wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

100-150

Total questions: 50

Worksheet time: 4hrs 10mins

Name
Class
Date
1.

Verilənlərdən biri nitq etiketinin formalarına aid deyil:

a)

müraciət

b)

vidalaşma

c)

tanışlıq

d)

təlqin

e)

salamlaşma

2.

“...həmsöhbətin müsbət keyfiyyətləri barədə bir qədər şişirdilmiş xoş sözlərdir ki, bundan ona zövq vermək, özünə və ya müzakirə olunan məsələyə diqqət çəkmək məqsədilə istifadə edilir”. Verilən fikir aiddir:

a)

komplimentə

b)

empatiyaya

c)

təlqinə

d)

identifikasiyaya

e)

yoluxmaya

3.

Verilənlərdən biri təqlidə aiddir:

a)

Bir insanın digərinə məqsədyönlü təsiridir.

b)

Başqa insanın emosional vəziyyətini dərk edə bilmək

c)

Qeyri­tənqidi qavrayışa əsaslanan informasiya ötürülməsi prosesidir

d)

Başqasının nümayiş edirdiyi davranışın eynilə təkrar edilməsidir.

e)

Məntiqi əsaslandırmanın köməyi ilə informasiyanı qəbul edən insanın razılığını almağa nail olmaqdır.

4.

Latın dilindən tərcümədə “...” sözü “eyniləşmə”, “oxşatma” mənalarını bildirir. Nöqtələrin yerinə uyğun gələni göstərin:

a)

təlqin

b)

təqlid

c)

inandırma

d)

identifikasıya

e)

yoluxma

5.

Etiketin tərkib hissələri hansılardır?

a)

nitq etiketi, səliqəlilik və savadlılıq

b)

davranış etiketi, zahiri görünüş və identifikasiya

c)

səmimiyyət,nizam və məxfilik

d)

hörmət,nəzakət və etibarlılıq

e)

xarici görünüş,nitq və davranış etiketi

6.

“İnsanın zahiri görünüşü və məziyyətləri barədə söylənən xoş sözlərdir.” Verilən fikir komplimentin hansı növünə aiddir?

a)

xüsusi kompliment

b)

adi kompliment

c)

qeyri­rəsmi kompliment

d)

kübar kompliment

e)

işgüzar kompliment

7.

Verilən fikir işgüzar etiketin hansı prinsipinə aiddir? kimi qayğı və ehtiyatla qoruyub­saxlamaq vacibdir.

Müəssisənin, korporasiyanın və ya konkret sazişin sirlərini öz şəxsi sirriniz

a)

dəqiqlik

b)

ətrafınızdakılara diqqət

c)

zahiri görünüş

d)

savadlılıq

e)

məxfilik

8.

Xarici görünüş etiketinə nələr daxildir?

a)

səlis və aydın nitq

b)

nəzakətli rəftar, hərəkət və davranışlar

c)

mədəni ünsiyyət və nitq davranışını tənzimləyən etik qaydalar

d)

səliqəli, zövqlü geyim tərzi, saç düzümü

e)

nümunəvi hesab edilən hərəkətlər

9.

“. . . hər bir xalqın dilində onun milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq işlədilən ifadələrdir” cümləsində nöqtələrin yerinə hansı ifadə yazılmalıdır?

a)

danışıq mədəniyyəti

b)

ədəbi dil

c)

nitq fəaliyyəti

d)

nitq etiketləri

e)

işgüzar ünsiyyət

10.

“Xüdahafiz”, “Sağ olun”, “Salamat qalın”, “Yaxşı yol”, “Görüşənədək” və s. kimi ifadələr nitq etiketinin hansı formasına daxildir?

a)

davranış

b)

müraciət

c)

tanışlıq

d)

salamlaşma

e)

vidalaşma

11.

