wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Beynəxalq ticarət

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

Merkantilistlərin fikrincə ...

a)

ölkələr daha az xərclərlə istehsal etdikləri əmtəələri ixrac edir və digər ölkələr tərəfindən daha az xərclərlə istehsal olunan əmtəələri idxal edir

b)

ticarətə dövlət monopoliyasını tətbiq edərək, ixracı məhdudlaşdıraraq, yerli istehsalçılara və eksportçu-ticarətçilərə kömək etməklə müsbət ticarət balansı əldə etmək vacib hesab edilirdi

c)

iki ölkə arasında ticarət, hətta onlardan biri digəri qarşısında mütləq üstünlüyə sahib olmadıqda belə, onların hər biri üçün sərfəlidir

d)

hər bir ölkənin digər əmtəələrlə müqayisədə daha aşağı xərclərə malik olduğu əmtəə istehsalı üzrə ixtisaslaşması məqsədəuyğun olardı

e)

mübadilə qiyməti tələb və təklif qanununun elə bir səviyyəsinə görə müəyyənləşir ki, bu qiymətdə hər bir ölkənin ixracı onun idxalını ödəyir

2.

Ölkələr daha az xərclərlə istehsal etdikləri əmtəələri ixrac edir və digər ölkələr tərəfindən daha az xərclərlə istehsal olunan əmtəələri idxal edir

a)

Mütləq üstünlüklər nəzəriyyəsi

b)

Merkantilizm nəzəriyyəsi

c)

Müqayisəli üstünlüklər nəzəriyyəsi

d)

Hekşer-Olin nəzəriyyəsi

e)

Istehsal amilləri nəzəriyyəsi

3.

Spesifik istehsal amilləri nəzəriyyəsi hansı iqtisadçı alimlər tərəfindən hazırlanmışdır

a)

Pol Samuelson və Ronald Cons

b)

R.Cons və J.Turqo

c)

Stolper və Samuelson

d)

Pol Kruqman və M.Porter

e)

Rıbçinski və Leontyev

4.

Texnoloji fərq teoreminə görə...

a)

İki ölkə bir-birləri ilə ticarət etdikləri halda məcmu bazar iki ölkənin bazarlarının sadə cəmindən daha geniş olur və onların istehsal etdikləri əmtəələrin çeşidi genişlənir

b)

Beynəlxalq ticarət nəticəsində qiyməti artan əmtəənin istehsalında nisbətən daha intensiv istifadə olunan amillərin qiyməti artır

c)

Hər hansı bir yeniliyi ilk kəşf edən müəssisə onun inhisarçısı olur, başqalarının isə bu yenilikdən icazəsiz istifadə etməsinə qanunla yol verilmir

d)

Kapitalın, torpağın, əməyin məhsuldarlığını artırmaqla yanaşı bu amillərdən hər hansı birini genişləndirə bilən elmi-texniki irəliləyiş

e)

Müəyyən sahə üçün xarakterik olan və sahələr arasında hərəkət edə bilməyən istehsal amilləri

5.

Bir əmtəə yeni əmtəə vəziyyətindən köhnə əmtəə vəziyyətinə keçdikcə, yəni öz “həyatı”nın müxtəlif dövrlərini yaşadıqca istehsalın coğrafi yeri də dəyişir. Bu fikir hansı nəzəriyyəni özündə əks etdirir?

a)

Stolper-Samuelson nəzəriyyəsi

b)

Texnoloji fərq teoremi

c)

Əmtəənin həyat dövrləri nəzəriyyəsi

d)

Ölkələrin rəqabət üstünlükləri nəzəriyyəsi

e)

Müqayisəli üstünlüklər nəzəriyyəsi

6.

M.Porter "dəyərlər zəncirini yaradan fəaliyyət" dedikdə nəyi nəzərdə tuturdu?

a)

əsas və dəstəkləyici fəaliyyətləri

b)

yardımçı və xidmətedici fəaliyyəti

c)

mövcud rəqiblər arasındakı fəaliyyəti

d)

dinamik və kompleks fəaliyyəti

e)

qlobal strategiya fəaliyyəti

7.

M.Porterə hər hansı bir ölkə sənayesinin rəqabət üstünlüyü qazanmasının əsas amillərini “Brilliant modeli” ilə izah etmişdir ki, o amillərə hansı aiddir?

a)

mövcud rəqiblər arasında rəqabət

b)

firmanın infrastrukturu

c)

xarici logistik təchizat

d)

firmanın strategiyası və rəqabətinin strukturu

e)

ölkədəki iqtisadi vəziyyət

8.

