Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Last Battle 4

Total questions: 25

Worksheet time: 13mins

Name
Class
Date
1.

Yaşı və sağlamlığı işləməyə imkan verən bütün şəxslər necə adlanır?

a)

İqtisadi qeyri - fəal əhali

b)

Əmək qabiliyyətli əhali

c)

İnsan kapitalı

d)

Məşğul kimi rəsmi uçota alınan şəxslər

e)

Yalnız işçi qüvvəsi

2.

Sosial sahələrin ərazi yerləşdirilməsi nədən asılıdır?

a)

Ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul planları

b)

Demoqrafik amillərdən və istehsal infrastrukturunun ərazi təşkilindən

c)

Tələbatın ödənilmə dərəcəsi, istehlak səviyyəsindən

d)

İmtiyazların və güzəştlərin verilməsindən

e)

Professional vərdişlərin formalaşması

3.

Stratifikasiya təlimi müasir cəmiyyətin sosial strukturunda aşağıda verilmiş meyarlar üzrə bir-birindən fərqlənən stratları ayırır. Yanlış variant hansıdır?

a)

Peşə nüfuzu, dini məsuliyyət

b)

Öz şəxsi keyfiyyətləri ilə başqalarına təsir etmək

c)

Təhsil və bilik səviyyəsi

d)

İnsanların qohumluq əlamətlərinə görə fərqləndirilməsi

e)

Hakimiyyət və əzəmət, gəlir və sərvət

4.

Aşağıda sosial sferaya daxil olan sahələrin ümumi oxşar cəhətləri verilmişdir. Yanlış variant hansıdır?

a)

Sosial sferaya daxil olan sahələr əsasən xidmət sahələrini əhatə edir

b)

Sosial sferaya daxil olan sahələr məhsul istehsalı ilə bağlı inkişafı xarakterizə edir

c)

Sosial sferaya daxil olan sahələri xarakterizə edən göstəricilərlə həyat səviyyəsini səciyyələndirən əsas göstəricilər eyniyyət təşkil edir

d)

Sosial sferaya daxil olan sahələr ölkənin milli və iqtisadi təhlükəsizliyinin təmin olunmasının zəruri tərkib hissələri kimi çıxış edir

e)

Bu sahələr məcmu halda maddi və mənəvi dəyər yaradaraq, insan potensialinin inkişafinda əhəmiyyətli rol oynayir

5.

Hansı variantda sosial sferaya düzgün tərif verilmişdir?

a)

Bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir

b)

Sosial proses subyektlərinin durmadan təkrar istehsalı zərurətindən doğan obyektiv tələbatın yaratdığı, cəmiyyətə məxsus bütöv, daim dəyişməkdə olan bir altsistemdir

c)

İnsanlarla əməkdaşlıq etmək və onları müəyyən olunmuş hədəfə doğru yönəltmək üçün edilən işlərin və səylərin məcmusudur

d)

İnsanların yardım edilmədən qarşılanmayan ehtiyaclarının qarşılanması və həll edilməyən problemlərin həll edilməsi məqsədi ilə sosial işçilər tərəfindən həyata keçirilən fəaliyyətdir

e)

Hər hansı bir məhsulun və ya xidmətin yaradılması üçün hüquqi şəxsin və fiziki şəxsin təşkil etdiyi fəaliyyət prosesidir

6.

Aşağıda verilmiş variantlardan hansı sosial sferaya aiddir? I. İnsanların həyat səviyyəsi ilə bağlı olan iqtisadi obyektlər və proseslər II. Əhalinin maddi, mənəvi nemətlər və xidmətlər istehlakı III. Neft məhsullarına olan tələbatın ödənilməsi məntəqələri IV. Keyfiyyətə nəzarət üzrə dövlət standartlarının tətbiqi V. İnsanların, kollektivlərin və bütövlükdə cəmiyyətin zəruri tələbatının ödənilməsini əks etdirən iqtisadi fəaliyyət növləri

a)

I, III və IV

b)

I, II vəV

c)

II, IV və V

d)

III, IV və V

e)

II, III və IV

7.

Fərdlərin sosial stratifikasiya sistemində bir qrupdan digərinə keçməsi necə adlanır?

a)

Ayrı-seçkilik

b)

Sosial mobillik

c)

Miqrasiya

d)

Sosial təcrid

e)

Sosial inkişaf

8.