İnandırma nədir?

a)

Qeyri­tənqidi qavrayışa əsaslanan informasiya ötürülməsi prosesidir.

b)

Məntiqi əsaslandırmanın köməyi ilə informasiyanı qəbul edən insanın razılığını almağa nail olmaq deməkdir.

c)

İnsanın istəmədən, qeyri­ixtiyari olaraq, müəyyən psixi vəziyyətlərə düşməsinə meyilliliyidir.

d)

Bir insanın digərinə məqsədyönlü təsiridir.

e)

Başqasının nümayiş edirdiyi davranışın eynilə təkrar edilməsidir.

12.

Təqlid nədir?

a)

Bir insanın digərinə məqsədyönlü təsiridir

b)

Şəxsiyyətin şüuruna onun öz tənqidi düşüncəsinə istinadən intellektual təsir göstərməkdir

c)

Başqasının nümayiş edirdiyi davranışın eynilə təkrar edilməsidir.

d)

Qeyri­tənqidi qavrayışa əsaslanan informasiya ötürülməsi prosesidir.

e)

Məntiqi əsaslandırmanın köməyi ilə informasiyanı qəbul edən insanın razılığını almağa nail olmaq deməkdir.

13.

İşgüzar ünsiyyətdə vidalaşma zamanı istifadə edilmir:

a)

Xüdahafiz

b)

Allah amanında

c)

Salamat qalın

d)

Xoş gördük

e)

Sağ olun

14.

“İş yoldaşlarını, rəisləri və tabelilikdə olanları əhatə edir". Verilən fikir işgüzar etiketin hansı prinsipinə aiddir?

a)

zahiri görünüş

b)

məxfilik

c)

xeyirxahlıq və səmimiyyət

d)

ətrafınızdakılara diqqət

e)

savadlılıq

15.

Biri müraciət etiketlərinə aid deyil:

a)

Cənab

b)

Yoldaş

c)

Qızım

d)

Bağışlayın

e)

Vətəndaş

16.

Müraciət etiketlərini göstərin:

a)

Təbrik edirəm, qızım, cənab

b)

Xoş gördük

c)

Oğlum, uğur olsun, sağ olun

d)

Buyurun, əyləşin, xanım, cənab

e)

Salam, bağışlayın, gecəniz xeyrə qalsın

17.

Etika hansı elmin tədqiqat sahəsidir?

a)

dilçilik

b)

psixologiya

c)

fəlsəfə

d)

estetika

e)

pedaqogika

18.

“Daxili sənədlər və müəssisədən kənara göndərilən məktublar savadlı şəkildə, səlis dillə, səhvsiz tərtib edilməlidir”. Verilən fikir işgüzar etiketin hansı prinsipinə aiddir?

a)

zahiri görünüş

b)

ətrafınızdakılara diqqət

c)

dəqiqlik

d)

savadlılıq

e)

məxfilik

19.

De Yagerin formalaşdırdığı işgüzar etiketin neçə əsas prinsipi var?

a)

4

b)

3

c)

2

d)

6

e)

5

20.

Etiketin hansı funksiyaları qeyd edilir:1. tənzimləyici funksiya 2. tanışlıq funksiyası
3. mövqe funksiyası
4. kommunikativ funksiya

5. simvolik funksiya

a)

1, 2, 3

b)

2, 3, 5

c)

1, 3, 4

d)

1, 4, 5

e)

3, 4, 5

21.

"Etiket" sözünü kimin adı ilə bağlayırlar?

a)

Frank kralı Xlodviq

b)

Almaniya kralı I Otto

c)

İspaniya kralı II Filipp

d)

Fransa kralı XIV Lüdoviqin

e)

Napoleon Bonapartın

22.

Verilən fikir hansı çətin dinləyiciyə aiddir: "Öz daxili dünyası, daxili problemləri ilə yaşayır, daim bu problemləri götür­qoy eddir".

a)

yalançı

b)

məntiqli

c)

xəyalpərəst

d)

sözkəsən

e)

asılı

23.

