NEW
Font size
WorksheetsBÜDCƏ SİSTEMİ. Mövzu 4. Büdcələrarası münasibətlər
Total questions: 18
Worksheet time: 14mins
Yerli büdcələrin bələdiyyə büdcələrinin tənzimlənməsi (tarazlaşdırılması) üçün istifadə olunur:
duz cavab yoxdur
Transfert ödənişlər, cərimələr
mənfəətin sərbəst qalığı
Büdcə ssudası, kompensasiyalardan alınan vəsaitlər
Dotasiyalar
Tənzimləyici gəlirlər hansılardır?
rəsmi qaydada alınmış vəsaitlər
qrantlar, dotasiya
qrantlar
hamısı düzdür
dotasiya, subsidiya, subvensiya, büdcə ssudası
Mərkəzləşdirilmiş dövlət gəlirləri hansı bənddə səhv göstərilmişdir?
xarici iqtisadi fəaliyyətdən gəlirlər
büdcədənkənar dövlət fondların vəsaitləri
büdcə vəsaitləri
vergilərdən daxilolmalar
müəssisələrin pul fondları
Dövlət gəlirləri haqqında deyilən səhv fikir hansıdır?
Mərkəzləşdirilmiş dövlət gəlirləri əsasən vergilərdən daxilolmalar, xarici iqtisadi fəaliyyətdən gəlirlər və əhali tərəfindən ödəmələr
Dövlət gəlirlərinin bütün mənbələrini iki qrupa ayırmaq olar: daxili və xarici
Dövlət gəlirlərinin formalaşdırılmasının əsas mənbəyi milli gəlirdir
Dövlətin və dövlət müəssisələrinin sərəncamından maliyyə resurslarının formalaşdırılması ilə əlaqədar olan maliyyə münasibətləridir
Dövlət gəlirləri büdcə gəlirlərinin tərkib hissəsidir
Şaquli büdcə tənzimlənməsində büdcələri nizamlaşdırmaq üçün dövlət büdcəsindən aşağı büdcə həlqələrinə verilən vəsaitlərə aid edilmir:
subsidiya
dotasiya
subvensiya
büdcə ssudası
sekvestr
Aşağıdakı gəlir növü nizamlaşdırıcı gəlirlərə aid edilə bilməz:
hüquqi şəxslərin mənfəət vergisi
aksiz (idxal olunan mallara görə aksizlərdən başqa)
qanunvericilikdə nəzərdə tutulan digər vergilər.
əlavə dəyər vergisi ( idxala görə ƏDV-dən başqa);
Mərkəzi Bankın mənfəətindən ayırma
Gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsinin hüquqi əsasina aid edilmir:
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Azərbaycan Respublikasının Konstitusiyası
“Büdcə sistemi haqqında” AR Qanunu;
Hər il üçün qəbul edilən AR "Dövlət büdcəsi haqqında qanun"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Gəlirlərin və xərclərin büdcə səviyyələri arasında bölgüsü zamanı əmələ gələn maliyyə münasibətləri necə ifadə olunur?
büdcə sistemi
üfüqi büdcə nizamlaşdırılması
büdcə prosesi
büdcə quruluşu;
büdcələrarası münasibətlər
Büdcə gəlirləri, habelə dövlət büdcəsi kəsirinin maliyyələşməsi mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla,büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisar edilməsi:
heç biri
büdcə krediti
büdcə qrantı
büdcə ssudası
büdcə sekvestri
Dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə yardımı:
büdcə ssudası
heç biri
subvensiya
büdcə krediti
subsidiya
Məqsədli maliyyənin həyata keçirilməsi üçün dövlət büdcəsindən yerli büdcələrə verilən, həmin məqsədə və vaxtında istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti:
büdcə krediti
büdcə ssudası
dotasiya
subsidiya
subvensiya
Dövlət büdcəsindən bələdiyyə büdcəsinə müəyyən müddətə, qaytarılmaq şərtilə verilən maliyyə vəsaiti:
dotasiya
subsidiya
büdcə krediti
subvensiya
büdcə ssudası
Dövlət büdcəsindən yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə verilən maliyyə yardımı:
büdcə ssudası
subvensiya
subsidiya
büdcə krediti
dotasiya
Tənzimləyici gəlirlərə aid edilmir:
dotasiya
subsidiya
büdcə ssudası
subvensiya
qrantlar
Aşağı büdcə həlqələrinin gəlirlərinin tamamlanması üçün yuxarı büdcə həlqələrindən ayrılan vəsait:
büdcələrin xüsusi gəlirləri;
dəyişən gəlirlər
sabit gəlirlər
təhkim edilmiş gəlirlər
büdcələrin tənzimləyici gəlirləri
Daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımı nədən ibarətdir?
dotasiyalar
birdəfəlik məqsədli maliyyə yardımı
subvensiya
subsidiya
qrant
Büdcə kəsiri (defisiti) necə adlanır?
dövlət büdcəsindən yerli büdcələrə verilən dotasiya
büdcə xərclərini maliyyələşdirmək üçün alınan borc vəsaiti
büdcənin vergili gəlirlərinin qeyri-vergili gəlirlərindən artıq olması
büdcənin gəlirlərinin xərclərdən artıq olması
büdcənin xərclərinin gəlirlərlə təmin olmayan məbləği
Büdcə ssudası nədir?
Dövlət büdcəsindən aşağı büdcələrə və təşkilatlara məqsədli təyinat üzrə əvəzsiz və qaytarılması şərti ilə verilən maliyyə vəsaitidir.
Respublika dövlət büdcəsindən aşağı büdcələrə onların gəlirləri və xərclərinin tənzimlənməsini təmin etmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir.
Dövlət büdcəsindən aşağı büdcələrə və hüquqi şəxslərə, qayrılmaq şərtilə maliyyə ili ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
Dövlət büdcəsindən müəyyən məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün aşağı büdcələrə verilən və göstərilən məqsəd üçün vaxtında istifadə edilmədikdə geri qaytarılan vəsaitdir
Dövlət büdcəsinin mərkəzləndirilmişxərclərindən Naxçivan MR- nın büdcəsinə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaiti
