wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

BÜDCƏ SİSTEMİ. Mövzu 11. Sosial müdafiə, sosial sığorta və s

Total questions: 19

Worksheet time: 14mins

Name
Class
Date
1.

Azərbaycan Respublikasının Prezidentinin “Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında” Fərmanı neçənci ildə imzalanmışdır?

a)

31 avqust 2002-ci ildə;

b)

16 dekabr 1991-ci ildə

c)

27 noyabr 2001-ci ildə

d)

01 yanvar 2003-cü ildə.

e)

30 sentyabr 1992-ci ildə

2.

Dövlət Sosial Müdafiə Fondunun hüquqlarına aid deyil:

a)

bütün sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək

b)

öz səlahiyyətləri çərçivəsində məcburi dövlət sosial sığortası qaydalarına sığorta edənlər tərəfindən əməl edilməsinə nəzarət etmək

c)

fondun büdcəsi layihəsinin hazırlanması üçün aidiyyatı dövlət orqanlarından zəruri sənədləri və məlumatları almaq

d)

əmək pensiyalarının təyin edilməsinə və ödənilməsinə nəzarəti həyata keçirmək

e)

sığorta edənlərin məcburi dövlət sosial sığortasına cəlb etmədiyi işçilərin fondun vəsaiti hesabına sığortalanması

3.

Dövlət Sosial Müdafiə Fondu aşağıdakı funksiyaları yerinə yetirir:Səhv olanı göstərin:

a)

sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir

b)

əmək pensiyalarının təyin edilməsini, maliyyələşdirilməsini və ödənilməsinə nəzarəti həyata keçirir;

c)

məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir

d)

müəyyən edilmiş qaydada mühasibat uçotu və statistik hesabatlar aparır;

e)

əhalinin sosial müdafiəsi ilə bağlı təkliflərə baxır və təmin edir;

4.

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı xərclər maliyyələşdirilir. Səhv olanı göstərin:

a)

uşağın anadan olmasına görə birdəfəlik müavinət

b)

“ Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əmək pensiyaları;

c)

hamiləliyə və doğuma görə müavinət;

d)

məşğulluq tədbirlərinin keçirilməsi

e)

pensiya sığortası üzrə əmək pensiyalarına edilən əlavələr

5.

Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmir;

a)

sosial sığorta siyasətinin həyata keçirilməsində iştirak etmək

b)

fondun büdcə layihəsini hazırlamaq və təsdiq olunmuş büdcənin icrasını təmin etmək;

c)

dövlətin sosial sığorta və əmək pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması

d)

ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsini həyata keçirmək

e)

əmək pensiyalarının baza hissəsinin təyin edilməsi;

6.

Tibb müəssisələrinin maliyyələşdirilməsi mənbələrinə daxil edilmir:

a)

məqsədli dövlət proqramlarının maliyyələşdirilməsi.

b)

könüllü tibbi sığorta, pullu xidmətlər

c)

büdcə vəsaitləri

d)

icbari tibbi sığorta;

e)

məsuliyyət sığortası üzrə ödənişlər

7.

Xəzinədarlıq haqqında deyilənlərdən hansı səhv fikirdir?

a)

büdcənin kassa icrasının aparılması xəzinədarlığın funksiyasıdır

b)

səhv fikir yoxdur

c)

dövlət büdcəsinin icrasına dair hesabatın layihəsini və icmal hesabatı hazırlamaq Dövlət Xəzinədarlığı Agentliyinin vəzifələrindəndir

d)

dövlət büdcəsində büdcə kəsirinin örtülməsi üçün nəzərdə tutulmuş maliyyələşmə mənbələrindən istifadə etmək xəzinədarlığın vəzifələrindəndir.

e)

dövlət büdcəsinin layihəsinin tərtibi və müzakirəsi xəzinədarlığın funksiyalarındandır.

8.

“Tibbi sığorta haqqinda” AR Qanunu neçənci ildə qəbul edilmişdir?

a)

2005

b)

1995

c)

2000

d)

2002

e)

1999

9.

Büdcənin cari xərclərinə aid olmayan ödənişi göstərin.

a)

əmək haqqına üstəlik

b)

subsidiyalar, transfertlər və zərərlə işləyən müəssisələrə ödənişlər

c)

faizlər və daxili borc üzrə ödənişlər

d)

malların alınması və xidmətlərin haqqının ödənilməsi

e)

torpaq və qeyri-maddi aktivlərin alınması

10.

