wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Mövzu 12-13

Total questions: 12

Worksheet time: 2hrs 0mins

Name
Class
Date
1.

Maliyyə riskinin hesablanması zamanı statistik metodun hansı meyarından istifadə olunur:

a)

Diaqnostika və orta münasib kənarlaşma.

b)

Diskusiya və orta xətti kənarlaşma.

c)

Distansiya və orta nisbət kənarlaşma.

d)

Dispersiya və orta kvadrat kənarlaşma.

2.

İdarəetmə qərarları qəbul edən zaman sahibkar aşağıdakı hansı məsələlərdən birinə diqqət yetirməlidir:

a)

Verilmiş layihə üzrə mümkün maksimal mənfəət riskini müəyyənləşdirmək.

b)

Verilmiş layihə üzrə mümkün maksimal öhdəlik riskini müəyyənləşdirmək.

c)

Verilmiş layihə üzrə mümkün maksimal kommersiya riskini müəyyənləşdirmək.

d)

Verilmiş layihə üzrə mümkün maksimal zərər riskini müəyyənləşdirmək.

3.

Maliyyə riskinin aşağı salınmasında aşağıdakı hansı universal üsuldan istifadə edilir:

a)

Layihədə iştirak edənlər arasında verginin bölüşdürülməsi.

b)

Layihədə iştirak edənlər arasında riskin bölüşdürülməsi.

c)

Layihədə iştirak edənlər arasında gəlirin bölüşdürülməsi.

d)

Layihədə iştirak edənlər arasında xərclərin bölüşdürülməsi.

4.

Əsas fəaliyyətdən gələn gəlirə inflyasiyanın təsirni qiymətləndirmək üşün gəlirin artımına təsir edən amillərə hansı aiddir: 

a)

İstehsalın həcminin və satışının təbii azalması.

b)

İstehsalın həcminin və satışının təbii vahidlərdə (real) artımı.

c)

İstehsalın həcminin və satışının təbii zərəri.

d)

İstehsalın həcminin və satışının təbii qalığı.

5.

Debitor və kreditorlarla hesablaşmaların keyfiyyətini nəzərə alaraq təşkilatın xərclərinə inflyasiyayanın təsirinin qiymətləndirilməsi üçün hansı amillərin dinamikasına diqqət yetirmək lazımdır:

a)

Material ehtiyatlarının vahidinin orta qiymətinin alış tempi ilə hazır məhsulun artım qiyməti arasında əlaqə.

b)

Material ehtiyatlarının vahidinin orta qiymətinin satış tempi ilə hazır məhsulun alış qiyməti arasında əlaqə.

c)

Material ehtiyatlarının vahidinin orta qiymətinin istehsal tempi ilə hazır məhsulun ilkin qiyməti arasında əlaqə.

d)

Material ehtiyatlarının vahidinin orta qiymətinin artım tempi ilə hazır məhsulun realizə qiyməti arasında əlaqə.

6.

İnflyasiya səviyyəsinin təşkilatın maliyyə nəticələrinə qeyd olunanlardan hansı təsiri göstərir:

a)

İnflyasiya  təşkilatın kapitalının, onun aktivlərinin və öhdəliklərinin real dəyərini təhrif edir.

b)

İnflyasiya  təşkilatın kapitalının, onun aktivlərinin və öhdəliklərinin real dəyərini təmin edir.

c)

İnflyasiya  təşkilatın kapitalının, onun aktivlərinin və öhdəliklərinin real dəyərini münasib edir.

d)

İnflyasiya  təşkilatın kapitalının, onun aktivlərinin və öhdəliklərinin real dəyərini təsdiq edir.

7.

Təsərrüfat fəaliyyətinin növündən asılı olaraq risklər bölünür: 

a)

Texniki və təhlükəsizlik risklərinə bölünür.

b)

İstehsal və istismarçı risklərinə bölünür.

c)

Aktiv  və passiv risklərinə bölünür.

d)

Sahibkarlıq (istehsal, kommersiya, maliyyə) və istehlakçı risklərinə bölünür.

8.

Riskin təhlilinin ən geniş yayılmış metodlarına aiddir: 

a)

Məsrəflərin məqsədəuyğunluğunun təhlili, ekspert qiymətləndirmə və oxşarlıq (analogiyadan istifadə) metodu aid edilir.

b)

Ehtiyatların məqsədəuyğunluğunun təhlili və qiymətləndirməsi metodu aid edilir.

c)

Aktivlərin məqsədəuyğunluğunun təhlili və qiymətləndirməsi metodu aid edilir.

d)

Materialların məqsədəuyğunluğunun təhlili və qiymətləndirmə metodu aid edilir.

9.

Riskin dərəcəsi hansı meyarla ölçülə bilər:

a)

Orta sabit qiymət; Mümkün dəyişən qiymət.

b)

Orta hesablanmış qiymət; Mümkün öhdəıliyin dəyişməsi.

c)

Orta müstəqil qiymət; Mümkün dövrün dəyişməsi.

d)

Orta gözlənilən qiymət; Mümkün nəticənin dəyişməsi.

10.

Əsas fəaliyyətdən gələn gəlirə inflyasiyanın təsirni qiymətləndirmək üşün gəlirin artımına təsir edən amillərə hansı aiddir: 

a)

Qiymət artımı (inflyasiya artımı);

b)

Qiymət səviyyəsi (inflyasiya azalması);

c)

Qiymət fərqi (inflyasiya düşməsi);

d)

Qiymət siyasəti (inflyasiya ölçülməsi);

11.

Debitor və kreditorlarla hesablaşmaların keyfiyyətini nəzərə alaraq təşkilatın xərclərinə inflyasiyayanın təsirinin qiymətləndirilməsi üçün hansı amillərin dinamikasına diqqət yetirmək lazımdır:

a)

Satışın həcmi – satışın qiymətinin artırılması istehsal və marketinq qiymətlərinin fərqinə  gətirib çıxardır;

b)

Satışın həcmi – satışın həcminin dəyişməzliyi istehsal və marketinq xərclərinin dəyişməzliyinə  gətirib çıxardır;

c)

Satışın həcmi – satışın həcminin qeyri müəyyənliyi istehsal və marketinq xərclərinin qeyri müəyyənliyə  gətirib çıxardır;

d)

Satışın həcmi – satışın həcminin artırılması istehsal və marketinq xərclərinin artmasına  gətirib çıxardır;

12.

İnflyasiya səviyyəsinin təşkilatın maliyyə nəticələrinə qeyd olunanlardan hansı təsiri göstərir:

a)

Kapitalın sadə təkraristehsal prosesini  zəiflədir.

b)

Kapitalın mürəkkəb təkraristehsal prosesini  sürətləndirir.

c)

Kapitalın gələcək istehsal prosesini  təmin edir.

d)

Kapitalın son istehsal prosesini  artırır.