NEW
Font size
WorksheetsM-13-14 risk
Total questions: 45
Worksheet time: 23mins
Kapitalın yenidən bölüşdürülməsini asanlaşdıran və bazarda əmtəə kimi dövriyyəyə girərək gəlir gətirə bilən kapitalın mövcudluq forması aşağıdakılardan hansıdır?
qiymətli kağız
valyuta
əmtəə
investisiya
Hər bir qiymətli kağızın xüsusiyyətlrinə aşağıdakılardan hansı daxildir?
1. gəlirlilik 2. ödənclik 3. etibarlılıq 4. kifayətlilik 5. likvidlik
1,3,5
2,3,5
2,5
1,4,5
Qiymətli kağızın ən qısa müddətdə pula dəyişdirilə bilmə qabiliyyəti nədir?
likvidlik
etibarlılıq
gəlirlilik
ödənclik
Qiymətli kağızdan alınan gəlirin ona qoyulan investisiyalara nisbəti necə adlanır?
Gəlirlilik
etibarlılıq
Likvidlik
Ödənclik
Kapitalın cəlb edilməsi formasına görə qiymətli kağızlar neçə qrupa bölünür?
2
4
5
3
İnvestisiya qiymətli kağızlarına aşağıdakılardan hansı daxildir?
səhm, emitentin opsionu
istiqraz, çek
konosament, depozitar qəbzi
veksel, anbar qəbzi,
Qiymətli kağızları onların buraxılış müddəti (bir qayda olaraq, bir ilə qədər) ilə səciyyələnir və ölkə iqtisadiyyatında pul vəsaitlərinin hərəkətinin vahidliyinin qorunması, fasiləsiz ödənişin və pul dövriyyəsinin təmin edilməsi probleminin həll edildiyi bazar.......
pul bazarı
valyuta bazarı
qızıl bazarı
kapital bazarı
Öz (pay) kapitalının formalaşmasını, investisiyaların cəlb edilməsini təmin edən uzunmüddətli əməliyyatlar bazarıdır......
kapital
pul
maliyyə
qiymətli kağızlar
Kapital bazarının funksiyalarına daxil deyil?
kapitalın formalaşması və yenidən bölüşdürülməsi;
şirkətlərin bazar dəyərinin müəyyən edilməsi
investisiya
spekulyasiya
tənzimləmə
Qiymətli kağızların gəlirlilik parametrinin xarakterik xüsusiyyətlərinə daxil dir:
1. faiz gəlirləri 2. divident 3. endirim 4. kapital 5. pul resursları
1,2,3
2,3,4
3,4,5
1,4,5
İqtisadi nöqteyi-nəzərdən qiymətli kağız......
kapitalın yenidən bölüşdürülməsini asanlaşdıran və bazarda əmtəə kimi dövriyyəyə girərək gəlir gətirə bilən kapitalın mövcudluq formasıdır.
məcburi, fərdi, əvəzsiz ödəniş formasıdır.
dövlət büdcəsinin formalaşdırılmasının əsas mənbəyidir. yerli büdcələrin tərtibi, baxılması, təsdiqi və icrası üzrə hakimiyyət orqanlarının qanunvericiliklə reqlamentləşdirilmiş fəaliyyət formasıdır.
dövlətin maliyyə resurlarının formalaşmasını təmin edən əsas vasitədir.
Kapitalın cəlb edilməsi formasına görə qiymətli kağızlar hansı formalarda təsnifləşdirilə bilər?
Pay və borc formasında
Sənədli və sənədsiz formasında
Əsaslı və əsassız formasında
Xüsusi və ümumi formasında
Spekulyativ və qarışıq formasında
Emitent tərəfindən gəlirin ödənilməsini təmin etməyən qiymətli kağızlar necə adlanır?
Mənfəətsiz qiymətli kağızlar
Kuponlu qiymətli kağızlar
Rentabelli qiymətli kağızlar
Peşəkar qiymətli kağızlar
Sənədsiz qiymətli kağızlar
Mənfəət (fayda) əldə edilməsi məqsədilə iqtisadi fəaliyyətə (təsərrüfat fəaliyyətinə) yönəldilən bütün növ aktivlər, vəsaitlər necə adlanır?
