NEW
Font size
WorksheetsGömrük dəyəri
Total questions: 11
Worksheet time: 6mins
Gömrük dəyərinin müəyyən edilməsi üçün “ehtiyat üsul” nədir?
Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür
Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
Malların gömrük dəyərinin beynəlxalq təcrübəyə əsasən müqayisələr yolu ilə müəyyən edilən qiyməti.
Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasınn mal vahidinin qiymətindən komisyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur
Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
Gömrük dəyərinin müəyyən edilməsi üçün “eynicinsli malların sövdələşmə qiyməti üsulu” nədir?
malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasınn mal vahidinin qiymətindən komisyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur
gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür
gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür
Malların eynicinsli olmasını müəyyən edən amillərə hansı aiddir?
gətirilmə ölkəsi
funksional xüsusiyyətlər
ağır olmaları
texniki ölçüləri
yüngül olmaları
Identik (eyni) malların əsas eyniləşdirmə əlamətlərinə hansı aiddir?
istehlakçı
rəngi
bazardakı reputasiyası
fiziki xüsusiyyətlər.
istifadə sahəsi
Gömrük dəyərinin təyin edilməsinin altıncı üsulunun tətbiqi şərtləri
malların alqı-satqı müqaviləsində göstərilən qiymət real olmadıqda.
gətirilən mallar karbohidrogen ehtiyatlarının istehsalı üçün nəzərdə tutulduqda;
Malların qiyməti bir milyon ABŞ dollarından çox olduqda;
Gətirilən mallar qurğu və avadanlıqlar olduqda;
Əvvəlki 5 üsülun tətbiqi mümkün olmadıqda;
Gömrük dəyərinin təyin edilməsinin birinci üsulunun tətbiq şərtləri
Uşaq qidasına aid olan mallar gətirildikdə;
Malların alqı-saqı müqaviləsində göstərilən qiymət heç bir şübhə doğurmadıqda;
Mallar gəmi nəqliyyatı ilə gətirildikdə.
Mallar MDB ölkələrindən gətirildikdə;
Mallarıın qiyməti 100 min ABŞ dollarından çox olmadıqda;
Gömrük dəyərinin təyin edilməsi üsullarına aşağıdakılardan hansını aid etmək olmaz?
Dəyərin toplanması üsulu.
Eynicinsli malların sövdələşmə qiyməti üsulu;
Dəyərin vurulması üsulu;
Eyni malların sövdələşmə qiyməti üsulu;
Gətirilən malların sövdələşmə qiyməti üsulu;
Gömrük dəyərinin təyin edilməsi üsullarına aşağıdakılardan hansını aid etmək olar?
Dəyərin hesablanması üsulu;
Eynicinsli malların daşınma qiyməti üsulu;
Ehtiyat üsulu.
Eyni malların sığorta qiyməti üsulu;
Gətirilən malların istehsal qiyməti üsulu;
Malların gömrük dəyərini kim və nə zaman hesablayır?
mal və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən statistika orqanları tərəfindən müəyyən edilir;
Bəyannamə verən şəxs (deklarant) tərəfindən mal və nəqliyyat vasitələri alınarkən müəyyən edilir.
Gömrük orqanının vəzifəli şəxsi tərəfindən mal və nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilərkən müəyyən edilir.
mal və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Gömrük orqanları tərəfindən müəyyən edilir.
Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən müəyyən edilir.
Malların gömrük dəyəri hansı məqsədlə hesablanır?
idxal və ixrac əməliyyatları zamanı çirkli pulların yuyulmasının qarşısının alınması, narkoticarətə qarşı mübarızə aparılması, qaçaqmalçılıq hallarının aradan qaldırılması məqsədlərilə
ÜTT-nin tələblərini yerinə yetirmək məqsədilə
mal və nəqliyyat vasitələrinin ixracı zamanı dövlətlərarası sazişə əsasən kvotaları hesablamaq, valyuta nəzarətini aparmaq, gömrük nəzarətini həyata keçirmək məqsədləri üçün
mal və nəqliyyat vasitələrinindaxili bazarda stış qiymətlərini müəyyən etmək, mənfəət vergisini, gəlir vergisini, sadələşdirilmiş vergini hesablamaq;
Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət tətbiq etmək
və gömrük statistikasını aparmaq.
Gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hansıdır?
Dəyərin toplanması üsulu
Eyni malların sövdələşmə qiyməti üsulu
Dəyərin çıxılması üsulu
Gətirilən malların sövdələşmə qiyməti üsulu
Eynicinsli malların sövdələşmə qiyməti üsulu