Gömrük tariflərinin işlənilməsi və ödənilməsi mexanizmi dedikdə...

a)

mal əvəzləyicilərinin meydana çıxması

b)

malın mənşə ölkəsinin müəyyən olunması

c)

tədarükçülərin sövdələşmək qabiliyyəti

d)

bazarda rəqabət mübarizəsinin intensivlik dərəcəsi

e)

əvəzləyici əmtəənin meydana gəlməsi

9.

Xarici ticarətin tənzimlənməsinin qeyri-tarif üsullarına aid deyil

a)

Paratarif və gömrük əlavələri üzrə tədbirlər

b)

Lisenziyalaşdırma və kvotalaşdırma

c)

inhisarçı tədbirlər

d)

advalor və spesifik tədbirlər

e)

texniki tədbirlər

10.

Hər hansı bir ölkə və ya ölkələr qrupundan alınan malların digər regionlardan alınanlara nisbətən məhdudlaşdırılması məqsədi ilə verilir ki, bu ...

a)

seçmə kvotadır

b)

mövsümü kvotadır

c)

mütənasib kvotadır

d)

ikitərəfli kvotadır

e)

konkretləşdirilməmiş kvotadır

11.

Faiz məhdudiyyətləri vasitəsi ilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması

a)

Kvotalaşdırma

b)

Lisenziyalaşdırma

c)

Kompensasiya

d)

Subsidiya

e)

Preferensiya

12.

Əgər idxal olunan mallar subsidiyalaşdırılırsa və belə subsidiyalaşdırılma milli istehsala zərər vurduğunu təhqiqat təsdiq edirsə, əlavə maliyyə ödənişləri tətbiq edilir və bu tədbirlər necə adlandırılır?

a)

kompensasiya

b)

antidempinq

c)

lisenziyalaşdırma

d)

kəmiyyət nəzarəti

e)

diskretləşdirilmiş qiymətləndirmə

13.

İqtisadi qeyri-tarif məhdudlaşdırıcı tədbirlərə (QTM) aid deyil

a)

xüsusi növ rüsumlar

b)

müxtəlif vergi və yığımlar

c)

idxal depozitləri

d)

valyuta tənzimlənməsi tədbirləri

e)

ixracın məhdudlaşdırılması

14.

İnzibati qeyri-tarif məhdudlaşdırıcı tədbirlərə (QTM) aid deyil

a)

embarqo

b)

lisenziyalaşdırma

c)

inhisarçı tədbirlər

d)

əlavə gömrük sənədləri və əməliyyatları

e)

preferensiyalar

15.

Ticarət edilə bilən əmtəələrə aid deyil

a)

kənd təsərrüfat

b)

meşə təsərrüfatı

c)

hasilat sənayesi

d)

emaledici sənaye

e)

maliyyə vasitəçiliyi

16.

Ticarət edilə bilinməyən əmtəələrə aid deyil

a)

Kommunal xidmətlər və tikinti

b)

Topdan və pərakəndə satış

c)

Nəqliyyat və rabitə vasitəçiliyi

d)

Təhsil və səhiyyə

e)

İstehsal və istehlakın fasiləsizliyi

17.

Xidmətlərin növlərinə aid deyil

a)

İstehsal

b)

Bölüşdürücü

c)

İstehlak

d)

İctimai

e)

Ticarət

18.

Xidmət bаzаrının spеsifiк хüsusiyyətlərinə aid deyil

a)

bаzаr prоsеslərinin yüкsəк dinаmiкliyi

b)

ərаzi üzrə sеqmеntləşdirmə

c)

каpitаl tədаvülünün yüкsəк sürəti

d)

bаzаr коnyunкturunun dəyişməsinə yüкsəк həssаslıq

e)

texnologiyalarının beynəlxalq hərəkəti

19.

Əmtəələrin göndərilməsi, müəssisələrin tikilməsi, texniki avadanlıqların daşınması, konsaltinq xidmətlərinin göstərilməsi və s. üzrə bağlanan müqavilələrin tərkibinə daxil edilməklə satılan lisenziyalar necə adlanır?

a)

Müşayətedici lisenziyalar

b)

Sərbəst lisenziyalar

c)

Baş lisenziyalar

d)

Fərdi lisenziyalar

e)

Qlobal lisenziyalar

20.

Texniki həllin ixtira kimi tanınmasını və verildiyi şəxsə ixtira üzərində müstəsna mülkiyyət hüququnun verilməsini təsdiq edir

a)

patent

b)

lisenziya

c)

əmtəə nişanı

d)

nou-hau

e)

françayz