wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

dayanıqlı turizm imtahan

Total questions: 25

Worksheet time: 13mins

Name
Class
Date
1.

İCOMOS tərəfindən hazırlanmış 7 dayanıqlılıq prinsipindən biri deyil:

a)

Hər bir destinasiyada ziyarətçilərin və yerli əhalinin ehtiyacları arasında harmoniya olmalıdır.

b)

dinamik şəkildə dəyişiklik mümkün deyil.

c)

Turizm həm cəmiyyətə, həm də destinasiyalara və ziyarətçilərə fayda verə biləcək müsbət fəaliyyət sahəsi kimi tanınmalıdır.

d)

Turizm və ətraf mühit arasındakı əlaqə uzunmüddətli perspektivdə davamlı şəkildə idarə edilməlidir.

e)

Ətraf mühit turizm aktivi kimi mühüm dəyərə malikdir.

2.

"Yerli rifah" adlı turizmin dayanıqlı məqsədinin izahı hansı cavabda düzgün verilmişdir?

a)

Bu, ziyarətçilərin yerli xərcləmə nisbətini artırmaq da daxil olmaqla, turizmin ev sahibi destinasiyaya töhfəsini maksimuma çatdırır.

b)

İrq, cins, əlilliyə görə ayrı-seçkiliyə yol vermədən, əmək haqqı və xidmət keyfiyyətinin artırılması da daxil olmaqla, turizmin yaratdığı yerli məşğulluğun sayını və keyfiyyətini artırmaq.

c)

İrqinə, cinsinə, əlilliyinə görə ayrı-seçkilik etmədən bütün ziyarətçilərə təhlükəsiz və məmnunedici təcrübə təmin etmək

d)

Turizmin digər maraqlı tərəfləri ilə məsləhətləşərək, yerli özünüidarə orqanlarını proseslərə cəlb etmək və onların regionda turizmin planlaşdırılması, idarə edilməsi və inkişafı üzrə səlahiyyətlərini artırmaqdır

e)

Turizmdən əldə edilən iqtisadi və sosial faydaların ədalətli bölüşdürülməsini, o cümlədən imkanların, gəlirlərin və yoxsullara təklif olunan xidmətlərin yaxşılaşdırılmasını təmin etmək.

3.

Ursul davamlı inkişafı necə başa düşür?

a)

ətraf mühiti dağıtmayan, fasiləsiz ictimai tərəqqini təmin edən, idarə olunan, dəstəklənən və nizamlanan inkişaf strategiyasıdır

b)

inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqtisadi dispariteti kəskin şəkildə azaltmaqdan ibarətdir

c)

davamlı inkişaf bü günü və gələcək nəsili fikirləşərək resurslardan səmərəli istifadə deməkdir

d)

variantlardan hamısı doğrudur

e)

biosfera və cəmiyyətin tarazlıq vəziyyətinə keçmə imkanı

4.

Postneonotal ölüm nədir?

a)

Dünyaya gələndən sonra 29-cu gündən 1 ilədək körpələrin ölümü

b)

Dünyaya gələndən sonra 28 günədək ölümü

c)

1 ildən sonrakı ölüm

d)

Variantların heç biri doğru deyil

e)

Dünyaya gələndən əvvəl 22 həftədən doğuma qədər ölüm

5.

.............. təmin edilməsi üçün resursların səmərəli istifadə olunaraq istehsalın təşkil edilməsi ilə yanaşı, istehsal prosesi ətraf mühitə ............. zərər vurmalıdır və ..... baxımdan yanaşsaq, etik istehlak mədəniyyəti formalaşdırılmalıdır.

a)

iqtisadi dayanıqlılığın, minimum, sosial

b)

ekoloji dayanıqlığın, maksimum, sosial

c)

sosial dayanıqlılığın, minimum, iqtisadi

d)

iqtisadi dayanıqlılığın, maksimum, ekoloji

e)

ekoloji dayanıqlılığın, minimum, iqtisadi

6.