Sosial sistem kimi götürülən cəmiyyətin ayrı-ayrı sosial qruplara, kollektivlərə, etniki birliklərə differensasiyası, onlar arasında qarşılıqlı təsir və funksional əlaqələr dedikdə nə başa düşülür?

a)

İqtisadi islahatlar

b)

Sosial struktur

c)

Sosial iş

d)

Beynəlxalq münasibətlər

e)

İqtisadiyyatın tənzimlənməsi

9.

Sosial sferanın tarixi inkişaf nəticəsində maddi nemətlər istehsal edən sahələrdən müstəqil bir törəmə kimi ayrılması neçənci əsrə təsadüf edir?

a)

XVIII əsrin sonu XIX əsrin əvvəlinə

b)

XIX əsrin sonu XX əsrin əvvəlinə

c)

XIX əsrin sonlarına

d)

XX əsrin ortalarına

e)

XVIII əsrin sonlarına

10.

Turizmdə gəliri yüksək olan istehlakçılar: I Əsasən ali təhsilli olurlar. II Buraya orta və yaşlı qrup aiddir. III Orta yaşlılar əsasən ailəvi, dost-tanışla – kiçik qruplarla, yaşlılar isə daha böyük qruplarla səyahət edirlər.IV Bu seqmentə aid olan istehlakçılar uzaq və 2-3 həftəlik səyahətə gedirlər.V rəqiblər differensialsız marketinq tətbiq edirlər. Doğru olmayan variantı seçin.

a)

III

b)

V

c)

IV

d)

II

e)

I

11.

T urizm firması yığcam strategiyadan istifadə edərək bazara çıxmaq istəyirsə nə etməlidir? I cazibədar seqment seçməlidir II məqsədyönlü bazarın axtarışına başlamalıdır III əhali gəlirlərinin bölgü və yenidən bölgüsü yоlu ilə istehlak səviyyəsini yaratmalıdır IV Is-teh-lakın istehsal, bölgü və mübadilə nəticəsində fоrmalaşdırmalıdır V əhali tələbatı arasında qarşılıqlı əlaqə yaratmalıdır.Düzgün variantı seçin.

a)

III

b)

I, II

c)

III, IV

d)

V

e)

IV

12.

Nə zaman turizm firması differensiallı marketinq aparılmasında udmuş olar?

a)

rəqiblər differensial marketinq tətbiq edirlərsə

b)

rəqiblər differensialsız marketinq tətbiq edirlərsə

c)

eyni miqdarda məhsul alırlarsa

d)

eyni zamanda məhsul alırlarsa

e)

alıcıların tələbi eynidirsə

13.

Turizmdə ərazi əlaməti dedikdə nə başa düşülür?

a)

qısamüddətli (birgünlük gəzintilər, yürüşlər) və uzunmüddətli (yeddi gündən çox)

b)

ölkə daxilində və ayrıca götürülmüş ölkənin hüdudlarından xaricdə, yəni beynəlxalq turizm

c)

piyada və nəqliyyatın istifadəsi ilə

d)

avtoturist, dəmir yolu sərnişini

e)

fərdi, qrup şəklində, ailəvi, təşkil ölunmuş və özfəaliyyət

14.

Turizm:

a)

rasional və empirik biliklər əsasında formalaşan bir sahədir

b)

fransız sözü olub, gəzinti, səfər mənasını verir

c)

kütlələrin sosial-mədəni fəaliyyətinin təşkilində istifadə olunan sahədir

d)

yaşayış yerindən ən azı 24 saat uzaq qalan və maliyyə xərcləri edən şəxslərdir

e)

tarixi abidələrin qorunmasına və mühafizə olunmasına ümumxalq marağı ilə formalaşıan sahədir

15.

Turist-ekskursiya xidmətlərinin tərkibinə, nələr daxildir?

a)

insan fəaliyyəti

b)

nəqliyyat, qidalanma və yerləşmə, mədəni-maarif, əyləncə, müalicə və s. müəssisələrinin xidmətlərini özündə cəmləşdirən bütöv bir xidmət və istehlak əşyaları kompleksi daxildir

c)

ətraf mühit

d)

adət-ənənə

e)

iqtisadiyyatın inkişafı

16.

Turizmin inkişafından əldə edilən mənfəətlərə hansılar aid deyil?

a)

Turizmin inkişafı əhalinin məşgulluğunu təmin edir

b)

Dövlət idarəetmə strukturlarının funksionallığını artırır

c)

İqtisadi cəhətdən zəif inkişaf etmiş regionlarda ətraf mühitin mühafizəsi məsələləri həll edilir

d)

Turizmin inkişafı yerli firmaları dəstəkləyən gəlir gətirir

e)

Əhalinin öz mədəni irsinə marağı artır

17.