Aşağıdakılardan biri refleksiv dinləməyə aid deyil:

a)

aydınlaşdırma

b)

ifadəni dəyişmə

c)

həmsöhbətlə əks əlaqə qurmaq

d)

hisslərin əks olunması

e)

qeyri­verbal reaksiya

24.

"Bu tipli dinləyicilər elə təsəvvür yaradırlar ki, guya qarşı tərəfi çox diqqətlə dinləyirlər". Söhbət hansı çətin dinləyicidən gedir?

a)

sözkəsən

b)

məntiqli

c)

asılı

d)

xəyalpərəst

e)

yalançı

25.

Qeyri­refleksiv dinləmə nədir?

a)

Xəbərin həqiqi əhəmiyyətinin aşkar edilməsidir.

b)

Hisslərin əks olunmasıdır.

c)

Uğurlu ünsiyyətin açarıdır.

d)

Həmsöhbətin nitqinə replikaları və rəylərı ilə mane olmadan maksimal dərəcədə fikrin cəmlənməsidir.

e)

Mesajların mənasını açmaq və həmsöhbətlə fəal şəkildə əks əlaqə qurmaq prosesidir.

26.

Nitq kommunikasiyası nədir?

a)

Dil vasitəsilə insanların ünsiyyət (kommunikasiya) formasıdır.

b)

Eyni bir dil kollektivinin üzvləri ilə əlaqə üçün danışanların dildən istifadə etməsidir.

c)

Məlumatın dil vasitəsilə ötürülməsi və qavranılmasını özündə ehtiva edən bir fəaliyyətdir.

d)

İnsanın ünsiyyət və zehni fəaliyyət vasitəsi kimi xidmət edən əlamətlər sistemidir.

e)

Sırf qrammatik və sintaktik kateqoriyadır.

27.

"Varımı talan edin, bircə dilimə toxunmayın. Çox keçməz yenə hər şeyi özümə qaytararam". Verilən fikir kimə məxsusdur?

a)

J.Büffon

b)

Sokrat

c)

De Yager

d)

Zino Stoik

e)

C.Uebster

28.

Nitq fəaliyyətinin növlərindən biri yanlışdır:

a)

yazı

b)

oxu

c)

dinləmə

d)

danışıq

e)

müşahidə

29.

"Bəyanat reallığın məntiqini, düşüncə məntiqini əks etdirməlidir və nitq ifadəsinin məntiqi ilə xarakterizə olunmalıdır". Göstərilən xüsusiyyətlər kommunikasiya mədəniyyətinin hansı meyarına aiddir?

a)

kommunikativ məqsədəuyğunluq

b)

bəyanatın düzgünlüyü

c)

təqdimatın ardıcıllığı

d)

uyğunluq

e)

kommunikativ estetika

30.

Aşağıdakılardan biri çətin dinləyicilər qrupuna aid deyil:

a)

yalançı

b)

xəyalpərəst

c)

sərbəst

d)

sözkəsən

e)

məntiqli

31.

Dinləmənin neçə forması var?

a)

3

b)

4

c)

2

d)

6

e)

5

32.

Alimlər müəyyənləşdirmişlər ki, insanın vaxtının .... faizini kommunikasiya (ünsiyyət) təşkil edir:

a)

80.00%

b)

90.00%

c)

50.00%

d)

60.00%

e)

70.00%

33.

Səhv fikri göstərin:

a)

Ədəbi dilin əsas xüsusiyyəti standartlaşdırmadır.

b)

Ədəbi norma çərçivəsində seçimlər mövcuddur

c)

Nitq normasının formalaşmasında həm spontan, həm də şüurlu proseslər gedir.

d)

Normalar ədəbi dilin bütövlüyünü və anlayışını qorumağa mane olur.

e)

Normanın əsas mənbələrinə yazıçıların əsərləri, dilçilərin elmi araşdırmaları və s. daxildir.

34.

Kommunikativ motiv neçə formada təzahür edir?

a)

3

b)

6

c)

5

d)

2

e)

4

35.

Kommunikasiya mədəniyyətinin əsas meyarlarına daxildir:1. kommunikativ məqsədəuyğunluq 2. bəyanatın qarışıqlığı
3. təqdimatın ardıcıllığı
4. kommunikativ estetika

5. uyğunsuzluq

a)

2 4 5

b)

1 3 5

c)

1 2 5

d)

1 2 3

e)

1 3 4

36.

Kommunikasiya mədəniyyətinin əsasını təşkil edir:

a)
  • eyni bir dil kollektivinin üzvləri ilə əlaqə üçün danışanların dildən istifadə etməsi

b)
  • səviyyələr üzrə təşkil olunması

c)
  • konkret məqamlara nitq fəaliyyəti ilə müdaxilə etmək

d)
  • məlumatın dil vasitəsilə ötürülməsi və qavranılması

e)

danışıq standartlarını bilmək və ünsiyyət məqsədəuyğunluğu prinsipinə riayət etmək

37.

Uğurlu ünsiyyətin açarıdır: 1. Danışıq qabiliyyəti 2. Dinləmə

3. Yazma

4. Davranış 5. Oxuma

a)

1.20

b)

4 ,5

c)

2,3

d)

1,5

e)

3,4

38.

Nitq fəaliyyətinnin növlərinə daxil deyil:

a)

Abstraktdır.

b)

Daimidir

c)

Səviyyələr üzrə təşkil olunur

d)

Obyektivdir.

e)

Xətt üzrə təşkil olunur.

39.

1. İnsan sosial varlıq kimi ünsiyyətə möhtacdır.
2. Konkret məqamlara nitq fəaliyyəti ilə müdaxilə etmək tələb olunur. Verilənlər aiddir:

a)

nitq mədəniyyəti

b)

nitq etiketi

c)

şifahi nitq

d)

kommunikativ motiv

e)

akademik kommunikasiya

40.

Qeyd edilən xüsusiyyət kommunikasiya mədəniyyətinin hansı meyarına aiddir? Düzgün danışmaq və ya yazmaq kifayət deyil, müvafiq kommunikativ situasiyalarda onlardan istifadə edə bilmək üçün söz və ifadələrin stilistik dərəcələri haqqında məlumatlı olmaq vacibdir.

a)

bəyanatın düzgünlüyü

b)

uyğunluq

c)

təqdimatın ardıcıllığı

d)

kommunikativ məqsədəuyğunluq

e)

kommunikativ estetika

41.

Fransız, latın mənşəli söz olub “oyandırmaq, həyəcanlandırmaq” deməkdir.

a)

xarakter

b)

şəxsiyyət

c)

emosiya

d)

temperament

e)

imic

42.

Verilənlərdən biri xarakterin müxtəlif təzahürlərinə aid deyil:

a)

fərdin yönümü, cəmiyyətdəki münasibətlər sistemi

b)

iradi tənzimləmənin xüsusiyyətləri

c)

intellektual xüsusiyyətlər

d)

emosional xüsusiyyətlər

e)

xarakterin möhkəmliyi

43.

Verilənlərdən biri xarakterə aiddir:

a)

Qeyri­ixtiyari reaksiyaları tənzimləmək bacarığına yiyələnmək.

b)

İşgüzar tərəfdaşın temperament xüsusiyyətlərini nəzərə almaqdır.

c)

Öz hisslərini cilovlamaq bacarığını formalaşdırmaqdır.

d)

İşgüzar kommunikasiyanı çətinləşdirən təzahürlərə açıq­aydın reaksiya verməmək.

e)

İnsanın bütün hərəkətlərinə və davranışına iz qoyan, həyatın çətinliklərinə qarşı onun tipik reakisya üsullarını müəyyən edən əsas psixi xassədir

44.