2017-ci ilin statistikasına görə gender bərabərliyində ilk üç pillədə qərarlaşıb:

a)

İslandiya, Norveç, Finlandiya

b)

Ingiltərə, İslandiya, İsveç

c)

İslandiya, Avstraliya, İsveç

d)

Danimarka, Belçika, Niderland

e)

Norveç, İsveç, Danimarka

7.

Dayanıqlılığın təmin edilməsi üçün tələb olunan sosial aspektlərdən biri səhvdir:

a)

Fərdi qərarvermədən beynəlxalq səviyyələrə qədər qərar vermədə iştirakdan imtina

b)

Insanların həyat keyfiyyətlərinin artırılmasına imkanların yaradılması

c)

Mədəni və sosial birliyin nəzərə alınması

d)

Özünə inam və azad iradənin gücləndirilməsi

e)

Xalqlar arasında sosial ədalətin dəstəklənməsi

8.

Bütler modelin ilkin mərhələsi

a)

Kəşfiyyat

b)

İnkişaf

c)

Böyumə

d)

Durğunluq

e)

Doyumluluq

9.

Turizm insanlara yaşadıqları yerdə çiçəklənmə imkanı verməklə şəhərlərin yenilənməsinə və kəndlərin inkişafına töhfə verə bilər. Bu Dayanıqlı inkişaf məqsədlərindən hansıdır?

a)

Bərabərsizliyin azaldılması

b)

Layiqli əmək və iqtisadi artım

c)

Təmiz su və sanitariya

d)

sərfəli və təmiz enerji

e)

Sənaye, innovasiya və infrastruktur

10.

Turizm sektoru gənclər, qadınlar və xüsusi qayğıya ehtiyacı olanlar üçün birbaşa və dolayı iş imkanları yaradır ki, onlar da təhsil vasitəsi ilə faydalanmalıdırlar. Bu Dayanıqlı inkişaf məqsədlərindən hansıdır?

a)

keyfiyyətli təhsil

b)

Yaxşı səhiyyə və rifah

c)

sərfəli və təmiz enerji

d)

Təmiz su və sanitariya

e)

Aclığa son

11.

Dayanıqlı turizmin ölçü meyarlarından yerli icmaların uğuruna aiddir:

a)

qərarların qəbulunda və yerli nəzarətdə iştirak

b)

Təbii irsin qorunması

c)

turistlərin məmnunluğu

d)

Daşıma qabiliyyəti

e)

Mədəni irsin qorunması

12.

Destinasiyanın performansının monitorinqi üçün əsas göstəricilərdən Yerli sakinlərin məmnunluğu dedikdə nəzərdə tutulur:

a)

yaşadıqları ərazidəki turizm xidmətlərindən məmnunluq səviyyəsi və onların ziyarətçilərin təsiri və onlar üçün nəzərdə tutulan təminat haqqında fikirləri.

b)

destinasiyalarda müştərinin ehtiyaclarını müəyyən etmək üçün anlayışlar

c)

yaşayış təminatçılarının, karvan və düşərgələrin və onların ərazisindəki turistik yerlərin sayı.

d)

Turizm təchizatının auditi

e)

bir destinasiyaya gələn ziyarətçilərin sayının və bu səfərlərin iqtisadiyyata dəyərinin qiymətləndirilməsi

13.

Destinasiyanın performansının monitorinqi üçün əsas göstəricilərdən turizm məlumatlarının həcmi və dəyəri dedikdə nəzərdə tutulur:

a)

bir destinasiyaya gələn ziyarətçilərin sayının və bu səfərlərin iqtisadiyyata dəyərinin qiymətləndirilməsi

b)

yaşayış təminatçılarının, karvan və düşərgələrin və onların ərazisindəki turistik yerlərin sayı.

c)

destinasiyalarda müştərinin ehtiyaclarını müəyyən etmək üçün anlayışlar

d)

Turizm təchizatının auditi

e)

Ümumi ziyarətçi məmnuniyyəti

14.