İnvestisiya
Hedcinq
Outsorsinq
Resurs
İnteqrasiya
Firmаnın qаzаnc götürmək üçün öz imkаnlаrı çərçivəsində sərmаyə qоyuluşu üçün аyırа biləcəyi vəsаitlərin məcmusu ........ adlanır
invеstisiyа tələbi
investisiya layihəsi
investisiya müddəti
diversifikasiya spred
“İnvestisiya fəaliyyəti haqqında” AR Qanunun II maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, investisiya fəaliyyəti.......
investorların investisiya qoyulmuş və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur
firmаnın qаzаnc götürmək üçün öz imkаnlаrı çərçivəsində sərmаyə qоyuluşu üçün аyırа biləcəyi vəsаitlərin məcmusudur
əsas fondların və amortizasiya oluna bilən qeyri-maddi aktivlərin sadə istehsalına qoyulan sərmayedir
məcburi, fərdi, əvəzsiz ödəniş formasıdır
Qiymətli kağızlar portfelinin əsas növlərinə aşağıdakılardan hansı daxildir? 1.aqressiv 2.konservativ 3.orta dərəcədə mühafizəkar 4.reqressiv 5.proqressiv
1; 2; 3;
1; 2; 5;
2; 3; 4;
1; 4; 5;
Hesablanmış gəlirin mövcudluğuna görə qiymətli kağızlar aşağıdakı kimi ola bilər:
mənfəətsiz; gəlirli
nizamlı; gəlirli
dövriyyəsi məhdud olan; dövriyyəsiz
rentabelli
peşəkar
kuponlu; rentabelli
Kapital qoyuluşlarının sonradan ödənilməsi və mənfəət əldə etmək məqsədi ilə həyata keçirilməsi ilə bağlı tədbirlər planı və ya proqramı necə adlanır?
İnvestisiya layihəsi
İnvestisiya məqsədi
İnvestisiya prosesi
İnvestisiya mexanizmi
İnvestisiya strukturu
İnvestisiya fəaliyyətinin aşağıdakı əlamətləri xarakterizə edilir:aid olmayanı göstərin
risk ilə bağlı deyildir
müstəqilliklə xarakterizə olunur;
əmlak və əmlak hüquqularının qoyuluşu ilə bağlıdır
müəyyən formada həyata keçirilir
gəlir götürülməsinə yönəlmişdir
İnvestisiya fəaliyyətinin aşağıdakı növləri vardır: aid olmayan növünü göstərin
prudensial fəaliyyət
dövlət investisiya fəaliyyəti
xarici investisiya fəaliyyəti
birgə investisiya fəaliyyəti
özəl investisiya fəaliyyəti
Qiymətli kağızlar bazarının funksiyalarına daxil deyil....
Qiymətli kağızlar bazarının toplayıcı (səfərbərlik) funksiyası
Qiymətli kağızlar bazarının bölüşdürmə (yenidən bölüşdürmə)
Məlumat funksiyası
Qiymət funksiyası (qiymətlərin, qiymətlərin obyektivləşdirilməsi funksiyası)
Nəzarət funksiyası (qiymətlərin, qiymətlərin obyektivləşdirilməsi funksiyası)
Bir çox sərbəst vəsait sahiblərinin vəsaitlərini peşəkar əsasda qiymətli kağızlara investisiya etmək üçün birləşdirən investisiya institutları necə adlanır?
İnvestorlar
korporativ
fərdi
institusional
Peşəkar iştirakçıların fəaliyyət xüsusiyyətlərinə daxil deyil?
kapitalın hərəkətini asanlaşdıran və sürətləndirən emitent və investor arasında əlaqə yaratmaq və saxlamaq;
qiymətli kağızlara tələb və təklifi formalaşdırmaq, qiymətli kağızların emissiyası üzrə emitentə və qiymətli kağızların alınması üzrə investora məsləhət vermək;
bazarın likvidliyini təmin etmək.
qiymətli kağızları daha baha qiymətə alıb ucuz qiymtə satmağı hədəfləmək
Ayrılmaz idarəetmə obyekti kimi çıxış edən fiziki və ya hüquqi şəxsə və ya hüquqi və ya fiziki şəxslərə kapitalda iştirak əsasında məxsus olan qiymətli kağızların müəyyən məcmusu başa düşülür.
