wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Aralıq imtanına hazırlıq

Total questions: 50

Worksheet time: 50mins

Name
Class
Date
1.

“Rəqəmsal olan hər hansı proses daha asandır”  fikri kimə aiddir?

a)

Vesterman

b)

McKinsey

c)

D Kreiss

d)

J.S. Brennen

e)

G.Moore

2.

Hansı sahədə rəqəmsal hökumət daha çox effektivlik qazandırır?

a)

Sosial xidmətlər və sənədləşmə prosesləri

b)

Yalnız tikinti sahəsində

c)

   Ənənəvi kənd təsərrüfatı sistemlərində

d)

   Fiziki idman tədbirlərində

e)

   Əl ilə idarə olunan istehsalat

3.

Rəqəmsal transformasiyanın üstünlüklərindən biri deyil:

a)

Əməliyyatların asanlaşdırılması

b)

Artan innovasiya və çeviklik

c)

Institutlar arasında daha asan əməkdaşlıq

d)

Məlumatların şəffaflığının azalması

e)

Daha yaxşı təşkilati mədəniyyətin yaradılması

4.

Rəqəmsal bacarıqların inkişafı hansı sahəyə müsbət təsir göstərir

a)

Əmək bazarına inteqrasiya

b)

Kağız istehsalına

c)

  Ənənəvi idarəetmənin bərpasına

d)

   Əl əməyinin genişləndirilməsinə

e)

Sənədlərin fiziki daşınmasına

5.

Elektron arxiv sistemlərinin tətbiqi hansı nəticəni verir?

a)

Məlumatların sürətli axtarışı və əldə olunması

b)

 Fiziki saxlama məkanlarının artırılması

c)

   Kağız yığımının artması

d)

   Məlumatların unudulması

e)

   Hər sənədin surətinin çıxarılması

6.

Rəqəmsal hökumət layihələrinin uğuru üçün nə vacibdir?

a)

İnfrastruktur və təlimlərin təmin olunması

b)

   Fiziki arxivlərin genişləndirilməsi

c)

Əl ilə sənəd dövriyyəsi

d)

   Sənəd sayının artırılması

e)

   Bürokratik maneələrin çoxaldılması

7.

Elektron idarəetmə hansı halda effektiv olur?

a)

Texnoloji infrastruktur və təlim təmin edildikdə

b)

Yalnız kağız sənədlərlə iş aparıldıqda

c)

   Fiziki nəzarət gücləndikdə

d)

   Əl ilə hesabatlar verildikdə

e)

Bürokratik prosedurlar çoxaldıqda

8.

Başdan-sona rəqəmsal xidmətlərinüstünlüklərinə aid deyil:

a)

Xidmətlər daha səmərəli və idarəedilən olur

b)

Ərizə və müraciətlərin gedişatı izlənir,  şəffaflaşır

c)

Ərizələrin işlənməsi, yaxud təsdiqlənməsi avtomatlaşdırılır

d)

Digər dövlət məlumat bazaları ilə qarşılıqlı yoxlama/doğrulama real vaxt rejimində olur

e)

Biznes hesabatları, statistika daha çox vaxtda hazırlanır.

 

9.

Rəqəmsallaşma hansı iqtisadi göstəriciyə daha çox təsir edir?

a)

Ümumi daxili məhsul (ÜDM)

b)

Əhali artım səviyyəsi

c)

   İqlim dəyişiklikləri

d)

   Coğrafi mövqe

e)

Ərazi bütövlüyü

10.

Rəqəmsallaşma hansı yeni sahənin inkişafına səbəb olmuşdur?

a)

Fintech (rəqəmsal maliyyə texnologiyaları)

b)

Kütləvi əkinçilik

c)

   Metal emalı

d)

Neft-kimya sənayesi

e)

   Tikinti texnologiyaları

11.

