NEW
Font size
Worksheetsİnsan kapitalının mahiyyəti, inkişafı məsələləri və xüsusiyyətlə
Total questions: 22
Worksheet time: 11mins
İnsan kapitalı təşkilatda hansı amili nəzərdə tutur?
insan amilini, bir işçinin potensialına daxil olan imkanlarını
peşə inkişafını
şirkətin strategiyasını
vakant yerləri
yenilikləri
Təşkilatda insan kapitalının idarə olunması funksiyalarına aid deyil:
işçilərin təlimlənməsi
texnologiyalar, kompyuter sistemlərinin quraşdırılması
işçilərin idarə edilməsi
yeni gəlmiş əməkdaşa rahat əmək fəaliyyəti şəraitinin yaradılması
işçilərin işə qəbul olunması
İnsan resurslarının idarə olunmasında əsas məqsəd və vəzifələrə aid deyil:
işçinin uzunmüddətli bir dövrdə şirkətə və yaxud təşkilata kifayət qədər fayda gətirməsi
işçinin uzunmüddətli bir dövrdə şirkətə gəlir gətirə bilməsi imkanı
təşkilatda işçilərin lazımi səviyyədə motivləşdirilməsi
işçilərin mütəmadi ciddi əsas olmadan cəzalandırılması
istedadlı işçilərin seçilməsi
Insan kapitalını təşkil edən işçilərin təşkilat üçün uzunmüddətli fəaliyyətini təmin etmək məqsədilə hansı tədbirlər zəruridir?
işçilərin peşəkarlığını inkişaf etdirmək
yaradıcılıq əhval-ruhiyyəsi yaratmaq
intellekt, yeniliklər və xüsusi bilikləri cəmləşdirib bir araya gətirmək
işçilərin təhsil səviyyəsini artırmaq
hamısı aiddir
Yeni işçinin işə uyğunlaşması üçün görüləcək tədbirlərə aid ola bilməz:
ilk iş günündən yeni işçini həddindən artıq çox məlumatla yükləmək
işçinin kollektivə uyğunlaşması üçün xoş rəftar göstərmək
əmək fəaliyyətinə uyğunlaşan əməkdaşın dəyişilən situasiyanı ələ almaq üçün öz biliklərini yeniləməsi imkanı yaratmaq
rəhbərlərin işçiləri müvafiq kurs, təlim və ya proqramlar vasitəsilə istiqamətləndirməsi
işçinin kollektivə uyğunlaşması üçün digər lazımi tədbirlərin görülməsi
İşçilərin təhsilinə və inkişafına işəgötürənlər tərəfindən investisiya qoyulması faydalarına aid deyil:
investisiya daha çox gəlir gətirmək vasitəsidir
bilik səviyyəsinin aşağı düşməsi
işçinin ixtisas kekyfiyyəti artdıqca işin keyfiyyəti yüksəlir
işçilərin əmək potensialının artırılması
insan kapitalının saxlanması, qorunması
İnvestisiyaların hansı sahəyə yatırılmasından asılı olaraq növbəti istiqamətləri ayırmaq olar:
sağlamlıq
mədəniyyət
ixtisasın artması
təhsil
hamısı aiddir
Effektivlik dərəcəsinə görə mənfi (destruktiv) investisiyalara aid deyil:
cəmiyyətə heç bir fayda gətirməyən insan kapitalının bir hissəsidir
iqtisadiyyata, keyfiyyətlərin yaxşılaşdırılmasına faydası yoxdur
insan potensialının inkişafı ilə nəticələnir
əhalinin həyat səviyyəsi və inkişafı yüksəlmir
tərbiyə və təhsilə yatırılan investisiyalar lazımi bəhrəni vermir
Effektivlik dərəcəsinə görə insan kapitalına yatırılan müsbət (yaradıcı) investisiyalara aid deyil:
korrupsiya, müxtəlif cinayətlərin sayının artması — bunlar ailə və cəmiyyət üçün itirilmiş investisiyalardır
həyat səviyyəsinin artması, əhalinin sağlamlığının yaxşılaşması
innovasiyaların tətbiqi
təhsilin inkişafı, biliyin artması
lazımi informasiya mənbələrinin mövcudluğu
İnsan kapitalının effektiv idarə olunmasına aid deyil:
bütün əməkdaşlar yaradıcı işə cəlb olunur, onların inkişafı və faydalı istifadəsi təmin olunur
işçilər öz növbəsində qabiliyyət və bacarıqları vasitəsilə işin məhsuldarlığını artırır
ümumi səmərəlilik yüksəlir
ümumi səmərəlilik yüksəlir
işçilərin əməkhaqqı aşağı düşür
İnsan kapitalının idarə olunması hansı səbəblərdən vacibdir?
