NEW
Font size
Worksheets4.Gömrük prosedurları -20
Total questions: 20
Worksheet time: 58mins
Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında hansı mallar yerləşdirilir?
sərgi və ya yarmarkalarda nümayiş etdirilmək üçün gətirilmiş xarici mallar;
daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar;
Azərbaycan Respublikasında istehsal olunmuş və ölkə ərazisində yerləşən mallar;
ölkə ərazisindən tranzit olaraq keçən xarici mallar;
ölkə ərazisinə müvəqqəti gətirilən mallar.
Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydaları hansı dövlət orqanı tərəfindən təsdiq edilmişdir?
Maliyyə Nazirliyi tərəfindən
Dövlət Gömrük Komitəsi tərəfindən;
Azərbaycan Respublikası Milli Məclisi tərə
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən
Mərkəzi Bank tərəfindən.
Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar hansı gömrük proseduru altında yerləşdirilir?
ixrac gömrük proseduru altında;
idxal gömrük proseduru altında;
müvəqqəti ixrac gömrük proseduru altında
təkrar ixrac gömrük proseduru altında.
tranzit gömrük proseduru altında;
Üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə keçən mallar:
Gömrük nəzarəti altında keçərkən gömrük rüsumlarından azad edilirlər
Gömrük rüsumları güzəştli və sadələşdirilmiş qaydada ödənilir.
Gömrük rüsumlarından azad edilimirlər
Gömrük rüsumlarından azad edilirlər;
Gömrük rüsumlarından gismən azad edilirlər;
Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün:
onlara istənilən müdaxilə edilə bilər
onlar adi əməliyyatlara məruz qala bilərlər
onlar xüsusi şəraitdə saxlanılmal
onlara heç bir müdaxilə edilməsinə yol verilmir
mal sahibinin nümayəndəsi mütləq malların yanında qalmalıdır
Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınan mallar hansı digər gömrük proseduru altında yerləşdirilə bilər?
Bu malların heç bir digər gömrük proseduru altında yerləşdirilməsinə yol verilmi
Yalnız müvəqqəti idxal gömrük proseduru
Şərtlərinə əməl edilməklə istənilən gömrük proseduru
Yalnız müvəqqəti ixrac gömrük prosedu
Yalnız daxili tranzit xüsusi gömrük proseduru
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən hansı mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir
Təkrar idxal üçün nəzərdə tutulmuş xarici mallar
Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
Müvəqqəti idxal üçün nəzərdə tutulmuş xarici mallar
Müvəqqəti ixrac üçün nəzərdə tutulmuş xarici mallar
Müvəqqəti saxlanc üçün nəzərdə tutulmuş xarici mallar
Müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi gömrük proseduru necə adlanır?
Xaricdə emal
Müvəqqəti idxal
Müvəqqəti ixrac
Müvəqqəti saxlanc
Daxildə emal
Hansı mallardan dövlətin xeyrinə imtina edilə bilər?
Xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan;
Malların dəyəri gömrük orqanının onların satılması ilə bağlı xərclərini ödəyə bilməyən mallardan;
Yararlılıq müddəti keçmiş və ya texniki normaların və standartların tələblərinə cavab verməyən mallardan.
Dövlətin xeyrinə imtina edilməsi dövlət üçün hər hansı bir xərcə səbəb ola bilən mallardan;
Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağan edilmiş mallardan;
Mallar və nəqliyyat vasitələri dövlətin xeyrinə imtina rejimi altında yerləşdirilərkən gömrük ödənişlərinin ödənilməsinin təminatı kimi gömrük orqanının depozitinə qoyulmuş məbləğlər ödəyiciyə qaytarılırmı?
Qaytarılmır
Qismən qaytarılır
Qaytarılır
Həmin məbləğlər dövlətin nəfinə keçirilir
Həmin məbləğlər gömrük orqanının büdcədən kənar inkişaf fonduna keçirilir.
Sənaye tullantıları dövlətin xeyrinə imtina rejimi altında yerləşdirilə bilərmi?
