NEW
Font size
WorksheetsCahibkarlıq və müəssisə - 2025-1
Total questions: 20
Worksheet time: 16mins
Bunlardan hansı sahibkarlıq fəaliyyətinin əlamətləri sırasına daxil deyildir?
Təşəbbüskarlıq
Müstəqillik
Risklilik
Dövlətçilik
Məsuliyyətlilik
Bunlardan kim Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz?
fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı
mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər
sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının və qurumların vəzifəli şəxsləri və mütəxəssisləri
xarici hüquqi şəxslər
hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs
Lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin müəyyənləşdirilməsi meyarlarından hansı yanlışdır?
fəaliyyət növü vətəndaşlara fərdi xidmətlərin göstərilməsini nəzərdə tutur
fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir
fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur
fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər
fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur
Dövlət qurumlarına neçə təsərrüfat ortaqlığının iştirakçısı (ortağı) olmasına icazə verilir?
yalnız birində
2-dən çox olmamaqla
5-dən çox olmamaqla
istədiyi qədər firmada (buna heç bir mhdudiyyət yoxdur)
dövlət qurumları heç bir təsərrüfat ortaqlığının iştirakçısı (ortağı) ola bilməzlər
Əgər hüquqi şəxs bir nəfər tərəfindən yaradılarsa, onun dövlət qeydiyyatı zamanı aşağıdakı sənədlərdən hansı tələb olunmur?
Təsis müqaviləsi
Firmanın qeydiyyata alınması üçün ərizə
Nizamnmə
Firmanın hüquqi ünvanını təsdiq edən sənəd
Qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə qəbz
Nizamnamə kapitalı səhm buraxılması yolu ilə formalaşan hüquqi şəxsin təşkilati-hüquqi forması nədir?
tam ortaqlıq
kommandit ortaqlıq
məhdud məsuliyyətli cəmiyyət
əlavə məsuliyyətli cəmiyyət
səhmdar cəmiyyəti
Aşağıdakılardan hansı biznesin qarşılıqlı asılı beş mühüm komponenti sırasına daxil deyil?
Dəyərin yaradılması
Marketinq
Rəqabət
Maliyyənin idarə olunması
Satış
Biznesin başlıca məhdudiyyətləri (biznesi qurandan asılı olmayan) bunlar hesab olnur:
bazarın ölçüsü və keyfiyyəti
maliyyə və kadr çatışmazlığı
bilik və bacarıqların səviyyəsi
kapital və ideya çatışmazlığı
təşkiletmə və idarəetmə qabiliyyətləri
“Hər hansı bir müəssisənin payını almaq və bu paya müvafiq birdəfəlik yaxud daimi ödəmə şəklində gəlir götürmək” – bu, dəyərin hansı standart formasıdır?
kapital
xidmət
icarə
vasitəçilik
sığorta
Bu müəyyənliklərdən hansı Kanvas Biznes Modelini (BMC) daha doğru ifadə edir?
BMC - biznesin gedişini (firmanın fəaliyyətini) davamlı olaraq qiymətləndirmək üçün istifadə olunan strateji idarəetmə alətidir
BMC - bir biznes ideyanın həyata keçiriləbilənliyini ortaya qoyan fizibiliti (həyata keçirilməsi mümkünlüyünün müəyyən edilməsi) çalışmasıdır
BMC – sahə bazarındakı rəqabət durumunu təhlil etmək üçün istifadə olunan strateji təhlil alətidir
BMC – biznesin (frmanın) güclü və zəif tərəflərini, habelə imkan və təhlükələri müəyyən etməyə imkan verən strateji təhlil alətidir
BMC – fəaliyyətini genişləndirmək istəyən firmalar üçün uyğunlaşdırılmış biznes plandır
Kanvas Biznes Modelinin bölmələrinin aşağıda sadalanan adlarından hansı yanlışdır?
istehlakçı segmentləri
dəyər təklifi
satış kanalları
müştərilərlə münasibətlər
başlıca metriklər (ölçü göstəriciləri)
Bu suallardan hansı Kanvas Biznes Modelinin “İstehlakçı seqmentləri” bölməsində cavablandırılır?
