wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

iqtisaiyyata giris tələb və təklif

Total questions: 10

Worksheet time: 6mins

Name
Class
Date
1.

Əmtəənin qiyməti bu səbəbdən arta bilər

a)

əmtəənin istehsal xərclərini aşağı salan yeni texnologiyanın tətbiqi

b)

əmtəə təklifinin azalması

c)

əmtəənin istehsal olunduğu xammalın qiymətinin aşağı düşməsi

d)

əmtəəyə tələbin azalması

2.

Tələb və təklifin həcmlərinin bərabər olduğu qiymət adlanır:

a)

satıcı qiyməti

b)

istehsal qiyməti

c)

tarazlıq qiymət

d)

alıcı qiyməti

3.

Tələb sabit qaldığı halda təklifin artması nəyə səbəb olar?

a)

həm tarazlıq qiymətinin, həm də tarazlıq əmtəə miqdarının artmasına

b)

tarazlıq qiymətinin azalmasına, tarazlıq əmtəə miqdarının artmasına

c)

tarazlıq qiymətinin artmasına, tarazlıq əmtəə miqdarının azalmasına

d)

həm tarazlıq qiymətinin, həm də tarazlıq əmtəə miqdarının azalmasına

4.

Təklif sabit qaldığı halda tələbin artması nəyə səbəb olar?

a)

həm tarazlıq qiymətinin, həm də tarazlıq əmtəə miqdarının azalmasına

b)

həm tarazlıq qiymətinin, həm də tarazlıq əmtəə miqdarının artmasına

c)

tarazlıq qiymətinin azalmasına, tarazlıq əmtəə miqdarının artmasına

d)

tarazlıq qiymətinin artmasına, tarazlıq əmtəə miqdarının azalmasına

5.

Tələb və təklif qanunu nədir?

a)

tələb ilə qiymət arasındakı əlaqəni izah edən nəzəriyyədir

b)

qiymətin öz-özünü tənzimləyərək tələbin həcmini və təklifin həcmini tarazlığa gətirəcəyi haqqında nəzəriyyədir

c)

təklif ilə qiymət arasındakı əlaqəni izah edən nəzəriyyədir

d)

Bunların hamısı

6.

Aşağıdakılardan biri təklif əyrisinin yerini dəyişəcək amil sayılmır:

a)

Istehsal amillərinin qiymətindəki dəyişiklik

b)

Əmtəənin qiymətindəki dəyişiklik

c)

Texnologiya amili

d)

Təxminlər

7.

Əgər əmtəənin qiyməti tələb və təklif əyrilərinin kəsişmə nöqtəsindən aşağıdırsa, onda:

a)

əmtəə artıqlığı əmələ gələr

b)

əmtəə defisiti (qıtlığı) meydana çıxar

c)

tələbin həcmi artar

d)

həç nə baş verməz

8.

Əmtəə bazarında yeni istehsalçıların meydana çıxması səbəb olur:

a)

qiymətin artması və təklifin həcminin çoxalmasına

b)

təklifin artması və qiymətin azalmasına

c)

qiymətin artması və təklifin həcminin azalmasına

d)

qiymətin və təklifin həcminin azalmasına

9.

Qeyri-qiymət amillərinin təsiri nəticəsində təklif əyrisi yerini:

a)

sağ tərəfə dəyişir

b)

yerini sağ və ya sol tərəfə dəyişir

c)

yerini dəyişmir

d)

tələb əyrisi boyunca hərəkət edir

10.

Aşağıdakılardan hansı qol saatlarına olan tələbin sağa doğru yerdəyişməsinə səbəb ola bilər?

a)

Qol saatlarının qiymətinin aşağı düşməsi

b)

Qol saatları normal əmtəə hesab olunduğundan əhali gəlirlərindəki azalma

c)

Qol saatlarının qiymətlərinin artması

d)

Qol saatları və batareyalar tamamlayıcı əmtəə hesab olunduğundan, batareyaların qiymətinin aşağı düşməsi