Rəqəmsal iqtisadiyyat üçün əsas stimul nədir?

a)

Ənənəvi istehsal üsulları

b)

Yalnız dövlət tənzimləməsi

c)

   Qiymət sabitliyi

d)

Texnoloji yeniliklər və investisiyalar

e)

Sərt vergi siyasəti

12.

Rəqəmsal transformasiya dövründə insan kapitalının əhəmiyyəti nədən ibarətdir?

a)

   Ənənəvi üsullara qayıdış

b)

Fiziki əməyə tələbatın artması

c)

Yeni texnologiyaların mənimsənilməsi

d)

Kağız sənədlərin qorunması

e)

Yerli bazarların daralması

13.

Çoxkanallı strategiyalar dedikdə nə başa düşülür?

a)

Xidmətə daxil olmaq (məsələn, veb-səhifə və ya mobil tətbiq) çox vaxt istifadəçidən çox az səy tələb edir və ya heç bir səy tələb etmir

b)

Bu strategiyalar bir çox kanalda ardıcıllığın təmin olunmasına kömək edir.

c)

Burada ənənəvi departament əsaslı xidmət göstərilməsindən uzaqlaşaraq həyat hadisəsi yanaşmasına doğru keçid nəzərdə tutulur.

d)

Xidmət fərdin ehtiyaclarına, maraqlarına və vəziyyətinə uyğunlaşdırılır.

e)

Hökumət məlumatların təhlili əsasında ehtiyacları və potensial problemləri təxmin edir.

14.

Proaktiv dedikdə nə başa düşülür?

a)

Xidmətə daxil olmaq (məsələn, veb-səhifə və ya mobil tətbiq) çox vaxt istifadəçidən çox az səy tələb edir və ya heç bir səy tələb etmir

b)

Bu strategiyalar bir çox kanalda ardıcıllığın təmin olunmasına kömək edir.

c)

Burada ənənəvi departament əsaslı xidmət göstərilməsindən uzaqlaşaraq həyat hadisəsi yanaşmasına doğru keçid nəzərdə tutulur.

d)

Xidmət fərdin ehtiyaclarına, maraqlarına və vəziyyətinə uyğunlaşdırılır.

e)

Hökumət məlumatların təhlili əsasında ehtiyacları və potensial problemləri təxmin edir.

15.

Ən yaxşı istifadəçi təcrübəsindən və istifadəçi mərkəzli bir dizayn prosesindən istifadə etməyin dövlət qurumlarına verdiyi üstünlüklərdən biri deyil:

a)

Asanlıqla başa düşülən və ötürülən məlumatları istehsal etmək

b)

Daxili və xarici tranzaksiyaları daha da çətinləşdirən sistemlər yaratmaq

c)

Insanlarla əlaqəni asanlaşdıraraq qərar qəbuletmədə vətəndaş iştirakını təşviq etmək

d)

Data istifadə olunan sistemlərdə məhsuldarlıq və səmərəliliyi artırmaq

e)

Əks əlaqə və digər performans göstəricilərinin təhlili əsasında xidmətləri inkişaf etdirmək.

16.

Qeyri rəqəmsal xidmətlərə aid deyil:

a)

Dülgərlik

b)

Müəllimlik

c)

Bərbərlik

d)

Həkimlik

e)

Səsli ünsiyyət

17.

Rəqəmsal iqtisadiyyat anlayışına aiddir:

a)

Ardıcıllıq iqtisadiyyatı

b)

Qıtlıq iqtisadiyyatı

c)

Şəbəkə iqtisadiyyatı

d)

Proqnoz iqtisadiyyatı

e)

Sistemli iqtisadiyyat

18.

Diqqət iqtisadiyyatı nədir?

a)

Platforma kimi fəaliyyət göstərən bizneslərə diqqət yetirir.

b)

İnternet mal və xidmətlərinin iqtisadiyyatını əhatə edir.

c)

Insanların diqqətinin yaratdığı dəyərlə bağlıdır.

d)

Virtual dünyaların iqtisadiyyatıdır.

e)

Məlumatların toplanması və təhlili biznesinə diqqət yetirir.

