NEW
Font size
WorksheetsSosial s. iqt. 2
Total questions: 34
Worksheet time: 17mins
Sahibkarlığın sоsial mövqeyi nə ilə ölçülür?
fərdi təşəbbüskarlıq amillərinin istifadəsi ilə
şəxsi işini və şəxsi həyatını əlaqələndirmək bacarığı ilə
istehsal və istehlak bazarında əmtəə və хidmət təklifini təmin etməklə əldə оlunan səmərə ilə
əhalinin asudə vaxt amilinin səmərəli təşkili ilə
rəqabətqabiliyyətli məhsullar və dünya maliyyə-iqtisadi sisteminə inteqrasiya olunmaq kimi cəhətlərlə
Hazırda sahibkarlıq fəaliyyəti necə başa düşülür?
sosial həyatın iqtisadi sektorunda reallaşdırılan innovasiya davranışı kimi
dünya bazarına inteqrasiya amili kimi
fərdi təşəbbüskarlığa əsaslanan sahibkarlığa xas idarəetmə kimi
insanın sağlamlığına təsir göstərən aparıcı amil kimi
sosial həyatın proqnoz obyekti kimi
Məişət xidmətlərinin həcminə daxil edilmir:
musiqi əsərinin və videoproqramların yazıldığı kasetlərin əhalinin sifarişi ilə çoxaldılması
şəxsi və mədəni-məişət təyinatlı əşyaların istifadəyə-kirayəyə verilməsi
təmir xidməti
nəqliyyat vasitələrinin istifadəyə-kirayəyə verilməsi
ictimai nəqliyyat xidməti
Yaşayış sahəsi dedikdə nə başa düşülür?
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən mənzil fondu
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan ayrıca sahə
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların müvəqqəti yaşaması üçün yararlı olan bina
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan otaq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən tikili
Kommunal xidməti aşağıdakılardan asılı olaraq planlaşdırılır və idarə olunur:
demoqrafik amillərdən, iqtisadi amilərdən
mənzili quruluşundan və yеrləşmə xüsusiyyətlərindən
otağın sahəsindən, onun konstruksiyasından, yеrləşmə xüsusiyyətlərindən
mənzilin sahəsindən, ailə üzvlərinin sayından və tərkibindən
mənzil fondunun sahəsindən, onun strukturundan, yеrləşmə xüsusiyyətlərindən
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri deyil:
gəlirlilik
Humanistlik
keyfiyyətlilik
Demokratiklik
fasiləsizlik
Təhsil müəssisələrində attestasiya:
Təhsilin innovativ əsaslarla təşkili
Təhsilin modernləşdirilməsi prоseduru
Təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi prоseduru
Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun təsdiq edilməsi prоseduru
Təhsilin idarə olunmasının təkmilləşdirilməsidir
Aşağıdakılardan hansı elmi istiqamətin yüksək prioritetliyini ifadə etmir?
hüdudların müəyyənləşdirilməsi
büdcə maliyyələşdirilməsinin sürətli artımı
müxtəlif imtiyazlarla təminat
avadanlıqla təminat
kadrlarla təminat
İnsanların sağlam yaşaması üçün hansı amillərin mövcud olması əsas şərtdir? 1. Fiziki sağlamlıq 2. İstehsal prosesi 3. Maliyyə dəstəyi 4. Əqli sağlamlıq 5. Sosial rifah
1, 3, 4
2, 3, 4
1, 2, 4
1, 4, 5
2, 3, 5
Sağlamlığın möhkəmləndirilməsi üçün vacib olan amillər hansılardır? 1. həyat şəraiti 2. məcburi dövlət sоsial siğоrta ödəmələri 3. ehtiyacların ödənilməsi 4. sağlamlıq potensialının mövcudluğu 5. azyaşlı uşaqlarin ümumi sayı
2, 3, 4
1, 2, 5
1, 3, 4
2, 3, 5
2, 4, 5
Səhiyyə xidmətində öndə duran məsələlər hansılardır? 1. Tibbi müalicə-profilaktika müəssisələrinin ölkə ərazisində bərabər şəraitdə inkişafı 2. Maddi bazasının möhkəmləndirilməsi 3. Əhalinin mədəni və təhsil səviyyəsi göstəricilərini təyin etmək 4. Kadr təminatının yaxşılaşması 5. Gəlirlərin bölgüsü və yenidən bölgüsü mexanizmlərin idarə olunmasını tənzimləmək
1, 4, 5
2, 3, 4
1, 3, 5
1, 2, 4
3, 4, 5
Kulturologiyanın inkişafı əlaqədardır:
ictimai, humanitar və təbiət elmlərinin metod və nailiyyətlərinin istifadəsi ilə
cəmiyyətin və həyatın müasirləşməsi nəticəsində, təbiətdə toxunulmaz qalan yerlərin azalması
insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtlərlə
əhalinin sağlamlığı və müvəqqəti iş qabiliyyətinin olmaması göstəricilərinin müsbət dinamikası
Ayrı-ayrı mədəniyyət xadimlərinə xidmətlərin ödənilməsi üzrə güzəştlər, zəmanətli və ya güzəştli kreditlərin verilməsi
Mədəniyyət və incəsənət sferasında hansı təsisçilik hüququna aid olan təşkilatlar mövcuddur?
