wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Sosial sahibkarlıq 1-51

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.
Bazar iqtisadiyyatını digər cəmiyyətlərdən fərqləndirən şərtlərdən biri hansıdır?
a)
Cəmiyyətin hər bir üzvünün və hər bir təsərrüfat vahidinin iqtisadi azadlığıdır
b)
Cəmiyyətdə ayrı seçkiliyin olmasıdır
c)
İqtisadi azadlığın olmadığı bir cəmiyyətdir
d)
Digər cəmiyyətlərdən elə bir özəlliyi ilə seçilmir
e)
düzgün cavab yoxdur
2.
Bazar iqtisadiyyatının əsas cəhətlərindən biri səhv verilmişdir:
a)
Dövlət mülkiyyəti
b)
Xüsusi mülkiyyət
c)
Azad sahibkarlıq və azad seçim
d)
Şəxsi maraq, rəqabət, bazar qiymətləri
e)
İqtisadiyyatda dövlətin məhdud rolu
3.
Sahibkarlıq anlayışını ilk dәfә elmә kim gәtirmişdir:
a)
Ricard Kantilon
b)
A Monkretyen
c)
Q Menil
d)
A Marşall
e)
D Abalkin
4.
Piter Druker-ə görə sahibkar:
a)
maksimum mənfəət əldə etmək üçün bütün imkanlardan istifadə edən insandır
b)
hər bir risk şəraitində fəaliyyət göstərən enerjili insandır
c)
müəssisədə istehsalı təşkil edən, onu planlaşdıran, nəzarət edən və bunun üçün məsuliyyət daşıyan şəxsdir
d)
sosial-iqtisadi mexanizmin təşkilatçısı və təşəbbüsçüsü olan insandır ki o baş verə biləcək uğursuzluq üçün tam məsuliyyət daşıyır
e)
düzgün cavab yoxdur
5.
Devid Maklellan-da görə sahibkar:

6.
Sahibkarlığın mahiyyətini əks etdirəm müasir baxışlardan biri səhvdir:
a)
Cəsarətli olmayan bir fəaliyyət növüdür
b)
İnsanlara lazım olan məhsullar istehsalıdır
c)
İş görə bilmə sistemidir
d)
İnsanların öz arzu vəehtiyaclarının ödənilməsinə yönəlmiş istehsal və xidmətlər sistemidir
e)
Yeni düşünmə tərzi, əhəmiyyətli işə başlamaqdır
7.
A.Smit-ə görə xüsusi sahibkar:
a)
bilavasitə mənfəət götürmək naminə fəaliyyət göstərsə də o, eyni zamanda həm də qeyri-şüurlu olaraq, bilavasitə öz əmlakına aid olmayan başqa bir zəruri, vacib amala, cəmiyyətin ümumi mənafeyinə də xidmət etmiş olur
b)
müəssisədə istehsalı təşkil edən, onu planlaşdıran, nəzarət edən və bunun üçün məsuliyyət daşıyan şəxsdir
c)
sosial-iqtisadi mexanizmin təşkilatçısı və təşəbbüsçüsü olan insandır ki o baş verə biləcək uğursuzluq üçün tam məsuliyyət daşıyır
d)
maksimum mənfəət əldə etmək üçün bütün imkanlardan istifadə edən insandır
e)
düzgün cavab yoxdur
8.
Sahibkarlıq fəaliyyəti müəyyənləşdirmir:
a)
Dövlətin bir il sonra olacaq mövcud vəziyyətə görə ata biləcəyi addımları
b)
sahibkarlığın prinsiplərini
c)
sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini
d)
onun dövlət tərəfindən müdafiə üsullarını
e)
sahibkarın dövlət orqanları ilə qarşılıqlı münasibətlərini
9.
Sahibkarın malik olduğu hüquqlara aiddir:
a)
İcbari ödənişlər çıxıldıqdan sonra onun qalan hissəsindən sərbəst istifadə etmək
b)
Öz fəaliyyəti haqqında maliyyə orqanlarına müəyyən olunmuş formada hesabat vermək
c)
İşçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə uyğun əmək şəraiti yaratmaq
d)
Antiinhisar qanunvericiliyinə riayət etmək
e)
Qanunvericilikdə müəyyən edilmiş vergiləri və digər fondlara ayırmaları ödəmək
10.