Destinasiyanın performansının monitorinqi üçün əsas göstəricilərdən turizm təchizatının auditi dedikdə nəzərdə tutulur:

a)

yaşayış təminatçılarının, karvan və düşərgələrin və onların ərazisindəki turistik yerlərin sayı.

b)

Turizm məlumatlarının həcmi və dəyəri.

c)

destinasiyalarda müştərinin ehtiyaclarını müəyyən etmək üçün anlayışlar

d)

Ümumi ziyarətçi məmnuniyyəti

e)

bir təyinat yerinə gələn ziyarətçilərin sayının və bu səfərlərin iqtisadiyyata dəyərinin qiymətləndirilməsi

15.

ÜTT-nin DAYANIQLI DESTİNASİYA SERTİFİKATLAŞDIRMA PROQRAMInın mərhələlərinin düzgün qeyd olunduğu cavabı seçin:

a)

qiymətləndirmə, təkmilləşdirmə, audit

b)

audit, təkmilləşdirmə, qiymətləndirmə

c)

təkmilləşdirmə, qiymətləndirmə, audit

d)

audit, qiymətləndirmə, təkmilləşdirmə

e)

qiymətləndirmə, audit, təkmilləşdirmə

16.

Bu dayanıqlı turizmin inkişafı ilə nail olmaq istədiyimiz məqsədləri ifadə edir.

a)

meyar

b)

göstərici

c)

təkmilləşdirmə

d)

yoxlama

e)

audit

17.

Aşağıdakı cavablardan hansı indikator(göstərici)un izahıdır?

a)

Kriteriyanın vəziyyətinin dəyişməsini nümayiş etdirən xüsusiyyətlər və ya rəqəmlərdir.

b)

Cari vəziyyətin, eləcə də performans tendensiyalarının daha yaxşı başa düşülməsini təmin etmək üçün adətən göstəricilərdən istifadə edərək nəyinsə müntəzəm ölçülməsi prosesidir.

c)

Dayanıqlı turizmin inkişafı ilə nail olmaq istədiyimiz məqsədləri ifadə edirlər.

d)

layihənin/sahənin/atraksionun/əməliyyat sahəsinin məqsədlərini əks etdirir

e)

yerinə yetirilirsə və ya doğrudursa, turizmin davamlı şəkildə inkişaf etdiyini və/yaxud yerləşdiyini bildirmək olar.

18.

Bu bir bölgənin vəziyyətini və/və ya müəyyən xüsusiyyətlərinin yaxşılaşdırılmasını, turizm məhsulunu və ya ümumilikdə turizmin inkişafını təsvir edir:

a)

meyar

b)

monitorinq

c)

audit

d)

göstərici

e)

yoxlama

19.

2019-cu ilin göstəricilərinə əsasən dayanıqlı 14 destinasiyadan biri deyil:

a)

Cenevrə-İsveçrə

b)

Qlazko-Şotlandiya

c)

Reykyavik-İslandiya

d)

Malmö-İsveç

e)

Sürix İsveçrə

20.

Yaşıl otel nədir?

a)

Otellərin ətraf mühitinin qorunmasına dair enerji səmərəliliyi, su resursların idarə edilməsi, su sərfiyyatın azaldılması, su keyfiyyətin qorunması, su israfının azaldılması, tullantıların idarə edilməsi, tullantıların azaldılması, təkrar emal, təkrar istehsal, təkrar istifadəsi kimi prinsiplərə və standartlara cavab verən və həmçinin yaşıl sertifikata layiq görülərək göstərdiyi fəaliyyət

b)

Otellərin ətraf mühitinin qorunmamasına dair enerji səmərəliliyi, su resursların idarə edilməsi, su sərfiyyatın azaldılması, su keyfiyyətin qorunması, su israfının azaldılması, tullantıların idarə edilməsi, tullantıların azaldılması, təkrar emal, təkrar istehsal, təkrar istifadəsi kimi prinsiplərə və standartlara cavab verən və həmçinin yaşıl sertifikata layiq görülərək göstərdiyi fəaliyyət

c)