Mədəniyyət müəssisələrinə tətbiq olunan vergi güzəştləri, həm təşkilatlara, həm də ayrı-ayrı mədəniyyət xadimlərinə icarə haqqı
Dərnək iştirakçılarının və ya burada təlim alan uşaqların valideynlərinin ödədikləri üzvlük haqqı
Kitabxanalar, elektron kitabxanalar, məktəblər, həmkarlar ittifaqı, digər ictimai təşkilatlar və yaradıcılıq ittifaqları
İl üçün təlim-tərbiyə işi proqramları və planları, kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli
Regional əhəmiyyətli mədəni proqramların, mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi
Mədəniyyət sferasının əsas problemlərinə aiddir:
Peşəkar incəsənət, xalq incəsənəti, özfəaliyyət yaradıcılığı, bədii tənqid, təşkil olunmamış bədii özfəaliyyət
Öz iştirak payı, risklərin bölgüsündə rolu və əldə olunan nəticənin mənimsənməsində ədalətli bölgü sistemi
Ayrı-ayrı mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə güzəştlər, zəmanətli və ya güzəştli kreditlərin verilməsi
Ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması, əmlakın uçotu, inventar və maddi sərvətlərin uçotu, vaxtlı-vaxtında hesabatların verilməsi
Şəhərlə kənd arasındakı fərqin aradan qaldırılması məqsədilə, mədəniyyət və incəsənət sahələrindən daha geniş istiqamətlərdə istifadə olunması
Turizm bazarının subyektlərinə aiddir:
Mədəniyyət sferasının təşkilat və idarələri
Turizm məhsullarının idxalı zamanı ölkədən valyuta axınlarına nəzarət
Potensial müştərilərin turlara və turizm proqramlarına tələbatının öyrənilməsi
Turoperatorlar, turagentlər, turistlər
Perspektiv xidmət proqramlarının hazırlanması və sınaqdan keçirilməsi
Turagentin əsas vəzifələrinə aiddir:
Mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi
Potensial müştərilərin turlara və turizm proqramlarına tələbatının öyrənilməsi, perspektiv xidmət proqramlarının hazırlanması və sınaqdan keçirilməsi
Turoperatorun hazırladığı turizm məhsulunu əhali arasında yaymaq və satmaq
Turkompleks yerləşdiyi regionun sosial-iqtisadi rifahını, davamlı ekoloji inkişafını saxlamaq, ekoloji cəhətdən saf təbiət resurslarından istifadə
Turizm məhsullarının idxalı zamanı ölkədən valyuta axınlarına nəzarət
Turizmə təsir edən mənfi amillər hansı bənddə düzgün verilmişdir? 1. Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resurslarin qiymətlərinin yüksəldilməsi 2. Ümumi milli məhsulun həcmini yüksəldir 3. Yeni iş yerlərinin yaradılmasına şərait yaradır 4. Turizm məhsullarinin idxali zamanı ölkədən valyuta axınları 5. Yerli və xarici kapitalların yatırılmasına şərait yaradır 6. Ekoloji və sosial problemlərin meydana çıxması
1, 2, 4
4, 5, 6
2, 3, 5
1, 4, 6
3, 5, 6
.“Sosial sahələrin iqtisadiyyatı” fənninin predmetini nə təşkil edir?
