Font size
WorksheetsVergi Sistemi
Total questions: 30
Worksheet time: 30mins
Aşağıda göstərilənlərin hansında vergi sisteminin tərifi düzgün verilmişdir?
Vergi sistemi – istənilən dövlətin ərazisində toplanan vergi və rüsumların məcmusundan, vergi münasibaəti iştirakçılarının hüquq və vəzifələrindən, vergi nəzarəti sistemindən ibarətdir
Vergi sistemi – istənilən dövlətin ərazisində toplanan vergi, rüsum, yığım və digər məcburi ödənişlərin məcmusundan, eləcə də vergilərin hesablanması, tutulması və ödənilməsi qaydasından ibarətdir.
Vergi sistemi – istənilən dövlətin vergi sistemində tətbiq olunan vergi və digər məcburi ödənişlərin məcmusundan, eləcə də onların hesablanması, tutulması və ödənilməsi qaydasından ibarətdir.
Vergi sistemi – istənilən dövlətin ərazisində toplanan vergi, rüsum, yığım və digər məcburi ödənişlərin məcmusundan, eləcə də vergilərin hesablanması, tutulması və ödənilməsi qaydasından, vergi münasibəti iştirakçılarının hüquq, vəzifə və məsuliyyətlərindən, vergi nəzarəti sistemindən və digər məsələlərdən ibarətdir
Optimal vergi sistemi necə olmalıdır?
dövləti, dövlətin tənzimlənməsini və sosial təminatın fəaliyyətini pul vəsaitləri ilə təmin etmək
dövlətin maliyyə resurslarına olan təlabatını ödəməli, vergi sisteminə bu və ya digər dəyişikliklər edilməsi zərurətini müəyyən etməli
bir tərəfdən dövlətin maliyyə resurslarına olan təlabatını ödəməli, digər tərəfdən isə vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə olan maraqlarını stimullaşdırmalı
müəssisə və təşkilatların (sahibkarların) maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət etməli və vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə olan maraqlarını stimullaşdırmalı
Azərbaycan Respublikasının vergi qanunvericiliyinin hüquqi əsaslarını nə təşkil edir?
Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və ona uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktları
Azərbaycan Respublikasının Konstitusiyası və Vergi Məcəlləsi
Vergi Məcəlləsi
Vergi qanunvericiliyi və digər normativ aktlar
Azərbaycan Respublikasında vergilər hansı qanunvericilik aktı ilə müəyyən edilir?
Mülki Məcəllə
Vergi qanunvericiliyi
Vergi Məcəlləsi
Vergi qanunvericiliyi və digər normativ aktlar
Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda hansı qanunvericilik aktları tətbiq edilir?
vergi qanunvericiliyinin aktları
ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlarda nəzərdə tutulan müddəalar
xüsusi iqtisadi zonalar haqqında qanunlarda nəzərdə tutulan müddəalar
yuxarı vergi orqanlarının təlimatındakı müddəalar
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan vergi münasibətlərinə aid inzibati xətalar haqqında müddəalarda vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilər?
Edilə bilər
Edilə bilməz
Yalnız qanunvericilikdə müəyyən edilmiş haldavə qaydada edilə bilər
Vergi Məcəlləsində nəzərdə tutulduğu hallarda edilə bilər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalara vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilər?
Edilə bilər
Edilə bilməz
Yalnız qanunvericilikdə müəyyən edilmiş haldavə qaydada edilə bilər
Vergi Məcəlləsində nəzərdə tutulduğu hallarda edilə bilər
Vergi dərəcəsi nədir?
Vergi dərəcəsi – vergitutma bazasının ölçü vahidinə düşən vergi həcmidir (vergitutma normasıdır).
Vergi dərəcəsi – vergitutma bazasına düşən vergi həcmidir (vergitutma normasıdır).
Vergi dərəcəsi – vergitutma obyektinin ölçü vahidinə düşən vergi həcmidir (vergitutma normasıdır).
Vergi dərəcəsi – vergitutma bazasının ölçü vahidinə düşən vergi normasıdır.
