WorksheetsKURİKULUM - MİQ 2023 QƏBUL SUALLARI
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
1. Şagird futbol oyununda ehtiyat komandasına daxil olmaq istəmirdi. Oyunun 1-ci hissəsinin sonuna yaxın özünü gücdən düşmüş hiss edir və müəllimdən təkidlə israr edir ki, onu oyundan çıxarıb yoldaşı ilə əvəz etsin. Bu tapşırıq biliyin hansı növünə uyğundur?
a)
A) Deklarativ bilik
b)
B) Prosedural bilik
c)
C) Metakoqnitiv bilik
d)
D) Konseptual bilik
e)
E) Faktoloji bilik
2.
2. "Şagird çox savadlıdır və dərslərinə həmişə hazır olur, amma özünü dərsdə hamıdan yüksəkdə hesab edir" fikrinə uyğun olan cavabı seçin:
a)
A) Emosional intellekti yüksəkdir
b)
B) Şəxslərarası qabiliyyəti güclüdür
c)
C) Açııq düşüncə tərzinə malikdir
d)
D) Qapalı düşüncə tərzinə malikdir
e)
E) Emosional intellekti zəifdir
3.
3. Şagirdlər 2 qrupa bölünür. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir.
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər. Bu fikir hansı iş üsuluna aiddir?
a)
A) Qızıl dairə
b)
B) 4N1KH
c)
C) Akvarium
d)
D) Sokrat dialoqu
e)
E) Simulyasiya
4.
4. İnsanlarla asanlıqla ünsiyyət qura bilirlər. Sadəcə onlar düşünmə zamanı xarici faktorları müşahidə edir, qərarlarını isə daxili mülahizələrinə əsasən verirlər. Qeyd olunanlara əsasən intellekt və şəxsiyyət tipini müəyyən edin.
a)
A) İntrovert / Fərddaxili
b)
B) Ekstravert / Verbal-linqvistik
c)
C) İntrovert / Şəxslərarası
d)
D) Ambivert / Şəxslərarası
e)
E) Ekstravert / Şəxslərarası
5.
5. Şagird müxtəlif situasiyalarda özündən tez çıxır. Müəllim ondan soruşur: "Sən niyə belə reaksiya verirsən?". Burada müəllim şagirddə hansı komponenti formalaşdırmış olur?
a)
A) Şagirdin sözlü təhqir, sinifdə dərsə maneçilik hallarını azaldır
b)
B) Buzqıran strategiyadan istifadə edir
c)
C) Şagird öz hislərini tanıyır
d)
D) Şagird başqa insanların fikirlərini anlayır
e)
E) Şagird qarşısındakı insanın hansı hislər keçirdiyini anlayır
6.
6. Yanlış fikri seçin:
a)
A) Layihə əsaslı öyrənmə ilə dərslərdə layihələrin hazırlanması eyni anlayışdır
b)
B) Oyun əsaslı öyrənmə modeli Piaje və Vıqotski nəzəriyyəsinə əsaslanır
c)
C) Layihə əsaslı öyrənmə modeli yeni bilik və bacarıqlar əldə etmək üçün tətbiq edilir
d)
D) Oyun əsaslı öyrənmə modeli virtual platforma üzərində həyata keçirilir
e)
E) Tərs sinif modeli yüksək texnologiyalı dərslərə aiddir
7.
7. Konstruktiv rəyi seçin:
a)
A) Gərək bu səhvləri etməyədin, diqqətli olaydın
b)
B) Kimyəvi reaksiyaları yaxşı aparırsan, deməli kimya üzrə biliyin çox yüksəkdir. Əla!
c)
C) Mükəmməl idin. Səndən yüksək nəticə göstərən ola bilməz.
d)
D) Halaldır. Ağıl dəryasısan. Çalışmaların hamısını düz yazıbsan.
e)
E) Verilən məlumatları slaydda düzgün yerləşdirirsən, təqdimatı da yaxşı edirsən, amma bəzi xırda nüanslara diqqət etmək lazımdır.
8.
8. Yanlış fikri seçin:
a)
A) Müəllim öyrənmə mühitini təşkil etmək üçün diqqəti yayındıran amillərin olmadığı sakit məkanlar yaradır
b)
B) Şagirdlər arasında inkişafyönümlü əməkdaşlıq onların təlim nailiyyətlərini artırır
c)
C) Müəllim materialı kinestetik öyrənənlər üçün rollu oyunlardan istifadə etmək imkanı yaradaraq optimal öyrənmə təmin edir
d)
D) Müəllim şagirdləri qruplara bölərkən mütləq zəifləri bir, güclüləri də bir qruplaşdırmalıdır
e)
E) Tədris prosesində dəyişkən qruplar yaratmaqla differensiallaşmanı təmin etmək olar
9.
9. Müəllim Əlini müşahidə edərkən görür ki, o, çox məyusdur. Müəllim öz növbəsində Əliyə emosional dəstək olmaq üçün onun həm ailəsi, həm də dostları ilə əlaqə qurub Əli haqqında danışır. Müəllimin burada atdığı addım necə adlanır?
a)
A) Vəziyyətə daha pozitiv yanaşmaq
b)
B) Şəxsi emosiyalardan agah olmaq
c)
C) Şagirdin suallarına yönəldici suallar vermək
d)
D) Başqasının nöqteyi-nəzərini daha yaxşı qavramaq
e)
E) Münasibətləri həll etmə bacarığını inkişaf etdirmək
10.
10. Şagirddə dinləyib-anlama, oxuyub-anlama, danışma, təhlil etmə, əməkdaşlıq kimi bacarıqlar formalaşdıran təlim üsulunu seçin:
a)
A) Ziqzaq
b)
B) Karusel
c)
C) Akvarium
d)
D) Debat
e)
E) Sinektika
100 %
