wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

akt

Total questions: 20

Worksheet time: 38mins

Name
Class
Date
1.

Biri nə aktın məzmununu, nə də mahiyyətini əks etdirmir:

a)

Akt hər hansı bir işin gedişatını əks etdirməməklə, məlumatverici xarakter daşımır.

b)

Akt hər hansı bir iş və ya hadisəni qanuniləşdirməklə, ona hüquqi sənəd statusu verir.

c)

Akt imzaları ilə təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir.

d)

Komissiya obyektiv şəkildə apardığı yoxlamanı aktlaşdırır.

e)

Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün akt tərtib edənlərdən ibarət komissiya yaradılır.

2.

1. Əmrin mahiyyətinə aid deyil:

a)

Əmr hazırlandığı andan qüvvəyə minir.

.

b)

Əmr imzalandığı andan qüvvəyə minir.

c)

Bəzi hallarda əmr hüquqşünasla razılaşdırılmalıdır.

d)

.

Əmr idarəetmə aktıdır.

e)

Əmr hüquqi məzmuna malikdir

3.

Təqvim ili boyunca nömrələnən və qeydə alınan sənəd növlərindən biridir

a)

ərizə

b)

hesabat

c)

əmr

d)

tərcümeyi-hal

e)

təqdimat

4.

Anar, Ramiz və Tahir zarafat edərkən bilmədən auditoriyanın pəncərəsini sındırmışlar. Sən isə qrup nümayəndəsi kimi bu hadisənin şahidi olan tələbə yoldaşlarınla birlikdə bir sənəd hazırlamalısan. Hansını seçsən, daha məqsədəuyğun olar?

a)

arayış

b)

akt

c)

məktub

d)

rəy

e)

qəbz

5.

. ...yazılı sənəd kimi, əsasən, hökumət orqanlarının idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı hesab olunur.

a)

əmr

b)

təqdimat

c)

izahat

d)

bəyanat

e)

nota

6.

Şəxsin öz xətti ilə yazılmayan əməli yazı nümunələri hansılardır?

a)

məktub

b)

izahat

c)

ərizə

d)

əmr

e)

tərcümeyi-hal

7.

Hər hansı bir təşkilat və ya müəssisədə aparılan yoxlamanın nəticələri əks etdirilən sənəd növü hansıdır

a)

protokol

b)

izahat


c)

zəmanət


d)

akt

e)

rəsmi məktub

8.

Hansılar daha rəsmi xarakter daşıyır?

a)

əmr və sərəncamlar

b)

ərizə və izahatlar

c)

məktub və sifarişlər

d)

anons və afişalar

e)

zəmanət və elanlar

9.

Əmrin hazırlanması və tətbiqinə dair verilən tələblərdən biri yanlışdır:

a)

Əmr, bir qayda olaraq, şərh və sərəncam hissələrindən ibarət olur.

b)

Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır

c)

Əmrin sərəncam hissəsi «əmr edirəm» sözləri ilə başlanır .

d)

Əmr layihəsinin son variantına onun hazırlanmasında iştirak edən strukturbölmələrin və ya əlaqədar təşkilatların rəhbərləri düzəliş edə bilərlər

e)

Təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır.

10.

“Əmr” sözü hansı dildən keçib?

a)

ərəb

b)

türk

c)

latın

d)

fars

e)

yunan

11.

Aşağıdakı işgüzar sənədlərdən hansını hazırlayarkən bu tələblər yerinə yetirilməlidir?1. Sənədin adı vərəqin yuxarı hissəsində böyük hərflə yazılır.2. Sənədin adının altında il, ay, gün və sənədin tərtib edildiyi yer göstərilir.3. Sənədi tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.4.Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir. Burada hadisənin gedişi, materialın qiyməti, kəmiyyəti öz əksini tapır.5. Yoxlamanın müddəti həm rəqəm, həm də hərflə qeyd olunur.6. Sənədin sonunda nəticə verilir. Burada məsuliyyət daşıyan və ya işə vicdanla yanaşan şəxs göstərilir.7. Tərtib edənlərin imzası sənədin sonunda qoyulur.

a)

əqd

b)

iş planı

c)

izahat

d)

akt

e)

tərcümeyi – hal

12.

. Aşağıdakı fikirlərdən hansı akta aid deyil?

a)

Sonda tərtib edənlərin imzası qoyulur.

b)

Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir

c)

Bir neçə faktı əks etdirə bilər.

d)

.

Əksər hallarda xüsusi təftiş komissiyasının iştirakı ilə tərtib olunur.

e)

Kollektiv tərəfindən müzakirə edilir.

13.

. Müqavilə haqqında yürüdülən fikirlərdən biri səhvdir

a)

Məzmununa görə müqavilənin sülh, nikah, ticarət, əmək müqaviləsi və s. növləri vardır.

b)

Quruluşuna görə müqavilələr sadə və mürəkkəb olur

c)

Müqavilə müəyyən şərtlər əsasında bağlanır və tərəflərin nümayəndələri tərəfindən təsdiqlənir.

d)

Müqavilə bir nüxsədə tərtib edilir və imzalanır.

e)

Ən azı iki nüsxədə tərtib edilir

14.

Həcminə görə digərlərindən fərqlənir:

a)

müqavilə

b)

arayış

c)

teleqram

d)

elan

e)

bildiriş

15.

Məzmununa görə müqavilənin hansı növləri var? Səhv fikri göstərin

a)

geniş

b)

əmək

c)

sülh

d)

ticarət

e)

nikah

16.

Müqavilədə neçə tərəf ola bilməz?

a)

1

b)

2

c)

3

d)

4

e)

6

17.

Məzmununa görə müqavilənin növlərinə aşağıdakılardan hansı aid deyil?

a)

sülh müqaviləsi

b)

özəl müqavilə

c)

əmək müqaviləsi

d)

ticarət müqaviləsi

e)

nikah müqaviləsi

18.

Müqavilə nədir?

a)

İki müәssisә və ya ayrı-ayrı şəxslər arasında aparılan işlәrin razılığıdır

b)

Bir çox şirkәtlәrin razılaşmasıdır.

c)

İki vә daha çox şirkәtin birtәrәfli razılaşmasıdır

d)

Daha çox şirkәtin qarşılıqlı razılaşmasıdır.

e)

Heç biri doğru deyil.

19.

Qarşılıqlı anlaşma hansı sənədin mahiyyətini açır?

a)

əmr


b)

izahat

c)

etibarnamə

d)

müqavilə

e)

zəmanət

20.

Müqavilə hansı sənəd formasına yaxındır?

a)

saziş

b)

izahat

c)

sifariş

d)

təqdimat

e)

memorandum