Turistlərə turizm-ekskursiya müəssisələri tərəfındən göstərilən xidmətlər kompleksi necə adlanır?

a)

Turizm bazarı

b)

Turizm məhsulu

c)

Turizm vauçeri

d)

Urbanizasiya

e)

Turizmdə innovasiyalar

18.

Mənfəətin əldə edilməsinə yönəldilmiş, idman-əyləncə xidmətlərinin göstərilməsi zamanı seçim?

a)

həvəskar idman seçilir

b)

yüksək informatik-əyləncə dəyərinə malik, kommersiya-idman fəaliyyətindən ibarət olan peşəkar idman seçilir

c)

istehlakçı seçilir

d)

su idmanı seçilir

e)

gimnastika seçilir

19.

Milli iqtisadiyyatın bir sahəsi olan bədən tərbiyəsi və idmanın formalaşması prosesi necə sürətlənir?

a)

İnsanın fərdi xarakteristikaları və keyfiyyətləri, iqtisadi sistemin səmərəliliyi, sahə, müəssisə, regional xüsusiyyətlər, mülkiyyət formalarının müəyyənləşdirilməsi ilə

b)

İnsanların gündəlik həyatında peşəkar idmanm inkişafı və idman tamaşaları xidmətinin rolunun güclənməsi ilə

c)

Beynəlxalq münasibətlər ayrı-ayrı subyektlərin artımının nümayış etdirilməsi mərkəzi kimi çıxış edir, təcrübə, ənənə, həyat və davranış standartlarının bölüşdürülməsi ilə

d)

Tələbatın yaranma təbiəti, təzahür sferası, subyekti, ödənilmə dərəcəsi və kəmiyyətcə müəyyənləşdirilməsi

e)

Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu baxımından qiymətləndirmə ilə

20.

Rekreasiya fəaliyyətinin məqsədi:

a)

əhalinin obyektiv zərurətdən doğan ehtiyaclarının ödənilməsidir

b)

yaradıcı əmək və fəal həyat qüvvələrinin bərpası üçün mənəvi və fiziki ehtiyacların ödənilməsidir

c)

psixoloji ehtiyacların ödənilməsidir

d)

texnoloji ehtiyacların ödənilməsidir

e)

maddi tələbatın ödənilməsidir

21.

ABŞ kulturantropoloqu və kulturoloqu Lesli Alvin Uayt öz nəzəriyyəsini necə adlandırmışdı?

a)

Sosiologiya

b)

Kulturologiya

c)

Gerontologiya

d)

Sosial iş

e)

Psixoçogiya

22.

Kulturologiyaya necə tərif vermək olar?

a)

mütəxəssislərə olan tələbin müəyyən edilməsi haqqında elmdir

b)

insanın və bəşəriyyətin yaradıcı həyatı və fəaliyyəti haqqında elmdir

c)

iqtisadi rifahının mənbəyi haqqında elmdir

d)

ümumi iqtisadiyyatın sahələri haqqında elmdir

e)

intellektual qabiliyyətlər və xüsusi şəxsi keyfiyyətlər haqqında elmdir

23.

İnsanın istirahəti, fıziki, estetik, idrak ehtiyaclarənın ödənilməsi, insan orqanizminin müalicəsi üçün istifadə edilən təbii və insanın yaratdığı sərvətlər toplusu necə adlanır?

a)

Bədən tərbiyyəsi və idman

b)

Sanatoriya-kurort

c)

Turist-ekskursiya

d)

Rekreasiya kompleksinin resursları

e)

Asudə vaxtın səmərəli təşkili

24.

Ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edən elm necə adlanır?

a)

Sosial inkişaf

b)

Kulturologiya

c)

Turizm

d)

Sosial idarəetmə

e)

Rekreasiya

25.

Kulturoloqların mühüm vəzifəsi nədən ibarətdir?

a)

Ayrı-ayrı mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə güzəştli kreditlərin verilməsi

b)

Ən uzaq keçmişdə yaşamış insanların mədəni həyatını və qloballaşan müasir dövrün sosial-mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir

c)

Yeni iş yerlərinin yaradılması

d)

Dərnək iştirakçılarının və ya burada təlim alan uşaqların valideynlərinin üzvlük haqqından azad edilməsi

e)

Turizm məhsullarının idxalı zamanı ölkədən valyuta axınlarına nəzarət etmək