Vergi müəyyən edildikdə hansı əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər?
Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər sahə qanunvericilik aktları ilə ilə nəzərdə tutulan əsaslarla
Vergi Məcəlləsi və Gömrük Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla
Vergi Məcəlləsi ilə nəzərdə tutulmayan əsaslarla
Vergi Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla
Aşağıda göstərilənlərdən hansılar vergitutmanın formaları sayılır?
mənbədən, könüllü və bildiriş üzrə
məcburi, könüllü və bəyanamə üzrə
bəyannamə üzrə, bildiriş üzrə və bilavasitə mənbədən
bəyanamə üzrə, bildiriş üzrə və könüllü
Vergilər üzrə dövlət təminatlarının və müddətli güzəştlərin verilməsi ilə bağlı müddəalara vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilər?
Edilə bilər
Edilə bilməz
Yalnız qanunvericilikdə müəyyən edilmiş haldavə qaydada edilə bilər
Müstəsna hallarda edilə bilər
Aşağıda göstərilənlərdən hansında vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalara;
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan vergi münasibətlərinə aid inzibati xətalar haqqında müddəalara
Azərbaycan Respublikasının Mülki-Prosesual Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalara;
Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalara;
Aşağıda göstərilənlərdən hansında vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilər?
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalara;
vergi öhdəliklərinin üstünlüyü haqqında müflisləşmə və iflas haqqında qanunvericilikdə nəzərdə tutulan müddəalara;
büdcə qanunvericiliyində vergilərlə bağlı müddəalara;
Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalara
Azərbaycan Respublikasının Mülki-Prosesual Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalara;
Hər bir ölkədə onun konkret şəraitinə, inkişaf səviyyəsinə və yaranmış real iqtisadi vəziyyətinə uyğun vergi sistemi qurulması üçün nələrdən istifadə olunmalıdır?
Səmərəli prinsiplərdən
Səmərəli vergilərdən
Elmi bazası olan vergitutma elementlərindən
Səmərəli vergi funksiyalarından
Vergi sistemi bir tərəfdən vergi ödəyicilərinin mənafeyini, digər tərəfdən nəyi təmin etməlidir?
Dövləti artan gəlirlərlə
Vergi daxilolmalarını
Əhalinin sosial-maddi təminatını
Sahibkarlıq fəaliyyətinin inkişafını
Optimal vergi sistemi dövlətin maliyyə resurslarına olan tələbatını ödəməklə yanaşı, nəyi stimullaşdırmalıdır?
Vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə olan maraqlarını
Müəssisələrin (sahibkarların) maliyyə-təsərrüfat fəaliyyəti nəticələrinin yaxşılaşdırılmasına olan maraqlarını
Kommersiya fəaliyyətinin inkişafının optimallaşdırılmasını
Vergi ödəyicilərinin investisiya yatırımına olan maraqlarını
Dövlət vergi sistemi vasitəsilə hansı zərurətləri müəyyən edir?
müəssisə və təşkilatların (sahibkarların) maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edilməsi
dövlət büdcəsinə dəyişikliklər edilməsi
vergi sisteminə dəyişikliklər edilməsi
vergi daxilolmalarının strukturunda dəyişikliklər edilməsi
verqi qanunvericiliyinə dəyişikliklər edilməsi
Dövlət vergiləri dedikdə, hansı vergilər nəzərdə tutulur?
Vergi Məcəlləsinə müvafiq olaraq müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
Vergi Məcəlləsinə müvafiq olaraq müəyyən edilən və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
Vergi qanunvericiliyi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisindən kənarda ödənilməli olan vergilər
Vergi Məcəlləsinə müvafiq olaraq müəyyən edilən və Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda ödənilməli olan vergilər
Aşağıdakılardan hansılar dövlət vergilərinə aiddir?
Hüquqi şəxslərin gəlir vergisi
Aksizlər
Hüquqi şəxslərin əmlak vergisiƏlavə dəyər vergisi
Fiziki şəxslərin torpaq vergisi
Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
Hansılar vergi muxtar respublika vergilərinə aid edilmir?
