wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Sahibkarlığın əsasları 2

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

«Sahibkar» sözünün mahiyyətini əks etdirən ifadə ilk dəfə qərb iqtisadiyyatında kim tərəfindən irəli sürülmüşdür?

a)

R.Kantilyon

b)

A.Smit

c)

D.Rikardo

d)

J.B.Sey

e)

V.Zombart

2.

Kapitalistin əldə etdiyi mənfəətin mənbəyini muzdlu fəhlələr tərəfindən yaradilan dəyərin haqqi ödənilməmiş hissəsi təşkil edir, mənfəət tamamilə kapitalistin xüsusi mülkiyyəti kimi çixiş edir. Bu nəzəri baxış kim tərəfindən irəli sürülmüşdür?

a)

K.Marks

b)

V.Zombart

c)

D.Rikardo

d)

C.M.Keyns

e)

R.Kantilyon

3.

Marksizm banisinin sahibkara və sahibkarliğa yanaşmasi sonralar müvafiq təlim əsasında qurulub fəaliyyət göstərən hansı cəmiyyətdə də onlara analoji münasibəti yaratmişdır?

a)

sosializm

b)

kapitalizm

c)

quldarlıq

d)

feodalizm

e)

demokratiya

4.

Klassik siyasi iqtisad tərəfindən müəyyən edilmiş prinsiplərin iqtisadi resurslara görə gəlirlərin formalaşmasi haqqında müasir nəzəriyyələrlə birləşdirilməsi hansı nəzəri baxışı özündə əks etdirir?

a)

neoklassik sintez

b)

klassik

c)

merkantilizm

d)

marjinalizm

e)

sosializm

5.

Sahibkarlıq necə bir kateqoriyadır?

a)

mütərəqqi

b)

xüsusi

c)

sosial-psixoloji

d)

etik

e)

mücərrəd

6.

Sahibkarlığın obyektinə hansı daxildir?

a)

iqtisadi fəaliyyət

b)

müəssisənin quruluşu

c)

idarəetmə aparatı

d)

istehsal heyəti

e)

mühəndis texniki işçilər

7.

Sahibkarlıq və biznes fəaliyyətinin ümumi cəhətləri:

a)

hər ikisinin reallaşdırılması bazar vasitəsilə baş verir

b)

hər ikisi dövlət tapşırıqlarını yerinə yetirir

c)

hər ikisi ÜDM-da payının çoxalmasına can atır

d)

hər ikisi uğurları üçün çalışır

e)

hər ikisinin məqsədi eynidir

8.

Sahibkarlıq və biznes fəaliyyətinin fərqli cəhətləri:

a)

ixtisaslaşma səviyyəsi

b)

kəmiyyət və keyfiyyət fərqləri

c)

yaranma şərtləri

d)

biznesin spesifikliyi

e)

biznesin üstün olması

9.

Sahibkarlıq fəaliyyətinin bazar iqtisadiyyatı sistemində daimi bir proses olması nə ilə bağlıdır?

a)

həmin cəmiyyətin mövcudluğu və inkişafı ilə

b)

sahibkarlığın əhatə dairəsi ilə

c)

sosial-tərəqqiyə töhfəsi ilə

d)

iqtisadi resursların çoxluğu ilə

e)

iqtisadi resursların azlığı ilə

10.

Sahibkarlığın əsas öhdəliklərinə nə aid edilmir?

a)

müəyyən formada maliyyə və digər orqanlara hesabat təqdim etmək

b)

iqtisadi təhlükəsizliyi təmin etmək

c)

dövlət sığorta, sosial və digər fondlara köçürmələr etmək

d)

antiinhisar qanunvericiliyinə riayət etmək

e)

maliyyə hesabatını təqdim etmək

11.

Sahibkarlığın nəticələrinə bunlardan hansı aiddir?

a)

istehsal vasitələri

b)

istehsal amilləri

c)

sahibkarlığın subyekti

d)

mal və xidmətlərə dair təmin edilmiş ödəniş qabiliyyətli tələb

e)

vergi siyasəti

12.

A.Smitə görə sahibkar kimdir?

a)

öz istehsalını planlaşdıran və təşkil edən, müstəqil qərar verən və risk edən şəxs

b)

müqavilə bağlayan şəxs

c)

tərəfdaş axtaran şəxs

d)

kütləvi istehsalla məşğul olan şəxs

e)

bazarı tənzimləyən şəxs

13.

Y.Şumpeterin fikrincə sahibkar kimdir?

a)

özü haqqında düşünən şəxs

b)

varlanmaq istəyən şəxs

c)

yenilikçi (novator) şəxs

d)

bilikli və bacarıqlı şəxs

e)

özünə hörmət edən şəxs

14.

İqtisadiyyatın dövlət tənzimlənməsinin ən mühüm istiqaməti kimi tətbiq olunan metodlar:

a)

bazar metodu

b)

SWOT analizi

c)

inzibati və iqtisadi metod

d)

mühasibat uçotu metodu

e)

uçot metodu

15.

Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətinin inkişaf mərhələlərinə aşağıdakılardan hansı aid deyil?

a)

məhdud iqtisadi resurslar şəraitində öz kapitalını mənfəət əldə etmək üçün konkret sahəyə yönəltmək

b)

Sahibkarlıq istehsalı təşkil və idarə etməklə bağlı işgüzar fəaliyyətdir

c)

Sahibkarlıq risklə bağlı olan, qeyir-müəyyənlik və informasiya qıtlığı şəraitində həyata keçirilən fəaliyyətdir

d)

Sahibkarlıq müvəqqəti gəlir əldə etmək üçün qurulan istehsal sistemidir

e)

düzgün cavab yoxdur

16.

“Neoklassik sintez” nəzəriyyəsinin metodoloji bazası əsasında sahibkarlığın problemlərinin həlli nə ilə nəticələndi?

a)

a)     sahibkarlıq fəaliyyətinə münasibətin dəyişməsi ilə

b)

sahibkarlıq ordusunun artması ilə

c)

sahibkarlığın iqtisadi, sosial və psixoloji aspektlərinin vəhdəti ilə

d)

sahibkarlığa dövlət dəstəyi ilə

e)

sahibkarlıq ordusunun azalması ilə

17.

Mənfəətin aşağı səviyyəsi biznes üçün hansı rolu oynayır?

a)

hücum rolunu

b)

nəzarət rolunu

c)

qoruyucu amil rolunu

d)

müəyyənetmə rolunu

e)

kənarlaşma rolunu

18.

İstehsal amilinə aid deyil?

a)

   torpaq

b)

əmək

c)

kapital

d)

müəssisənin strukturu

e)

ideya

19.

İqtisadi resursların kombinasiyası dedikdə nə başa düşülür?

a)

müsəsisə tərəfindən istehsal edilən məhsul

b)

resursların uçota alınması

c)

müəssisəyə cəlb edilən xammalın çeşidi

d)

yarımfabrikatların mövcudlu

e)

resursların anbara daxil edilməsi

20.

Torpaq, kapital və əmək sosial-iqtisadi formasından asılı olmayaraq hansı cəmiyyətdə istehsal prosesinin resursları kimi çıxış etməmişdir?

a)

feodalizm

b)

sosializm

c)

kapitalizm

d)

kommunizm

e)

düzgün cavab yoxdur