wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Tələb və Təklif

Total questions: 30

Worksheet time: 15mins

Name
Class
Date
1.

Bazar qiyməti tarazlıq qiymətindən aşağı olarsa onda:

a)

əmtəə artıqlığı yaranır

b)

əmtəələrin qıtlığı əmələ gəlir

c)

ehtiyatların qiyməti azalır

d)

əmtəənin təklifi artır

e)

satıcılar bazarı formalaşır

2.

Tələb və təklifin həcmlərinin bərabər olduğu qiymət adlanır:

a)

satıcı qiyməti

b)

istehsal qiyməti

c)

tarazlıq qiyməti

d)

alıcı qiyməti

e)

normal qiymət

3.

Bazar tarazlığındakı dəyişikliklərin üç mərhələli təhlil metoduna nələr daxildir?

a)

Bunlardan heç biri

b)

Bunların hamısı

c)

əyrilərin sağa, yoxsa sola doğru yer dəyişdiklərinin təyin edilməsi;

d)

tələb və təklif diaqramından istifadə edərək hadisənin tarazlıq qiymətinə və tarazlıq miqdarına təsirinin təhlil edilməsi.

e)

baş verən hadisənin hansı əyrini (bəlkə də hər ikisini) hərəkət etdirəcəyinin təyin edilməsi

4.

Tələb və təklif qanunu nədir?

a)

tələb ilə qiymət arasındakı əlaqəni izah edən nəzəriyyədir

b)

qiymətin öz-özünü tənzimləyərək tələbin həcmini və təklifin həcmini tarazlığa gətirəcəyi haqqında nəzəriyyədir

c)

Bunların hamısı

d)

Bunlardan heç biri

e)

təklif ilə qiymət arasındakı əlaqəni izah edən nəzəriyyədir

5.

Tarazlıq qiyməti nədir?

a)

əmtəə və xidmətlər bazarında tarazlıq yaratmaq mümkün deyil

b)

bazarda tələbin həcminin təklifin həcminə bərabər olmasını tənzimləyən qiymət səviyyəsidir

c)

texnologiyanın səviyyəsi tədricən dəyişməlidir.

d)

bu əmtəə həmişə dəbdə olmalıdır

e)

qiymət istehsal xərclərilə mənfəətin cəminə bərabər olmalıdır.

6.

Tələbin həcminin təklifin həcmindən daha yüksək olduğu vəziyyət necə adlanır?

a)

izafilik

b)

çatışmazlıq

c)

gözlənilməz vəziyyət

d)

böhran vəziyyəti

e)

normal vəziyyət

7.

Təklifin həcminin tələbin həcmindən daha yüksək olduğu vəziyyət necə adlanır?

a)

normal vəziyyət

b)

izafilik

c)

gözlənilməz vəziyyət

d)

böhran vəziyyəti

e)

çatışmazlıq

8.

Əgər əmtəənin qiyməti tələb və təklif əyrilərinin kəsişmə nöqtəsindən aşağıdırsa, onda:

a)

əmtəə artıqlığı əmələ gələr

b)

əmtəə defisiti (qıtlığı) meydana çıxar

c)

tələbin həcmi artar

d)

həç nə baş verməz

e)

təklifin həcmi azalar

9.

Əgər əmtəənin təklifi və ona olan tələb artarsa, onda:

a)

tarazlıq qiymət artar

b)

əmtəənin tarazlıq həcmi artar

c)

tarazlıq qiymət azalar

d)

heç nə dəyişməz

e)

əmtəənin tarazlıq həcmi azalar

10.

Əmtəə və xidmətlər bazarında tarazlığı yaratmaq üçün:

a)

bu əmtəə həmişə dəbdə olmalıdır

b)

tələbin həcmi təklifin həcminə bərabər olmalıdır.

c)

texnologiyanın səviyyəsi tədricən dəyişməlidir.

d)

əmtəə və xidmətlər bazarında tarazlıq yaratmaq mümkün deyil

e)

qiymət istehsal xərclərilə mənfəətin cəminə bərabər olmalıdır.

11.

Qeyri-qiymət amillərinin təsiri nəticəsində təklif əyrisi yerini:

a)

sağ tərəfə dəyişir

b)

yerini sağ və ya sol tərəfə dəyişir

c)

yerini dəyişmir

d)

tələb əyrisi boyunca hərəkət edir

e)

sol tərəfə dəyişir

12.

Təklifə təsir göstərən qeyri-qiymət amillərinə aiddir:

a)

Bunlardan heç biri

b)

Bunların hamısı

c)

texnologiyalar

d)

satıcıların sayı

e)

istehsal amillərinin qiyməti

13.

Təklif əyrisinin yerdəyişməsi adlanı:

a)

təklifin həcminin dəyişməsi

b)

qiymətin sabit qalması

c)

qiymətin azalması

d)

təklifin dəyişməsi

e)

qiymətin artması

14.

Təklif əyrisi boyunca hərəkət adlanır:

a)

qiymətin azalması

b)

təklifin dəyişməsi

c)

qiymətin artması

d)

təklifin həcminin dəyişməsi

e)

düzgün cavab yoxdur

15.