Hüquqi şəxslərin torpaq vergisi
Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
Fiziki şəxslərin əmlak vergisi
Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
Hüquqi şəxslərin əmlak vergisi
Hansı vergi bələdiyyə vergilərinə aid edilir?
Hüquqi şəxslərin torpaq vergisi
Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
Fiziki şəxslərin əmlak vergisi
Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
Fiziki şəxslərin torpaq vergisi
Hər bir vergi hansı halda müəyyən edilmiş hesab olunur?
Vergitutmanın bütün elementləri müəyyənləşdirilmiş olsun.
Vergitutmanın metodları elementləri müəyyənləşdirilmiş olsun.
Vergitutma bazası və dərəcəsi müəyyənləşdirilmiş olsun.
Vergitutma obyekti və bazası müəyyənləşdirilmiş olsun.
Aşağıdakılardan hansı vergitutma elementlərinə aid deyil?
vergilərin daxil olma müddəti
verginin ödənilməsi qaydası və müddəti
vergi dərəcəsi
vergitutma bazası
Vergitutma obyekti nədir?
Vergitutma obyekti – vergilərin ödənilməsi üçün baza rolunu oynayan və kəmiyyətcə ölçülə bilən iqtisadi göstəricisi
Vergitutma obyekti – vergilərin hesablanması üçün baza rolunu oynayan və kəmiyyətcə ölçülə bilən iqtisadi göstəricisi və ödəyicinin vergi ödəmə öhdəliyini şərtləndirən hüquqi faktdır
Vergitutma obyekti – vergi ödəyiocisinin vergi öhdəliyini şərtləndirən amil
Vergitutma obyekti – vergilərin tutulması üçün baza rolunu oynayan və kəmiyyətcə ölçülə bilən iqtisadi göstəricisi
Vergitutma bazası nədir?
vergi ödəyicisinin əmlakının dəyəri və pul vəsaitinin məbləğidir
vergitutma obyektinin vergi dərəcəsi tətbiq edilən, yəni vergi güzəşt və çıxılmaları nəzərə alınmayan hissəsidir
vergitutma obyektinin vergi güzəşt və çıxılmaları nəzərə alınan hissəsidir
vergitutma subyektinin vergi dərəcəsi tətbiq edilən hissəsidir
Vergitutma predmetindən asılı olaraq vergitutma sistemində hansı vergi dərəcələri tətbiq olunur?
mütənasib, faizli, proqressiv, reqressiv, proporsional
spesifik (möhkəm), faizli (advalor), proqressiv, reqressiv, proporsional
möhkəm, advalor, proqressiv, reqressiv, proporsional
spesifik, faizli, proqressiv, reqressiv, proporsional
Vergi məbləğlərinin bəyannamə forması üzrə tutulması dedikdə nə başa düşülür?
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
Vergi məbləğlərinin bilavasitə mənbədən tutulması dedikdə nə başa düşülür?
Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Aşağıdakılardan hansılar vergi sənədlərinə aid edilir?
vergi bəyannaməsi-hesabatı, uçot-hesabat sənədləri, vergi uçotu registrləri, bildiriş
uçot-hesabat sənədləri, müşayiətedici sənədlər, vergi uçotu registrləri, bildiriş
mühasibat hesabatı, uçot-hesabat sənədləri, müşayiətedici sənədlər, vergi uçotu registrləri, ödəniş tapşırığı
uçot-hesabat sənədləri, müşayiətedici sənədlər, mühasibat uçotu registrləri, vergi uçotu registrləri, ödəniş tapşırığı
Vergi ödəyiciləri tərəfindən hesablanmış vergilər hansı üsullarla ödənilir?
vergi borcunun əmlaka yönəldilməsi;
dövlət büdcəsinə köçürülməsi üçün ödəniş tələbnaməsi tərtib etməklə;
əmlakı satışa çıxarmaqla;
köçürmə yolu ilə (nağdsız);
nağd qaydada;
