Worksheets9-15-ci mövzular Vergitutma
Total questions: 13
Worksheet time: 16mins
1. Sadələşdirilmiş vergi ödəyən hüquqi şəxslər hansı vergilərin ödəyiciləri hesab olunmurlar?
ƏDV və mənfəət vergisi
Gəlir vergisi və ƏDV
Mənfəət və mədən vergisi
ƏDV və aksiz vergisi
Torpaq, əmlak və yol vergisi
Aşağıdakı hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir?
1. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir
2. royalti
3. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir
4. əmlakın icarəyə verilməsindən gəlir
5. faiz gəliri
1, 3, 4
1, 4, 5
2, 3, 4
2, 4, 5
1, 3, 5
Fiziki şəxs Abşeron rayonunda oturacaqların sayı 23 ədəd olan avtobusla sərnişin daşınmasını və Xırdalan şəhərində məişət cihazlarının təmiri fəaliyyətini həyata keçirir. Bu halda onun ödəyəcəyi verginin aylıq məbləği nə qədər olacaq?
77,1 manat
88,5 manat
41,4 manat
99,2 manat
165 manat
Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi ən azı hansı məbləğdən çox olduqda, o ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir?
120000 manatdan
200000 manatdan
450000 manatdan
150000 manatdan
250000 manatdan
ƏDV-dən azad olunan əməliyyatları göstərin:
1. milli və ya xarici valyutanın [numizmatika məqsədlərindən başqa], həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi;
2. kütləvi informasiya vasitələrinin reklam xidmətləri;
3. hüquqi şəxslərin əmlakının icarəyə verilməsindən alınan icarə haqqları;
4. idxal olunan əmlak istisna olmaqla, müəssisənin nizamnamə fonduna [kapitalına] pay şəklində hər hansı əmlakın qoyulması;
5.dəfn və qəbiristanlığın mərasim xidmətləri.
1, 2, 3
3, 4, 5
1, 4, 5
1, 3, 5
1, 3, 4
Fiziki şəxs Rusiya Federasiyasından 1,8 karatlıq, 2,6 karatlıq və 3,4 karatlıq 2 almaz idxal etmişdir. Bu halda ödənilməli olan aksiz vergisini hesablayıb göstərin.
5440 manat
9999 manat
10000 manat
25555 manat
8000 manat
Kredit təşkilatları nə vaxt sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər?
əvvəlki 3 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 220500 manatdan az olduqda
əvvəlki 3 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 1000000manatdan az olduqda
əvvəlki 3 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 5000000 manatdan az olduqda
heç vaxt ola bilməzlər
mülkiyyətində olan əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri 1000000 manatdan az oluqda
Vergitutma məqsədləri üçün mədən vergisinin dərəcəsi aşağıda göstərilən hansı faydalı qazıntıların fiziki həcminə [kub metrinə] tətbiq edilir?
1. xam neft
2. bütün növ filiz faydalı qazıntı materialları
3. mineral sular
4. yodlu-bromlu sular
5. mişar daşları
1, 2, 3
2, 3, 5
1, 2, 4
2, 4, 5
3, 4, 5
Sumqayıt şəhərində iki fiziki şəxsə məxsus sahəsi 250 kv.m olan yaşayış binası və mühərrikinin həcmi 2500 kub santimetr olan su nəqliyyatı vasitəsi var. Fiziki şəxslərin binanın və su nəqliyyatı vasitəsinin mülkiyyətində hər birinin 50% mülkiyyət payı var. Belə olduqda fiziki şəxslərin hər birinin ödəməli olduğu əmlak vergisini hesablayın.
66 manat
58 manat
150 manat
33 manat
74 manat
Hansı amillər nəzərə alınaraq avtonəqliyyat vasitələrinə görə yol vergisinin dərəcəsi müəyyən edilir?
1. avtonəqliyyat vasitələrinin növündən, oturacaqların sayından
2. avtonəqliyyat vasitələrinin mənsub olduğu ölkədən
3. avtonəqliyyat vasitələrinin oxlarının sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən
4. heç bir amil nəzərə alınmır
1,3
1,2
2,3
4
1,2,3
Aşağıdakı hansı şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur?
1.vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər; 2.bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər; 3. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət fəaliyyəti ilə məşğul olan şəxslər; 4.aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər
1,2,3
1,3,4
2,3,4
1,4
1,2,4
Sadələşdirilmiş vergini ödəyən fiziki şəxs hansı vergilərin ödəyicisi hesab olunmur?
ƏDV, mənfəət vergisi və əmlak vergisi
gəlir vergisi və ƏDV
mədən vergisi və yol vergisi
aksiz və ƏDV
fiziki şəxlərin əmlak və torpaq vergisi
Avtomobil nəqliyyatı vasitələrinin idxalı ilə məşğul olan fiziki şəxs Almaniya Federativ Respublikasından Azərbaycana 2 ədəd (benzin mühərrikli) Mersedes-Bens markalı minik avtomobil idxal etmişdir. Avtomobillərdən birinin mühərrikinin həcmi 1800 kub santimetr (istehsal tarixi 3 ildən artıq), digərinin mühərrikinin həcmi isə 3500 kub santimetrdir (istehsal tarixi 7 ildən artıq) . Ödənilməli olan aksizi hesablayın.
6140 manat
15140 manat
26400 manat
30000 manat
45000 manat