Sosial sahələrdə baş verən hadisə və proseslərin, münasibətlərin xüsusiyyətləri, yalnız bu sahəyə məxsus qanun və qanunauyğunluqların açılması
İnflyasiya, işsizlik və iqtisadi artım daxil olmaqla bütün iqtisadiyyatı əhatə edən fenomenlərin öyrənilməsi
Bu sferada (təhsil, səhiyyə, mədəniyyət, turizm, sosid təminat, mənzil- konununai təsərrüfatı və s. sahələrdə) fəaliyyət göstərən müəssisə və təşkilatlar
Müəyyən müddətlərdə elmi-texniki tərəqqiyə təsir edən bazar mexanizmi ilə dövlətin iqtisadiyyatı tənzimlənmə forma və metodlarının optimal uyğunlaşdırılması
İnflyasiya ilə aktiv mübarizə aparmaq
Sosial sferanın başlıca funksiyası nədir?
Maddi istehsalı və xidmət sferasını lazımı qədər əmək bazarındakı işçi qüvvəsi ilə təmin etməkdir
“ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi
Siyasi proseslərdə iştirak etmək
Ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alanların işlə təmin olunmasına şərait yaratmaq
Əhaliyə müvafiq məsləhət xidmətləri göstərmək
Sosial sfera haqqında verilmiş fikirlərdən hansı yanlışdır?
Sosial sferaya daxil olan sahələri xarakterizə edən göstəricilərlə həyat səviyyəsini səciyyələndirən əsas göstəricilər eyniyyət təşkil etmir
Sosial sferanın fəaliyyət göstərməsi obyektiv qanunlarla müəyyənləşdirilir və sosial idarəçiliyin müəyyən prinsiplərinə əsaslanır
Sosial sfera hər bir ölkədə həyat səviyyəsinin real vəziyyəti, perspektivliyi ilə ölçülür
Sosial sfera cəmiyyətin zəruri tələbatlarının, ehtiyaclarının ödənilməsinə istiqamətlənmiş bir altsistemdir
Sosial sferaya daxil olan sahələr əsasən xidmət sahələrini əhatə edir
Aşağıda verilənlərdən hansı sosial infrastruktura daxil deyil?
İstehsala xidmət edən nəqliyyat və rabitə
Mənzil-kоmmunal təsərrüfatı
Məişət хidməti sahələri
Əhalinin təhsil sistеmi və əhaliyə səhiyyə хidməti
Ticarət və ictimai iaşə
Sosial sfera sahələrinə aid olmayan variantı göstərin:
Yüngül sənaye
Mədəniyyət və incəsənət
Rekreasiya və sosial təminat
Mənzil-kommunal təsərrüfatı
Sərnişin nəqliyyatı
Əmək ehtiyyatı dedikdə nə başa düşülür?
Əhalinin işləmək qabiliyyəti olan hissəsi başa düşülür
Ancaq işləməyən və iş axtarmayan əmək qabiliyyətli şəxslər başa düşülür
Ancaq istehsalatdan ayrılmaqla təhsil alanlar başa düşülür
Ancaq işçi qüvvəsi başa düşülür
Ancaq 16 yaşa kimi işləyən yeniyetmələr və pensiya yaşda işləyən şəxslər başa düşülür
İnsan kapitalının fiziki kapitala bənzər cəhətləri hansı variantda doğru göstərilmişdir? I. onu pulla almaq olmaz, onu ancaq müəyyən şərtlərlə istifadəyə götürmək yaxud vermək olar II. fiziki və mənəvi aşınmaya məruz qalır III. bilikləri əlavə sərmayə qoymadan, təcrübə yolu ilə əldə etmək olar IV. zaman keçdikcə insanın imkanları kasadlaşır, bilgiləri azalır, onların daşıyıcıları tənəzzülə uğrayır, biliklər isə sadəcə olaraq köhnəlir
II və IV
Yalnız I
II və III
I və II
III və IV
Vəsaitlərin cəlb edilməsinə və istifadəsinə görə ən iri büdcədənkənar fond hansıdır?
