wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

T

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

1.Turizm- aşağıdakılardan hansını ifadə edir

a)

A.marşrut və proqram üzrə müəyyən müddətdə təşkil olunan, fərdi qaydada (fərdi turizm) və ya qrup halında (kollektiv turizm) turist səfərlərindən ibarət olan, kompleks xidmətlərlə təmin olunan turizm məhsulunun satılan və icra edilən forması

b)

B.turist tərəfindən həyata keçirilən səyahət, ziyarət və ya müvəqqəti yerləşmə

c)

C.müvəqqəti olacağı yerə ekskursiya məqsədi olmadan gələn və orada gecələməmək şərti ilə ən çoxu 24 saat qalaraq ödənişli fəaliyyətlə məşğul olmayan fiziki şəxs

d)

D.Azərbaycanda daimi və ya müvəqqəti yaşayan şəxslərin Azərbaycan Respublikası daxilində turizm məqsədi ilə səyahətləri

e)

E.daimi yaşayış yeri Azərbaycan Respublikasından kənarda olan fiziki şəxslərin Azərbaycan Respublikası daxilində turizm məqsədi ilə səyahətləri

2.

2.Gəlmə turizm- aşağıdakılardan hansını ifadə edir

a)

A.Azərbaycanda daimi və ya müvəqqəti yaşayan şəxslərin Azərbaycan Respublikası daxilində turizm məqsədi ilə səyahətləri

b)

B.Azərbaycan Respublikasında daimi yaşayan şəxslərin ölkə xaricinə turizm məqsədilə səyahətləri

c)

C.daimi yaşayış yeri Azərbaycan Respublikasından kənarda olan fiziki şəxslərin Azərbaycan Respublikası daxilində turizm məqsədi ilə səyahətləri

d)

D.gəlmə və getmə turizmlərinin vəhdəti

e)

E.turistin müstəqil şəkildə həyata keçirdiyi səyahətlər

3.

3.Sağlamlıq turizmi- aşağıdakılardan hansını ifadə edir

a)

A.turistlərin müvəqqəti olduğu yerdə təbii üsullarla müalicə və təbii-iqlim şəraitindən istifadə etməklə istirahət-rekreasiya xidmətlərinin göstərilməsini nəzərdə tutan turizm növü;

b)

B.kənd ərazilərində turistlərin yerləşdirilməsi, qidalanması, nəqliyyatı və rekreasiyasının təmin edilməsi, habelə kənd mühiti, eləcə də yerli kənd ərazilərinin zəngin təbii, tarixi və mədəni dəyərləri ilə məlumatlandırma xidmətlərinin göstərilməsi ilə müşayiət olunan turizm növü;

c)

C.biznes məqsədi ilə müxtəlif mövzular üzrə təşkil olunan beynəlxalq korporativ tədbirlərdə iştirak üçün həyata keçirilən səfərlər;

d)

D.turistlərin müvəqqəti olduğu yerdə insan həyatı və sağlamlığı üçün risk yaradan həm təhlükəli yerlərlə (dağ, qayalıq, qalın meşə, səhra, mağara, kanyon, sürətli su axını, hündür şəlalə, vulkan və ya qeyzer yaxınlığı), həm də təhlükəli yarışlarda iştirak ilə bağlı olan səfərlər;

e)

E.təbiət yerlərinə səyahət, təbiətə minimum təsir, təbiəti mühafizə fəaliyyətlərinin yerinə yetirilməsi və bu sahədə maarifləndirmə fəaliyyəti nəticəsində yerli əhalinin həyat tərzinin yaxşılaşdırılmasına imkan yaradan turizm növü;

4.

4.Ölkədə turizmi inkişaf etdirmək ve turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlet Proqramı” nə vaxt təsdiq olunmuşdur

a)

A.1999 -cu il 4 iyun

b)

B.2010-cu il 4 iyun

c)

C.1998 -ci il 5 may

d)

D.2002- ci il 27 sentyabr

e)

E.2017-ci il 5 may

5.

5.Turizm təşkilatçısı tərəfindən verilən, ciddi hesabat sənədi olan, turizm xidmətlərinin göstərilməsinə dair müqavilənin mövcudluğunu, turizm zərfi ilə nəzərdə tutulmuş xidmətlərin göstəriləcəyi barədə müvafiq turizm təşkilatçısının öhdəliklərini və bu xidmətlərin alınmasına dair turistin hüquqlarını və təsdiq edən sənəd adlanır

a)

A.Turist vauçeri

b)

B.Turizm zərfi

c)

C.Turizm məhsulu

d)

D.Turist xidməti

e)

E.Turist yollayışı

6.

