wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Dil qaydaları - yarışma (bəzi mövzuların təkrarı)

Total questions: 15

Worksheet time: 30mins

Name
Class
Date
1.

Hansı cümlədə zərf işlənməyib?

a)

Dünən mən sizə gəlmişdim.

b)

Sualların sayı birə-beş artdı.

c)

Samirə çıxışında çox gözəl danışdı.

d)

Yaxşı müəllim hər kəs tərəfindən sevilir.

2.

Hansı variantda yanlış yazılmış sifət var?

a)

yamyaşıl

b)

ala-babat

c)

açıq boz

d)

ən yaxşı

3.

Hansı cümlə çıxışlıq halda olan isimlə başlayır?

a)

Ucadan danışıb-gülürdülər.

b)

Qənddan stolun üstündə idi.

c)

Güldan mənə anamdan xatirə qalıb.

d)

Kənddən gələnlər gecə bizdə qaldılar.

4.

"Əsmər kitabları məktəbdə unutdu" cümləsində ismin hansı halları işlənmişdir?

a)

adlıq, yiyəlik

b)

yiyəlik, təsirlik, yerlik

c)

Təsirlik, yerlik

d)

adlıq, təsirlik, yerlik

5.

Uyğunlaşdırın.

1.Azaltma dərəcəli sifətdir

2.Çoxaltma dərəcəli sifətdir

a) bozumtul b) xırdaca c) açıq-göy d) ağappaq e) sarıtəhər

a)

1-a,c,e

2-b,d

b)

1-c,e

2-a,b,d

c)

1-b,c

2-a,d,e

d)

1-a,b,c

2-d,e

6.

Hansı variantda ahəng qanunu pozulmuş söz var?

a)

pələng

b)

küçə

c)

balina

d)

keyfiyyət

7.

Hansı cümlədə səhv yazılmış söz var?

a)

Samir anasından üzr istədi.

b)

Hökmdar vəzirlərə əmr verdi.

c)

O, gəncliyində çox zülüm çəkib.

d)

Mən ona bir sirrimi vermişəm.

8.

Hansı frazeoloji birləşmənin qarşılığı yanlışdır?

a)

lərzəyə gəlmək-titrəmək

b)

ələ salmaq-lağ eləmək

c)

bel bağlamaq-inanmaq

d)

başa çatdırmaq-yenidən başlamaq

9.

Hansı variantda nöqtələrin yerinə ü hərfi yazılmalıdır?

a)

müd...r

b)

n...mayiş

c)

q...ruluş

d)

q...rbağa

10.

Hansı bənddə işarə əvəzliyi işlənib?

a)

O, şagirdlərin sevimli müəllimidir.

b)

O mənə kitab aldı.

c)

Həmin adam mənim qohumum imiş.

d)

Mən sənə demişdim ki, qalın geyin.

11.

Hansı cümlədə o əvəzliyi işarə əvəzliyi kimi işlənib?

a)

O mənimlə danışmır.

b)

O, universitetə bu il qəbul oldu.

c)

O mənə çox yaxşılıq edib.

d)

O kompüter çox bahalıdır.

12.

Toplu isimlərdən biri cəm şəkilçisi qəbul etmir:

a)

ordu

b)

xalq

c)

qoşun

d)

əhali

13.

"Sakitcə oturub yazısını yazırdı" cümləsindəki isimlə bağlı səhv fikir hansıdır?

a)

Konkret isimdir.

b)

Ümumidir.

c)

Adlıq haldadır.

d)

Düzəltmə isimdir.

14.

Hansı cümlədə altından xətt çəkilmiş söz isimdir?

a)

O, çox gözəl qızdır.

b)

Biz gecə şəhərə çıxdıq.

c)

Səma bu gün xeyli qaçdı.

d)

Gecə səhərə nisbətən sərin olur.

15.

Hansı sözün izahı səhv verilib?

a)

Xeyr - yox, inkar mənasında işlənən söz

b)

Əsr - 100 illik dövr

c)

Mətn - dözümlü, sarsılmaz, möhkəm

d)

Həsir - qamışdan hazırlanmış yer döşəməsi