Yerləşdirilə bilməz
Yerləşdirilə bilər
Müvafiq icazə alındıqdan sonra yerləşdirilə bilər
Sənaye tullantıları dərhal məhv edilməlidir
Sənaye tullantıları emal rejimlərinin müddəalarına müvafiq olaraq geri aparılmalıdır
Müvəqqəti idxal xüsusi gömrük proseduruna aid olan fikri seçin:
Gömrük rüsumları və vergiləri tətbiq olunmaqla yerli mallar ixrac olunur
Müvəqqəti idxal xüsusi gömrük proseduru altında xarici ölkələrdə sərgilərdə iştirak məqsədilə göndərilən yerli mallar yerləşdirilir
Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir.
Ticarət siyasəti tədbirləri tətbiq edilməklə xarici mallar idxal edilir
Malların eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 12 ay təşkil edir
Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə görə ……………….. gömrük məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusudur;
Gömrük fəaliyyəti
Gömrük rəsmiləşdirilməsi
Gömrük tarifi
Gömrük prosedurları
Gömrük işi
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən hansı mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir?
təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
müvəqqəti ixrac üçün nəzərdə tutulmuş xarici mallar
müvəqqəti saxlanc üçün nəzərdə tutulmuş xarici mallar
təkrar idxal üçün nəzərdə tutulmuş xarici mallar
müvəqqəti idxal üçün nəzərdə tutulmuş xarici mallar
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə aşağıdakılardan hansı ekvivalent mallar hesab olunur?
Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilməyən və ya emal edilməyən daxili mallar ekvivalent mallar
Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilən və ya emal edilən xarici mallar
Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulmayan və emal edilən daxili mallar
Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilən və ya emal edilən, əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və XİF MN üzrə eyni rəqəmli koda malik daxili mallar
Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan və istifadə edilən mallar
Malların emal səviyyəsi... həcmi ilə göstərilir?
Xammal- hazır məhsul - yarım fabrikat
hazır məhsul– yarım fabrikat–xammal
Düzgün cavab yoxdur
hazır məhsul –xammal – yarım fabrikat
Xammal- yarım fabrikat -hazır məhsul
Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi harada həyata keçirilir?
gömrük nəzarəti zonasında;
mal sahibinin seçiminə görə;
müvafiq icra hakimiyyəti orqanından lisenziya almış şəxslərin təsis etdiyi müvəqqəti saxlanc və gömrük anbarlarında;
istənilən anbarlarda;
xüsusi mühafizə olunan qapalı anbarlarda.
Təkrar idxal gömrük proseduru altında yerləşdirilən malların saxlanmasını təmin etmək üçün Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda aparılan kiçik təmir və sahmana salma işləri daxil olmaqla, digər əməliyyatlar nəticəsində həmin malların dəyəri;
Belə təmir və səhmana salma işlərində, kiçik olsa belə yol verilmir
Heç bir xüsusi əhəmiyyət kəsb etmir
Aparılma anında malın müəyyən edilmiş dəyərindən artıq olmamalıdır
Malın ilkin bəyannamədə göstərilən dəyərinin 20 %-dən artıq olmamalıdır
Malın ümumi dəyərinin 20 %-dən artıq olmamalıdır
Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi zamanı tərtib edilmiş gömrük bəyannaməsində məlumatların düzgün olmadığı müəyyən edildikdə:
bəyannaməçi malların gömrük dəyərinin 20 faizi miqdarında cərimə olunur;
gömrük orqanının vəzifəli şəxsi müvafiq akt tərtib edir;
gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edir;
bəyannaməçiyə xəbərdarlıq edilir və malın gömrük dəyərinin on faizi miqdarında cərimə olunur.
gömrük orqanlarının təqdimatı ilə bəyannaməçi haqqında cinayət işi açılır;
İstisnalar nəzərə alınmaqla malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti
4(dörd) aydan çox olmamalıdır
1 (bir) aydan çox olmamalıdır
5 (beş) aydan çox olmamalıdır
3 (üç) aydan çox olmamalıdır
2 (iki) aydan çox olmamalıdır
