wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Vergilərin hesablanması və ödənilməsi əsasları

Total questions: 25

Worksheet time: 25mins

Name
Class
Date
1.

Aşağıda göstərilənlərin hansında vergi öhdəliyinin tərifi düzgün verilmişdir?

a)

Vergi öhdəliyi – vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsidir

b)

Vergi öhdəliyi – vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilən vergini və hesablanmış faizləri ödəmək vəzifəsidir

c)

Vergi öhdəliyi – vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), sosial sığorta ayırmalarını, hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsidir

d)

Vergi öhdəliyi – vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsidir

2.

Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi, ləğv edilməsi, yerinə yetirilməsi qaydası və şərtləri hansı qanunverici aktla müəyyən edilir?

a)

Vergi Məcəlləsi ilə

b)

Gömrük Məcəlləsi ilə

c)

Vergi və Gömrük Məcəlləsi ilə

d)

Vergi Məcəlləsi və digər qanunverci aktlar ilə

3.

Vergi öhdəliklərinin yerinə yetirilməsi dedikdə… nəzərdə tutulur?

a)

ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsi

b)

vergi ödəyicisinin hesablarından və ya kassasında vəsaitin verginin ödənilməsi

c)

vergi öhdəliklərinin Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla ödənilməsi

d)

vergilərin bilavasitə vergi ödəyicisi tərəfindən ödənilməsi

4.

Vergi orqanının kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergi məbləğini hesabat dövri qurtardıqdan sonra hansı müddət ərzində yenidən hesablamaq hüququ vardır?

a)

1 il

b)

2 il

c)

3 il

d)

5 il

5.

Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) nəyə əsasən hesablanır?

a)

Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara əsasən

b)

Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən

c)

Vergi Məcəlləsində müəyyən edilmiş müddəalara əsasən

d)

Analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin ödədiyi vergi məbləğinə əsasən

6.

Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra hansı müddət ərzində ondan düzgün tutulmamış verginin hesablanmasın tələb etmək hüququna malikdir?

a)

1 il

b)

2 il

c)

3 il

d)

5 il

7.

Vergi ödəyicisinin milli və xarici valyutada olan hesablarında vəsait olduqda vergi orqanının sərəncamı kredit təşkilatı tərəfindən nə vaxt icra edilir?

a)

bir bank iş günü ərzində

b)

üç bank iş günü ərzində

c)

3 gün ərzində

d)

həmin sərancamın daxil olduğu gün

8.

Aşağədakəlardan hansı vergi öhdəliyinin yaranması əsaslarına aiddir?

a)

Vergi ödəyicisi kimi qeydiyatdan keçməsi

b)

Vaxtında vergi uçotunu aparmaq

c)

Vergi bəyannaməsini vaxtında təqdim etmək

d)

Gəlir və xərcləri düzgün göstərmək

9.

Vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanları tərəfindən hansı hərəkətlər edilir?

a)

onun əmlakı siyahıya alınır

b)

vergi borclarının vergi ödəyicisinin bankdakı hesabında tutulması kredit təşkilatına üçün sərəncam göndərir

c)

vergi borclarının tutulması məqsədilə vergi ödəyicisinin bankdakı hesabına həbs qoyulur

d)

vergi ödəyicisinin əmlakı xərraca çıxarılır

10.

Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra hansı müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə nə barədə məhkəməyə müraciət edə bilər?

a)

5 gün

b)

10 gün

c)

15 gün

d)

30 gün

11.

Vergi ödəyicisi hansı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir?

a)

vergi ödəyicisi kimi vergi orqanlarında uçota alındığı andan

b)

vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan

c)

vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmaq üçün ərizənin verildiyi andan

d)

vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmaq öhdəliyinin yarandığı andan

12.

Vergi öhdəliklərinin yerinə yetirilməsi hansı ardıcıllıqla həyata keçirilir?

a)

Vergi Məcəlləsi və digər qanunverci aktlarda nəzərdə tutulmuş

b)

Mülki Məcəllədə nəzərdə tutulmuş

c)

Vergi Məcəlləsində nəzərdə tutulmuş

d)

Vergi və Gömrük Məcəlləsində nəzərdə tutulmuş

13.

Əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda vergi orqanları hansı hərəkətləri edir?

a)

Qanunvericiliyə uyğun vergiləri hesablayır və bu barədə bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir

b)

Qanunvericiliyə uyğun vergiləri hesablayır və bu barədə bildirişi 10 iş günü müddətində vergi ödəyicisinə göndərir

c)

Qanunvericiliyə uyğun vergiləri hesablayır və bu barədə bildirişi 15 iş günü müddətində vergi ödəyicisinə göndərir

d)

Qanunvericiliyə uyğun vergiləri hesablayır və bu barədə bildirişi 3 iş günü müddətində vergi ödəyicisinə göndərir

14.

Verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda hansı hərəkət verginin hesablanması kimi dəyərləndirilir?

a)

Əlaqəli məlumatlara əsasən vergini hesablayıb bəyannamənin təqdin edilməməsinə görə cərimə tətbiq edilməsi

b)

Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya əsasən vergini hesablayıb bu barədə ödəyiciyə bildiriş göndərməsi

c)

Xronometrajın nəticələrinə əsasən vergini hesablayıb bu barədə ödəyiciyə bildiriş göndərməsi

d)

Öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi və verginin ödənilməsinə dair bildirişin göndərilməsi

15.

Varis (varislər) olmadıqda vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini kim ödəyir?

a)

onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə

b)

onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında

c)

onun varisi (varisləri) mirasın alındığı tarixdəki payına mütənasib şəkildə

d)

ümidsiz borc kimi ləğv edilir

16.

Vergi ödəyicisinin hesabat dövri üçün ödənilməli olduğu vergi məbləğini kim və nəyə əsasən hesablayır?

a)

vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək sərbəst surətdə özü və ya vergi agenti

b)

vergitutma elementlərini əsas götürərək sərbəst surətdə özü və ya vergi agenti

c)

uçot sənədlərinə əsasən vergi agenti tərəfindən

d)

vergi uçotundakı məlumatlara əsasən vergi orqanları tərəfindən

17.

Vergi orqanları tərəfindən vergi məbləğinin hesablanması nə deməkdir?

a)

hesablanmamış vergi məbləğlərinin vergi orqanları tərəfindən məcəllədə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi

b)

konkret hesabat dövri üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi

c)

konkret hesabat dövri üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi ödəyicisinin şəxsi vərəqində qeyd edilməsi

d)

konkret hesabat dövri üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanları tərəfindən bəyannamə və vergi ödəyicisinin şəxsi vərəqində qeyd edilməsi

18.

Hansı hallarda vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır?

a)

Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən məlumat varsa

b)

Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə

c)

Vergi orqanlarında vergi ödəyicisinin iflas olmasını təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə

d)

Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən anonim məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə

19.

Vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaqlanması üçün hansı hərəkət etməlidir?

a)

bəyannamə tərtib etməli və vergi uçotunun şəxsi vərəqində müvafiq qeydlər etməlidir

b)

bu barədə əsaslandırılmış qərar çıxarmalıdır

c)

əsaslandırılmış qərar çıxarmalı və bu barədə vergi ödəyicisinə bildiriş göndərməlidir

d)

bu barədə vergi ödəyicisinə bildiriş göndərməlidir

20.

Vergi ödəyicisi vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi orqanına nə vaxt müraciət etməlidir?

a)

vergi növü (növləri) üzrə onların müvafiq hesabat dövri üçün bəyannamənin müəyyən edilmiş təqdim olunma müddətinədək

b)

vergi növü (növləri) üzrə onların müvafiq hesabat dövri üçün qanunvericiliklə müəyyən edilmiş ödəmə müddətinədək

c)

vergi növü (növləri) üzrə hesabatların onların müvafiq hesabat dövri üçün qanunvericiliklə müəyyən edilmiş təqdim olunma müddətinədək

d)

onların müvafiq hesabat dövri üçün qanunvericiliklə müəyyən edilmiş ödəmə müddətinədək

21.

Artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən hansı müddət ərzində vergi ödəyicisinə qaytarılır?

a)

20 gün

b)

30 gün

c)

Bərabər hissələrlə növbəti rüb ərzində

d)

Heç bir hədd qoyulmadan tam məbləğdə növbəti hesabat dövründə

22.

Vergilər üzrə yaranmış borc hansı sıra qaydası ilə ödənilir?

a)

tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği, hesablanmış faizlərin məbləği və yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği

b)

yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği, hesablanmış faizlərin məbləği və tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği

c)

vergi borcunun məbləği, hesablanmış faizlərin məbləği və tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği

d)

hesablanmış faizlərin məbləği, tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği və yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği

23.

Vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur:

a)

vergi ödəyicisi tərəfindən qərarın qəbul olunması üçün müraciət zamanı müəyyən olunmuş tələblərə əməl edilmədikdə;

b)

verginin ödənilməsi öhdəliyinin ləğv edilməsi qanunvericiliyə müvafiq olaraq ortaya çıxdıqda;

c)

vergi ödənildikdə;

d)

verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxdıqda;

e)

vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə;

24.

Vergi orqanının səyyar vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergi və maliyyə sanksiyalarını hesabat dövri qurtardıqdan sonra neçə müddət ərzində yenidən hesablamaq hüququ vardır?

a)

1 il

b)

2 il

c)

3 il

d)

5 il

25.

Vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir:

a)

bank faizləri

b)

dəbbə pulu;

c)

yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;

d)

hesablanmış faizlərin məbləği;

e)

tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği;