wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Turist davranışı və psixologiyası. Mövzu 1.

Total questions: 10

Worksheet time: 8mins

Name
Class
Date
1.

Allporta görə münasibət:

a)

Bu, təcrübə nəticəsində təşkil edilən və fərdin vəziyyətlərə və ya obyektlərə reaksiyasına birbaşa və ya dolayı təsir göstərə bilən psixi hazırlıqdır.

b)

Öyrənmə nəticəsində təqdim olunan hər hansı bir obyektə ardıcıl, müsbət və ya mənfi cavab vermək meylidir.

c)

İnsanların, obyektlərin, hadisələrin, fəaliyyətlərin və ideyaların müsbət və ya mənfi qiymətləndirilməsidir.

d)

Müəyyən bir varlığın müəyyən dərəcədə müsbət və ya mənfi qiymətləndirilməsi ilə ifadə olunan psixoloji meyldir.

2.

Sosial psixologiya nəyi öyrənir?

a)

Sosial qruplarda insanlar arasında ünsiyyət və qarşılıqlı təsir prosesində meydana çıxan psixi hadisələri öyrənir.

b)

Bir insana xas olan və ya onu xarakterizə edən psixoloji konstruksiya, psixi və emosional mücərrəd varlıqdır.

c)

Öyrənmə nəticəsində təqdim olunan hər hansı bir obyektə ardıcıl, müsbət və ya mənfi cavab vermək meylidir.

d)

Bu, təcrübə nəticəsində təşkil edilən və fərdin vəziyyətlərə və ya obyektlərə reaksiyasına birbaşa və ya dolayı təsir göstərə bilən psixi hazırlıqdır.

3.

Münasibətin ölçüləri hansılardır?

a)

Münasibətin ölçüləri hansılardır?

b)

Koqnitiv element, münasibət dəyişikliyi, ziddiyyət qanunu

c)

Emosional element, balans qanunu

d)

Davranış elementi, ziddiyyət qanunu

4.

Emosional element nədir?

a)

Şəxsin duyğu və həyəcanlarından formalaşan münasibətdir.

b)

Şəxsin müsbət və ya mənfi davranma meylindən formalaşır.

c)

Şəxsin bilik və inanclarını özündə əks etdirən düşüncələrdən formalaşır.

d)

Bu, təcrübə nəticəsində təşkil edilən və fərdin vəziyyətlərə və ya obyektlərə reaksiyasına birbaşa və ya dolayı təsir göstərə bilən psixi hazırlıqdır.

5.

Koqnitiv element nədir?

a)

Şəxsin bilik və inanclarını özündə əks etdirən düşüncələrdən formalaşır.

b)

Şəxsin duyğu və həyəcanlarından formalaşan münasibətdir.

c)

Şəxsin müsbət və ya mənfi davranma meylindən formalaşır.

d)

İnsanların, obyektlərin, hadisələrin, fəaliyyətlərin və ideyaların müsbət və ya mənfi qiymətləndirilməsidir.

6.

Qəbələdə yaşayan Əhməd xarici turistlərin Qəbələnin iqtisadiyyatı və tanıdılması üçün müsbət faydası olduğunu düşünür. Bu münasibətin hansı ölçüsüdür?

a)

Koqnitiv

b)

Davranış

c)

Emosional

7.

Lənkəranda yaşayan Samir turistlərə qarşı mənfi münasibətdədir. O, turistlərin yerli əhalinin həyat tərzini pozduğunu və problem yaratdıqlarını düşünür. Bu münasibətin hansı ölçüsüdür?

a)

Koqnitiv

b)

Davranış

c)

Emosional

8.

Lənkəranda yaşayan Samir turistlərə qarşı mənfi münasibətdədir. O, xarici turistlərə xidmət etməkdən imtina edən və onlara qarşı sərt davranış nümayiş etdirən müəssisələrə getməyi üstün tutur. Bu münasibətin hansı ölçüsüdür?

a)

Davranış

b)

Emosional

c)

Koqnitiv

9.

Balans nəzəriyyəsi necə izah olunur?

a)

Sevdiyiniz və sevmədiyiniz şəxslərin müsbət və ya mənfi davranışlarına münasibətdir.

b)

İnsanlardakı münasibətlərlə davranışlar arasındakı ziddiyyət üzərində formalaşır.

c)

İnsanları öz idraklarında ardıcıllıq və məna axtarışında olan varlıqlar kimi görməyə meyllidir.

d)

Şəxsin müsbət və ya mənfi davranma meylindən formalaşır.

10.

Koqnitiv ziddiyyətlər nəzəriyyəsi necə ifadə olunur?

a)

İnsanlardakı hər-hansı bir nəsnəyə münasibətlərlə davranışlar arasındakı ziddiyyət üzərində formalaşır.