Otellərin ətraf mühitinin qorunmasına dair enerji səmərəliliyi, su resursların idarə edilməsi, su sərfiyyatın azaldılması, su keyfiyyətin qorunması, su israfının azaldılması, tullantıların idarə edilməsi, tullantıların azaldılması, təkrar emal, təkrar istehsal, təkrar istifadəsi kimi prinsiplərə və standartlara cavab verən və həmçinin yaşıl sertifikata layiq görülməyərək göstərdiyi fəaliyyət

d)

Otellərin ətraf mühitinin qorunmasına dair enerji səmərəliliyi, su resursların idarə edilməsi, su sərfiyyatın azaldılması, su keyfiyyətin qorunması, su israfının azaldılması, tullantıların idarə edilməsi, tullantıların azaldılması, təkrar emal, təkrar istehsal, təkrar istifadəsi kimi prinsiplərə və standartlara cavab verməyən və həmçinin yaşıl sertifikatı almayaraq göstərdiyi fəaliyyət

e)

Otellərin ətraf mühitinin qorunmasına dair enerji səmərəliliyi, su resursların idarə edilməsi, su sərfiyyatın çoxaldılması, su keyfiyyətin qorunması, su israfının azaldılması, tullantıların idarə edilməsi, tullantıların azaldılması, təkrar emal, təkrar istehsal, təkrar istifadəsi kimi prinsiplərə və standartlara cavab verən və həmçinin yaşıl sertifikata layiq görülərək göstərdiyi fəaliyyət

21.

Dayanıqlı turizmin tətbiqində dövlətin funksiyalarını izahlarla birləşdirin. 1. Tədqiqat və Monitorinq 2. İctimai Maarifləndirmə və Təhsil 3. Tənzimləyici Çərçivə a. Turizm xidmətləri üçün standartların tətbiqi b. Davamlı turizm haqqında maarifləndirmə kampaniyalarında iştirak etmək c. Turizmin ətraf mühitə və cəmiyyətə təsirinin qiymətləndirilməsi

a)

1-c 2-b 3-a

b)

1-a 2-b 3-c

c)

1-c 2-a 3-b

d)

1-a 2-c 3-b

e)

1-b 2-a 3-c

22.

Uyğunlaşdırın: 1. EarthCheck 2. SDGs Platforması üçün turizm 3. Yaşıl açar a. Turizmin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması b. Sertifikatlaşdırma və müqayisə proqramı c. Turizm obyektləri üçün qlobal eko-etiket

a)

1-b 2-a 3-c

b)

1-a 2-b 3-c

c)

1-c 2-a 3-b

d)

1-c 2-b 3-a

e)

1-a 2-c 3-b

23.

Təbiətin bütövlüyünü və müxtəlifliyini qorumaq və təbii ehtiyatlardan hər-hansı istifadənin ədalətli və ekoloji cəhətdən davamlı olmasını təmin etmək üçün cəmiyyətlərə təsir etmək, təşviq etmək və kömək etmək. Bu hansı təşkilatın missiyasıdır?

a)

İUCN

b)

UNDP

c)

UNEP

d)

UNESCO

e)

İSESCO

24.

Turizmin idarə edilməsi planının mövcudluğu, sertifikatlaşma sisteminin olması hansı göstəricilərə aiddir?

a)

normativ göstəricilər

b)

kəmiyyət göstəriciləri

c)

meyarlar

d)

məşğulluq göstəriciləri

e)

keyfiyyət göstəriciləri

25.

Normativ göstəricilər nəyi ölçür?

a)

turizm planı və ya ətraf mühit siyasəti kimi bəzi elementlərin varlığını və ya olmamasını ölçür.

b)

müəyyən bir məsələnin vəziyyətinin dəyərə əsaslanan qiymətləndirmələrinə (insanların nə düşündüyünə) əsaslanır

c)

Bunlar adətən faizlərlə ifadə olunur

d)

Bunlar adətən əmsallarla ifadə olunur

e)

Onlar konkret hadisələrin elmi şəkildə hesablanmasını nəzərdə tutur.