Dövlət Sosial Müdafiə Fondu
Əhalinin Məşğulluğuna Kömək Fondu
Dövlət Yol Fondu
Təbiət Mühafizə Fondu
Dövlət Neft Fondu
İlk növbədə sosial inkişaf aşağıda verilmiş problemlərin həlli ilə bağlıdır. Doğru olmayan variantı seçin
istehsal münasibətləri
əmək haqqı
sosial sığorta
həyat səviyyəsi
sosial müdafıə
Sosial qanunların obyektinə hansı variant aiddir?
sosial problemlər
psixoloji problemlər
iqtisadi inkişaf
sosial bərabərlik
iqtisadi vəziyyət
Sosial inkişaf haqqında verilmiş fikirlərdən hansı yanlışdır?
Dövlət öz imkanları daxilində sosial inkişafın dinamikasına, onun strukturasına, inkişafına təsir edib bu dəyişiklikləri dövlət mənafeyi baxımından həll edə bilməz
Sosial inkişafın dövlət tənzimlənməsi dövlətlə əhali və əhali tələbatını təmin edən obyektiv mexanizmlərin idarə olunması məcmunu birləşdirir
Sosial inkişaf insanın həyat fəaliyyəti, həyat tərzi, davranışı, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın həm nəticəsi həm də onun həlledici, təyinedicı amilidir
Sosial inkişaf iqtisadi inkişafın tərkib elementi olub, özünəməxsus qanunauyğunluqları, dəyişmə meyllən olan bir prosesdir
İlkin növbədə sosial inkişaf həyat səviyyəsi, həyat tərzi, əmək haqqı, sosial müdafiə, sosial sığorta problemlərinin həlli ilə bağlıdır
Sosial sahələr hansı istiqamətlər üzrə planlaşdırılır və idarə olunur? Doğru olmayan variantı seçin.
İstehsala göstərilən nəqliyyat xidmətləri
Təhsil və elm
Əhalinin həyat səviyyəsi problemləri
Turizm və sosial-mədəni servis xidmətləri
Əhaliyə göstərilən ictimai iaşə xidmətləri
Aşağıda verilmiş variantlardan hansı insan resurslarının idarə olunmasının hədəfləri arasında yer almamışdır?
İşdən könüllü çıxıb gedənləri işsizlik sığortası ilə təmin etmək
Müdafiə
Təhsil və inkişaf
Motivasiya
Kadr hazırlığı
Aşağıdakı variantlardan hansı sosial idarəetməyə aiddir?
Cəmiyyətin sosial sferasına xas olan hadisə və proseslərin idarəolunmasını nəzərədə tutur, sosial siyasətin reallaşdırılması vasitəsi kimi çıxış edir
Cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqədar olduğu üçün idarəetməni bütün hallarda əvəz edə bilir
Dövlət rəhbərliyini yalnız siyasi hakimiyyət qarşısında deyil, həm də ictimaiyyət qarşısında cavabdeh etmək
Təşkilatın hədəflərinə uyğun olaraq işçiləri motivasiya etmək
Həm qeyri-üzvi təbiətin, həm üzvi təbiətin və eləcə də cəmiyyətin idarə olunmasını özünə daxil edir
Hansı variantda tələbata düzgün tərif verilmişdir?
əhalinin həyat fəaliyyəti prosesində müxtəlif məhsul və xidmətlərə olan ehtiyaclarının məcmusudur
maddi əşya amillərinin istifadəsi nəticəsində maddi nemətlər istehsalının baş verməsidir
mövcud məhsul və xidmətlərdən istifadə etmək prosesidir
Tələbat konkret və dəyişməyən kateqoriyadır
Müəyyən il ərzində istehlak оlunmuş maddi və mənəvi nemətlərin məcmusudur
Əhali istehlakının fоrmalaşmasına təsir edən amilləri aşağıdakı əsas qruplara bölmək оlar. Yanlış olan variant hansıdır?
Sosial-psixoloji amillər, sosioloji amillər
istehsal amilləri, sоsial amillər
Xarici-iqtisadi əlaqələr amilləri
Təşkilati-iqtisadi amillər, siyasi amillər
iqtisadi amillər, cоğrafi-iqtisadi amillər
Aşağıdakılardan hansı tələbat və istehlaka aid prоqnоz mоdelləri arasında deyil?
Sabit
Statistik
Оptimallaşdırma
sahələrarası
Dinamik
