artıracaq
heç bir mənası olmayacaq
hər ikisi qazanacaq
bazar payını azaldacaq
Qiymət rəqabəti bir neçə növ strategiyanı əhatə edir. Səhv variantı göstərin.
Qaymaq yığma
Lider üçün yarış
Bazar seqmentləri üzrə qiymət fərqləndirmə
Yüksək keyfiyyət
Eyni məhsul müxtəlif kateqoriyalı alıcılara müxtəlif qiymətlərlə təklif olunur. Söhbət qiymət rəqabətinin hansı növündən gedir?
dempinq qiymətləri
monopol aşağı qiymətlər
monopol yüksək qiymətlər
diskriminasiyalı qiymətlər
Bəzən sahibkarlar malı əsassız yerə ucuz satmaqla bazarı zəbt etməyə çalışırlar. Belə qiymətlərin səviyyəsi çox vaxt istehsalın maya dəyərindən aşağı olur. Söhbət hansı növ qiymət rəqabətindən gedir?
dempinq qiymətləri
diskriminasiyalı qiymətlər
monopol aşağı qiymətlər
monopol yüksək qiymətlər
Qiymət və qeyri-qiymət rəqabətinin ümumi xüsusiyyətlərinə hansını aid etmək olar?
satış həcmini artırmaq
keyfiyyəti yaxşılaşdırmaq
aşağı qiymətə məhsul satmaq
maraqlı reklam çəkmək
Hansı xammaldan istifadə ediləcəyi və məhsulun istifadəsinin uzunmüddətliliyi özünü hansı növ rəqabət amilində göstərir?
keyfiyyət
brendinq
xidmət
reklam
Məişət təyinatlı duru sabunun qablaşdırılması ən çox hansı funksiyanın yerinə yetirilməsinə nümunədir?
saxlama
qoruma
istifadəyə kömək
obraz yaratma
Bir və ya bir qrup satıcının məhsullarını və ya xidmətlərini müəyyənləşdirən və onları rəqiblərindən fərqləndirən ad, termin, əlamət, simvol, dizayn və onların kombinasiyası necə adlanır?
brend
reklam
dempinq
keyfiyyət
Aşağıda qeyd olunmuş hansı fikir yanlışdır?
İstehlakçının maraqlarına diqqət yetirən şirkət tələb amilini nəzərə alaraq qiyməti qaldıra və ya aşağı sala və yeni müştərilər cəlb edə bilər.
Məhsulun satış qiymətini zərərsiz aşağı salmaq onun maya dəyərini aşağı salmaqla mümkündür.
Qiymət rəqabəti həmişə uğurlu nəticələr verir.
Qiymətlərin müəyyən edilməsi prosesində satıcılar alışların həcmini rəhbər tuta bilərlər.