Sahibkarın əsas vəzifələrindən biri səhvdir:
a)
Bağladığı bütün müqavilələrdən irəli gələn vəzifələrdən birini yerinə yetirməmək
b)
Öz fəaliyyəti haqqında maliyyə orqanlarına müəyyən olunmuş formada hesabat vermək
c)
İşçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə uyğun əmək şəraiti yaratmaq
d)
Antiinhisar qanunvericiliyinə riayət etmək
e)
Qanunvericilikdə müəyyən edilmiş vergiləri və digər fondlara ayırmaları ödəmək
11.
Sahibkarın əsas vəzifələrinə aiddir:
a)
Öz fəaliyyəti haqqında maliyyə orqanlarına müəyyən olunmuş formada hesabat vermək
b)
İstənilən müəssisələr yaratmaq, idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək
c)
Təsərrüfat- maliyyə fəaliyyətini müstəqil həyata keçirmək
d)
Öz məhsulları üçün qiymətlər müəyyənləşdirmək
e)
İşçini işə qəbul və işdən azad etmək
12.
Sahibkarın əsas vəzifələrinə aiddir:
a)
İşçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə uyğun əmək şəraiti yaratmaq
b)
Təsərrüfat- maliyyə fəaliyyətini müstəqil həyata keçirmək
c)
İşçini işə qəbul və işdən azad etmək
d)
İstənilən müəssisələr yaratmaq, idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək
e)
Öz məhsulları üçün qiymətlər müəyyənləşdirmək
13.
Sahibkarın əsas vəzifələrinə aiddir:
a)
Antiinhisar qanunvericiliyinə riayət etmək
b)
Öz məhsulları üçün qiymətlər müəyyənləşdirmək
c)
İstənilən müəssisələr yaratmaq, idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək
d)
İşçini işə qəbul və işdən azad etmək
e)
Təsərrüfat- maliyyə fəaliyyətini müstəqil həyata keçirmək
14.
Sahibkarın əsas vəzifələrinə aiddir:
a)
Qanunvericilikdə müəyyən edilmiş vergiləri və digər fondlara ayırmaları ödəmək
b)
İstənilən müəssisələr yaratmaq, idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək
c)
İşçini işə qəbul və işdən azad etmək
d)
Təsərrüfat- maliyyə fəaliyyətini müstəqil həyata keçirmək
e)
Öz məhsulları üçün qiymətlər müəyyənləşdirmək
15.
Shumpeterə görə, sahibkarlıq:
a)
bütün cavablar düzdür
b)
Zəncirvari münasibətlər-reaksiyalar
c)
Digər sahibkarlarla qarşılıqlı əlaqə
d)
Yaradıcı yenidən qurma prosesi
e)
Bir sistem / sistem içi əlaqələr şəbəkəsi
16.
Sahibkarlıq nümunələrindən Steve Jobs və Steve Wozniak-ə aid olmayan hansıdır?
a)
Satıcı ilə alıcı arasındakı münasibətlərdə tarazlığı qorumaq üçün lazım olan xidmət fürsətindən istifadə
b)
Sahibkarlıq imkanlarının yerləşdiyi quruluş: kompüter, hesablama, veb mühiti
c)
İstifadəçilərin ehtiyaclarını və narazılığını yaxşı görə bilən insanlar
d)
Yeni proqram inkişaf etdirmə bacarıqları və ehtiyac bilikləri
e)
Sistem daxilində tarazlığı necə əldə etmək olar
17.
Sosial sahibkarlıq haqqında deyilənlərdən biri düz deyildir:
a)
İlk missiyası mənfəətin artırılması olan
b)
sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür
c)
sosial, mədəni və ya ekoloji problemlərin həllini inkişaf etdirmək, maliyyələşdirmək və həyata keçirmək üçün sahibkarlığın digər vasitələrindən (startap) istifadə etməkdir
d)
kəskin sosial problemlərlə birbaşa məşğul olur və geniş bilik, nəzəriyyə və fənlərin kəsişməsində, onları geniş kontekstdə nəzərdən keçirməyə meyllidirlər
e)
Sosial problemlərə yönələn bir sahibkarlıq növüdür
18.
Sosial sahibkarlıq:

19.
Sosial sahibkarlıq anlayışı ilk dəfə harda yaranıb?
a)
Banqladeş
b)
ABŞ
c)
Rusiyada
d)
Avropada
e)
Avstriya
20.
“Grameen Bank” haqqında deyilənlərdən biri yalnışdır:
a)
Yüksək faizlərlə borc verən bir bank sistemidir
b)
Məhəmməd Yunus tərəfindən yaradılıb
c)
Mikromaliyyə təşkilatı və icmanın inkişafına yönəldilmiş bankdır
d)
Girov tələb etmədən yoxsullara kiçik kreditlər verən bir təşkilatdır
e)
Kasıblar üçün nəzərdə tutulmuş bir bank sistemidir
21.