Təklif əyrisinin meyli necədir?

a)

təklif əyrisi üfiqi xətdir

b)

təklif əyrisi yuxarıya doğru meyllidir.

c)

təklif əyrisi aşağıya doğru meyllidir.

d)

düzgün cavab yoxdur

e)

təklif əyrisi şaquli xətdir

16.

Təklif əyrisi aşağıdakını əks etdirən xətti təcəssüm etdirir:

a)

tələb və təklifin qarşılıqlı əlaqəsi

b)

əmtəənin qiymətinin dəyişməsindən asılı olana təklifin həcminin dəyişməsi

c)

alıcıların bu əmtəəni əldə etmək arzusu

d)

təklifin kəmiyyətinin müxtəlif amillərdən asılılığı

e)

alıcıların gəlirlərinin dəyişməsindən asılı olaraq təklifin dəyişməsi

17.

Təklif qanununa müvafiq olaraq, əmtəənin qiyməti artarsa:

a)

təklif artar

b)

təklifin kəmiyyəti artar

c)

təklifin kəmiyyəti azalar

d)

istehsalçıların arasında rəqabət güclənər

e)

təklif azalar

18.

Təklif qanunu əks etdirir:

a)

elastik və qeyri-elastik əmtəələr arasındakı əlaqəni

b)

hər bir əmtəənin elastiklik dərəcəsini

c)

tələb və təklif arasındakı əlaqəni

d)

satılan məhsulun miqdarı ilə qiyməti arasındakı əks əlaqəni

e)

satılan məhsulun miqdarı ilə qiyməti arasındakı birbaşa əlaqəni

19.

İstehsalçıların nemətləri bazara çatdırmaq arzusunu və qabiliyyətini əks etdirən davranış forması hansı anlayışla ifadə edilir?

a)

ehtiyac

b)

təklif

c)

iqtisadi maraq

d)

faydalılıq

e)

tələb

20.

Tələbə təsir göstərən qeyri-qiymət amillərinə aiddir:

a)

zövqlər

b)

əlaqəli əmtəələrin qiymətləri

c)

Bunların hamısı

d)

istehlakçının gəliri

e)

Bunlardan heç biri

21.

Tələb əyrisinin yerdəyişməsi adlanır:

a)

qiymətin azalması

b)

tələbin həcminin dəyişməsi

c)

qiymətin artması

d)

tələbin sabit qalması

e)

tələbin dəyişməsi

22.

Tələb əyrisi boyunca hərəkət adlanır:

a)

qiymətin azalması

b)

tələbin həcminin dəyişməsi

c)

tələbin dəyişməsi

d)

qiymətin artması

e)

qiymətin sabit qalması

23.

Tələb əyrisinin meyli necədir?

a)

tələb əyrisi aşağıya doğru meyllidir.

b)

tələb əyrisi üfiqi xətdir

c)

düzgün cavab yoxdur

d)

tələb əyrisi şaquli xətdir

e)

tələb əyrisi yuxarıya doğru meyllidir.

24.

Tələb əyrisi aşağıdakını əks etdirən xətti təcəssüm etdirir:

a)

əmtəənin qiymətinin dəyişməsindən asılı olana tələbin həcminin dəyişməsini

b)

tələbin kəmiyyətinin müxtəlif amillərdən asılılığını

c)

tələb və təklifin qarşılıqlı əlaqəsini

d)

alıcıların gəlirlərinin dəyişməsindən asılı olaraq tələbin dəyişməsini

e)

alıcıların bu əmtəəni əldə etmək arzusunu

25.

Tələb qanununa müvafiq olaraq, əmtəənin qiyməti artarsa:

a)

istehsalçıların arasındakı rəqabət güclənər

b)

tələb azalar

c)

tələb artar

d)

tələbin kəmiyyəti azalar

e)

tələbin kəmiyyəti artar

26.

Tələb qanununun iqtisadi məzmunu:

a)

satılan məhsulun miqdarı ilə qiyməti arasındakı əks əlaqəni

b)

tələb və təklif arasındakı əlaqəni

c)

hər bir əmtəənin elastiklik dərəcəsini

d)

alınan məhsulun miqdarı ilə qiyməti arasındakı birbaşa əlaqəni

e)

elastik və qeyri-elastik əmtəələr arasındakı əlaqəni

27.

Aşağıdakı anlayışlardan hansı insanların məhsulu almaq imkanları və istəklərini əks etdirir:

a)

təklif

b)

faydalılıq

c)

istək

d)

Tələb

e)

zərurət

28.

Qeyri-mükəmməl rəqabətli bazarlar:

a)

Bunlardan heç biri

b)

Bunların hamısı

c)

oliqopoliya

d)

inhisarçı rəqabət

e)

inhisar (monopoliya)

29.

Eyni növ əmtəənin çoxlu sayda müstəqil satıcısı və alıcısı ilə səciyyələnən bazar strukturu necə adlanır?

a)

oliqopoliya

b)

təkmil rəqabətli bazar

c)

inhisar

d)

inhisarçı rəqabətli bazar

e)

kartel

30.

Rəqabətin əsas formaları:

a)

sövdələşmə və kartel

b)

mükəmməl (təkmil) və qeyri-mükəmməl (qeyri-təkmil)

c)

tələb və təklif

d)

artıqlıq və izafilik

e)

duapoliya və oliqopoliya