İnvestisiya portfeli
KREDİT portfeli
DEPOZİT PORTFELİ
VALYUTA PORTFELİ
İnvestisiya portfelinə daxil olmayan aktivi göstərin:
adi və imtiyazlı səhmləri
qüvvədə olan qanunvericiliyə uyğun olaraq veksel, konosament
dövlət və korporativ istiqrazlar;
pay fondlarının vahidləri;
portfelin əsas qiymətli kağızlarının risklərini azaltmaq üçün alətlər kimi fyuçers və opsionlar;
Aqressiv qiymətli kağızlar portfelinə daxil olan qiymətli qiymətli kağızı göstərin:
səhm
veksel
fyuçers
istiqraz
Konservativ portfelə daxil olan qiymətli kağızı göstərin:
istiqraz
veksel
səhm
qəbz
İnvestisiya prosesinin mərhələlərinin ardıcıllığını göstərin:
1. İnvestisiya məqsədlərinin müəyyən edilməsi
2. Portfelin performansının qiymətləndirilməsi
3. Portfel idarəetmə strategiyasının müəyyən edilməsi
4. İnvestisiya obyektlərinin və portfelin formalaşmasının təhlili
5. Portfel auditi
1,3,4,2,5
1,2,3,4,5
2,3,5,1,4
3,4,5,1,2
İnvestisiya fəaliyyətinin əlamətlərinə daxil deyil:
dövlət tənzimlənməsi ilə xarakterizə olunur;
alıcı tərəfindən investisiya edilmiş vəsaitlərinin məqsədyönlü istifadəsi ilə xarakterizə olunur;
gəlir götürülməsinə yönəlmişdir, o cümlədən digər faydalı səmərə əldə etməsinə yönələ bilər;
risk ilə bağlıdır;
əmlak və əmlak hüquqularının qoyuluşu ilə bağlıdır;
Qeyri emissiya qiymətli kağızlarına aiddir
bütün cavablar düzdür
imtiyazlı səhm
səhm
əmanət setifikatı
istiqraz
Borc qiymətli kağızlarına aiddir
çek
səhm
istiqraz
lotereya bilətləri
Qiymətli kağızın keyfiyyətini xarakterizə edir:
qiymətli kağızın məhdudluğu
qiymətli kağızın riskliyi
qiymətli kağızın estetikliyi
qiymətli kağızın ölçüsü
İnvestisiya obyektinə görə investisiyaların növlərinə daxil deyil?
Real investisiyalar
Maliyyə investisiyaları
Müəssisə investisiyaları
Spekulyativ investisiyalar
Fond investisiyaları
Real investisiyaların obyektinə daxil deyil:
maddi aktivlər (əsas fondlar, torpaq), tikinti və ya yenidənqurma üçün ödəniş şəklində;
qeyri-maddi aktivlərə investisiya qoyuluşları: patentlər, lisenziyalar, istifadə hüquqları, müəllif hüquqları, ticarət nişanları, nou-hau və s.;
insan kapitalına investisiyalar
əsas fondların əsaslı təmiri;
lizinq
İnvestisiya mühiti necə müəyyən edilir?
investisiya iqlimi = investisiya potensialı – investisiya riskləri
investisiya iqlimi = investisiya potensialı + investisiya riskləri
investisiya iqlimi = investisiya risklər-investisiya potensialı
investisiya iqlimi + investisiya potensialı
=investisiya riskləri
İnvestisiya riskləririnin keyfiyyət qiymətləndirilməsi üsullarına daxil deyil?
ekspert üsulu;
xərclərin münasibliyinin təhlili;
analogiya metodu.
analitik üsul
İnvestisiya layihələrinin kəmiyyət qiymətləndirilməsinin tərkibinə daxil deyil?
layihənin dayanaqlığının səviyyəsini müəyyən etmək;
layihənin həssaslığının təhlili;
layihənin inkişaf ssenarilərinin təhlili.
layihənin ekspert təhlili.
İnvestisiya risklərinin idarə edilməsi sistemi, onun elementləri bir sıra proses və hərəkətləri nəzərdə tutur. Bura
1.risklərin identifikasiya və lokallaşdırılması;
2. risklərin aradan qaldırılması və minimum səviyyə endirilməsi;
3.risklərin təhlili və qiymətləndirilməsi;
4.risklərin monitorinqi aiddir.
1,3,2,4
1,2,3,4
2,4,1,3
3,4,2,1
Müəyyən qədər bazar riski ilə əlaqəlidir, tədavül sahəsində, hazır məhsulun alınıb satılması zamanı yaranır. əsas səbəbləri – satısın həcminin azalması, mal itkisi, satıs qiymətlərinin və istehsal xərclərin artması hansı riskdir?
kommersiya riski
valyuta riski
innovasiya riski
kredit riski
Maliyyə bazarının tərkibinə daxil deyildir:
Sığorta bazarı
Pul bazarı
Valyuta bazarı
Qiymətli kağızlar bazarı;
İnnovasiya bazarı
Qısamüddətli maliyyə alətləri bazarı:
kredit bazarı ı
kapital bazarı
bütün cavablar düzdür
pul bazarı
ipoteka bazar
Törəmə qiymətli kağız adlanır :
səhmlər
xəzinə istiqrazları
korporativ istiqrazlar
fyuçers
İtkilərə görə investisiya riskləri neçə qrupa bölünür?
2
3
4
5
8 Səhmin hansı növü sabit gəlir gətirir?
imtiyazlı
adlı
istənilən növü
sadə
adsız