“Grameen Bank” kommersiya məqsədləri ilə çalışan banklardan bu faktorla fərqlənir:
a)
bütün cavablar düzdür
b)
Kasıb insanların həyatına iqtisadi və sosial dəyişiklik gətirmək
c)
Heç bir girov götürmədən, sırf insanlara güvənə əsaslanaraq cüzi faizlərlə kreditlər vermək
d)
Krediti götürənin nəyin ola biləcəyinə baxmaq
e)
Şəhərdən kənar yerlərdə yerləşmək
22.
Sosial sahibkarlığın əsas prinsiplərindən biri səhvdir:
a)
Layiqli əmək haqqı şəraiti olmaya bilər
b)
Sosial problemə fokuslanmaq
c)
Maddi baxımından müstəqil olmaq
d)
İnvestor qoyduğu investisiyadan dividend götürmür
e)
Dividend qalır biznesin inkişafına
23.
Sosial sahibkarlığın əsas prinsiplərindən biri səhvdir:
a)
düzgün cavab yoxdur
b)
Gender və ətraf mühit məsələlərinə həssas olmalı
c)
Layiqli əmək haqqı və şərait olmalı
d)
Bu işi zövqlə görmək lazımdır
e)
Maddi baxımından müstəqil olmaq
24.
Sosial sahibkarları hansı xüsusiyyəti ilə müəyyənləşdirilə bilər?
a)
Əhatə dairəsi təkcə öz sahibkarlıq obyekti daxilində olması ilə
b)
Yaradıcılığı
c)
Yeni fikirli olması ilə
d)
Qarşısına qoyduğu hədəfdən dönməməsi ilə
e)
İnsanları öz ətrafına toplaması ilə
25.
19 -cu əsr Fransız iqtisadcılarının tərifi ilə sahibkar kimdir?
a)
Aşağı sahədən yüksək səmərəliliyə malik bir sahəyə cevirərək dəyər yaradan
b)
Sosial sahibkar, sosial problemlərdən xəbərdar olan və dəyişiklik yaratmaq üçün təşkilatlanma və mənbə tapmaq kimi fəaliyyətlərə rəhbərlik edən bir insandır
c)
Sosial sahibkar, problemlərin həllini yeni ixtiralar və xidmət təqdim etmə üsulları ilə həll etməyi hədəfləyən birisidir
d)
Sosial sahibkar, başqalarının rifahı üçün risk edən birisidir
e)
Sosial iqtisadiyyat - kapitalizmin humanistləşdirilməsi vasitəsi kimi sosial cəhddir
26.
Sosial sahibkarlığın əsas komponentlərindən biri yalnışdır:
a)
Sahib olduğu qrupun mövqeyini dəyişmədən eyni qalmaq
b)
Müəyyən bir qrupun xaric edilməsi və ya insan hüquqlarının əldə edilməsi ilə nəticələnən ədalətsizliklərin olduğu vəziyyətlərdə, istisna edilən qrupu qoruyan və ya ona fayda verən transformativ və özünütəsdiq maliyyə aləti yaratmaq.
c)
Mövcud dövlət hegemonluğuna daxil olmayan qrupların xeyrinə, onların inkişafı və güclənməsi üçün imkanlar yaradacaq, sosial dəyər yaradan ilham, yaradıcılıq, hərəkət, cəsarət və həyata keçmə addımlarını ortaya çıxarmaq
d)
Yeni təqdim olunan və ya təşkil edilmiş strukturlarla hədəf qrupun əlverişsiz mövqeyini yaxşılaşdırmaq
e)
Yeni qurulan tarazlığa malik məzlum qruplar üçün daha yaxşı gələcək potensialı yaratmaq
27.
Hansı alim dəyər yaratmaq anlayışını sahibkarlıq ücün vacib bir anlayış kimi ifadə etdi?
a)
C. Şumpeter
b)
Steve Jobs
c)
Steve Wozniak
d)
Pierre Omidyar
e)
Jeff Skoll
28.
Şumpetre görə sahibkarlıq?
a)
bütün cavablar düzdür
b)
İş imkanı (məhsul, məhsul, xidmət və ya iş)
c)
Zəncirvari münasibətlər-reaksiyalar
d)
Digər sahibkarlarla qarşılıqlı əlaqə
e)
Yaradıcı yenidən qurma prosesi
29.