 

19.

Rəqəmsallaşma hansı sahədə bizneslərin inkişafına təkan verib?

a)

Elektron kommersiya

b)

Kənd təsərrüfatı

c)

Ənənəvi pərakəndə satış

d)

Kütləvi nəqliyyat

e)

   Təchizat zənciri

20.

Rəqəmsallaşmanın işçi qüvvəsinə təsiri ilə bağlı hansı yanaşma daha doğrudur?

a)

Yeni bacarıqlar tələb olunur və bəzən ixtisarlara səbəb olur

b)

Bütün iş yerləri rəqəmsallaşmadan azad qalır

c)

  Rəqəmsallaşma yalnız fiziki işçiləri gücləndirir

d)

İşçilərin maaşları avtomatik artır

e)

  Rəqəmsallaşma iş saatlarını azaldır

21.

Maşınların (əşyaların) interneti nədir?

a)

Fiziki istehsal həyata keçirilməzdən qabaq maşınlar, məhsullar və insanlar simulyasiya edilir

b)

Firmaların və proseslərin ortaya çıxa biləcək təhlükəsizlik problemlərini həll edə biləcək sistemlərdir

c)

Sənaye platformalarında maşınların (əşyaların,robotların) bir-biri ilə birbaşa əlaqə qura biləcəyi bir elektron rabitə mühitidir

d)

Özlərini idarə edə bilə robotlardır

e)

Müxtəlif mənbələrdən əldə edilən böyük məlumat dəstləridir

22.

Rəqəmsal mal hansıdır?

a)

Avtomobillər

b)

Kitablar

c)

Spotifyda musiqi parçaları

d)

Mebellər

e)

Kompüterlər

23.

Daimi durğunluq kim tərəfindən irəli sürülüb?

a)

C.Vatt

b)

McKinsey

c)

Brennen

d)

Vesterman

e)

A.Hansen

24.

Hazırki irəliləmə sürəti ilə dünya səviyyəsində iqtisadi olaraq gender bərabərliyinə çatmaq üçün təxminən neçə ilə ehtiyacımızın olduğu güman olunur?

a)

92

b)

83

c)

118

d)

77

e)

65

25.

İnformasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsilə elektron kitabların, musiqilərin, yüklənməsi və s. ) üzrə fəaliyyətlərin həyata keçirilməsidir:

a)

Rəqəmsal transformasiya

b)

Texnoloji tərəqqi

c)

Elektron ticarət

d)

Məcmu Faktor Məhsuldarlığı

e)

Süni Zəka (Aİ)

26.

Bu adda onlayn ödəmə portalı yoxdur?

27.

Amazon.com hansı ölkəyə məxsusdur?

a)

ABŞ

b)

Çin

c)

Türkiyə

d)

Avstraliya

e)

Braziliya

28.

“MercadoLibre” və “B2W Digital Inc.” hansı ölkənin elektron ticarət bazarının liderləri hesab olunur?

a)

Kanada

b)

Çin

c)

Rusiya

d)

Yaponiya

e)

Braziliya

29.

Ofisait.com hansı növ elektron ticarətlə məşğul olur?

a)

Ətirlərin satışı ilə məşğul olan saytdır.

b)

Geyim, ayaqqabı və aksesuarların satışını həyata keçirir.

c)

Sayt mənsub olduğu müəssisənin məhsullarını satmaq üçün deyil, ayrı-ayrı satıcıların öz məhsullarını yerləşdirməsi üçün yaradılıb.

d)

Əsasən ofis ləvazimatları və məktəbli əşyalarının ticarəti ilə məşğuldur.

e)

Məişət avadanlıqlarının satışını həyata keçirir.

30.

Alibaba.com hansı ölkəyə məxsus platformadır?

a)

Almaniya

b)

ABŞ

c)

 Çin

d)

Rusiya

e)

Braziliya

31.

