Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

kommunikasiya mövzu 19 verbal və q-verbal kom. vasitələri-10

Total questions: 10

Worksheet time: 9mins

Name
Class
Date
1.

Qeyri-verbal ünsiyyət vasitələrinin xüsusiyyətlərinə hansı aid deyil?

a)

Adresatla əlaqə qurulmasını çətinləşdirir.

b)

Ayrı-ayrı sözləri əvəzləyir.

c)

Nitqin məzmununu təsdiq və yaxud inkar edir.

d)

Pauzaları əvəzləyir.

e)

Verbal ünsiyyəti tamamlayır.

2.

Pauza nitq prosesində aşağıdakı məqsədlərdən birinə xidmət etmir:

a)

növbəti deyiləcək fikirlərə diqqəti cəlb etməyə

b)

danışanın problem ətrafında fikirləri bitdikdə, əlavə şərhə ehtiyac olmadıqda

c)

qarşı tərəfə öz fikrini bildirmək üşün imkan yaratmağa

d)

qarşı tərəflə danışmaq istəyinin olduğunu bildirməyə

e)

ciddi xəbərdarlıq məqsədi ilə

3.

Jestlər necə qruplaşdırılır:

a)

birmənalı, mürəkkəb, qarışıq

b)

mürəkkəb və qarışıq

c)

sadə, birmənalı, mürəkkəb

d)

sadə, mürəkkəb, qarışıq

e)

sadə, birmənalı, qarışıq

4.

Biri intonasiyanın funksiyalarına aid deyil:

a)

kommunikativ funksiya

b)

emosional-ekspressiv funksiya

c)

delimitativ (hüdudlandırıcı) funksiya

d)

fəlsəfi funksiya

e)

apelyativ funksiya

5.

İntonasiya haqqındakı bilgilərin bitkin olması üçün hansı anlayışları bilmək zəruridir? Səhv cavabı göstərin:

a)

ritm

b)

temp

c)

ekstensivlik

d)

tembr

e)

melodika

6.

Sadə jestlərə aiddir:

a)

Əl çalmaq

b)

Əlini başı üstünə qaldırıb sağa-sola yelləmək

c)

Barmaqlarını bir-birinə sürtmək

d)

Yekcins olmayan müxtəlif hərəkətlərin sintezi

e)

Hərbiçilərin bir-birini salamlaması

7.

Yazılı nitqin xüsusiyyətlərinə aid olan cavab variantını seçin:

a)

Yüksək dərəcədə avtomatlaşmış nitqdir.

b)

Yazılanları bir neçə dəfə götür-qoy etmək, düzəliş aparmaq, lazım olmayanı silmək, yenisi ilə əvəzləmək mümkündür.

c)

Adresant və adresat arasında canlı əlaqə labüddür.

d)

Çoxsaylı paralinqvistik vasitələrin iştirakı istisna olunmur.

e)

Yüyrək nitqdir.

8.

Şifahi nitqin xüsusiyyətlərinə aid olan cavab variantını seçin:

a)

Dil vahidlərindən istifadə olunmasında sərbəstlik var.

b)

Zəngin intonasiya çalarlıqlarına malik deyil.

c)

Dil vahidlərindən qrammatik qanunauyğunluqlarla istifadə olunmasını tələb edir.

d)

Adresatla birbaşa əlaqəsi yoxdur.

e)

Struktur mürəkkəbliyi mövcuddur.

9.

Emosional jestlərə nə aid edilir?

a)

Yumruğunu stola vurmaq, ikiəlli başını tutmaq, ürəyini tutmaq,ayağını yerə vurmaq, barmağını silkələməklə hədələmək və s.

b)

Sağ, sol, yuxarı, aşağı, irəli,geri mənalarını bildirən jestlər.

c)

Kök, arıq,qozbel, yumru, yekə və s. mənasını bildirən jestlər.

d)

İslam adətlərinə müvafiq olaraq ziyarətgahlara salam (salavat) verilməsi, salam alarkən oturan adamın ayağa qalxması və s.

e)

Ünsiyyət axarında hadisələrin ardıcıllığını əks etdirməyə xidmət göstərən jestlər.

10.

İntonasiyanın delimitativ (hüdudlandırıcı) funksiyası nədir?

a)

Bu, nitq axarında cümlələrin (cümlə daxilində həmcins üzvlərin, ara sözlərin və s) hüdüdlarını, bir-birindən ayrıldığını göstərən funksiyadır.

b)

Bu, adresat ilə əlaqədar olan funksiya kimi danışanın nitq mədəniyyətini özündə əks etdirir.

c)

Bu funksiya intonasiya vasitəsi ilə danışanın emosional vəziyyətini əks etdirməklə yanaşı, nitqin məzmununa və adresata münasibəti də ifadə edir.

d)

Bu, intonasiyanın ümumi funksiyası olmaqla, əslində, bütün digər funksiyaları özündə birləşdirir.

e)

Bu funksiya daha çox səhnə sənəti, bədii qiraət və s. hallarda təzahür edir.