Sahibkarlığın tipik bir nümunəsi olan bank hansı bankdır?
a)
Gramen Bank
b)
COMMON WEALT BANK
c)
BANK OF AMERIKA
d)
WELLIS FARKO
e)
FED
30.
Sahibkarlıq ilə fürsət anlayışı arasında olan sıx əlaqəyə aşağıda göstərilənlərdən hansı daxildir?
a)
bütün cavablar düzdür
b)
sahibkar-fürsətçi insan
c)
yenilik üçün imkanlar
d)
dəyişiklik üçün imkanlar
e)
dəyişdirmək üçün imkanlar
31.
Aşağıdakılardan hansılarla sosial sahibkarları müəyyənləşdirməliyik:
a)
bütün cavablar düzdür
b)
Yeni fikir
c)
Yaradıcılıq
d)
Sahibkarlıq
e)
sosial Təsir
32.
Steve Jobs......şirkətin qruluşçusu proqram təmınatcısıdır:
a)
APPEL
b)
SAMSUNG
c)
OPPO
d)
XIAOMI
e)
HUAWEI
33.
Sosial sahibkarın xüsusiyyətlərinə aiddir:
a)
Dəyərin yaradılması
b)
Risk, səhv üçün dözümlülük
c)
Yenilik, yaradıcılıq, təcrübə
d)
Sahibkarın sosial statusu
e)
İstək, fədakarlıq, idarə etməyi bacarmaq
34.
Sosial sahibkarın xüsusiyyətlərinə aiddir:
a)
Fürsətləri görmək və qiymətləndirmək bacarığı
b)
Risk, səhv üçün dözümlülük
c)
Yenilik, yaradıcılıq, təcrübə
d)
Sahibkarın sosial statusu
e)
İstək, fədakarlıq, idarə etməyi bacarmaq
35.
Sahibkarlıqda Qayıdış nəyi ifadə edir?
a)
Sahibkarlıqda ən vacib mükafat dəyər yaratmaq olduğunu
b)
Sahibkarların fəaliyyət göstərdikləri sahədə müəyyən risklər götürməli olduqlarını
c)
Yeni bir məhsul/xidmət təqdim etmək üçün müəyyən vaxt və səy itkisini
d)
İnvestisiyanın inkişaf etdirildiyi auditoriya üçün bir dəyəri
e)
düzgün cavab yoxdur
36.
Sahibkarlıqda Risk nəyi ifadə edir?
a)
Sahibkarların fəaliyyət göstərdikləri sahədə müəyyən risklər götürməli olduqlarını
b)
Yeni bir məhsul/xidmət təqdim etmək üçün müəyyən vaxt və səy itkisini
c)
İnvestisiyanın inkişaf etdirildiyi auditoriya üçün bir dəyəri
d)
Sahibkarlıqda ən vacib mükafat dəyər yaratmaq olduğunu
e)
düzgün cavab yoxdur
37.
Sahibkarlıqda sərf olunan səy nəyi ifadə edir?
a)
Yeni bir məhsul/xidmət təqdim etmək üçün müəyyən vaxt və səy itkisini
b)
İnvestisiyanın inkişaf etdirildiyi auditoriya üçün bir dəyəri
c)
Sahibkarların fəaliyyət göstərdikləri sahədə müəyyən risklər götürməli olduqlarını
d)
Sahibkarlıqda ən vacib mükafat dəyər yaratmaq olduğunu
e)
düzgün cavab yoxdur
38.
Sahibkarlıqda yaradılma prosesi nəyi ifadə edir?
a)
İnvestisiyanın inkişaf etdirildiyi auditoriya üçün bir dəyəri
b)
Yeni bir məhsul/xidmət təqdim etmək üçün müəyyən vaxt və səy itkisini
c)
Sahibkarların fəaliyyət göstərdikləri sahədə müəyyən risklər götürməli olduqlarını
d)
Sahibkarlıqda ən vacib mükafat dəyər yaratmaq olduğunu
e)
düzgün cavab yoxdur
39.
Sosial sahibkarın xüsusiyyətlərinə aiddir:
a)
Ehtiyatlı araşdırma aparmaqdansa dinamik olmaq
b)
Risk, səhv üçün dözümlülük
c)
Yenilik, yaradıcılıq, təcrübə
d)
Sahibkarın sosial statusu
e)
İstək, fədakarlıq, idarə etməyi bacarmaq
40.
Sosial sahibkarın xüsusiyyətlərinə aiddir:
a)
Təşkilatçılıq qabiliyyətinin olması
b)
Risk, səhv üçün dözümlülük
c)
Yenilik, yaradıcılıq, təcrübə
d)
Sahibkarın sosial statusu
e)
İstək, fədakarlıq, idarə etməyi bacarmaq
41.