İcmal xərc smetası özündə hansı smetaları birləşdirir?

a)

Ümumi və mərkəzləşdirilmiş və qarışıq

b)

Fərdi, mütləq və ümumi

c)

Fərdi, ümumi

d)

ümumi, mərkəzləşdirilmiş

e)

Eyni tipli büdcə təşkilatlarının fərdi, ümumi və mərkəzləşmiş xərc smetalarının məcmusu

11.

Büdcə təşkilatı nədir?

a)

büdcə smetası əsasında fəaliyəti tamamilə büdcə vəsaiti hesabına maliyyələşdirilən və hesablaşma hesabı olan kommersiya təşkilatı

b)

doğru cavab yoxdur

c)

smeta əsasında tamamilə büdcə vəsaiti hesabına maliyyələşən qeyri-kommersiya təşkilatları

d)

maliyyələşdirilməsi tamamilə və ya qismən büdcə vəsaiti hesabına həyata keçirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatı

e)

maliyyələşdirilməsi bilavasitə AR-nın dövlət büdcəsi və Naxçıvan MR-nın büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar

12.

Dövlət büdcəsinin əsaslı xərclərinə aiddir:

a)

sosial müavinatlara xərclər;

b)

qrantlar.

c)

əmək haqqına üstəlik xərclər

d)

pensiyalar

e)

səhmlərin alınması xərcləri

13.

Büdcə xərclərinin planlaşdırılmasının proqram-məqsədli üsulunun mahiyyəti nədən ibarətdir?

a)

investisiya proqrqmlarının rüblük bölgülər üzrə maliyyələşməsini təmin etmək

b)

Dövlətin sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin ilk növbədə maliyyələşdirilməsi

c)

dövlət və yerli özünüidarəetmə orqanlarının funksiyaları üzrə xərclərinin planlaşdırılması

d)

büdcə təşkilatlarının maliyyələşdirilməsi üçün onların smetaları üzrə vəsaitin ayrılması

e)

iqtisadi və sosial problemlərin həyata keçirilməsi üçün təsdiq edilmiş məqsədli proqramlara uyğun olaraq ayrılan vəsaitlərin sistemli planlaşdırılması

14.

Yerli büdcənin gəlirləri aşağıdakı gəlirlər hesabına formalaşır. Aid olmayanı seçin.

a)

Xüsusi gəlirlər

b)

Dövlət hakimiyyəti və icra orqanlarının ayırdığı vəsait

c)

Bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər

d)

Dövlət büdcəsindən dotasiya

e)

Əhalinin sərbəst pul vəsaitlərindən əldə olunan gəlirlər

15.

Fiziki şəxslərin gəlir vergisini hansı büdcə həlqəsinə ödənilir ?

a)

50% yerli büdcəyə, 50% dövlət büdcəsinə

b)

büdcədənkənar fondlara

c)

80%dövlət büdcəsinə, 20%yerli büdcəyə

d)

yerli büdcəyə

e)

dövlət büdcəsinə

16.

Vergiyə aid xüsusiyyət aşağıdakılardan hansıdır?

a)

Hər fərdə uyğun sərbəst şəkildə hesablanması

b)

Məcburi xarakter daşımaması

c)

Haqqı ödənilən vəsait olması

d)

Məcburi, fərdi və qaytarılan olması

e)

Məcburi, fərdi və əvəzsiz olması

17.

Vergilər müəyyən funksiyaları yerinə yetirir. Onlara aid olmayanı seçin.

a)

Fiskal funksiya

b)

Tənzimləyici funksiya

c)

Bölgü funksiyası

d)

Nəzarət funksiyası

e)

Qruplaşdırıcı funksiya

18.

Aşağıdakılardan hansılar vergiyə cəlb etmənin tipinə aiddir? 1. Prosessual 2. Proporsional 3.Reqressiv 4. Real 5. Proqressiv 6. Maddi

a)

2,4,6

b)

1,2,3

c)

1,4,5

d)

3,4,6

e)

2,3,5

19.

Vergitutma prosesində müəyyən prinsiplər nəzərə alınır. Aid olmayanı seçin.

a)

Tarazlıq prinsipi

b)

Vergi ödəyicilərinin maraq və imkanlarının nəzərə alınması prinsipi

c)

Ədalətlilik prinsipi

d)

Səmərəlilik prinsipi

e)

Gəlirlərin məqsədəuyğun bölgüsü