Azərbaycanda “Elektron ticarət haqqında” qanun  nə vaxt qəbul olunmuşdur?

a)

2015

b)

2013

c)

 2005

d)

2017

e)

2011

32.

Onların köməyi ilə robot cisimlərdən gələn işığı tanıya, səs dalğalarını təyin edə bilər...

a)

İşıq və səs sensorları

b)

Uzaqdan nəzarətçi

c)

Daxili nəzarətçi

d)

Enerji mənbəyi

e)

Təzyiq sensorları

33.

Robotlarda uzaqdan nəzarət hansı işi görür?

a)

Onların köməyi ilə robot cisimlərdən gələn işığı tanıya, səs dalğalarını təyin edə bilər.

b)

Robotların güc mənbəyini təşkil edir. Bəziləri batareya ilə işləyir.

c)

Şəkillərə əsasən operator robotun hara hərəkət etməli olduğunu və hansı tapşırığı yerinə yetirməli olduğunu müəyyənləşdirir.

d)

Onlar robota onun obyektə dəydiyini və istiqamətini dəyişməli olduğunu bildirir

e)

Tapşırıqları və təlimatları yerinə yetirmək üçün lazım olan bütün məlumatları ehtiva edir.

34.

Robotlar əsasən neçə kateqoriyaya görə fərqlənirlər?

a)

6

b)

5

c)

4

d)

3

e)

2

35.

Robotlar hansı kateqoriyaya görə fərqlənirlər?

a)

istifadə və hərəkət

b)

işlək və qeyri işlək

c)

sistemli və qarışıq

d)

stabil və dəyişkən

e)

kiçik və böyük

36.

Sənaye robotları:

a)

Kosmosun ən uzaq nöqtələrini və okean dibinin ən qaranlıq xəndəklərini araşdırmaq üçün istifadə olunur

b)

Ev sahiblərinin həyatını sakitcə yaxşılaşdıran kiçik ev köməkçiləridir.

c)

Tez-tez maşının ən əsas formasını təşkil edir: təkrarlanan işi yerinə yetirən stasionar və ya yarı stasionar cihaz.

d)

Cərrahlara incə əməliyyatlar yerinə yetirməkdə kömək edən avtonom qollardan tutmuş, zehni idarə olunan robot protezlər və ekzoskeletlərin inkişaf etməkdə olan sahəsinə qədər dəyişə bilər

e)

İqlim dəyişikliyi və dəniz qazma kimi sənayeləşmə səyləri nəticəsində dağılmış dəniz ekosistemlərinin hissələrinə kömək etmək üçün istifadə olunur.

37.

Kəşfiyyat robotları:

a)

Tez-tez maşının ən əsas formasını təşkil edir: təkrarlanan işi yerinə yetirən stasionar və ya yarı stasionar cihaz.

b)

Kosmosun ən uzaq nöqtələrini və okean dibinin ən qaranlıq xəndəklərini kəşf etmək üçün istifadə olunur

c)

Ev sahiblərinin həyatını sakitcə yaxşılaşdıran kiçik ev köməkçiləridir.

d)

Cərrahlara incə əməliyyatlar yerinə yetirməkdə kömək edən avtonom qollardan tutmuş, zehni idarə olunan robot protezlər və ekzoskeletlərin inkişaf etməkdə olan sahəsinə qədər dəyişə bilər

e)

İqlim dəyişikliyi və dəniz qazma kimi sənayeləşmə səyləri nəticəsində dağılmış dəniz ekosistemlərinin hissələrinə kömək etmək üçün istifadə olunur.

38.

Gələcək illərdə tələbin artacağı peşələr sırasına daxildir:

a)

Süni Zəka və maşın öyrənmək mütəxəssisləri

b)

Məlumat daxil edən katiblər

c)

Mühasibat uçotu, mühasibatlıq və əmək haqqı işçiləri

d)

Fabrik işçiləri

e)

Poçt xidməti üzrə işçilər

39.