Sosial sahibkarın xüsusiyyətlərindən biri səhvdir:
a)
Oyunun qaydalarını olduğu kimi saxlamağı bacarmaq
b)
Təşkilatçılıq qabiliyyətinin olması
c)
Risk götürmək
d)
Fürsətləri görmək və qiymətləndirmək bacarığı
e)
Dəyərin yaradılması
42.
İş adamı ilə sosial sahibkarın fərqi nədir?
a)
Əsas düşüncəsi mənfəətin optimallaşdırılması və davamlılıqdır
b)
Əsas missiya şəxsi gəlirin əldə olunmasıdır
c)
Davamlılığın olmaması mənfəəti azaltmır
d)
Daha çox sosial, həssaslıq, sosial məsuliyyət hissi, könüllü olaraq vaxtını, enerjisini cəmiyyət və sosial müəssisə layihəsi üçün qaynaqlara xərcləyə bilən bir şəxsiyyətdir
e)
düzgün cavab yoxdur
43.
Sosial sahibkara aid deyil:
a)
Təkcə özü üzərində çalışaraq özünü gücləndirməlidir
b)
sosial sahibkar dəyişikliyə meylli olmalidir
c)
təvazökarlıq çox vacibdir, cünki sosial sahibkar insanlar arasında bir tərəfdaşdır
d)
o, qətiyyətli, dönməz və ən çox inanılan olmalıdır
e)
ətrafdakıları motivasiya edən və dinləyən olmalıdır
44.
Sosial müəssisələrin missiyası nədir?
a)
bütün cavablar düzdür
b)
Uğurun son ölçüsü, qazandıqları qazanc deyil, yaratdıqları mənfəətdir
c)
Sosial müəssisələr qazanclarını sosial sahələrə yatırırlar
d)
Sosial müəssisələr qazanclarını sosial sahələrə yatırırlar
e)
Təhsil, sağlamlıq, ətraf mühit, insan hüquqları və inkişaf kimi bir çox sahədə sosial çevrilməni həyata keçirməyi hədəfləyirlər
45.
Ashoka'nın qurucusu kimdir?
a)
Bill Drayton
b)
Karl Marks
c)
Young
d)
Bill Gates
e)
Shumpeter
46.
Sosial müəssisələrin missiyası nədir?
a)
Sosial müəssisələr qazanclarını sosial sahələrə yatırırlar
b)
Uğurun son ölçüsü, qazandıqları qazancdır
c)
Təhsil, sağlamlıq, ətraf mühit, insan hüquqları və inkişaf kimi bir çox sahədə sosial çevrilməni həyata keçirməyi hədəfləmirlər
d)
Sosial müəssisələr qazanclarını ailə gəlirlərinə yatırırlar
e)
bütün cavablar düzdür
47.
Sosial sahibkarları klassik sahibkarlardan fərqləndirən nədir?
a)
bütün cavablar düzdür
b)
yaratmaq, cəmiyyəti dəyişdirmək və dəyişdirmək
c)
başqaları ilə paylaşma sərvəti yaratmaq
d)
sosial problemlərə həssaslığı
e)
İstehsal etmək istədiyi bütün dəyərlər sosial baxımdan faydalıdır
48.
Sosial sahibkarlığa xas olmayan cəhət:
a)
Dünyada mövcud olan problemlərə fokuslanmayan bir sahibkarlıqdır
b)
Sosial problemlərə həll axtaran
c)
kapitalizmi minimum səviyyədə saxlayan
d)
ictimai fəaliyyətə töhfə vermək
e)
davamlı bir mexanizm qurmaq məqsədi ilə təşviq edilən təşkilatlardır
49.
Sosial sahibkarın uğur qazanmaq üçün riayyət etdiyi qaydalara aiddir:
a)
bütün cavablar düzdür
b)
Şirkət yüksək ixtisaslı mütəxəssislər tərəfindən idarə olunur
c)
Həm fəaliyyət göstərdikləri sahədə həm sosial fayda yaradır, həm də qazanc əldə edirlər
d)
Mənfəət, şirkətin təsir dairəsini genişləndirmək üçün bir vasitəyə çevrilir
e)
Fəaliyyət göstərdikləri sahələr cəmiyyətin əsl problemini həll etməyi hədəfləyir
50.
Sosial sahibkarın uğur qazanmaq üçün riayyət etdiyi qaydalardan biri deyildir:
a)
Şirkət öz fəaliyyəti haqqında heç vaxt hesabat vermir