wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Əmlak və torpaq vergiləri(torpaq)

Total questions: 15

Worksheet time: 13mins

Name
Class
Date
1.

Yaşayış fondlarının tutduğu torpaqların 100 kvadrat metrinə görə (10000 kv.m-dək) Bakı şəhəri üçün torpaq vergisinin dərəcəsi nə

qədər təşkil edir?

a)

0,8 manat

b)

0,1 manat

c)

0,6 manat

d)

0,4 manat

e)

0,5 manat

2.

Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi müəyyən edilmiş ödəmə vaxtına kim tərəfindən ödənilir?

a)

bir hissəsi torpağın əvvəlki sahibi, qalan hissəsi isə yeni sahibi tərəfindən

b)

torpağın əvvəlki sahibi tərəfindən

c)

bunu vergi orqanı müəyyən edir

d)

vergi heç kim tərəfindən ödənilmir

e)

həmin torpağın sahibi tərəfindən

3.

Torpaq vergisi hansı məbləğdə və nə vaxt ödənilir?

a)

bərabər məbləğlərdə 15 oktyabr və 15 noyabr tarixlərindən gec olmayaraq

b)

bərabər məbləğlərdə 15 avqust və 15 oktyabr tarixlərindən gec olmayaraq

c)

bərabər məbləğlərdə 15 iyul və 15 noyabr tarixlərindən gec olmayaraq

d)

bərabər məbləğlərdə 15 sentyabr və 15 oktyabr tarixlərindən gec olmayaraq

e)

bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq

4.

Fiziki şəxslərə torpaq vergisi nə vaxt hesablanır və tədiyyə bildirişləri nə zaman onlara çatdırılır?

a)

müvafiq olaraq mayın 15-dək və avqustun 15-dək

b)

müvafiq olaraq iyulun 1-dək və avqustun 1-dən gec olmayaraq

c)

müvafiq olaraq iyulun 1-dək və avqustun 15-dən gec olmayaraq

d)

müvafiq olaraq iyunun 1-dək və avqustun 15-dən gec olmayaraq

e)

müvafiq olaraq avqustun 15-dək və noyabrın 15-dək

5.

Müəssisələr torpaq vergisi üzrə bəyannaməni hansı müddətdə vergi orqanına təqdim etməlidirlər?

a)

iyunun 1-dən gec olmayaraq

b)

hesabat ilindən sonrakı il yanvarın 31-dən gec olmayaraq

c)

iyulun 1-dən gec olmayaraq

d)

iyulun 15-dən gec olmayaraq

e)

avqustun 15-dən gec olmayaraq

6.

Aşağıdakı fiziki şəxslərdən kimlərin torpaq vergisi üzrə güzəştdən istifadə etmək hüququ vardır?

a)

təqaüdçülərin

b)

müharibə veteranlarının

c)

büdcə təşkilatının işçilərinin

d)

əlillərin

e)

əmək veteranlarının

7.

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə [Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə,

kəndləri istisna olmaqla] yerləşən yaşayış fondlarının, həyətyanı sahələrinin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu

torpaqlar üzrə torpaq sahəsinin(10000 kv.m-dək), hər 100 kvadrat metrinə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

a)

0,2 manat

b)

0,1 manat

c)

0,3 manat

d)

1 manat

e)

2 manat

8.

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə [Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə,

kəndləri istisna olmaqlA) yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq

sahəsinin(10000 kv.m-dək), hər 100 kvadrat metrinə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

a)

4 manat

b)

2 manat

c)

6 manat

d)

1 manat

e)

3 manat

9.

Bakı, Gəncə, Sumqayıt şəhərləri, Abşeron rayonu və rayon tabeliyində olan şəhərlər istisna olmaqla, digər şəhərlərin rayon

mərkəzlərinin ərazisində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrinin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu

torpaqlar üzrə torpaq sahəsinin(10000 kv.m-dək), hər 100 kvadrat metrinə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

a)

0,4 manat

b)

0,3 manat

c)

2 manat

d)

0,2 manat

e)

0,5 manat

10.

Kənd təsərrüfatı torpaqları üçün torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

a)

1 şərti bal üçün 0,05 manat

b)

1 şərti bal üçün 0,06 manat

c)

1 şərti bal üçün 0,5 manat

d)

1 şərti bal üçün 1 manat

e)

1 şərti bal üçün 0,6 manat

11.

Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq hansı qaydada

hesablanır?

a)

torpağın təyinatı və coğrafi yerləşməsindən asılı olaraq hər il müxtəlif məbləğlərdə

b)

torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində

c)

ilin sonunda şəxsin təsərrüfat fəaliyyətinin nəticəsi zərərli olduqda torpaq vergisi hesablanmır

d)

fəaliyyətin nəticəsindən asılı olaraq

e)

torpaq sahələrinə görə hər il dəyişkən tədiyyə şəklində

12.

Birinci və ikinci qrup müharibə əlillərinin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği nə qədər azaldılır?

a)

30 manat

b)

10 manat

c)

20 manat

d)

50 manat

e)

azaldılmır

13.

Müəssisələr üçün torpaq vergisinin vergitutma obyekti dedikdə nə başa düşülür?

a)

Azərbaycan Respublikası hüdudlarından kənarda mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri

b)

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri

c)

Azərbaycan Respublikasının ərazisində yalnız mülkiyyətində olan torpaq sahələri

d)

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada yalnız mülkiyyətə verilən torpaq sahələri

e)

Azərbaycan Respublikası hüdudlarından kənarda yalnız istifadəsində olan torpaq sahələri

14.

Fiziki şəxslər üçün torpaq vergisinin vergitutma obyekti dedikdə nə başa düşülür?

a)

ancaq fiziki şəxslərin tikililəri altında olan torpaq sahələri

b)

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada mülkiyyətə və ya istifadəyə verilən torpaq sahələri

c)

yalnız sahibkarlıq məqsədi üçün istifadə edilən torpaq sahələri

d)

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada yalnız mülkiyyətə verilən torpaq sahələri

e)

ancaq həyətyanı sahələrdə olan torpaq sahələri

15.

Torpaq vergisinin ödəyiciləri kimlərdir?

a)

Azərbaycan Respublikasının hüdudlarından kənarda mülkiyyətində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr

b)

Azərbaycan Respublikasının ərazində mülkiyyətində və istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr

c)

yalnız rezident müəssisələr və rezident fiziki şəxslər

d)

Azərbaycan Respublikasının ərazisində yalnız mülkiyyətində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr

e)

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və istifadəsində torpaq sahələri olan yalnız qeyri-rezident fiziki şəxslər və

müəssisələr