wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Firma, bazar və rəqabət Mövzu 7-8 FL

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Sahə bazarı həmcins, standartlaşdırılmış məhsullar (neft, polad, sement, mis, alüminium və s. kimi) istehsal edən bir neçə firmadan təşkil olunubsa, belə bazar necə adlandırıla bilər?

a)

homogen oliqopoliya

b)

heterogen oliqopoliya

c)

yayğın oliqopoliya

d)

duopoliya

e)

genişlənməkdə olan oliqopoliya

2.

Bir qayda olaraq oliqopoliya bazarlarında istehsalın ümumi həcmi:

a)

xalis inhisar səviyyəsindən az olur

b)

xalis inhisar səviyyəsindən çox, təkmil rəqabət səviyyəsindən az olur

c)

həm xalis inhisar səviyyəsindən, həm də təkmil rəqabət səviyyəsindən az olur

d)

həm xalis inhisar səviyyəsindən, həm də təkmil rəqabət səviyyəsindən çox olur

e)

təkmil rəqabət səviyyəsindən çox olur

3.

İstehsal həcmi effekti qiymət effektindən böyük olduqda oliqopolist firma:

a)

istehsalı azaldacaq

b)

istehsalı sabit saxlayacaq

c)

istehsalı artıracaq

d)

istehsalı dayandıracaq

e)

Bunlardan heç biri

4.

“Məhbus dilemması” məhz bunu əks etdirir:

a)

fərdi maraqlar arasındakı münaqişəni

b)

ümumi maraqlar arasındakı münaqişəni

c)

oyunçuların informasiya asimmetriyasını

d)

fərdi maraqlarla ümumi maraqlar arasındakı münaqişəni

e)

“prinsipal-agent” problemini

5.

Nəş tarazlığı nədir?

a)

bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olan firmaların hər birinin, digərinin optimal strategiyalarını nəzərə almadan, özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır

b)

bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olmayan firmaların hər birinin özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır

c)

müxtəlif bazarlarda olan firmaların hər birinin, digərinin optimal strategiyalarını nəzərə alaraq, özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır

d)

bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olan firmaların sövdələşərək hər birini qane edən vahid strategiyanı razılaşdırdığı situasiyadır

e)

bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olan firmaların hər birinin, digərinin optimal strategiyalarını nəzərə alaraq, özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır

6.

Bu modellərdən hansı kooperativ oyun modelidir?

a)

Kartel modeli

b)

Kurno modeli

c)

Bertran modeli

d)

Çemberlin modeli

e)

Ecuort modeli

7.

Kurno modelində tarazlıq vəziyyəti belə tapılır:

a)

firmaların tələb əyrilərini uzlaşdırmaqla

b)

firmaların reaksiya əyrilərini uzlaşdırmaqla

c)

firmaların son hədd xərcləri əyrilərini uzlaşdırmaqla

d)

firmaların orta xərclər əyrilərini uzlaşdırmaqla

e)

firmaların qalıq tələb əyrilərini uzlaşdırmaqla

8.

Aşağıda Kurno modelinin şərtlərindən hansı biri səhv verilib?

a)

bazarda yalnız 2 firma fəaliyyət göstərir

b)

firmaların hər biri öz mənfəətini maksimumlaşdırmağa çalışır

c)

firmalar oxşar, lakin fərqliləşdirilmiş məhsullar istehsal edirlər

d)

məhsulun bazar qiyməti hər iki firma üçün eynidir (p1 = p2)

e)

firmaların son hədd xərcləri bərabər və sabitdir

9.

Ecuort modelinin əlamətləri hansılardır? --- 1) Koopertiv oyun modelidir; 2) Qeyri-kooperativ oyun modelidir; 3) Miqdar modelidir; 4) Qiymət modelidir; 5) Statik modeldir; 6) Dinamik modeldir

a)

1, 3 və 5

b)

1, 4 və 5

c)

2, 3 və 6

d)

2, 4 və 6

e)

2, 4 və 5

10.

Oliqopoliyanın statik modellərində:

a)

oliqopolist firmalar qərarlarını ardıcıl olaraq (növbə ilə) qəbul edirlər və hər birinin qərarı digər firmanın qərarına reaksiya xarakteri daşıyır

b)

oliqopolist firmalar arasında məxfi (gizli) və qeyri-aşkar sövdələşmə hallarında firmaların strateji davranışları öyrənilir

c)

oliqopolist firmaların bir-birinin qərarlarından xəbəri olmadan, lakin rəqiblərin güman olunan optimal reaksiyalarını nəzərə alaraq qərarlar verdiyi situasiyalar nəzərdən keçirilir

d)

oliqopolist firmalar məhsulun istehsal/satış həcmi (miqdarı) ilə bağlı strateji qərar verirlər

e)

oliqopolist firmalar qərarları eyni anda və birdəfəlik verirlər