6.Müvəqqəti olduğu yerdə yerli həyat tərzini, ekoloji prosesləri və milli dəyərləri qoruyub-saxlamaqla, eləcə də sosial, iqtisadi, ekoloji və estetik tələbləri nəzərə almaqla turistin həyata keçirdiyi müvəqqəti səfərlər adlanır

a)

A.Davamlı turizm

b)

B.Ekskursiya fəaliyyəti

c)

C.Sosial turizm

d)

D.Yavaş turizm

e)

E.Yumşaq turizm

7.

7.Turistin və ekskursantların vəzifələri aiddir

a)

A.nəzərdə tutulan tura uyğun olaraq getdiyi ölkəyə (yerə) daxil olma, orada olma qaydaları, habelə yerli əhalinin adətləri, dini mərasimlər, müqəddəs yerlər, xüsusi mühafizə olunan təbiət, tarix, mədəniyyət abidələri və digər turizm ehtiyatları, habelə ətraf mühitin vəziyyəti barədə zəruri və dürüst məlumat almaq;

b)

B.getdiyi ölkənin qanunlarına riayət etmək, onun sosial quruluşuna, adət-ənənələrinə, dini etiqadlarına hörmət etmək

c)

C.getdiyi ölkədə (yerdə), mövcud məhdudiyyətlər nəzərə alınmaqla, sərbəst hərəkət etmək, yerdəyişmə, istirahət və rekreasiya hüquqlarını həyata keçirmək, turizm ehtiyatlarından sərbəst istifadə etmək;

d)

D.həyat və sağlamlığın qorunması üçün təxirəsalınmaz tibbi yardım almaq imkanına malik olmaq;

e)

E.turizm xidmətlərinin göstərilməsinə dair müqavilənin şərtləri turoperator və ya turagent tərəfindən yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərlərin əvəzinin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək;

8.

8.Turizm təşkilatçılarının hüquqlarına aid deyildir

a)

A.yeni turizm zərfləri hazırlamaq və istehlakçılara təklif etmək, ümumi ofertalar hazırlamaq;

b)

B.korporativ müştərilərlə işləmə qaydalarını tərtib (qəbul, təsdiq) etmək və bu qaydalar üzrə təkliflər vermək;

c)

C.turist və müvafiq müqavilənin tərəfi olan digər şəxs haqqında turizm xidmətlərinin göstərilməsinə dair müqavilənin icrası üçün zəruri olan məlumatları toplamamaq

d)

D.turizm xidmətlərini bilavasitə göstərmək və ya bu xidmətlərin göstərilməsi üçün digər şəxslərlə əqdlər bağlamaq;

e)

E.turizm bazarını araşdırmaq və təhlil etmək;

9.

9."Azərbaycan Respublikasının Turizm Haqqında qanunvericiliyinə əsasən turizm məhsulunun hərəkətə gətirilməsinəsinə daxildir"

a)

A.Əhalinin əsas kütləsinin yaşayış səviyyəsi, yəni turizmin iqtisadi əlverişliliyi, vətəndaşların ölkə daxilində və bütün dünya üzrə xarici səyahətlərinə imkan verən, sosial azadlıq və hüquqlarının olması, beynəlxalq əmək bölgüsü əsasında dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması

b)

B.Daşınmanın təşkili xidməti, yerləşdirmə, qidalanma

c)

C.Yerdəyişmənin aktiv üsullarından istifadə olunmaqla turistlər tərəfindən sərbəst təşkil edilən səyahətlər

d)

D."Turizm məhsulunun satışına yönəldilmiş tədbirlər kompleksi (reklam, ixtisaslaşdırılmış sərgilər, yarmarkalarda iştirak, turizm məhsulunun satışı üzrə turizm informasiya mərkəzlərinin təşkili, kataloqların, bukletlərin və s. nəşri)

e)

E."Səyahətin tipinə və növünə uyğun olan xidmətlər toplusu, xidmətin proqram və texnologiyalarının optimal olması "

10.

10.Azərbaycan Respublikasının Turizm Haqqında qanunvericiliyinə əsasən turagentliklərə hansı təşkilatlar daxildir

a)

A.Turistlərə göstərilən xidmətlər kompleksi

b)

B.Yerdəyişmənin aktiv üsullarından istifadə olunmaqla turistlər tərəfindən sərbəst təşkil edilən səyahətlər

c)

C."Turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı"

d)

D.Sosial ehtiyaclar üçün dövlətin ayırdığı vəsaitdən yardımlanan səyahət

e)

E."Turizm və ekskursiya yollayışlarının satışı, habelə turizm-ekskursiya fəaliyyətinin təşkili üzrə informasiya, reklam, marketinq və s. digər xidmətlər göstərilməsi ilə məşğul olan vasitəçi təşkilat"