wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

mikroiqtisadiyyata giriş

Total questions: 10

Worksheet time: 6mins

Name
Class
Date
1.

Qıtlığın (məhdudluğun) məzmunu:

a)

Amirlik sisteminin səciyyəsi

b)

İqtisadiyyatın xarakteristikası

c)

Cəmiyyətin malik olduğu sərvətlərin məhdud olma xüsusiyyəti

d)

Sənayeləşmə sisteminin səciyyəsi

e)

Təkrar istehsalın xarakteristikası

2.

Bir əşyanın alternativ dəyəri ....

a)

Ona sərf olunmuş iş vaxtı ilə ölçülür

b)

Ona sərf olunmuş əməyin miqdarı ilə ölçülür

c)

Onu əldə etmək üçün imtina olunanlarla ölçülür.

d)

Pulun miqdarı ilə ölçülür

e)

Ona sərf olunmuş maddi resursların miqdarı ilə ölçülür

3.

Bazar gücünün məzmunu:

a)

Qiymətin tələbin səviyyəsinə təsiri

b)

Tək bir şəxsin və ya müəssisənin bazar qiymətlərinə hədsiz təsir edə bilməsi imkanıdır.

c)

Qiymətin təklifin səviyyəsinə təsiri

d)

Bir şəxsin və ya müəssisənin əməllərinin başqalarının maddi rifahına təsiri

4.

Mikroiqtisadiyyat və makroiqtisadiyyatın sıx əlaqəsinin səbəbi:

a)

İqtisadiyyat yalnız müəssisələrdən ibarət olduğu üçün

b)

İqtisadiyyat yalnız ailə təsərrüfatlarından ibarət olduğu üçün

c)

Bütövlükdə iqtisadiyyat, bazarda bir-biri ilə qarşılıqlı münasibətdə olan çoxlu müəssisə və ailə təsərrüfatlarından ibarət olduğu üçün

d)

Bunlardan heç biri

e)

Bunların hamısı

5.

İqtisadiyyat elminin hissələri:

a)

Mezoiqtisadiyyat və mikroiqtisadiyyat

b)

Makroiqtisadiyyat və meqoiqtisadiyyat

c)

Mezoiqtisadiyyat və makroiqtisadiyyat

d)

Mikroiqtisadiyyat və makroiqtisadiyyat

e)

Mikroiqtisadiyyat və meqoiqtisadiyyat

6.

Dünyanın necə olmalı olduğunu tövsiyyə edən fikirlər – aiddir:

a)

Pozitiv fikirlərə

b)

Normativ fikirlərə

c)

Səmərəli fikirlərə

d)

Ədalətli fikirlərə

e)

Rasional fikirlərə

7.

Pozitiv yanaşmanı göstərən fikir:

a)

İnflyasiya zamanı Mərkəzi Bank pul təklifini azaltmalıdır

b)

Əmək haqqının minimum səviyyəsi qaldırılmalıdır

c)

İnflyasiyaya nəzarət edilməlidir

d)

Əmək haqqının minimum səviyyəsinin qaldıqılması işsizlik səviyyəsini artırır

e)

İşsizliyin səviyyəsi azaldılmalıdır

8.

Bazarlar vasitəsilə ailələr və müəssisələr arasında pulun necə hərəkət etdiyini göstərən vizualm model, adlanır...

a)

İstehsal imkanları həddi

b)

Dövri-axın diaqramı

c)

Təklif funksiyası

d)

İqtisadi artım

e)

Tələb funksiyası

9.

Mövcud olan istehsal amilləri və istehsal texnologiyasını istifadə edərək iqtisadiyyatın əldə edə biləcəyi istehsal miqdarlarının kombinasiyasını göstərən model, adlanır:

a)

Dövri-axın

b)

İstehsal imkanları həddi

c)

Tələb funksiyası

d)

Təklif funksiyası

e)

İqtisadi artım

10.

İstehsal amillərinin məzmunu:

a)

Təbii resurslardır

b)

Əmək resurlarıdır

c)

Maddi resurslardır

d)

Əmtəə və xidmətləri istehsal etmək üçün istifadə edilən istehsal xərcləridir

e)

Ailələrin öz tələbatlarını ödəmək üçün istifadə etdikləri nemətlərdir