işçilərin diqqətini əmək fəaliyyətinə yönəltmək üçün
yeni gəlmiş əməkdaşa rahat əmək fəaliyyəti şəraitinin yaradılması üçün
işçilərin təhsil səviyyəsini artırmaq məqsədilə daimi inkişafın təmin olunması üçün
düzgün seçilmiş bacarıqlı işçilərin işə qəbul olunması üçün
bütün səbəblər vacibdir
Bir insanın şəxsiyyət olaraq kapitalına daxil olan amilləri göstərin:
insanın yaşayış yeri, təhsil aldığı ali məktəb
iş yeri, şəxsi ofisi, ofis ləvazimatları
insanın sağlamlığı, mədəniyyəti, qabiliyyəti
insanın mülkiyyəti və əmlakı
təhsil aldığı ali məktəb və iş təcrübəsi
İnsan kapitalının idarə olunması strategyasına aid deyil:
müəssisənin uzunmüddətli, keyfiyyətli inkişaf planıdır
strategiya təşkilatın əməkdaşlarının yaratdığı əlavə gəlirin artırılmasını təmin etməlidir
strategiya insan amili ilə texnologiyanı bir siraya qoyur
strategiyaya müəssisə vasitələri, fəaliyyət formaları, müəssisədaxili əlaqələr, müəssisənin ətraf mühit ilə bağlı mövqeyi daxildir
strateji planlaşdırma fəaliyyəti adətən həyata keçirilən strateji təhlil nəticələrinə əsasən seçilir
İnsan kapitalının idarə olunması zamanı SWOT təhlilin aparılmasında müəyyən olunmuş imkanları göstərin:
yeni əməkdaşların sayının çox olması
savadlı komanda
yeni imkanlar haqqında informasiya azlılğı (risk)
regionda iri təlim (training) şirkətlərinin fəaliyyət göstərməsi
regionda iri təlimçi şirkətlərin heyətə təlim keçməsinin iqtisadi səmərəsini müəyyən etmək
İnsan kapitalının idarə olunması zamanı SWOT təhlilin aparılmasında müəyyən olunmuş zəif tərəfləri göstərin:
yeni əməkdaşların sayının çox olması
rəqiblərin ixtisaslı kadrları öz tərəfinə cəlb etməsi
əməkdaşları komanda olaraq saxlamaq üçün plan qurmaq
bazarda yeni imkanların yaranması (məsələn, tam fərqli yeni məhsulun/xidmətin istehsalı zamanı rəqiblərin olmaması və ya az olması müsbət haldır)
yaradıcılıq və çeviklik
İnsan kapitalının idarə olunması zamanı SWOT təhlilin aparılmasında müəyyən olunmuş təhlükələri göstərin:
yeni əməkdaşların sayının çox olması
regionda iri təlim (training) şirkətlərinin fəaiyyət göstərməsi
savadlı komanda
regionda iri təlimçi şirkətlərin heyətə təlim keçməsinin iqtisadi səmərəsini müəyyənləşməsi
rəqiblərin ixtisaslı kadrları öz tərəfinə cəlb etməsi
Firmanın insan kapitalının idarə olunması strategiyasına aid edilən amillər:
iş prosesləri
idarəetmə quruluşu
informasiya və bilik
insanlar
hamısı aiddir
İdarəetmənin quruluşu amili nəyi nəzərdə tutur?
menecerlər tərəfindən nəzarət, nəzarət yoxlamaları arasındaki interval, idarəetmənin effektivliyini
texnologiyanın rolunu
təşkilatda işləyənlərin yeniliklərin mənimsəməsi və vəzifəyə uyğun gəlməsi səviyyəsini
pul ve qeyri pul stimullarından istifadəni
zəruri qərarlar necə qəbul edilir, onların vaxtında qəbul edilməsini
“İnsan resurslarının idarə edilməsi strategiyasında menecer insan kapitalının ölçülməsi sistemini hazırlamalıdır” ifadəsi kimə məxsusdur?
A.Smith
G.Bekker
D.Ricardo
W.Petty
K.Marks
Amerika iqtisadçısı H.Bekkerin insan kapitalının ölçülə bilməsi ilə əlaqəli irəli sürdüyü fikirlərinə aid deyil:
bununla menecerlər insan resursları vasitəsilə firmanın dəyəri necə yaratdığını anlayır
insan kapitalının ölçülməsində insan resursları üzrə müxtəlif məlumatlardan və statistik metodlardan istifadə edilir
insan kapitalının strategiyası insan kapitalının ölçülməsi və təhlili üzrə məlumatlarla tamamlanır
insan kapitalının strategiyası insan kapitalının ölçülməsi və təhlili üzrə məlumatlarla tamamlanır
bununla menecer insan resurslarının biznesin səmərəliliyinə necə təsir etdiyini müəyyənləşdirmiş olur
İnsan resurslarının idarə edilməsi strategiyasında insan kapitalının ölçülməsi məqsədilə istifadə olunan məlumatlara aid deyil:
işin keyfiyyətini göstərən vəzifə yararlılığının və qabiliyyətin müəyyən edilməsi
təşkilatın yekun göstəriciləri və səmərəliliyi ilə insanların praktiki idarə edilməsi metodları arasındakı nisbətin təhlil edilməsi
istehsal olunan məhsulun maya dəyərinin hesablanması
ənənələri təhlil edib qiymətləndirmək. İşin cari vəziyyətini qoyulmuş məqsədlə müqayisə etmək
etibarlı informasiyaların toplanması
“İnsan kapitalı” konsepsiyası ilk dəfə nə zaman və hansı alimlərin əsərlərində ərsəyə çıxmışdır?
1980-ci ildə Nobel laureatları T. Schultz və H. Becker’ın əsərlərində
A.Smithin əsərlərində 18-cu əsrdə
Amerika iqtisadçısı I. Fişerin əsərlərində 1970-ci ildə
Karl Marksın “Kapital” əsərində 19-cu əsrdə
Fransua Kenenin elmi əsərlərində, 18-ci əsr