Xarakterin mütəvaziliyi nədir?

a)

İnsanın enerjili olmasında, mürəkkəb situasiyalarda uzun müddət gərginliyə, çətinliklərin dəf edilməsinə dözmək bacarığının olmasındadır.

b)

Şəxsiyyətin prinsipiallığı ilə xarakterin gücünün bir araya gəlməsidir

c)

Söz və əməlin bir­biri ilə uzlaşmasıdır.

d)

Davranışın düzgünlüyü, təmkinliliyidir, şəxsiyyətin emosional­iradi dözümlülüyüdür.

e)

Müxtəlif situasiyalarda mövqe və baxışların sabitliyidir.

45.

Xarakterin möhkəmliyi nədir?

a)

İnsanın enerjili olmasında, mürəkkəb situasiyalarda uzun müddət gərginliyə, çətinliklərin dəf edilməsinə dözmək bacarığının olmasındadır.

b)

Şəxsiyyətin emosional­iradi dözümlülüyüdür.

c)

Davranışın düzgünlüyü, təmkinliliyidir.

d)

Şəxsiyyətin prinsipiallığı ilə xarakterin gücünün bir araya gəlməsidir.

e)

Müxtəlif situasiyalarda mövqe və baxışların sabitliyi, söz və əməlin bir­biri ilə uzlaşmasıdır.

46.

Xarakterin gücü nədir?

a)

Davranışın düzgünlüyü, təmkinliliyidir.

b)

Şəxsiyyətin emosional­iradi dözümlülüyüdür.

c)

Müxtəlif situasiyalarda mövqe və baxışların sabitliyi, söz və əməlin bir­biri ilə uzlaşmasıdır.

d)

Şəxsiyyətin prinsipiallığı ilə xarakterin gücünün bir araya gəlməsidir.

e)

İnsanın enerjili olmasında, mürəkkəb situasiyalarda uzun müddət gərginliyə, çətinliklərin dəf edilməsinə dözmək bacarığının olmasındadır.

47.

Xarakterin tamlığı nədir?

a)

Davranışın düzgünlüyü, təmkinliliyidir.

b)

Şəxsiyyətin emosional­iradi dözümlülüyüdür.

c)

İnsanın enerjili olmasında, mürəkkəb situasiyalarda uzun müddət gərginliyə, çətinliklərin dəf edilməsinə dözmək bacarığının olmasındadır.

d)

Şəxsiyyətin prinsipiallığı ilə xarakterin gücünün bir araya gəlməsidir.

e)

Müxtəlif situasiyalarda mövqe və baxışların sabitliyi, söz və əməlin bir­biri ilə uzlaşmasıdır.

48.

Kommunikasiya prosesində bunları etmək çox vacibdir. Aşağıdakılardan biri yanlışdır:

a)

işgüzar tərəfdaşın temperament xüsusiyyətlərini nəzərə almamaq

b)

öz hisslərini cilovlamaq bacarığını formalaşdırmaq

c)

öz temperamentinin xüsusiyyətlərini, onun güclü və zəif tərəflərini müəyyənləşdirmək

d)

qeyri­ixtiyari reaksiyaları tənzimləmək bacarığına yiyələnmək

e)

işgüzar tərəfdaşın temperament xüsusiyyətlərini nəzərə almaq

49.

Şəxsiyyətin işgüzar kommunikasiyada əhəmiyyət kəsb edən iradi keyfiyyətlərindən biri yanlışdır:

a)

məqsədyönlülük

b)

dözümlülük

c)

inadkarlıq

d)

tələskənlik

e)

qətiyyətlilik

50.

Şəxsiyyət kimdir? Yanlış cavabı göstərin:

a)

Başqalarını qavrayıb qiymətləndirməklə bərabər, öz mənliyini də dərk edib qiymətləndirsin.

b)

Mühitə aydın dərk olunmuş münasibəti olsun.

c)

Cəmiyyəti dəyişə bilir, təkmilləşdirə bilir, özünü də təkmilləşdirir, özünə nəzarət edir.

d)

Özünün əqidəsi, sərvət meyli var.

e)

Cəmiyyəti təşkil edən insanlara münasibəti zəifdir.