Rəqəmsal iqtisadiyyatda “çevik innovasiya” (agile innovation) modeli nə ilə fərqlənir?

a)

Ənənəvi məhsul inkişaf dövrünün uzunluğunu qoruması ilə

b)

   Risklərin tamamilə aradan qaldırılması ilə

c)

Davamlı təhlil və iterativ yanaşmalarla sürətli uyğunlaşmanı təmin etməsi ilə

d)

   İstehsalın dayandırılması ilə

e)

  Müştəri rəyinin nəzərə alınmaması ilə

40.

Rəqəmsal transformasiyanın “inklusiv inkişaf” modelinə töhfəsi nədir?

a)

Ənənəvi sektorları məhdudlaşdırması

b)

   Bazarın monopoliyalaşmasına dəstək verməsi

c)

İşsizliyin artırması

d)

Geniş əhali qruplarının iqtisadi imkanlara çıxışını artırması

e)

   Sosial müdafiənin zəifləməsi

41.

Neçə nəsil robot növü var?

a)

2

b)

3

c)

4

d)

5

e)

6

42.

Uzaqdan idarə olunan robotlarda istifadə olunan texnologiyalardan deyil:

a)

İnfraqırmızı texnologiya

b)

Nitqin tanınması texnologiyası

c)

Səs texnologiyası

d)

Sistem texnologiyası

e)

Radiotezlik texnologiya

43.

Nitqin tanınması texnologiyası nədir?

a)

Məqsəd mikrofonda deyilən bir nitqi təhlil etməkdir, daha sonra yazıya köçürülür və istifadə olunur.

b)

Ötürücü vasitəsilə kodları ötürmək üçün radio dalğalarından istifadə edir

c)

İnfraqırmızı pult qəbulediciyə və ya robota siqnal göndərmək üçün infraqırmızı işıqdan istifadə edir.

d)

Bu, səslərin tezliyinə daha çox diqqət yetirir, birincisi isə onun akustikasından asılıdır.

e)

Pultun işləməsi üçün müxtəlif şəbəkələrdən istifadə edir.

44.

Şəbəkə texnologiyası nədir?

a)

Məqsəd mikrofonda deyilən bir ifadəni təhlil etməkdir, daha sonra yazıya köçürülür və istifadə olunur.

b)

Bu, səslərin tezliyinə daha çox diqqət yetirir, birincisi isə onun akustikasından asılıdır.

c)

Ötürücü vasitəsilə kodları ötürmək üçün radio dalğalarından istifadə edir.

d)

İnfraqırmızı pult qəbulediciyə və ya robota siqnal göndərmək üçün infraqırmızı işıqdan istifadə edir.

e)

Pultun işləməsi üçün müxtəlif şəbəkələrdən istifadə edir.

45.

Maschio Gaspardo tərəfindən yaradılan innovativ özüyeriyən Icaro X4 robot texnikası neçənci ildə təqdim olunub?

a)

2019

b)

2014

c)

2017

d)

2023

e)

2012

46.

Icaro X4 robot texnikasının hansı kənd təsərrüfatı sahəsində istifadəsi nəzərdə tutulur?

a)

bağçılıq və üzümçülükdə

b)

çayçılıqda

c)

toxumçuluqda

d)

fındıqçılıqda

e)

ipəkçilikdə

47.

İlk robot istehsal edən şirkət hansıdır?

a)

Unimation

b)

Caption

c)

Robocop

d)

Xiaomi

e)

Dyson

48.

Robot atası kimi tanınan mühəndis kim olmuşdur?

a)
b)

Engelberger

c)

McKinsey

d)

A.Hansen

e)

Uensli

49.

1925-ci ildə amerikalı mühəndis Uensli tərəfindən yaradılan robota o hansı adı vermişdi?

a)

Televizor

b)

Teletab

c)

Televox

d)

Telebot

e)

Teleman

50.

İlk robot şirkətinin qurucusu kim olmuşdur?

a)

McKinsey

b)
c)

A.Hansen

d)

Corc Devol və Cozef Engelberqer

e)

K.Çapek