Müştəriyə hansı dəyəri təqdim edirik?
Müştəri segmentlərimizə hansı kanallarla çıxa bilərik?
Müştərilərimiz hansı dəyərlərə (mal və xidmətlərə) həqiqətən pul ödəməyə hazırdırlar?
Dəyəri kimin üçün yaradırıq?
Dəyər təkliflərimiz hansı başlıca fəaliyyətləri tələb (zəruri) edir?
Aşağıdakı fikirlərdən hansı biznes-planın əhəmiyyətini ifadə eləmir?
Biznes-plan – bir idarərtmə sənədidir
Biznes-plan – biznesin qurulması və inkişafına investisiya cəlb edilməsi vasitəsidir
Biznes-plan – hazırlanması ilə bağlı hamı tərəfindən qəbul edilən vahid forma və tələblərin olmadığı bir planlama formatıdır
Biznes-plan – biznes sahibinə və idarəedicilərə işlərin gedişini qiymətləndirməyə imkan verən istinad sənədidir
Biznes-plan – yeni biznes ideyasının reallaşdırılmasının yol xəritəsidir
Bunlardan hansı biznes-planın hazırlanması prinsiplərinə aid deyil?
Mühitə uyğunlaşma
Surəklilik (fasiləsizlik)
Komplekslilik
Çoxfunksionallıq
Əlaqəlilik
Biznes planın tərtibi və məzmununa qarşı qoyulan tələblərdən hansı yanlışdır?
biznes-planın sadə və dolğun hazırlanmalı, orada ümumi istifadədə olan terminlərdən istifadə edilməlidir
orada yazılan hər detal reallığa uyğun olmalı, həqiqi təhlillər üzərindən hazırlanmalıdır
nəzərdə tutulan ideyanın həyata keçirilməsi istiqamətində mövcud olan çətinliklər biznes-planda obyektiv qiymətləndirilməlidir
biznesin reallaşdırılmasında qarşıya çıxa biləcək mövcud risklərin bisnes-planda qeyd olunması məqsədəuyğun deyil
biznes-planda ikinci dərəcəli məlumatlar verilməməlidir
Biznes-planın “Titul vərəqi”ndə aşağıdakı məlumatlardan hansı əks olunmur?
Sahibkarlıq subyektinin adı, hüquqi və fəaliyyət ünvanı
Rəhbərin, habelə payçı və səhmdarlarının adı və ünvanları
Şirkətin təşkilati-hüquqi və mülkiyyət forması
Sahibkarlıq subyektinin dövlət orqanlarında qeydiyyat rekvizitləri
Maliyyə planı və strategiyası
Biznes-planın “Məhsulun (iş və ya xidmətin) xarakteristikası” bölməsində aşağıdakı məlumatlardan hansı olmur?
məhsulun (iş və ya xidmətin) adı
məhsulu (iş və ya xidməti) təqdim edən firmanın adı və ünvanı
məhsulun təyinatə və çeşidi
məhsulun xammal-material tərkibi
oxşar məhsullardan fərqli (üstün və çatışmayan) cəhətləri
Bunlardan hansı sahənin həyat (inkişaf) tsiklinin mərhələlərinə aid deyil?
sahənin böyümə mərhələsi
sahənin formalaşma mərhələsi
sahənin yetkinlik mərhələsi
sahənin ölkə xaricinə yayılma mərhələsi
sahənin tənəzzül mərhələsi
Bunlardan hansı M.Porterin “Rəqabətin hərəkətverici qüvvələri” modelində olan rəqabətcil qüvvələrə aiddir?
başqa sahələrdə mövcud şirkətlərin rəqabət gücü
sahəyə yeni daxil olmaq istəyən şirkətlərin rəqabət gücü
məhsulun idxalatçılarının (malı xaricdən gətirənlərin) rəqabət gücü
tamamlayıcı məhsulların rəqabət gücü
ölkə iqtisadiyyatının rəqabət gücü
Bunlardan hansı PESTLE-analizin struktur elementi deyil?
rəqabət mühiti amilləri
siyasi mühit amiləri
iqtisadi mühit amiləri
sosial-mədəni mühit amilləri
hüquqi mühit amilləri
